Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə169/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   165   166   167   168   169   170   171   172   ...   175

 

38



 

Albana 


Berqin 

skripka, 

fortepiano  və  13  nəfəs  aləti  üçün 

Kamera  konsertinə  anonim  şərhindən 

(Pahe Voxun qeydi, PL, 8660) 

 

(– 133) 

 

 

 

140 

 

Daha maraqlı şeylər tapmaq intizarında söyüşə-söyüşə məşq etmək, eyni zamanda qəribə 



sözlər uydurmaq üçün  Kuka güc-toplamaq-üçün-yatmağa gedəndən  sonra (ya da ona qədər ki, 

tez  getsin)  gecə  yarısı  ilə  saat  iki  arasında  aptekə  toplaşmışdılar;  Kuka  inadkarlıq  göstərir, 

getmir, ancaq insan cinsindən olan yırtıcıların bütün şifahi təhqirlərinə cavab olaraq təbii və xoş 

təbəssümlə müşayiət olunan bu müqavimət onu əldən salır. O hər dəfə daha erkən yatmağa gedir, 

ancaq insan cinsindən olan yırtıcılar ona şirin yuxu arzulayaraq nəzakətlə gülümsəyirlər. Onların 

ən  neytralı  olan  Talita  bu  zaman  etiketlər  yapışdırır  və  qalın  «İndex  Pharmacorum  Gottinga» 

cildinin içində eşələnir. 

Məsələn, belə çalışmalar olur: məşhur soneti küfrlərlə təhrif edərək tərcümə etmək: 

 

Son dərəcə ölü, dəhşətli keçmiş, 



Öz lovğa uçuşunla bizi yenidən dirildəcəksənmi? 

 

 



Yaxud:  Trevelerin  qeyd  dəftərçəsindən  bir  səhifə:  «Bərbərxanada  növbəmi  gözləyərkən 

«YUNESKO»-nun  broşürasına  nəzər  salıb  aşağıdakı  sözlərə  diqqət  etdim:  «Opintotveri 

(Tuöläisopiskelija)  Työväenopisto».  Pedaqogika  üzrə  fin  jurnallarını  xatırladır.  Oxucu  üçün 

əvvəldən  axıracan  irreallıqdır.  Onlar  mövcuddurmu?  Ancaq  milyonlarla  sarışın  üçün 

«Opintotveri»  –  Ümumtəhsil  məktəbi  üçün  vəsait»dir.  Mənimçünsə…  (Əsəb  tutması.)  Ancaq 

onlara «cafisho» sözünün oğru dilində «fırıldaqçı» mənası verdiyi bəlli deyil. İrreallıq artır. İşə 

bir bax, bu texnokratlar hesab edirlər ki, guya, «Boinq-707»də Helsinkiyə bir neçə saata uçmaq 

olar… Nəticəni hər kəs özü çıxarır. Məni isə, zəhmət olmasa, massaj edin, Pedro».   

 

Mənanın  tapılması  üzrə  çalışmalar  üçün  söz  birləşmələri.  Talita  Genshiryoku, 



Kokunai, Jijo sözləri üzərində baş sındırır və qərara gəlir ki, onlar böyük ehtimalla Yaponiyada 


 

38



nüvə araşdırmalarının inkişafı  mənasındadır. O, sözləri o tərəf-bu tərəfə çevirərək buna daha çox 

əmin  olurdu,  bu  zaman  onun  əri,  düşünmək  üçün  bərbərxanadan  topladığı  materialları  verən 

məkrli tədarükçü daha bir söz birləşməsi atır:  Genshiryoku Kaigai Jijo, yəqin ki, xaricdə nüvə 

tədqiqatlarının  inkişafı  mənasındadır.  Talita  analiz  edərək  nəticə  çıxarır  və  sevincdən 

həyəcanlanır:  Kokunai  =Yaponiya,  Kaigai  isə  =  xaric  deməkdir.  Ancaq  Laskano  küçəsində 

yaşayan  boyaqçı  Matsiu  bu  tapıntıyla  razı  deyil,  odur  ki,  zavallı  Talita  uğursuz  poliqlot  kimi 

quyruğunu qısmalı olur.  

 

Müəyyən  fərziyyələrə əsasən  ləkəlmə:  məsələn,   «İsanın  hiss olunan  ikicinsliyi» 



məşhur sətri bu fərziyyələrə cavab verən bütöv bir sistemi hərəkətə gətirir. Məsələn, Bethovenin 

koprofaq


30

  olduğu  haqda  fikir  söyləmək  və  s.  Ser  Rocer  Keyzmentin  şəksiz  müqəddəsliyinin 

müdafiəsi 

«The Black Diaries»

1

dən gəlir. Buna tamamilə əmin olan və bu fikri bölüşən Kukanın 



təəccübünə rəğmən. 

 

Mahiyyət  etibarilə  bu  o  deməkdir  ki,  beyinlərin  yuyulması  peşəyə  sədaqətdən 



doğur. Hələlik buna gülürlər (ancaq bəlkə də, Atilla marka toplayırmış), ancaq 

Arbeit macht frei

2

 

nəticə verəcək, inanın, Kuka. Bax, məsələn, Fano yepiskopunun zorlanması, bax buna deyərəm 



hadisə… 

 

(– 138) 

 

141 

 

Morellinin tamamilə başqa şeyi nəzərdə tutduğuna əmin olmaqçün cəmi bir neçə səhifə 



oxumaq  yetər.  O, 

Zeitgeist

3

in  dərin  qatlarına  eyham  vurur,  o  yerə  ki,  orada  onun  düşüncədən 



məhrum  məntiqi  özünü  ayaqqabı  bağlarıyla  boğur,  qanunla  elan  edilmiş  düşüncəsizliyi  rədd 

etmək  gücündə  deyil  –  bunu  əsərin  yetkin-məntiqi  ideyası  da  sübut  edir.  Morelli  məkanın 

mənəvi  əsasları  adlandırılmalı  olan  bütün  tarazlıq  qanunlarını  və  prinsipləri  pozaraq  gah  irəli 

atılır,  gah  da  geri  çəkilirdi,  ona  görə  də  tamamilə  mümkün  idi  ki  (halbuki,  belə  bir  şey  heç 

olmayıb da, lakin olmayacağına da heç bir əminlik yoxdur), danışdığı əhvalata cəmisi beş dəqiqə 

ayıraraq  Avstriya  anşlyusunun  Aktium  döyüşünü  təsvir  etsin  (üç  əsas  sözün  «a»  hərfiylə 

başlaması onunçün tarixi  məqamların seçilməsində həlledici rol oynaya  bilər),  ya da,  məsələn,  

Koçabamba  küçəsində  min  ikiyüzüncü  evin  qapısını  döyən  adam  içəri  keçəndən  sonra 

Pompeydəki  Menandrın  evinin  həyətinə  düşə  bilər.  Bütün  bunlar  kifayət  qədər  bayağı, 

                                                

30

 

 Копрофаг – няъисля гидаланан 



1

 

 «Гара эцндяликляр» (инэ.) 

2

 



 Иш азадлыг демякдир. (алм.) 

3

 



 Заманын рущу (алм.) 


 

38



Bunyuelvari  idi,  ancaq  onların  başlıca  dəyəri  Klubun  gözündən  yayınmırdı:  təhrikçilik,  daha 

dərin  və  kəskin  olan  başqa  mənaya  qarşı  açıq  kinayə  ortadaydı.  Daha  çox  İncillərdə, 

Upanişadlarda və şaman 

trinitrotoluolarından

31

 başlayan digər söhbətlərdə parlaq şəkildə təqdim 



olunan kəndirbazlıqlara oxşayan bu cür oyunbazlıqlara müraciət edən Morelli öz məşğuliyyətini 

davam  etdirməkdən  və  mahiyyət  etibarilə  fitnə-fəsad,  gözdənsalma  və  lağlağıdan  ibarət 

ədəbiyyat uydurmaqdan həzz alırdı.    

 

Qəflətən  sözlər,  bütün  dil,  bütöv  üslubun  qurulması,  semantika,  psixologiya, 



məharətlə  qurulan  bütöv  bir  inşa  –  hər  şey  dəhşətli  xarikiriyə  yönəlirdi.    Banzay!  Və  heç  bir 

təminat olmadan yeni qayda-qanunlara, lakin axırda həmişə kitabdan kənara uzanan və hansısa 

«mümkünə»,  hansısa  «ola  bilər»ə  tuşlanmış  bir  ip  olur  ki,  bu  da  birdən-birə  əsər  haqqında 

donmuş  daş  təsəvvürləri  havadan  asılı  vəziyyətə  gətirir.  Dəqiqliyə  ehtiyacı  olan  Periko 

Romeronu həyəcanlandıran, Oliveyranı ləzzətdən titrəməyə məcbur edən, Etyenin xəyallarını alt-

üst edən, Sibillanı hər əlində bir ənginar ayaqyalın oynadan da elə buydu.  

 

Alma  arağı  və  tütünlə  zəhərlənən  mübahisələrdə  Etyenlə  Oliveyra  elə  hey  sual 



verirdilər ki, görəsən niyə Morelli ədəbiyyata bu qədər nifrət edir və nədən «Exeunt» Rembonu 

təkrarlamaqdansa,  yaxud  «kolta-32»nin  tərifəlayiq  dəqiqliyini  sol  gicgahında  yoxlamaqdansa, 

ədəbiyyatın içindən ona nifrət edir. Oliveyra güman edirdi ki, Morelli ədəbi yaradıcılığın iblisanə 

təbiətinə şübhə edir (onda bəs ədəbiyyat nədir, hətta əgər o içdiymiz gnosis, praxsis, yaxud ethos 

və  haradasa  mövcud  olan  bir  çox,  bəlkə  də,  sadəcə,  uydurma  həblər  kimi  olsa  belə).  O,  ən 

qızışdırıcı  yerləri  araşdıraraq  Morellinin  yazdığı  hər  şeyi  boyayıb-bəzəyən  xüsusi  üslubu  yeni 

qüvvəylə hiss etdi. Bu üslubda ən çox hiss olunan məyusluq (lakin gizlicə hiss olunurdu ki, bu 

məyusluq heç də kitabda təsvir olunan şəraitə və hadisələrə aid deyil, məhz onlardan danışmaq 

manerasına aiddir), – Morelli bunu bacardığı qədər malalayırdı – bu məyusluq bütün təhkiyəyə 

sirayət edirdi. Yalançı  konfliktin  və  formanın  ləğvi özlüyündə qocanın  forma  materiallarını öz 

üsulundan istifadə edərək ifşa etməsində ifadə olunurdu; əmək alətlərinə şübhəylə yanaşdığından 

əməyin  bu  alətlərlə  əldə  olunmuş  nəticələrini  də  inkar  etmiş  olurdu.  Kitabda  danışılanlar  heç 

kəsə lazım deyildi, orada heç nə yox idi, çünki təhkiyə pis idi, ona görə ki, sadəcə, danışılırdı və 

bu, ədəbiyyatdan  başqa  bir şey  deyildi.  Müəllifi  hirsləndirən  bir  məqam da özünün  yazdığı  və 

ümumiyyətlə,  kiminsə  yazdığıydı.  Aşkar  paradoks  ondan  ibarət  idi  ki,  Morelli  uydurduğu 

epizodları üst-üstə qalaqlayır və öz işini bilən yazıçının əlində olan bütün mümkün vasitələrdən 

istifadə  edərək  müxtəlif  formalar  hazırlayırdı.  Elə  təəssürat  yaranmırdı  ki,  o,  yeni  nəzəriyyə 

təklif edir, orada intellektual düşüncələr üçün material yox idi, lakin hər hansı quru izahat və ya 

analitik  araşdırmadansa,    dünyanın  bu  qədər  çürüməsi,  onun  faş  etdiyi  yalanlar  və  dünyanın 

üzərinə dağıtmaq deyil, qurmaq naminə hücum etməsi onun yazdıqlarında daha aydın və dəqiq 

                                                

31

 



 Тринитротолуол – партлайыъы маддя 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə