C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə7/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   2   3   4   5   6   7   8   9   10   ...   61

26
BIG BANG NƏZƏRIYYƏSI 
VƏ ELM
III HISSƏ
BIG BANG NƏZƏRIYYƏSININ 
ƏSAS SÜBUTLARI
Bu hissədə Big Bang nəzəriyyəsinin əsas sübutları, bu 
sübutların  ortaya  qoyulma  və  inkişaf  prosesinə  bağlı  ola-
raq araşdırılacaqdır. Beləliklə, bir tərəfdən Big Bang nəzə-
riyyəsinin tarixi inkişaf prosesi izah ediləcək, digər tərəfdən 
Big Bang nəzəriyyəsini dəstəkləyən ən əsas sübutlar göstə-
riləcəkdir.
 
1. NƏZƏRI SÜBUT
Nyutonun kainat modelindəki çatışmazlıq
 Nyuton cazibə qüvvəsinin tabeliyində sonsuz bir ka-
inat modelini nəzərdə tutmuşdu. Çünki sonlu və sabit bir 
kainatın içərisində bir-birini cəzb edən maddələr birləşəcək 
və tək bir komponentə çevriləcəkdi. Halbuki kainatda belə 
bir quruluşun olmadığı görünürdü. Nyuton maddənin son-
suz bir kainata yayıldığını söyləyərək bu problemdən qaç-
mağa  çalışırdı. Amma  bu  kainat  modeli  də  problemi  həll 
edə bilmirdi, əgər hər əşya digər bir əşya üzərində cazibə 


27
qüvvəsinə  sahibdirsə,  kainatdakı  ulduzlar  niyə  bu  qədər 
uzun müddət bir-birlərindən ayrı qalmışdılar? Kainatı son-
suz surətdə böyütmək də problemi həll etmirdi; müəyyən 
bir sahədəki ulduzlar bir-birlərinə azacıq yaxınlaşsalar, ara-
larındakı cazibə qüvvəsi uzaq ulduzların itələyici qüvvəsinə 
qalib gələcək və bir-birlərinə birləşəcəkdilər; ulduzlar bir-
birlərindən  azacıq  uzaqlaşsalar,  cazibə  qüvvəsindən  xilas 
olduqları üçün getdikcə daha da uzaqlaşacaqdılar. Qısacası, 
kainatı sonsuz böyütmək də cazibə qüvvəsinin yaradacağı 
problemləri yox etmirdi, kainat sonsuz olsaydı belə sonda 
hər şey yenə cazibə qüvvəsi ilə tək bir elementə çevriləcəkdi. 
Bu isə milyardlarla ildir mövcud olduğunu düşündüyümüz 
kainat modeli ilə uyğun gəlmirdi.
Nyutonun sonsuz kainat fikri yaradılışın başlanğıc za-
manını göstərmək baxımından çətinlik törədirdi və zehində 
qeyri-müəyyənlik yaradırdı. Lakin sonsuz gücə sahib olan 
bir Tanrının sonsuz bir kainat yarada biləcəyi kilsə də da-
xil olmaqla bir çox ilahiyyatçı tərəfindən mənimsənilmişdi. 
Nyutondan  sonrakı  elm  adamları  və  filosofların  demək 
olarki,  hamısı  Nyuton  fizikasının  təsiri  altında  idilər  və 
kainatı  sonsuz  böyüklükdə  qəbul  edirdilər.  Bu,  Big  Bang 
nəzəriyyəsi ortaya qoyulana qədər bu şəkildə davam etdi. 
 
Nyuton fizikasına edilən düzəliş
Albert  Eynşteyn  də  əvvəlcə  Nyuton  fizikasının  təsiri 
altında idi; Eynşteyn 1916-cı ildə ilk olaraq sabit bir kainat 
modelini ortaya atdı. Lakin sonra sabit bir kainatın cazibə 
qüvvəsinin təsiri ilə tək bir elementə çevriləcəyini gördü. Sa-
bit kainat modelini öz nəzəriyyəsi ilə uyğunlaşdırmaq üçün 
Eynşteynin tənliklərinə daxil etdiyi “kosmik təcil” heç bir 
məntiqi səbəbə, təcrübəyə və ya nəzəriyyəyə əsaslanmırdı. 


28
“Kosmik  təcil”i  Eynşteynin  ortaya  atmasının  tək  səbəbi 
Nyutonun sonsuz sabit kainat modelinə olan inancı idi, bu-
nun  əksinin  mümkünsüz  olduğunu  zənn  edirdi.  Sonrakı 
illərdə Eynşteyn bu fikrini həyatının ən böyük səhvi olaraq 
dəyərləndirəcək, sabit və sonsuz kainat fikrinin yanlışlığını 
qəbul edəcəkdi. 1922-ci ildə rus meteoroloq və riyaziyyatçı-
sı Aleksandr Fridman, Eynşteynin görməməzlikdən gəldiyi 
və başlanğıcda qəbul etməyib rədd etdiyi bir şeyin fərqinə 
vardı, kainat dayanmadan genişlənə bilərdi. Fridman, Eyn-
şteynin  nisbilik  nəzəriyyəsi  ilə  ortaya  qoyduğu  tənliklər 
üzərində  işlədi  və  bu  tənliklərin  kainatın  genişlənməsinin 
qaçılmaz  olduğunu  ortaya  qoydu.  Beləliklə,  sabit  yox,  di-
namik bir kainat dizayn edilirdi; ortaya qoyulan bu model 
Nyutonun sistemindəki çatışmazlığı aradan qaldırdığı üçün 
Nyutonun  sistemini  daha  da  mükəmməlləşdirirdi.  Beləcə, 
cazibə  qanunlarının  kainatdakı  cədvəllə  bir  ziddiyyətinin 
olmadığı  anlaşıldı.  Kainatın  genişlənməsinin  dinamizmi, 
kainatdakı qalaktikaların tək bir elementə çevrilməsinin qar-
şısını alırdı. Bu nəzəriyyə Eynşteyn düsturları ilə kəşf edil-
diyi üçün Eynşteyn fizikası ilə də uyğun gəlirdi. Nyutonun 
cazibə  qanunlarının  ziddiyyətləri  Eynşteyn  düsturları  ilə 
aradan  qaldırılmış  və  müqəddəs  bir  “kosmik  itələnmə”yə 
ehtiyac olmadığı düstur olaraq ortaya qoyulmuşdu.
 
Lamatrın həll yolu
Belçikalı kosmologiya alimi Corc Lamatr (Georges Le-
maitre)  eyni  dövrdə  Fridmanın  təsiri  olmadan  kainatın 
genişləndiyini kəşf etdi. Lamatr eynilə Fridman kimi Eyn-
şteyn düsturları üzərində işləmiş və bu düsturların bizi apa-
racağı nəticənin kainatın genişlənməsi olduğunu deyirdi.


29
Genişlənən bir kainat modelinə görə, genişlənmə cazibə 
qüvvəsini  tarazlamaqda,  beləcə  kainatdakı  maddə  tək  bir 
elementə  çevrilməkdən  xilas  olmaqdadır.  Genişlənən  bir 
kainat hər an bir əvvəlki halından daha böyük olmaqdadır. 
Bu, eyni zamanda, kainatın hər əvvəlki anının bugünkündən 
kiçik  olması  deməkdir.  Bu  isə  kainatın  çox  qədimdən  tək 
bir  elementdən  başlaması  mənasına  gəlir.  Lamatr  bunun 
kainatın başlanğıc nöqtəsi olduğunu deyirdi. Qüsursuz mo-
deli tapdığına inanırdı: Tanrının birinci atom olaraq yarat-
dığı və bir palıd qozasından bir palıd ağacının böyüdüyü 
kimi  böyüyüb  genişlənməyə  davam  edən  və  dövrün  elm 
dahisi Eynşteyn riyaziyyatını təsdiqləyən bir kainat modeli. 
Beləcə, Big Bang nəzəriyyəsi ortaya qoyuldu.
Lamatr  bir  yezuit  keşişi  və  Vatikan  rəsədxanasındakı 
ən əsas kosmologiya mütəxəssisi idi. Onun “teorik əsasda” 
ortaya  qoyduğu  bu  fikri  Katolik  kilsəsi  çox  bəyəndi  və 
əvvəldən  sona  qədər  Lamatra  dəstək  verdi.  Beləcə  dini 
dairələr daxilində Big Bang-in önəmini ilk qavrayan (1920-
ci illərdən etibarən) Katolik kilsəsi oldu və 1951-ci ildə kilsə 
bu  nəzəriyyənin  dinin  izahları  ilə  tam  uyğun  olduğunu 
rəsmən açıqladı.
Eynşteyn düsturları
Eynşteyn  Nyutondan  miras  aldığı  təcrübə  sayəsində 
düsturlarını  ortaya  qoydu.  Eynşteyn  düsturları  cazibə 
qüvvəsini  Nyutonun  ortaya  qoyduğu  düsturlardan  daha 
doğru bir şəkildə başa düşməyimizi təmin edirdi. Məsələn, 
Nyutonun düsturları Merkuri planetinin orbitini tam ola-
raq açıqlaya bilmədiyi halda, Eynşteyn düsturları bunu tam 
olaraq açıqlaya bilirdi. Eynşteynə görə, kütləsi olan cisimlər 
kosmosu  çökdürərək  ona  təsir  edir.  Kosmos  mütləq  boş-


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə