www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
dəyərləndirmiĢdi. Onun ilhamla, Ģövqlə Gülyanaq
surətini rəqslə təfsiri (açması), gənclik təravəti ilə
dramatik
yaĢantıları
üzvi
birləĢdirməsi
mütəxəssislər tərəfindən, biri-biri ilə səsləĢən,
coĢğun heyranlıqla qarĢılanmıĢdı. 25 aprel 1940-
cı il tarixli "Pravda" qəzetində Ü. Hacıbəyov
baletin tamaĢaya qoyulması ilə bağlı yazırdı:
"Ġstedadlı balerina Q. Almaszadə ayrıca
vurğulanmalıdır. Öz ifasında o, xoreoqrafiya
sənətinin çağdaĢ texnikası ilə xalq rəqsini yaradıcı
Ģəkildə birləĢdirə bilmiĢdir. Onun yaratdığı
Gülyanaq surəti inandırıcılığı, dolğunluğu,
bütövlüyü ilə seçilir və uzaq keçmiĢdən bizlərə
xatirə kimi görünən "azərbaycanlı qadının
faciəsinin ifadəsi kimi bizi həyəcanlandırır. "
Baletin ilk quruluĢunda Cahangir xanın
surəti sırf pantymima kimi düĢünülmüĢdü və A.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
Urvantsevin ifasında olduqca yaddaqalan surət
kimi tanınırdı. Poladın igid, barıĢmaz surəti isə
sonralar respublikanın xalq artisti adı qazanmıĢ, o
zaman gənc Konstantin BataĢova tapĢırılmıĢdı.
"Qız qalası"nın 1959-cu ildə daha yeni, -
ikinci quruluĢunun baletmeysteri, sonralar SSRĠ
xalq artisti və professor adına layiq görülmüĢ Q.
Almaszadə idi. Onun qardaĢı Ənvər Almaszadə
tamaĢaya yeni bədii tərtibat vermiĢdi. 1959-cu ilin
yeni redaksiyasında Poladla Gülyanağın faciəsi,
Cahangir xanın zalım yaramazlığı daha kəskin
vurğulanmıĢdı. Bununla bağlı "Sovetskaya
kultura" qəzetinin 28 may 1959-cu il tarixli
sayında çap olunmuĢ tənqidçi - sənətĢünas N.
ElyaĢın "Azərbaycan baletinin tamaĢaları" baĢlıqlı
məqaləsində oxuyuruq:
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
"Baletmeyster
əfsanəvi
surətləri
geniĢmiqyaslı, el gücünü əks etdirən, onun
daĢıyıcıları olan qəhrəman surətlər kimi təfsir
edir. Səmimi, coĢğun gənc Poladın da, zərif,
həyəcanlı Gülyanağın da səhnə yaĢamında biz lap
öncədən yenilməzliyi, barıĢmazlığı duyuruq. Və
əsərin faciəli sonluqla bitməsinə baxmayaraq,
məhz
belə təfsir
sayəsində "Qız
qalası"
qəhrəmanlıq ruhunda, olduqca nikbin səslənir."
1959-cu il quruluĢunda xan surətinin
tamamilə yeni təfsiri ilə rastlaĢırıq ki, bu da əsərin
bədii kəsərini qat-qat artırır. 2-ci redaktənin
uğurlarından elçilik edən qadın surətini göstərmək
olar. Xumar xanım Zülfüqarovanın ifasında
həmin surət də olduqca bədii kəsərli və yad-
daqalan idi. Baletin ən gərgin dramatik məqamları
hadisələrin gediĢində rəqs yolları ilə öz həllini
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
tapırdı. Əlbəttə, belə tapıntılar ilk növbədə
baletmeyster istedadından irəli gəlirdi.
"Qız qalası"nın 2-ci redaktəsinin ifaçıları
arasında SSRĠ xalq artisti Leyla Vəkilovanı ayrıca
vurğulamaq lazımdır. Onun səmimiyyət və
ilhamla yaratdığı Gülyanaq surəti sevgilisi
Poladla səhnələrdə Ģairanəliyi, Cahangir xanla
səhnələrdə isə yenilməzliyi ilə seçilirdi. Əsərin
proloqunda bədbəxt ananın ümidsizliyini də,
sonrakı səhnələrdə gənc qızın düĢdüyü çıxılmaz
vəziyyəti də Leyla Vəkilova rəqs dili ilə
tamaĢaçılara inandırıcı çatdıra bilirdi. "
L.
Vəkilovanın
oyundaĢları
arasında
Cahangir xanın öz qəddarlığı qədər parlaq surətini
yaratmıĢ K. BataĢovun və öz sevgisini xanın
pəncələrindən igidliklə qorumağa çalıĢan Polad
surətinin yaradıcısı, respublikanın xalq artisti
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2018
Ağasəlim Pünhanoğlu
―Azərbaycan və dünya musiqi sənətindən‖
Məsud Məmmədovun adları balet tariximizdə
silinməz izlər qoymuĢlar.
Beləliklə, "Qız qalası" baleti 60 illik səhnə
ömrü sürdü və yüzilliklərin, daha doğrusu,
minilliklərin keçidində... . tamamilə yeni libretto
ilə yeni quruluĢda, yeni orkestr çalarları və yeni
bədii tərtibatla səhnə ömrünə yenidən baĢladı... .
...Baletin ilk librettosu onun müəllifi
Əfrasiyab Bədəlbəylinin qələmindən çıxan bütün
ədəbi, publisistik və elmi əsərlərə xas olan
düzgün biçimliliyi ilə seçilirdi. Gəlin qısaca da
olsa, yada salaq.
Proloq.
Qəddarlığı
ilə tanınmıĢ Bakı
hökmdarı Cahangir xan, oğlu - varisi
doğulacağını səbirsizliklə gözlədiyi halda, qızının
dünyaya gəliĢini qəzəblə qarĢılayır. O uĢağı
öldürməyi, anasını isə köləyə çevirməyi əmr edir.
Dostları ilə paylaş: |