C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə10/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   6   7   8   9   10   11   12   13   ...   61

37
Hablın müşahidələri və 
Dopler təsiri
Hablın teleskopla etdiyi müşahidələr onun kainatdakı 
qalaktika sayının yüz milyondan çox olduğunu ilk olaraq 
ortaya qoyması ilə başladı. Onun bu sözlərini eşidənlərdən 
“Bu  adamın  artıq  təqaüdə  çıxmaq  vaxtı  gəlib”  deyənlər 
əksəriyyət təşkil edirdi. Lağlağılara qulaq asmadan işlərini 
davam etdirən Habl 1929-cu ildə uzaq qalaktikaların kai-
natımızdan uzaqlaşdığının fərqinə vardı. Kosmosda hansı 
istiqamətə  baxılırsa-baxılsın  qalaktikalar  bir-birlərindən 
uzaqlaşırdı. Habl israrla müşahidə etdiyi bütün qalaktika-
larda eyni nəticəni əldə edirdi. Hablın bu kəşfi kosmosdakı 
ulduzların sayına dair kəşfindən daha böyük bir zehni inqi-
laba yol açacaqdı. Başda bu gözlənilməz kəşfin əhəmiyyəti 
kifayət  qədər  anlaşılmadı.  Hablın  kəşf  etdiyi  kainatın  ən 
yaxşı nümunəsi şişən bir şardır. Şarın səthində bir nöqtə 
işarələyin və sonra onun ətrafına təsadüfi başqa nöqtələr də 
işarələyin. Şar şişərkən genişlənəcək və səthindəki nöqtələr 
də ilk başlanğıc nöqtəsindən və bir-birlərindən də davamlı 
şəkildə uzaqlaşacaqlar. Qısacası, kainatın da şişən bir şar 
kimi genişləndiyi aydın oldu. Habl kainatın genişləndiyini 
Dopler  təsirindən  istifadə  edərək  kəşf  etdi.  Əslən  avstri-
yalı  bir  fizik  olan  Dopler  (1805-1883)  akustik  fizikasında 
“Dopler təsiri” adlandırılan xüsusiyyəti kəşf etmişdi. Dal-
ğa boyunun səs və işıq qaynağının hərəkət etməsi ilə necə 
dəyişdiyi bu xüsusiyyətlə açıqlanır. Bu, sürətlə avtomobil 
sürən bir sürücünün sürət radarına düşməsinə səbəb olan 
təsirin  eynisidir.  Yol  polislərinin  cihazları  Dopler  təsirini 
istifadə  edərək  kimin  neçə  kilometr  sürətlə  getdiyini 
göstərirlər. Sürətə və dalğa boyunun əlaqəsinə bağlı olan 


38
Dopler  təsirinə  hər  gün  şahid  oluruq.  Məsələn,  yanımız-
dan sürətlə keçən bir yük maşınının səsini dinləyək. Yük 
maşını yanımızdan keçərkən səsi yüksək bir tonda eşidilir 
və keçib gedəndən sonra eşidilmə tonu enişi göstərir. Ya-
xınlaşan cisimdən gələn dalğa boyu getdikcə kiçilir, uzaq-
laşan cisimdən gələn dalğa boyu isə getdikcə böyüyür. Bu, 
yaxınlaşan və uzaqlaşan cisimlərin səs tonajındakı yaratdı-
ğı dəyişikliyin səbəbidir. Bu həm səs dalğaları üçün, həm 
də işıqdan gələn dalğa boyu üçün eyni şəkildə keçərlidir. 
İşıq da səs kimi dalğalar halında yayıldığından aralarında 
heç bir fərq yoxdur. Bu xüsusiyyət bir çox təcrübələrlə sü-
but edilmişdir. Yaxınlaşmaqda olan işıq qaynağının dalğa 
boyu  kiçildiyi  üçün  işıq  öz  spektrumundakı  mavi  rəngə 
doğru sürüşür. Uzaqlaşmaqda olan işıq qaynağının dalğa 
boyu  isə  böyüdüyü  üçün  işıq  öz  spektrumundakı  qırmı-
zı  rəngə  doğru  sürüşür.  Habl,  Dopler  təsirindən  istifadə 
edərək  ulduzlardan  gələn  işığın  həmişə  qırmızıya  doğru 
sürüşdüyünü, yəni bütün ulduzların içində olduqları qa-
laktikaları ilə birlikdə uzaqlaşdıqlarının şahidi oldu. Hal-
buki normal vəziyyətdə gözlənilən şey bəzi qalaktikaların 
ulduzlarından gələn işığın yaxınlaşma nəticəsinin maviyə 
sürüşməsi,  bəzilərinin  isə  qırmızıya  sürüşməsi  idi.  Habl-
dan sonra dəfə lərlə edilən müşahidələr - Milton Hyumson-
un (Milton Humeson) və daha bir çox adamın müşahidələri 
həmişəlik  bu  nəticəni  təsdiqlədi.  1950-ci  ildə  Amerikada 
Maunt Palamarda dünyanın ən böyük teleskopu tikildi. Bu 
teleskopla  edilən  müşahidələr  də  Hablın  müşahidələrini 
təsdiqlədi.
 


39
Lamatr və Bokçu Habl
Edvin Habl əvvəllər boksçu olmaq istəyirdi. O, bu istə-
yində israr edib teleskopik müşahidələrindən əl çəksəydi, 
görəsən  neçə  adamı  nokaut  edərdi?  Halbuki  görürük  ki, 
onun  müşahidələri  kainatın  sabit,  sabit  bir  quruluşda  ol-
duğunu  düşünən  bir  sıra  elm  adamını  nokaut  etmişdir. 
Nəzəri  sübutların  sərxoş  etdiyi  sabit  və  sabit  kainat  fikri, 
belə  demək  mümkünsə,  Hablın  qarşısında  nokaut  olmuş-
dur. Günümüzə qədər aparılan bütün müşahidələr Hablın 
kəşfini  təsdiqləmişdir.  Lakin  ən  başda  Hablın  kəşflərinin 
gətirib çıxaracağı fəlsəfi nəticəni görən ateistlər müqavimət 
göstərmiş  və  kainatın  genişləndiyini  qəbul  etmək  istəmə-
mişlər. Genişlənən bir kainat fikri dəyişməz, sonsuz, əzəli 
və  əbədi  kainat  fikrinə  bağlanmış  ateist  elm  adamlarının 
qəbul  edə  bilməyəcəyi  bir  anlayış  idi.  Bu  səbəblə  Habl 
müşahidəvi məlumatlarını ilk ortaya qoyanda ona xor ba-
xanlar və çatdığı nəticələri gözardı edənlər oldu. Ancaq bu 
yeni fikir bir elm adamını xüsusi həyəcanlandırmışdı. Bu, 
öncə  də  özündən  bəhs  etdiyimiz  Lamatrdır.  Daha  əvvəl 
gördüyümüz  kimi,  Lamatr  və  Fridman  bir-birlərindən 
müstəqil olaraq nəzəri əsasda genişlənən bir kainatın lazım-
lığını  riyazi  düsturlar  ilə  ortaya  qoyan  şəxslərdir.  Lamatr 
yalnız  nəzəri  şərhlə  kifayətlənməmiş,  Hablın  müşahidəvi 
bilgilərindən də istifadə etmiş, beləcə, Big Bang-i həm nə-
zəri, həm də müşahidəvi sübutlarla dəstəkli bir şəkildə or-
taya  qoymuşdur.  Nəticə  olaraq  riyazi  düsturlarla  stolüstü 
he sablanan (nəzəri sübut) və teleskopun içindən baxılaraq 
alı nan  nəticələr  (genişlənmə  sübutu)  birləşmişdir.  Hablın 
özü belə kəşf etdiyi məlumatın 20-ci və 21-ci əsrin fizikasını 
və fəlsəfəsini bu dərəcədə təsir edəcək diametrdə olduğu-


40
nu  öncələr  fərq  edə  bilməmişdir.  Elə  görünür  ki,  bunun 
əhə miyyətini  anlayan  ilk  adam  olmağın  imtiyazı  Lamatra 
məxsusdur. 
Lamatr, Eynşteyn və 
Habl görüşür
Daha  əvvəl  də  ifadə  etdiyim  kimi,  öz  düsturların-
dan  kainatın  genişləndiyi  aydın  olan  Eynşteyn  də  başda 
bu nəzəriyyəni qəbul edə bilmirdi. Çünki o da Nyutonun 
son  suz, sabit kainatına ürəkdən inanırdı. Bir gün üç seçmə 
adam,  Lamatr,  Eynşteyn  və  Habl  Kaliforniya  Texnologi ya 
İnstitutunda  bir  araya  gəldilər.  Lamatr  burada  Big  Bang 
nə zəriyyəsini mərhələli şəkildə izah etdi. Kainatın baş lan-
ğı cının  bir  “ilk  atom”  olduğunu,  sonra  bu  vəhdətin  par  -
ça lanaraq  bir-birindən  ayrıldığını,  kainatın  davamlı  ge-
niş    ləndiyini,  bunu  tərsinə  çevirsək  də  eyni  nəticəni  əldə 
edə   cəyimizi,  kainatın  əvvəli  olmayan  bir  gündə  yaradıl-
dığını söylədi. Lazımlı bütün riyazi hesablamalarını etmiş 
dinləyicilərdən  biri  olan  Hablın  məlumatlarını  digər  bir 
dinləyici  Eynşteyn  düsturları  ilə  birləşdirirdi.  Lamatr  nit-
qini bitirdikdən sonra qulaqlarına inana bilmirdi, Eynşteyn 
ayağa qalxmış və eşitdiklərinin o günə qədər dinlədiyi ən 
gözəl  və  ən  inandırıcı  izahat  olduğunu  qəbul  etmişdi.  Bu 
zəfərin  ilk  fərqinə  varanlardan  biri  də  Katolik  kilsəsi  idi. 
Həm yaradılış anını təsbit edə bilmək, həm də zamanın ən 
yaxşısı  olaraq  qəbul  edilən  elm  adamından  dəstək  almaq 
Kilsə üçün sevindirici hal idi. Keçən müddət və əldə edilən 
bütün  kəşflər  Big  Bang-in  reallaşdığı  fikrini  təsdiqləyirdi. 
  Kaliforniya  Texnologiya  İnstitutundakı  görüş  Big  Bang 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə