Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə164/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   160   161   162   163   164   165   166   167   ...   175

 

37



dünyasını  tərk  etməyə  heyfi  gəlirdi,  həm  elə  bir  məqamda  ki,  Sefe  45  Milli  korporasiyanı 

sadalyaraq onlardan təşkil olunan nümunəvi ölkənin adını çəkməliydi: 

 

1) DAXİLİ İŞLƏR NAZİRLİYİ MİLLİ KORPORASİYASI (Daxili  işlər nazirliyinin bütün 

şöbələri  və  qulluqçuları).  (Bütün  müəssisələri  sabitləşdirmə  idarəsi);  MALİYYƏ  NAZİRLİYİ 

MİLLİ KORPORASİYASI (Maliyyə nazirliyinin bütün şöbələri və qulluqçuları). (Ölkə ərazisində 

bütün rifaha (bütün mülkiyyətə) himayədarlıq üsulu idarəsi və s.); 3)… 

 

Beləcə – bütün qırx beş Korporasiya  bir-birinin ardınca düzülür, onların arasında 5, 10, 



11 və 12-ci bəndlər seçilirdi: 

 

5) QARŞILIQLI ƏLAQƏLƏR MİLLİ KORPORASİYASI (həmin Nazirliyin bütün şöbələri 



və  qulluqçuları).  (Təhsil,  maarif.  Qohumlara  və  başqalarına  sevgi.  Nəzarət.  Uçot  (uçot 

dəftərləri), Sağlamlıq, Cinsi tərbiyə və s.) (İdarəetmə, yaxud Nəzarət və Uçot (hüquq…) «Tərbiyə 

Məhkəmələri»,  «Mülki  Məhkəmələr»,  «Uşaq  məsələləri  üzrə  Şuralar»,  «Azyaşlılar  üzrə 

Məhkəmələr»,  doğum,  ölüm  və  s.  üzrə  «Qeydiyyat  şöbəsi»  ilə  tamamlanacaq.  Qarşılıqlı 

münasibətlərə  dair  hər  şeyin  idarə  olunması:  NİKAH,  ATA,  OĞUL,  QONŞU,  DOĞUM  YERİ, 

İNSAN,  YAXŞI  VƏ  YA  PİS  DAVRANIŞLI  ADAM,  MƏNƏVİYYATSIZ  ADAM,  ZƏRƏRLİ 

XƏSTƏLİKLƏRİ  OLAN  ADAM,  YUVA  (və  AİLƏ),  ARZUOLUNMAZ  ŞƏXSİYYƏT,  AİLƏ 

BAŞÇISI, UŞAQ, AZYAŞLI, NİŞANLI, NİKAHDANKƏNAR BİRGƏYAŞAYIŞ və s.) 

 









.



 

 



10)  ESTANSİYALAR  (Böyük  təsərrüfatlı  bütün  kənd  müəssisələri  və  bu  müəssisələrin 

işçiləri)  ÜZRƏ  MİLLİ  KORPORASİYALAR.  (Böyük  təsərrüfatlar,  yaxud  iri  heyvanların  – 

öküzlərin,  atların,  dəvəquşuların,  fillərin,  dəvələrin,  zürafələrin,  balinaların  və  s.  

yetişdirilməsi); 

11)  FERMALAR  ÜZRƏ  MİLLİ  KORPORASİYALAR  (bütün  kənd  təsərrüfatı  fermaları, 

yaxud böyük mülklər və bu cür müəssisələrin işçiləri). (Bütün müvafiq bitki növlərinin əkilməsi, 

tərəvəzlər və meyvə ağacları istisna olunmaqla); 

12) HEYVANDARLIQLA MƏŞĞUL OLAN EVLƏR ÜZRƏ MİLLİ KORPORASİYA (Xırda 

bəslənilmə  üzrə  bütün  müəssisələr  və  belə  müəssisələrin  işçiləri).  (Xırda  bəsləmə,  yaxud  xırda 

heyvanların  –  donuzların,  qoyunların,  keçilərin,  itlərin,  pələnglərin,  şirlərin,  pişiklərin, 


 

37



dovşanların, toyuqların, ördəklərin, arıların, balıqların, kəpənəklərin, siçovulların, həşəratların, 

mikrobların və s. bəslənilməsi). 

 

Treveler təsirlənərək vaxtın necə keçdiyini və butulkanın boşaldığını hiss etməmişdi. Hər 



bir  yeni  problem  onu  riqqətə  gətiridi.  Tərəvəzlər  və  meyvə  ağacları  niyə  istisna  olunurdu  ki? 

Niyə  «arı»  sözündə  nəsə  bir  anlaşılmazlıq  vardı?  Keçilərin  pələnglərlə,  siçovullarla, 

kəpənəklərlə,  şirlərlə  və  mikroblarla  bərabər  bəslənildiyi,  demək  olar  ki,  cənnət  kimi  bir 

malikanə…  O,  gülməkdən  uğunaraq  dəhlizə  çıxdı.  İşçilərinin  balinanı  necə  bəsləmək  barədə 

mübahisə  etdikləri  estansiyanın  təxmini  mənzərəsinin  qarşısını  qaranlıq  dəhlizin  sərt  görünüşü 

tutmuşdu.  Mövcud  məkan  və  zaman  üçün  bu  qarabasma  tamamilə  yerinə  düşürdü  və 

Korporasiyanın ciddi  qayda-qanunlarının adamı yol göstərən məşəl kimi arxasınca apardığı bir 

məqamda  Talitanın  aptekdə,  ya  da  həyətdə  nə  etməsi  barədə  sual  vermək,  sadəcə,  mənasız 

görünürdü. 

 

25)  XƏSTƏXANA  VƏ  BƏNZƏR  MÜƏSSİSƏLƏR  MİLLİ  KORPORASİYASI  (bütün  növ 



xəstəxanalar, təmir, istehsal və dəri məmulatlarının təmiri emalatxanaları, at saxlanan tövlələr, 

diş  klinikaları,  bərbərxanalar,  ağacların  və  digər  bitkilərin  daranmasıyla  məşğul  olan 

müəssisələr,  dolaşıq  məhkəmə  işlərini  açmaqla  məşğul  olan  müəssisələr  və  s.,  həmçinin  belə 

müəssisələrin bütün işçiləri). 

 

–  Budu  ha,  –  Trevler  dedi.  –  Məhz  bu  calaşdırma  Seferinonun  nə  qədər  sağlam  biri 



olduğunu sübut edir. Horasio haqlıdır; nizam-intizamı bizə təqdim olunduğu şəkildə qəbul etmək 

lazım deyil. Seferino hesab edir ki, diş həkimini dolaşıq məhkəmə işlərinə calayan da, bu və ya 

digər halda nəyinsə dəyişdirilməsini tələb edən də həmin faktdır; beləcə, yol qəzaları da benzinlə 

birlikdə  gedəcək…  Bu  ki  əməlli-başlı  poeziyadır,  qardaşım.  Sefe  beynimizi  basmış  qartmağı 

təmizləyir, yadıma düşmür, amma kimsə demişdi ki, artıq dünyanı tamamilə başqa bucaq altında 

görməyə başlayıb. Təbii ki, buna görə ona başdanxarab deyirlər. 

Talita gələndə o, iyirmi səkkizinci Korporasiyaya keçmişdi: 

 

28)  SƏYYAH  XƏFİYYƏLƏR  VƏ  ONLARIN  ELMİ  MÜƏSSİSƏLƏRİ  MİLLİ 



KORPORASİYASI (axtarış üzrə bütün müəssisələr və / və ya polis detektivləri kontorları, bütün 

təhqiqat  müəssisələri  (səyyar)  və  elmi  tədqiqatlar  üzrə  bütün  müəssisələr,  həmçinin  bu  cür 

müəssisələrin işçiləri). (Sözügedən bütün işçilər «SƏYYAH» adlandırılmalı olan sinfə aiddirlər.) 

 



 

37



Bu  hissə  Talita  və    Trevelerin  o  qədər  də  xoşuna  gəlmədi  –  Seferinonu  əldən  salan 

narahatlıq  burada onu tərk edirdi. Bəlkə də, səyahətlə  bağlı  elmi axtarışı Seferino ciddi axtarış 

saymırdı,  səyahət xarakterli olması ona donkixotluq notları gətirir, buna görə də oturaq həyata 

məhkum olmuş Seferino onu xüsusi olaraq vurğulamaq istəməyib.  

 

29)  ƏRİZƏLİ  XƏFİYYƏLƏRİN  VƏ  ONLARIN  ELMİ  MÜƏSSİSƏLƏRİNİN  MİLLİ 

KORPORASİYASI (axtarış üzrə bütün müəssisələr və / və ya polis detektivləri kontorları, bütün 

təhqiqat  müəssisələri  və  bu  cür  müəssisələrin  bütün  işçiləri).  (Sözügedən  bütün  işçilər 

«ƏRİZƏLİ»  adlandırılmalı  olan  sinfə  aiddirlər  və  bu  sinfə  aid  müəssisələr  və  qulluqçular 

«SƏYYAH» kimi sözügedən başqa siniflərdən ayrılmalıdırlar.) 

30) ELMİ XƏFİYYƏLƏRİN (SONRAKI QİYMƏTLƏNDİRİCİLƏR) VƏ ONLARIN  ELMİ 

MÜƏSSİSƏLƏRİNİN  MİLLİ  KORPORASİYASI  (bütün  axtarış  müəssisələri  və  /  və  ya  polis 

xəfiyyələri  kontorları,  bütün  tədqiqat  müəssisələri  və  bu  cür  müəssisələrin  işçiləri).  (Bütün 

sözügedən  işçilər  «SONRAKILAR  ÜZRƏ  QİYMƏTLƏNDİRİCİLƏR»  adlandırılmalı  olan  sinfə 

aiddirlər;  bu  sinfə  aid  müəssisələr  və  qulluqçular  «SƏYYAH»  və  «ƏRİZƏLİ»  kimi  sözügedən 

başqa siniflərdən ayrılmalıdırlar. ) 

 

– Elə görünür ki, sanki, söhbət cəngavər ordenlərindən gedir,  – Talita əminliklə dedi.  – 



Bir şey qəribədir: xəfiyyələrə aid hər üç korporasiyada yalnız binalardan danışılır.  

– Başqa tərəfdən də bu «sonrakılar üzrə qiymətləndiricilər» nə deməkdir? 

–  Bu,  yəqin  ki,  «sonrakılar  üzrə»  deyil,  «sonrakı»dır.  Ancaq  bu  da  məsələni 

aydınlaşdırmır. Nə fərqi var ki. 

–  Nə  fərqi  var,  –  Treveler  təkrar  etdi.  –  Sən  tamamilə  haqlısan.  Bütün  cazibədarlıq 

ondadır ki, səyyah  xəfiyyələr, həmçinin ərizəli  və sonrakı qiymətləndirici  xəfəiyyələrin olduğu 

hər  yerdə  əmin-amanlıq  mümkündür.  Ona  görə  də  Seferinonun  cəngavər  ordenlərindən  ortada 

qısaca  olaraq  çağdaş  elmə  qiymət  verərək  (bunsuz  olmaz  axı)  dini  ordenlərə  keçməsi  mənə 

tamamilə təbii görünür. Beləliklə, oxuyuram:  

 

31) 



MÜXTƏLİF 

ELMLƏR 

ÜZRƏ 

ALİMLƏRİN 

VƏ 

ONLARIN 

ELMİ 

MÜƏSSİSƏLƏRİNİN  MİLLİ  KORPORASİYASI  (müxtəlif  elmlər  üzrə  alimlərin  bütün 

müəssisələri və idarələri onların təmayüllərinə uyğundur və alimlər özləri belədirlər). (Müxtəlif 

elmlər  üzrə  alimlərin  müvafiq  təmayülləri:  həkimlər,  homeopatlar,  təbiblər  (bütün  cərrahlar), 

mamalar, texniklər, mexaniklər (bütün növ texniklər), ikinci dərəcəli mühəndislər, yaxud bütün 

müvafiq  sahələr  üzrə  memarlar  (əvvəlcədən  hazırlanmış  layihələrin  bütün  iştirakçıları 

sözügedən  ikinci  dərəcəli  mühəndislər  kimi),  bütün  klassifikatorların  hamısı,  astronomlar, 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə