C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə11/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   7   8   9   10   11   12   13   14   ...   61

41
nəzəriyyəsinin  ortaya  qoyulması  baxımından  həqiqətən 
də  maraqlıdır.  Big  Bang  nəzəriyyəsinin  atası  Lamatr,  nə-
zəriyyənin ortaya atdığı nisbilik nəzəriyyəsinin riyaziyyatı 
ilə  “nəzəri  sübuta”  qovuşmasında  payı  olan  Eynşteyn  et-
diyi müşahidələrlə nəzəriyyəni “müşahidə olunmuş sübut 
formasına” qovuşduran Habl bir araya gəlmiş və Big Bang-i 
təsdiqləmişdir.
Habl Qanunu
Hablın və onunla birlikdə Maunt Vilson Rəsədxanada 
çalışan Vesto M. Sliferin və Milton Humsonun kəşflərinin 
daha  bir  əhəmiyyətli  tərəfi  var.  Bu  da  müşahidələr  nəti-
cəsində  Habl  qanununun  ortaya  qoyulmasıdır.  Bu  qa-
nun  qalaktikaların  bizdən  olan  uzaqlıqlarının  sürətləri  ilə 
mütənasib  olduğunu  ortaya  qoyur.  Habl  qanunu  istifadə 
edilərək qalaktikaların uzaqlaşma sürətləri təsbit edilməkdə 
və müəyyən bir zaman müddətinin sonunda hansı qalakti-
kanın harada olacağı təxmin edilə bilməkdədir. Bu hesab-
lama  qalaktikaların  uzaqlıqları  ilə  sürətləri  arasında  xətti 
bir  əlaqə  olmasından  irəli  gəlir.  Məsələn,  bir  qalaktikanın 
bir  milyard  il  sonra  hansı  mövqedə  olacağını  təxmin  edə 
bilərik,  hətta  tərsinə  çevirib  keçmiş  zamana  da  tətbiq  edə 
bilərik.  Zaman  xəttində  irəliyə  doğru  deyil,  geriyə  doğru 
getsək,  sonda  kainatın  başlanğıc  nöqtəsinə  çatarıq.  Beləcə 
də  Habl  qanununu  istifadə  edərək  kainatın  yaşını  tapmış 
olarıq. Bu isə yaradılış anının zamanı ifadə edilərək təsbit 
edilməsi deməkdir. 
Habl qanununu verən düstur araşdırılsa, kainatın yaşı-
nın “Habl Sabiti” tərs alınaraq tapıla biləcəyi görülər. Habl 


42
Sabitinin  tam  mənası  ilə  hesablanmasında  çətinliklər  var-
dır, bu da kainatın yaşının mübahisəli olmasına gətirib çı-
xarmaqdadır. Kainatın yaşının hesablanmasında elm adam-
ları bir-birlərindən müstəqil şəkildə fərqli metodlar tətbiq 
edərək nəticə əldə etməyə çalışmışdırlar. Lakin bir çox elm 
adamının bir-birlərindən müstəqil bir şəkildə etdikləri araş-
dırmaların  hamısında  gəldikləri  nəticələr  10  milyard  -  25 
milyard  il  aralığında  dəyişir.  Düzəlişlərin  və  dəyişik  he-
sablama metodlarının heç biri bu aralıqdan kənara çıxmır. 
1990-cı  illərdən  sonra  edilən  araşdırmalarda  əldə  edilən 
nəticələrin 15 milyard il ətrafında olduğunu görürük. Gö-
rüldüyü kimi, kainatın yaşı heç bir araşdırmada bir trilyon 
il, 10 katrilyon il, min il, 100 min il, 10 milyon il kimi çox 
əlaqəsiz  nəticələr  verməməkdə,  bütün  ayrı  hesab  üsulları 
müəyyən bir aralığın içində nəticələnməkdədir.
 
Kainatın bir-birinə bərabər 
heç bir anı yoxdur
Başda  riyazi  “nəzəri  sübut”la  ortaya  qoyulan  kaina-
tın  genişlənməsi  müşahidə  “genişlənmə  sübut”u  ilə  də 
dəstəklənmiş  və  sonra  müşahidələrin,  kəşflərin  və  fərqli 
metodların çərçivəsində hesablamalar aparılmış və kainatın 
yaşı müəyyən bir zaman aralığı olaraq təsbit edilmişdir. Ar-
tıq kainatın başlanğıcı olub olmadığı deyil, kainatın yaşının 
ən  doğru  şəkildə  necə  hesablanacağı  mübahisə  mövzusu 
olmuşdur. 
Aparılan ən son müşahidələr də kainatın genişləndiyinə 
əlavə sübutlar qatmışdır. Big Bang-ə görə, kainat başlanğıc-
da çox sıxdır və bu sıxlıq genişlənməklə daim azalmaqda-


43
dır. Uzaq qalaktikalara baxdığımız zaman əslində kainatın 
keçmişinə  baxmaqda  olduğumuzu  unutmayın.  Çox  uzaq 
qalaktikaların  işığı  milyardlarla  işıq  ili  məsafədən  gəldiyi 
üçün  biz  bu  qalaktikaların  milyardlarla  il  əvvəlki  halını 
görməkdəyik.  Kainatın  milyardlarla  il  əvvəlki  vəziyyətini 
beləcə müşahidə edərək kainatın o zamanlar daha sıx oldu-
ğunu anlamaqdayıq. Bu, Big Bang-in bir daha təsdiqlənməsi 
deməkdir. Milyardlarla il əvvəl daha sıx olan kainat geniş-
lənə-genişlənə bugünkü sıxlığına düşmüşdür. Kainatın hər 
an genişlənməsi fikri astronomiya elmini və insan zehnini 
dərindən  sarsıdan  bir  dəyişiklikdir.  Belə  bir  dəyişikliyin 
bütün  elm  tarixində  bənzər  nümunəsi  çox  azdır.  Dünya 
mərkəzli sistem yerinə Günəş mərkəzli bir sistemin oturul-
masının yaratdığı zehniyyət dəyişikliyi bu cür dərindən bir 
dəyişikliyin  bənzər  bir  nümunəsi  idi.  Məncə,  Big  Bang-in 
səbəb olacağı zehni inqilab ondan daha da əhəmiyyətlidir 
(Hər  nə  qədər  Kopernik  inqilabı  qədər  dəyəri  bilinməsə 
də).  Hər  an  genişlənərək  böyüyən  bir  kainat  Heraklitin 
(e.ə,540-480)  “Eyni  çayda  iki  dəfə  yuyunmaq  olmaz”  sö-
zünü xatırlatmaqdadır. Genişlənən kainat hər an fərqli bir 
kainat olmaqda və biz hər an fərqli, yeni ölçüləri olan bir 
kainatda var olmaqdayıq. Bu kainatın içində heç bir an bir-
birinin eynisi ola bilməz. Belə demək mümkünsə: “Kaina-
tın bir-birinə bərabər heç bir anı yoxdur.” Əla bir dəyişmə 
fikri  müşahidələrlə  sübut  edilməkdə  və  bizləri  Herakli-
tin  nəzərdə  tutduğundan  çox  daha  kənara  aparmaqdadır. 
Genişlənən kainatın insan zehnində oyandırdığı dinamizm 
və  davamlı  dəyişmə  fikirlərindən  daha  da  əhəmiyyətli 
nəticələri  vardır.  Bunlar  bu  müşahidənin  bizə  kainatın 
mənşəyi və sonu ilə əlaqədar göstərdiyi nəticələrdir. 


44
3-KOSMIK FOND RADIASIYASI SÜBUTU
Sonsuz kainat fikrinin süqutu nəticəsində 
yaranan məyusluq
Big  Bang  nəzəriyyəsinin  ilk  irəli  sürüldüyü  vaxtlar 
marksist  ateizmin  yüksəlişdə  olduğu,  pozitivizmin  bir 
çox elm adamı tərəfindən tək etibarlı fəlsəfi sistem olaraq 
qəbul edildiyi illər idi. Belə bir vaxtda ateizmin fundamen-
tal  ideologiya  olaraq  qəbul  etdiyi  və  Tanrını  inkar  etdiyi 
üçün pozitivizmin də çox məmnun olduğu “Sonsuzluqdan 
bəri var olan kainat” fikri süquta uğrayırdı. Kainatın baş-
lanğıcı olması fikri ateist elm adamları tərəfindən “iyrənc” 
olaraq  xarakterizə  edilirdi.  Məsələn,  Ser  Artur  Edinqton 
hisslərini açıq şəkildə belə ifadə edirdi: “Kainatın başlanğıcı 
olduğu fikirini fəlsəfi baxımdan iyrənc görürəm...” Belə bir 
mühitdə Big Bang-ə qarşı müqavimət göstərmə səylərinin 
mənşəyində elmi qayğılardan çox ideoloji yanaşmaların və 
ateizmin psixologiyasının rol oynadığını görürük.
Fred Hoyl (Fred Hoyle) bir radio proqramında kaina-
tın əvvəl bütöv halda olub, sonradan ayrılıb genişləndiyini 
müdafiə  edən  fikirdən  “Big  Bang”  deyə  lağlağı  edərək 
bəhs edirdi. Bundan sonra Big Bang (Böyük Partlama) adı 
məşhur oldu və lağ edilmək üçün bu nəzəriyyəyə verilən ad 
onun gerçək adına çevrildi. Fred Hoyl Big Bang-ə qarşı “Sa-
bit Vəziyyət” (Steady State) modelini müdafiə edirdi. Kita-
bın növbəti səhifələrində bu modelə də nəzər yetiriləcək. 
Bu partlayışın qalıqları hardadir?
Big  Bang-in  ərsəyə  gəldiyi  vaxtda  ulduzların  həyat 
müddətləri  içərisində  bir  çox  elementin  meydana  gəldiyi 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə