C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə14/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   10   11   12   13   14   15   16   17   ...   61

52
sıx mühitdə başlaması, davamlı genişlənməklə bu sıxlığın 
və istiliyin azalmasıdır. Kosmik fond radiasiyasının istili-
yi də davamlı düşməkdə və bu anda 2.7 Kelvinə bərabər 
olmaqdadır.  Uzaqdakı  qalaktikalardan  gələn  işığa  baxan-
da əslində keçmişə baxdığımızı unutmamalıyıq. Uzaq qa-
laktikalardan  gələn  işıq  milyardlarla  işıq  ili  qədər  uzaq-
dan  gəlməkdədir.  Bəlkə  də  bu  anda  bizim  baxdığımız  o 
istiqamətdə  o  qalaktika  yoxdur,  lakin  biz  o  qalaktikanın 
milyardlarla  il  əvvəl  yola  çıxmış  işığını  seyr  etməkdəyik. 
Qısacası, keçmişə baxmaqdayıq.
Big Bang nəzəriyyəsinə görə milyardlarla il əvvəl ka-
inat daha sıx və daha isti idi, əgər milyardlarla il əvvəlki 
halını  gördüyümüz  qalaktikadakı  kosmik  fond  radiasi-
yasının  istiliyini  ölçə  bilsək,  istiliyin  günümüzdəkindən 
daha  yüksək  olduğunu  tapmalıyıq.  1994-cü  ilin  yazında 
tədqiqatçılar bunu reallaşdırmağa nail oldular. Uzaq qalak-
tikalardakı kosmik fond radiasiyasının istiliyi 7.4 Kelvin idi 
və bu dəyər hal-hazırda 2.7 Kelvindən daha yüksəkdir.
Bu  müşahidə  Kek  (Keck)  teleskopu  ilə  reallaşdı,  bu 
teleskop zamanının ən böyük optik cihazıdır. 1996-cı ildə 
eyni astronom qrupu daha da uzaqdakı bir qalaktikanın is-
tiliyini ölçdülər, bu dəfə 8 Kelvindən azacıq çox bir dəyər 
tapdılar. Daha sonra fərqli bir astronom qrupunun daha da 
uzaqdakı bölgələri axtarması ilə 10 Kelvin istilik dərəcəsi 
müəyyən olundu. Bütün bu məlumatlar Big Bang-in doğ-
ruluğunu təsdiqləyirdi; nə qədər uzaq keçmişimizə baxsaq, 
o qədər yüksək bir istiliklə qarşılaşırıq. Beləcə, kosmik fond 
radiasiyasının  keçmişini  tədqiq  etməyimiz  də  Big  Bang-i 
dəstəkləyən əlavə bir sübut meydana gətirdi.


53
Nəzəriyyənin və müşahidənin birləşməsi
Kosmik  fond  radiasiyası  və  bu  radiasiyanın  araşdırıl-
ması ilə Big Bang-ə dair əldə edilən sübutlar əvvəl nəzəri 
təməldə, riyazi hesablamalarla ortaya qoyulmuşdur. Daha 
sonra edilən 
müşahidələr  nəzəriyyəni  dəstəkləmişdir.  Beləcə,  ka-
inatın  bir  təkliyin  parçalanması  ilə  genişləndiyi  necə 
əvvəl  nəzəri  təməldə  ortaya  qoyulub  riyazi  olaraq  isbat 
edilmişdisə və daha sonra müşahidə olunmuş məlumatlarla 
dəstəklənmişdisə, eyni şəkildə kosmik fond radiasiyasında 
da  riyazi  nəzəriyyələr  müşahidə  olunaraq  birləşmişdilər. 
Bu birləşməni aşağıdakı kimi yekunlaşdıra bilərik: 
1 - Nəzəri əsasda: Qamov və yoldaşları kainatın çox isti 
və çox sıx bir haldan daha az isti və daha az sıx bir vəziyyətə 
keçdiyini və kainatın bu isti və işıltılı ilk halının hələ də ra-
diasiya olaraq qalığının olduğunu ortaya qoydular. 
Müşahidələr əsasında: Penzias və Vilson kosmik fond 
radiasiyasını tapdılar. 
2 - Nəzəri əsasda: Qamov və yoldaşları bu radiasiyanın 
kainatın hər tərəfinə yayılmış olmasının lazım olduğunu or-
taya qoydular və istiliyini təxmini olaraq hesabladılar. 
Müşahidələr  əsasında:  Penzias  və  Vilsonun  tapdığı, 
daha sonra da fərqli müşahidələrlə təsdiqləndiyi üzrə bu ra-
diasiya kainatın hər tərəfinə yayılmış və Qamovun yoldaş-
larının  hesablamalarının  nəticəsi  radiasiyasının  istiliyinə 
çox yaxınlaşmışdır. 
3 - Nəzəri əsasda: Mövcud olan qalaktikaların meydana 
gələ  bilməsi  üçün  kainatın  ilk  istiliyində  dalğalanmaların 
mövcudluğunun lazım olduğu ortaya qoyuldu. 


54
Müşahidələr əsasında: 1992-ci ildə COBE peyki kaina-
tın ilk halına aid istilik dalğalanmalarını təsbit etdi. Bu dal-
ğalanmanın fotoşəkli kompüterin köməyilə çəkildi.
4  -  Nəzəri  əsasda:  Kainatın  keçmişi  daha  isti  olduğu 
üçün keçmişdəki kosmik fond radiasiyasının istiliyi də daha 
yüksək olmalıdır. 
Müşahidə əsasında: 1994-cü ildə uzaq qalaktikalardan 
gələn işıq araşdırılaraq keçmişdəki kosmik fond radiasiya-
sının  daha  yüksək  olduğu  təsdiqləndi.  Daha  sonra  edilən 
müşahidələr də bu nəticəni təsdiqlədi.
Fəlsəfə, Ilahiyyat və elmin 
arasındakı divarlar
Elmi  dairələr  Big  Bang-in  nəzəri,  müşahidədən  keç-
miş  və  təcrübi  məlumatlarının  dəyərini  anlamışdılar.  La-
kin fəlsəfə və ilahiyyat dairələri üçün çox təəssüf ki eynisi 
deyilə bilməz. Bunun bir çox səbəbi sayıla bilər, lakin bu-
nun əsas səbəblərindən biri bu idi ki, hər nə qədər nəzəriyyə 
1920-ci  illərdə  ortaya  qoyulmuş  olsa  belə,  1990-cı  illərdə 
hələ də yeni sübutlar əldə edilirdi. Bütün bu sübutların fizi-
ka, astronomiya arenalarından fəlsəfə və ilahiyyat arenala-
rına keçməsi, bu arenalarda da əks-səda tapması vaxt tələb 
etməkdə  idi.  Çox  təəssüf  ki,  pozitivist  elm  anlayışı  fizika 
elmi ilə fəlsəfənin və ilahiyyatın arasına divarlar hörmüşdür 
və müasir dövrün elm anlayışı demək olar ki, tamamilə po-
zitivistdir. Filosoflar və ilahiyyatçılar da pozitivizmin bu di-
varını qəbul etdikləri üçün fəlsəfə, ilahiyyat və elmin kəşfinə 
ümumi baxanlar, bunları bir yerdə qiymətləndirənlər azlıq 
təşkil etmişdirlər. Kitabın sonrakı hissələrində bu azlığın ço-
xalmasının niyə lazım olduğunu göstərməyə çalışacağam.


55
5-ELEMENTLƏRIN MIQDARINDAKI SÜBUT
Hidrogenin miqdarındakı sübut
Kosmosdakı maddələrin nisbətini Fraunhoferin tapdığı 
“Fraunhofer xəttləri” sayəsində təyin etməkdəyik. İşığın qı-
rılaraq rəng spektrumunda təhlil edilməsi Nyutondan bəri 
məlumdur.  Fraunhofer  rəng  spektrumundakı  göyqurşağı 
içində çox sayda xətt gördü; bunların bir qismi tünd rəngli 
xəttlər,  bir  qismi  isə  açıq  rəngli  xəttlər  idi.  Bunlara  nəyin 
səbəb olduğunu aşkarlaya bilmədi, lakin hər elementin çı-
xardığı  xəttlərin  fərqli  olduğunu  gördü.  Fraunhofer  1816-
cı  ildəki  təcrübələrində  bu  kəşflərin  əhəmiyyətini  qavraya 
bilməsə də, ondan sonra 1880-ci ildə Vilyam Haqqins (Wil-
liam  Huggins)  bu  xəttlərin,  elementlərin  sanki  barmaq  izi 
olduğunu  kəşf  etdi.  İşıqla  gələn  bu  barmaq  izini  araşdıra-
raq işığın qaynağında nə olduğunu anlaya bilərik. Beləliklə, 
Günəşin  və  ulduzların  bir-birlərindən  fərqli  quruluşda  ol-
madıqları aydın oldu. Hamısı da təməldə hidrogendən və 
heliumdan meydana gəlirdi; Günəş kainatdakı ulduzlar çox-
luğunun bir alt çoxluğu idi. Kainat yerin cazibə qanunları ilə 
işləyən, içindəki ulduzların və planetlərin hamısının hərəkət 
etdiyi, eyni xam maddələrdən meydana gəlmiş bir yer idi.
Fraunhofer xəttləri sayəsində kainatın 73 faizinin hidro-
gen və 25 faizinin helium olduğu müəyyən olundu. Bu nəticə 
isə Big Bang-i dəstəkləyən bir sübutdur. Atomaltı araşdır-
malarına görə, atomu meydana gətirən hissəciklərdən hid-
rogen atomunun meydana gəlməsi üçün yüksək istilikdə bir 
mühit lazımdır. Bu mövzudakı ilk detallı proqnoz Qamov 
və yoldaşlarının işləri ilə 1948-ci ildə ortaya qoyulmuşdur. 
Qamovun  nəzərdə  tutduğu  kimi  kainatın  çox  yüksək  bir 
istilikdən sürətlə soyuması proton və neytronların bərabər 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə