Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə6/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   2   3   4   5   6   7   8   9   ...   175

 

15 


xoşluğunun,  bu  saxta  nəfəsdərmənin  qızğın  çağında  mən  əlimi  uzadıb  Paris  kələfinə,  onun 

ümumi kələfə dolaşmış sərhədsiz materiyasına, onun havasının maqmasına, pəncərəsinin çölünə 

çəkilmiş  rəsmlərinə,  onun  buludlarına  və  çardaqlı  pəncərələrinə  toxundum;  bununla  da 

qarmaqarışıqlıq başlandı, dünya  yenidən daşlaşdı, bərkidi,  hər şey  möhkəmcə öz  yerinə oturdu 

və  küçələrdən,  ağaclardan,  adlardan  və  masalardan  ibarət  bu  kələfə  möhkəm  bərkidilmiş 

ilgəklərdə  çevrilməyə  başladı.  Qurtuluşa  aparan  hərcmərclik  yox  idi,  yalnız  natəmizlik  və 

yoxsulluq, dibi pivəli parçlar, corablı künc-bucaqlar, iki bədənin iyini verən tüklü yataqlar, incə, 

ağ əlləriylə ayaqlarımı sığallayan qadın vardı. Ancaq məni bu sayıqlığımdan bircə anlıq da olsa 

qopara  biləcək  bu  nəvaziş  gecikmişdi.  Həmişəki  kimi  gecikmişdi,  çünki  biz  dəfələrlə  sevgiyə 

könül bağlasaq da, xoşbəxtlik, deyəsən, bir az başqa cür görünmüşdü, yəqin ki, o, bu rahatlıq və 

ləzzət kimi deyil, kədərliydi, bəlkə də, taydişə və ya adaya, durğunluğa doğru sonsuz yıxılmaya 

bənzəyirdi.  Sibilla  bilmirdi  ki,  mənim  öpüşlərim  də  baxışlarım  kimi  onun  içini,  hətta  o  biri 

tərəfini görməyə başlayıb və mən başqa bir formada çıxaraq ağlını itirmiş losman kimi gəminin 

dal tərəfində durub zamanın sularını kəsər və geri püskürdərdim.  

Əlli  neçənci  ilin  o  günləri  mən  özümü  Sibilla  ilə  baş  verməli  olan  başqa  bir  şeyin 

arasında sıxılmış kimi hiss etdim. Sibillanın dünyasına, Rokamadurun dünyasına qarşı çıxmaq ən 

böyük axmaqlıq olardı, çünki hər şey mənə müstəqil olan kimi özümü azad hiss edəcəyimi vəd 

edirdi. Mən nadir ikiüzlülərdən idim, odur ki, bu xırda casusluq – dərimə, ayaqlarıma, Sibilla ilə 

necə  əylənməyimə,  tutuquşu  kimi  qəfəsin  barmaqlıqları  arasından  Kyerkeqoru  oxumağıma 

xəlvəti baxışlar mənə mane olurdu. Ancaq mənə elə gəlir ki, məni hər şeydən çox mənə altdan-

altdan  baxdığının  qətiyyən  fərqində  olmayan,  əksinə,  suveren  müstəqilliyimə  tamamilə  əmin 

olan Sibillanın özü narahat edirdi. Ancaq yox, əslində, məni azadlığa bir də heç vaxt indiki kimi 

bu qədər yaxın olmayacağımı düşünmək əsəbiləşdirirdi, bax onda Sibillanın dünyası tərəfindən 

təqib  olunduğumu  hiss  etdim  və  ondan,  həqiqətən,  yaxamı  qurtarmaq  ehtirasım  məğlub 

olduğumun  etirafıydı.  Nə  uydurulmuş  iztirabların  sintetik  zərbələrinin,  nə  də  manixeyliyin, 

yaxud  hansısa  axmaq  qeyri-elmi  dixotomiyanın  arxasında  gizlənməyin  Monparnas  vağzalının 

pilləkənlərində özümü müdafiə etməyimə kömək etmədiyini etiraf etmək ağır idi, Rokamaduru 

yoluxmağa  gedən  Sibilla  məni  hara  sürükləyirdi?  Olanları  niyə  də  qəbul  etməyək,  nizam  və  

nizamsızlıq, azadlıq və Rokamadur kimi məfhumların içində qurdalanmağın səbəbini öyrənməyə 

niyə cəhd etməyək; nədən Koçabamba küçəsindəki həyətdə ətirşah dibçəkləri satan adamlar kimi 

hər şeyə təbii və qayğısız yanaşmayaq? Ayaqyolunda, yaxud Gefsiman bağında qapı sürgüsünü 

düşünmədən və səhv etmədən tapa bilməkçün, yəqin ki, axmaqlığın lap dibinə düşmək lazımdır. 

Məsələn,  o  zaman  məni  Sibillanın  öz  oğlunun  adını  Rokamadur  qoymaq  xəyalları 

heyrətləndirmişdi.  Biz  Klubda  bunun üzərində  baş  sındırmaqdan  yorulduq, Sibilla  isə elə  hey 

deyirdi ki, oğlana atasının adını qoyub, atası yoxa çıxdıqdan sonra isə ən yaxşısı onu Rokamadur 



 

16 


çağırmaq, kəndə göndərmək və 

en nourrice

1

 böyütməkdir. Bəzən Sibilla həftələrlə Rokamaduru 



yada salmırdı və bu həmişə onun müğənni, 

Lieder


2

 

ifaçısı olmaq ümidlərinin oyanmasıyla eyni 



vaxta  təsadüf  edirdi.  Belə  vaxtlarda  Ronald  iri  və  sarı  kovboy  başını  pianonun  üzərinə  əyər, 

Sibilla  isə  Hüqo  Volfdan  elə  qeyzlə  bağırardı  ki,  hətta  qonşu  otaqda  Sevastopol  bulvarında 

satmaqçün təsbeh düzən madam Noqeni belə təsirləndirərdi. Onun Şumandan etdiyi ifalar daha 

çox  ürəyimizə  yatırdı,  ancaq  bu  da  bizim  axşam  nə  etməyə  hazırlaşmamızdan,  bir  də 

Rokamadurdan  asılıydı,  çünki  Rokamadur  Sibillanın  yadına  düşən  kimi    mahnı-filan  gedirdi 

işinin  dalınca  və  pianonun  arxasında  tək  qalan  Ronald  öz  bibop  ideyalarını  inkişaf  etdirməyə 

əlverişli imkan tapır və şirin blyuzlarının qüdrətiylə nəfəsimizi kəsirdi.  

Rokamadur haqqında yazmaq istəmirəm, hər halda, bu gün, bununçün gərək özümə daha 

yaxın  məsafədən  baxam  və  məni  mərkəzdən  ayıran  hər  şeylə  əlaqəni  kəsəm.  Mən  onsuz  da 

mərkəzi yaddan çıxarmıram, qətiyyən nə danşdığımı bildiyimə əmin olduğumçün deyil, sadəcə, 

biz  qərbi  avropalıların  öz  oxumuzu,  mərkəzimizi,  həyatın  mənasını,  Omfalosu,  hind-avropa 

nostalgiyasının  əlamətlərini  nizama  salmaq  cəhdimizdə  köməyinə  arxalandığımız  həndəsənin 

geniş yayılmış tələsinə düşürəm. Hətta təsvir etməyə çalışdığım öz həyatımı da, küçələrində quru 

yarpaq kimi vurnuxduğum bu Parisi də görmək mümkün olmazdı, əgər bütün bunların arxasında 

mehvərə can atan ürək döyünməsəydi, yenidən ilk gövdəylə qarşılaşmaq arzusu olmasaydı. Bu 

nizamsızlığı göstərmək üçün  nə qədər söz, nə qədər termin  və  məfhum olarmış. Bəzən özümü 

inandırmağa çalışıram ki, axmaqlıq üçbucaq adlanır, səkkizi səkkizə vurmaqla isə əsərdə dəlilik 

və  ya  it  alınar.  İnsan  cildinə  girmiş  bu  anlaşılmazlığı  mən  Sibillanı  qucaqlayaraq  təsdiqləyə 

bilərəm  ki,  roman  yazmaq  (mən  onu  heç  vaxt  yazmayacağam),  yaxud  həyat  bahasına  xalqlara 

azadlıq  bəxş  edən  ideyaları  müdafiə  etmək,  guya,  çörəyin  içindən  fiqur  düzəltmək  qədər 

mənalıdır.  Kəfkir  günahsızcasına  yellənməsini  davam  etdirir  və  mən  yenidən  rahatlıq  gətirən 

məfhumlar  barədə  düşünürəm:  mənasız  fiqurcuq,  transsendent  roman,  qəhrəmancasına  ölmək. 

Mən onları ardıcıllıqla kiçikdən böyüyə düzürəm: fiqurcuq, roman, qəhrəmanlıq. Orteqa və Şeler 

tərəfindən  mükəmməl  şəkildə araşdırılmış dəyərlərin  iyerarxiyası  haqqında düşünürəm:  estetik, 

etik, dini. Dini, estetik, etik. Etik, dini, estetik. Fiqurcuq, roman. Ölüm, fiqurcuq. Sibilla diliylə 

məni qıdıqlayır. Rokamadur, etika, fiqurcuq, Sibilla. Dil, qıdıq, etika.  

 

(– 116) 

 



 

                                                

1

 

 Дайя йанында (фран.). 

2

 



 Лиедер – мащны, вокал ясярляр (алм.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə