Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə171/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   167   168   169   170   171   172   173   174   175

 

39



Lorenso Balladır, diqqət et, gör Burkhard nə danışır, Berenson nəyi inkar edir, Arqan necə hesab 

edir,  bu  mavi  rəng  lap  siyena  freskalarındakı  kimidir,  bu  kətan  –  Mazaççodandır.  Nə  vaxt 

olduğunu  xatırlamıram,  ancaq  bu,  Romada,  Barberini  qalereyasında  olmuşdu,  mən  Andrea  del 

Sartonun  rəsminə  baxıb  təhlil  aparırdım  və  birdən  gördüm  ki…  Xahiş  eləmə,  onsuz  da  deyən 

deyiləm. Mən bütün rəsmi deyil, arxa plandakı bir detalı, yoldakı fiquru görmüşdüm. Gözlərim 

yaşardı, vəssalam, nə deyə bilərəm ki. 

5. – Göz yaşları heç nəyi sübut etmir, – Ronald dedi. – İnsanlar nələrə ağlamırlar. 

4.  –  Sənə  cavab  verməyin  əhəmiyyəti  yoxdur.  Ancaq  o  başa  düşərdi.  Əslində,  biz 

hamımız  eyni  yolun  yolçularyıq,  ancaq  biriləri  öz  yolunu  sol  tərəfdən,  başqaları  isə  sağdan 

başlayır. Və bəzən olur ki, kimsə düz ortada süfrənin kənarını, qədəhi, çəngəli, zeytunu görür. 

3. – Yenə obrazlar, – Ronald dedi. – Daim eyni şeylər. 

2. – İtirilmişə, yadlaşmışa yaxınlaşmağın başqa üsulu yoxdur. Sibilla isə ona yaxın olub 

və  bütün  bunları  hiss  edib.  Onun  yeganə  səhvi  yaxınlığının  bizim  mübahisələrimizdən  dəyərli 

olduğunu isbatlamaq istəyi olub. Ancaq bu sübutu ona heç kəs verə bilməzdi, birincisi, ona görə 

ki, biz özümüz onu anlamağa qadir deyilik, ikincisi  isə, elə, ya da belə,  biz hamımız özümüzü 

heç  də  pis  hiss  etmirik  və  kollektiv  biliyimizdən  tam  məmnunuq.  Biz  Littrenin  bütün 

cavablarıyla həmişə əlimizin altında olduğunu xatırlayırıq, odur ki, arxayın yata bilərik. Və bizə 

hər şey ona görə aydındır ki, hər şeyin kökünü qazıyan suallar verməyi bacarmırıq. Ancaq Sibilla 

soruşanda ki, niyə ağaclar yayda geyinirlər… yox, dostum, bunun nə mənası var, yaxşısı budur, 

susaq. 


1. – Hə, bunu izah edə bilməzsən, – Ronald dedi.  

 

(– 34) 

 

143 

 

Səhərlər zəngli saatın zəhlətökən cığırtısının belə qovub ayıqlığın aydınlığı və kəskinliyi 



ilə  əvəz  edə  bilmədiyi    yarıyuxulu  vəziyyətdə  onlar  gördükləri  yuxuları  ətraflıca  bir-birinə 

danışırdılar.  Başlarını  toxunduraraq,  ayaqlarını  və  əllərini  dolaşdıraraq  bir-birini  sığallayır  və 

gecənin  şüursuz  saatlarında  yaşadıqlarını  xarici  aləmin  sözləriylə  bir-birinə  çatdırmağa 

çalışırdılar.  Talitanın  yuxuları  və  danışdığı  yuxudan  asılı  olaraq  sıxılan,  yaxud  gülümsəyən 

dodaqları,  hekayəsini  qüvvətləndirən  jestləri  və  nidaları  və  gördüyü  yuxunun  səbəbi  və 

mənasıyla  bağlı  sadəlövh  fərziyyələri  Treveleri  –  Oliveyranın  gənclik  dostunu  ovsunlayırdı. 

Sonra  onun  danışmaq  növbəsi  çatırdı  və  bəzən  yarıya  çatmamış  arvadının  əlləri  onun  əllərinə 



 

39



sığal çəkməyə başlayırdı və onlar yuxudan sevişməyə keçir, yenidən yuxuya gedirdilər, sonra da 

hər yerə gecikirdilər.  

 

Talitaya,  onun  yumşaq,  yuxulu  səsinə  qulaq  asan  Treveler  arvadının  yastığa 



dağılan  saçlarına  baxaraq  təəccüblənirdi:  bu  necə  ola  bilər.  O,  barmağıyla  Talitanın  alnına, 

gicgahına toxunur («İrene xala mənim bacım idi, deyəsən, beləydi, ancaq əmin deyiləm»), sanki, 

başının bir neçə santimetrliyində maneə hiss edirdi («Mənsə kövşənlikdə çılpaq idim və ağappaq 

bir  çay  gördüm,  o  nəhəng  dalğalarıyla  şahə  qalxmışdı…»).  Onlar  baş-başa  yatmışdılar,  fiziki 

baxımdan yan-yanaydılar, hərəkətləri, pozaları da təxminən eyniydi, eyni otaqda, eyni balışların 

üzərində nəfəs alırdılar, həmin qaranlıqda, həmin zəngli saatın çıqqıltısı altında, oyanmanın hər 

ikisi üçün eyni olan küçə və şəhər mənbəyində, hər ikisi üçün eyni olan maqnit şüalanmasında, 

eyni  növ  qəhvə  və  ulduzların  eyni  düzüldüyü  gecə  də  onlar  üçün,  bir-birinə  sarılaraq  yatanlar 

üçün  eyniydi,  ancaq  buna  baxmayaraq,  onlar  fərqli  yuxular  görür,  tamamilə  bənzərsiz  şeylər 

yaşayırdılar və biri gülürdü, eyni vaxtda o biri qorxu içində qaçırdı və o, yenə cəbrdən imtahan 

verməliydi, o biri isə bu zaman ağ daşdan olan şəhərə gəlmişdi.  

 

Talitanın  səhər  hekayəsində  sevinc  də  səslənə  bilərdi,  kədər  də,  ancaq  Treveler 



uyğunluq aramaqdan yorulmurdu. Necə ola bilərdi ki, gündüzləri hər şeydə bir olsunlar, gecələr 

isə  mütləq  uyğunsuzluq  baş  versin  və  insan  yuxuda  dözülməz  dərəcədə  tənha  olsun?  Bəzən 

Treveler  Talitanın  yuxusuna  girir,  ya  da  əksinə,  Talitanın  obrazı  Trevelerin  gördüyü  kabusu 

bölüşürdü. Ancaq onlar oyanandan sonra bu barədə  danışmaq lazım olduğunu bilmirdilər:  «Bu 

vaxt sən mənim əlimdən tutub deyirsən…» Və Treveler müəyyən etdi ki, o, Talitanın yuxusunda 

arvadının əlindən tutub danışdığı zaman öz yuxusunda onun ən yaxın rəfiqəsilə yatır, ya da «Las-

Esterlas» sirkinin direktoruyla danışır, yaxud da La-Plata körfəzində üzür. Başqasının yuxusuna 

xəyalət  kimi  girmək  onu  tikinti  materialı  səviyyəsinə  endirirdi  və  bu  zaman  o  hətta  gecə 

görüntülərinin vacib dekorasiyaları olan bütün bu fiqurları, naməlum şəhərləri, vağzalları və giriş 

pilləkənlərini görmək imkanından da məhrum olurdu. Talitaya lap yaxınlaşaraq, barmaqlarını və 

dodaqlarını  onun  üzünə  və  başına  toxunduraraq  Treveler  hiss  etdi  ki,  bu  dəfolunmaz  maneə 

uçurum  kimi  keçilməzdir,  bu  məsafəni  sevgidə  də  aşmaq  mümkün  deyil.  Uzun  müddət  o, 

möcüzə gözləmişdi, ümid etmişdi ki, gözəl səhərlərin birində Talita ona elə bir yuxu danışacaq 

ki,  eyni  yuxunu  o  da  görmüş  olacaq.  O  bunu  gözləyirdi,  buna  nail  olmağa  çalışırdı,  bütün 

mümkün  analogiyaları  köməyə  çağıraraq  uyğunluq  tapır,  tanımaya  apara  biləcək  oxşarlıq 

axtarırdı. Yalnız bircə dəfə (ancaq Talita buna zərrə qədər əhəmiyyət vermədi) onlar oxşar yuxu 

görmüşdülər.  Talita  anasıyla  birgə  gəldiyi  və  hərəsinin  özüylə  bir  stul  gətirməli  olduğu 

mehmanxana haqqında danışdı. Bu zaman Treveler öz yuxusunu xatırladı: mehmanxanada vanna 

otağı  yox  idi  və  yuyunmaq  üçün  məhrəbayla  vağzaldan  keçib  getmək  lazım  idi.  O  dedi:  «Biz 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə