C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə4/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   2   3   4   5   6   7   8   9   ...   61

16
zudur.  Təktanrılı  dinlərdə  Tanrının  ucalığı  və  qüdrəti  ən 
əsas anlayışlardır. Buna görə də,Tanrının ucalığına və qüd-
rətinə zidd olan bütün izahlar rədd edilir. Tanrının nöqsan-
lı olduğunu iddia edən ittihamlar, düşüncələr inkar edilir. 
Yaradılmamış, öz-özünə var olma fikri ilə maddə, Tanrının 
gücündən və qüdrətindən müstəqil bir varlıq qazanmış olur. 
Bu səbəbdən, yaradılmamış maddə fikri təktanrılı dinlərin 
qətiyyətlə  qarşı  çıxdığı  bir  anlayışdır.  Təktanrılı  dinlərin 
ortaya  qoyduğu  çox  önəmli  4  iddiaya  diqqətinizi  çəkmək 
istəyirəm.  Çünki  bu  4  nöqtə  kitabın  irəlidəki  hissələrində 
daha  ətraflı  şəkildə  görüləcəyi  kimi,Big  Bang-in  ortaya 
qoyduğu  iddialar  baxımından  çox  əhəmiyyətlidir.  Bəşər 
tarixində  bu  4  iddianın  hamısını  birdən  yalnız  və  yalnız 
təktanrılı dinlər ortaya qoyub və müdafiə edib.
Bu 4 iddianın araşdırılması “Təktanrılı dinlər özlərindən 
fərqli  sistemlərlə  bu  çox  fundamental  fikir  ayrılıqlarında 
haqlıdırlar yoxsa haqsızdırlar?” sualına cavab verəcək. Bu 
4  iddianın  doğru  olub-olmaması  mövzusunda  hakimliyi 
Big  Bang  edəcək,  növbəti  səhifələrdə  qərarı  o  verəcəkdir. 
Təktanrılı dinlərin iddiası belədir:
1) Kainat yoxdan yaradılıb, dolayısıyla maddə əzəli de-
yil, yəni başlanğıcı vardır.
2) Kainatın yaradılışı müəyyən mərhələlərin reallaşma-
sı,  mərhələli  təkmilləşən  bir  proseslərdən  keçilməklə  ger-
çəkləşmişdir.
3) Kainat məqsədli şəkildə yaradılmış və dizayn edil-
mişdir.
4) Kainatın başlanğıcı olduğu kimi, sonu da vardır. Gün 
gələcək və kainat qiyamət prosesini yaşayacaqdır.


17
II HISSƏ
BIG BANG NƏZƏRIYYƏSINƏ 
QƏDƏRKI ELM TARIXI
Bu hissədə astronomiya tarixinə qısa şəkildə nəzər yeti-
riləcəkdir.  Məqsəd  Big  Bang  nəzəriyyəsi  ortaya  qoyulana 
qədər  ki  elmi  prosesin  zehinlərdə  canlanması,  beləcə  Big 
Bang  nəzəriyyəsinin  tarixi  perspektivdə  yerinə  oturdula 
bilməsidir.
Köhnə sivilizasiyalardakı proseslər
Bu  gün  on  yaşında  bir  uşağa  belə  adi  görünən  məlu-
matlar qədim dövrün insanları üçün həll edilməsi mümkün 
olmayan  “tapmacalar”  idi.  İnsanların  “bilmək  ehtiyacını” 
çox  vaxt  miflər  və  əfsanələr  ödəyirdi.  Bu  gün  bildiyimiz 
mənada  elmi  səylərə  tarixin  bilinən  dövrlərinin  çox  uzun 
bir hissəsində rast gələ bilmirik.
Şumerlərin e.ə. 3000-ci ildə texniki biliklər əldə etdik-
lərinə,  bunları  öz  rifahları  üçün  istifadə  etdiklərinə  şahid 
oluruq.  Şumerlərdən  sonra  babillilər  də  riyaziyyat  və  ast-
ronomiya sahələrində inkişaf etmişdilər. Uzun və diqqətli 
müşahidələrdən sonra uğurlu bir təqvim yaratmış və bunu 
əkinçilikdə istifadə etmişdilər. Günəşin hər gün səmadakı 
qapıların birindən girdiyi, ayrı birindən çıxdığını deyirdilər. 
Babillilərin səma ilə əlaqələri astronomiya qədər astrologiya 


18
ilə də bağlı idi. Onlar səmanı müşahidə edərək gələcəkdə 
nələr olacağı ilə bağlı məlumatlar əldə etməyə çalışırdılar.
Misirdə də riyaziyyat və astronomiya sahələrində əhə-
miy yətli irəliləyişlərə rast gəlirik. Qədim Çin və Hind mə-
dəniyyətlərinin də bu sahələrdə uğurlu inkişafa nail olduq-
larının şahidi oluruq. Bunlar günümüzün elmi anlayışların-
dan fərqli olaraq daha çox gündəlik ehtiyacları qarşılamağa 
yönəlmiş işlər olaraq görünməkdədir.
 Haqlarında danışdığımız mədəniyyətlər göy cisimlərini 
müşahidə edirdilər; bu cisimlər arasında tapdıqları nizam-
lı  əlaqələrə  əsaslanaraq  gələcəkdə  baş  verəcəkləri  təxmin 
etməyə,  əkinçilikdə  bunlardan  faydalanmağa,  astrolojik 
kəhanətlərdə  bu  məlumatlardan  istifadə  etməyə  çalışırdı-
lar.  Bildiyimiz  qədərilə,  onlar  çağdaş  elmdə  olduğu  kimi 
müşahidə məlumatlarını izah etmə ehtiyacı hiss etmir, te-
orik əsasda müşahidələri dəyərləndirə bilmirdilər. Belə ol-
duğu təqdirdə, astronomiya elmində bugünkü mənada bir 
irəliləyiş əldə etmələri də mümkün deyildi. Lakin bunu da 
bildirməliyik  ki,  son  elmi  kəşflər  bu  mədəniyyətlərin  elm 
tarixi  kitablarında  yazıldığından  daha  çox  irəlilədiklərini, 
Qədim Yunanıstandakı inkişafın mənşəyi olduqlarını orta-
ya  qoymaqdadır.  Bu  da  elm  tarixinin  Qədim  Yunanıstan-
dan  başladığı  iddiasını  yenidən  nəzərdən  keçirməyimizin 
vacib olduğunu göstərir.
Aristotel və Ptolomeyin Dünya 
Mərkəzli Kainatı
Aristotel Yer planetinin sabit mərkəzli olduğunu, bütün 
planetlərin,  ulduzların,  Günəşin  və  Ayın  Yerin  ətrafında 
dövr etdiyini iddia edirdi. Aristotelə görə, ulduzların xam-
malı  və  Yerin  xammalı  bir-birindən  fərqli  idi.  Ulduzlar 


19
əzəli  bir  yanacaqla  yandırılmışdı.  Bunlar  həm  əzəli,  həm 
də əbədi idilər. Yer isə qüsurlu və əskik idi, ulduzlar qədər 
mükəmməl deyildi.
Daha sonra Ptolomey (85-165) Aristoteldən aldığı mira-
sı istifadə edərək Eudoksun və Hipparksın düşüncələrindən 
də  faydalanaraq  astronomik  bir  model  ortaya  qoydu.  Bu 
modelə görə, Yer mərkəzdə idi. O zamanlar məlum olan 5 
planet;  Merkuri,  Venera,  Mars,  Yupiter,  Saturn  və  onlarla 
birlikdə Ay və Günəş də Yerin ətrafında fırlanırdı. Ulduz-
lar  isə  kənardakı  ən  geniş  halqada  idilər.  Bu,  Ptolomeyin 
istifadə  etdiyi  mirasın  sahibləri  olan  Pifaqorun,  Platonun, 
Aristotelin  bəyənəcəyi  bir  model  idi,  kainat  dairələr  və 
kürələrlə təsvir edilirdi. 
Islam aləmində elmin qızıl dövrü
Xüsusi ilə VIII - XIII əsrlərin aralığında qalan dövr İs-
lam aləminin elmdə zirvədə olduğu dövrdür. Elm tarixçi-
lərinin  bir  çoxu  qərbdə  eyni  dövrü  “Qaranlıq  dövr”  ola-
raq xarakterizə etdikləri halda, həmin elm tarixçiləri İslam 
aləminin bu dövrdəki elmi vəziyyətini “Qızıl dövr” olaraq 
təsvir edirdilər.
  Bu  dövrdə  müsəlman  cəmiyyətlər  Yunan,  Hind  və 
İran  mədəniyyətlərinin  mirasından  istifadə  edirdilər.  Bu 
mədəniyyətlərin əsərlərini ərəbcəyə tərcümə edərək özləri 
də elmi tədqiqat və müşahidələri ilə əhəmiyyətli irəliləyişlər 
əldə etdmişdilər. Rəsədxana ilk dəfə Marağada 1259-cu ildə 
tikilmişdi.  Buradakı  fəaliyyəti  ilə  Nəsirəddin  Tusi  də  pto-
lomeyçi kainat modelinin çatışmazlıqlarını tənqid etmişdi. 
Xarəzmi, Bitruci və Biruni kimi bir çox alim də astronomi-
yaya mühüm töhfələr vermişdilər.


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə