C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə22/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   18   19   20   21   22   23   24   25   ...   61

83
2 - Ardıcıl əlavə olunmaqla yaranan bir silsilə “gerçək 
sonsuz” ola bilməz. 
3 - Deməli, zamana aid hadisələr “gerçək sonsuz” deyil. 
Buradan da kainatdakı zamanın, eləcə də kainatın bir 
başlanğıcının olduğu nəticəsinə gəlirik.
KANTIN ANTINOMIYALARINA HƏLL TƏKLIFI: 
Axmaq və necəsi bəlli olmayan ayırmalar
Kant  zehni  ziddiyətləri  izah  edərkən  kainatın  baş-
lanğıcı  olduğunun  da,  kainatın  sonsuz  olduğunun  da 
eyni dərəcədə tutarlı (və ya əsassız) olduğunu iddia edir-
di.  Bu  mövzuya  sonrakı  hissələrdə  də  toxunacağam.  Bu 
mövzudakı  təklifim  antinomiyaların  həlli  üçün  “axmaq” 
(qeyri-mümkün)  və  “keyfiyyəti  bilinməyən”  həllin  izah 
edilməsidir.  Fikrimcə,  indiyə  qədər  irəli  sürdüyümüz  sü-
butlar səbəbindən kainatın əzəldən bəri var olduğunu irəli 
sürmək  axmaqlıq  səviyyəsinə  qədər  sadələşdirilə  bildiyi 
(reductio  ad  absurdum)  üçün  “axmaqdır”  (qeyri-müm-
kündür). Lakin Tanrının kainatı müəyyən bir başlanğıc ilə 
yaratdığını  iddia  edərkən  burada  axmaqlığa  aparacaq  bir 
nüans yoxdur. “Tanrı bunu necə etdi?” sualına cavab olaraq 
bunun  “keyfiyyəti  bilinməyən”  bir  istiqaməti  olduğu  irəli 
sürülə bilər. Bu isə inkar üçün bir səbəb deyil. Görüldüyü 
kimi, Kantın antinomiyaları bu şəkildə həll edilə bilər. An-
tinomiyalarda ortaya qoyulan iki seçimdən birinin mütləq 
doğru olduğu müəyyəndir. Antinomiyalarda ortaya qoyu-
lan iki variantın hər biri digərinin tam tərsidir. Variantlar-
dan hansının səhvi göstərilsə, digərinin doğruluğu ortaya 
çıxır.  Bu  araşdırmanı  reallaşdırmaq  üçün  variantlardan 
hansının sadələşdirilib ixtisar olunacağını göstərmək lazım-
dır. Beləcə, o biri variantın doğruluğu aydın olmaqdadır.


84
“Axmaq” (qeyri-mümkün) olan ilə “keyfiyyəti bilinmə-
yən”in  fərqini  anlamaq  üçün  bu  nümunələri  verə  bilərik: 
2-nin  3-dən  böyük  olduğunu  və  ya  bərabər  olduğunu 
söyləmək  axmaqcadır  (qeyri-mümkündür).  Təyyarənin 
mühərrikinin  necə  işlədiyini  bilməyən  bir  adam  üçün  isə 
təyyarənin  mühərriki  “keyfiyyəti  bilinməyən”  kateqoriya-
sındadır.  “Axmaqca”  qeyri-mümkün  olanın  ifadəsidir  və 
gerçək ola bilməz, halbuki “keyfiyyəti bilinməyən” anlayışı, 
haqqında  kifayət  qədər  məlumata  sahib  olmadığımız,  an-
caq gerçək olması mümkün olandır.
Qısacası, Kant düstura etdiyi zehni ziddiyətlərin hər iki 
istiqamətini eyni dəyərdə göstərməklə səhv etmişdir. Vitrou 
da (Whitrow), Kantın kainatın əzəli olduğuna dair anti-te-
zisini, kainatın zamanının başlanğıcından əvvəl zaman an-
layışını qəbul etməyin səhv olduğunu söyləyərək rədd et-
mişdir. Necə ki nisbilik nəzəriyyəsinin düsturları kosmosu 
və zamanı bir-birinə bağlamış, kosmosun olmadığı nöqtədə 
zamanın ola bilməyəcəyini göstərmişdir. Lakin kainata bağ-
lı olmayan “mütləq zaman” anlayışına görə (Kantın antino-
miyaları Nyutonun “mütləq zaman” anlayışına görə təşkil 
edilib) antinomiyaların təşkil edən Kant Vitroun təsbit et-
diyi səhvə yol vermişdir. Kainatın bir başlanğıcı olduğu və 
öz  xaricində  bir  səbəbə  bağlı  olduğu  araşdırdıqlarımızın 
xaricindəki fəlsəfi arqumentasiyalarla da müdafiə olunmuş-
dur. Bu mövzu bu kitabın həcmini aşacaq dərəcədə geniş-
dir. Bu hissədəki məqsədim elmi məlumatlar olmadan da 
fəlsəfi olaraq kainatın başlanğıcı olmasının labüd olduğunu 
ortaya  qoya  bilməkdir.  Buna  görə  də  kainatın  keçmişinin 
sonsuz  ola  bilməyəcəyinin  fəlsəfi  baxımdan  göstərilməsi 
üzərində kökləndim. Kainatın başlanğıcı olduğu barəsində 
fəlsəfi sübutlar Big Bang-in, termodinamikanın və nisbilik 
nəzəriyyəsinin sübutları ilə birləşməkdədir. 


85
V HISSƏ
BIG BANG-Ə QARŞI YARADILAN ELMI 
MODELLƏRIN ARAŞDIRILMASI
Big Bang nəzəriyyəsi ilə kainatın bir başlanğıcı olduğu, 
bu başlanğıcda maddənin çox sıx, istiliyin isə çox yüksək bir 
səviyyədə olduğu, kainatın genişlənməsi ilə sıxlığın və tem-
peraturun azaldığı və azalmağa davam etdiyi, bildirilən bu 
müddət ərzində atomaltı hissəciklərdən qalaktikalara qədər 
bütün universal meydana gəlmələrin reallaşdığı deyilir. Big 
Bang nəzəriyyəsinin bu təməl ortaq nöqtələrinin xaricində 
edilən bir çox kosmik mübahisələr də mövcuddur. Məsələn, 
kainatın  artımı  sabit  olan  bir  sürətləmi  genişlənməsi, 
yoxsa  müəyyən  bir  dövrdə  şişərəkmi  genişlənməsi,  ka-
inatın  genişlənmə  sürətini  ifadə  edən  Habl  sabitinin  ta-
mam  dəyərinin  nə  olduğu,  kəndir  qaydalarının  kütlə 
çəkilişi qüvvətini açıqlamaqda nə qədər uğurlu olduğu bu 
müzakirələr  arasında  sadalana  bilər.  Bizi  məqsədimizdən 
kənara  çıxardacaq  bu  mübahisələrə  bu  kitabda  toxun-
mayacağam.  Kainatın  sabit  bir  sürətlə  genişlənməsi  və 
ya  genişlənmənin  müəyyən  dövrlərdə  sıçramalar  etməsi 
Habl  sabitinin  gözləniləndən  kiçik  və  ya  böyük  çıxması 
bu  kitabda  üzərində  fokuslandığımız  nəticələr  baxımın-
dan əhəmiyyətli deyildir. Bu hissədə xüsusilə kainatın bir 
başlanğıcı  olduğu  fikrinə  qarşı  kainatın  əzəli  olduğunu 
elmi  bir  şəkildə  müdafiə  etməyə  çalışmış  olan  modelləri 
dəyərləndirəcək  və  onları  elmi  baxımdan  araşdıracağam. 
Hərçənd,  Big  Bang  nəzəriyyəsinin  əsas  və  yan  sübutla-
rı Big Bang-i isbat edərkən əleyhinə olan bütün modelləri 


86
etibarsız etməkdədir. Lakin yenə də əhəmiyyətinə görə bu 
modelləri  nəzərdən  keçirib  araşdırmaq  faydalı  olacaqdır. 
Hissənin sonunda isə heç bir sübuta söykənməyən, xəyali 
bir fantastikadan kənara keçə bilməyən modellərə Okkam 
(Ockham) ülgücünün tətbiq olunması təklif ediləcək. 
1 - SABIT VƏZIYYƏT (STEADY STATE) MODELI
Kainatın genişlənməsi ilə materializmi
uzlaşdırma
 1918-ci ildə Vilyam MakMillanın (William MacMillan) 
və  1920-ci  illərdə  Ceyms  Cinsin  (James  Jeans)  təcrübələri 
Sabit  Vəziyyət  modelini  ortaya  qoyanlara  ilham  vermiş-
dir.  Lakin  Sabit  Vəziyyət  modeli  1940-cı  illərdə  Hermann 
Bondi, Tomas Qold və Fred Hoylinin işləri ilə ortaya qoyul-
muşdur. Bu illərdə artıq heç bir alim Hablın kainatın daim 
genişləndiyinə  dair  müşahidələrinə  müqavimət  göstərə 
bilmirdi. Maddəni və kainatı əzəli və dəyişməz qəbul edən 
ateistlər bu nəticəni qəbul edə bilmədilər. Genişlənən kai-
nat dəyişməz ola bilməzdi. Dəyişən isə əzəldən bəri var ola 
bilməzdi, əgər əzəldən bəri mövcud ola bilmirsə, başlanğı-
cı olmalı idi. Davamını isə düşünmək belə istəmirdilər. Bir 
tərəfdə  kainatın  genişləndiyinə  dair  müşahidə  olunan  və 
nəzəri sübutlar, digər tərəfdə isə maddəni kainatın yeganə 
ünsürü  qəbul  edən  materialistlərin  kainatın  dəyişməsini 
qəbul edə bilməmələri faktı var idi. Sabit Vəziyyət modeli 
bu tip bir ruh halı ilə kainatın genişlənməsinə baxmayaraq 
dəyişmədiyini ortaya qoymaq üçün təkmilləşdirildi.
Bu modelin memarlarından ən məşhuru Fred Hoyl idi. 
O, Big Bang adını nəzəriyyə ilə lağ etmək üçün istifadə etmiş-


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə