C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə21/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   17   18   19   20   21   22   23   24   ...   61

79
Davamlı olaraq sonsuz
 Zehni fantastika ilə kainatın gerçəyinin ən çox qarış-
dırıldığı  anlayışların  başında  “sonsuz”  durmaqdadır.  Ri-
yaziyyatda  “sonsuz”u  sanki  həqiqi  bir  ədəd  kimi  qəbul 
edənlər  olmuşdur.  Halbuki  “sonsuz”  deyə  bir  ədəd  yox-
dur,  “sonsuz”  bizim  heç  dayanmadan,  davamlı  olaraq 
irəliləyəcəyimizi bildirən bir anlayışdır. Məsələn, təbii ədədi 
silsiləyə  baxaq:  {0,1,2,3,4.....}.  Bu  ədədi  silsilənin  sonsuza 
getdiyini söyləyərkən, əslində, bu ədədi silsilənin bir hədəfə 
getdiyini söyləmirik, bu ədədi silsiləyə 1 artırmaqla daima 
irəlilədiyini söyləyirik. Buna görə də ədədi silsilələrin heç 
biri sonsuzu tamamlamır, daim irəliləyirlər, əgər bir yerdə 
bu  ədədi  silsilə  dayanırsa,  onsuz  da  “sonsuz”  anlayışının 
tərifinə ziddir deməkdir, çünki “sonu” vardır. 
Bu  tərifdən  sonra  kainatın  zamanının  keçmişdə  və 
gələcəkdə  sonsuz  olduğunu  iddia  edənlərin  iddiasını 
bir-birindən  ayırmalıyıq.  Kainatın  keçmiş  və  gələcəyini 
Kantorun ədədi silsilələri kimi düşünənlər bu ifadəni çox 
düşünmədən  qəbul  edə  bilərlər.  Kainatın  sonsuza  doğru 
getdiyini  söyləyənlər  kainatdakı  zamanın  davamlı  olaraq 
heç  dayanmadan  irəlilədiyini  söyləmiş  olurlar.  Buna  görə 
də gələcəyə doğru irəliləməyə “potensial sonsuz” deyənlər 
olmuşdur. Bu tərif açıqladığımız nəticə baxımından bir şey 
dəyişdirmir. Lakin mən bu tərifi istifadə etməyi belə uyğun 
görmürəm.  Çünki  potensial  sözü  reallaşma  gücünə  sahib 
olmağı  xatırlada  bilər.  Halbuki  sonsuza  doğru  gedən  bir 
müddət  sonsuzun  tərifinə  müvafiq  olaraq  heç  bir  zaman 
dayanmaz, sonsuza heç bir zaman çatmaz, onsuz da sonsuz 
deyə bir nöqtə yoxdur, “sonsuz” çatılacaq bir hədəf deyil, 
o ancaq heç dayanmadan irəliləməyi ifadə edir. Buna görə 
də kainatın gələcək zamanının “gerçək sonsuz” (reallaşıb, 
tamamlana bilən sonsuz) olduğunu söyləyənlər səhv etmiş 


80
olurlar. Daimi irəliləmənin harasında dayansaq, bu, sonsuz 
deyil.
Halbuki  kainatın  keçmişinin  sonsuz  olduğunu  söylə-
yənlər sonsuzun tamamlandığını, kainatın yaşının “reallaş-
mış sonsuz” olduğunu söyləyirlər. Görüldüyü kimi, burada 
“sonsuz”un tərifi artıq davamlılıq xaricində, bir bitmişlik, 
bir istehlak edilmişlik ifadə edir. Gələcək zamanın sonsuz 
olması  ilə  bu  deyilənlər  çox  fərqlidir,  bu  çox  əhəmiyyətli 
fərq bir çox adamın gözündən yayınmışdır.
Sonsuz keçilə bilərmi?
Bizim sonsuz zaman keçdikdən sonra bu nöqtədə olduğu-
muzu söyləmək sonsuz +1-in ola biləcəyini, sonsuzun keçilə 
biləcəyini söyləmək deməkdir ki, bu da sonsuzun tərifinə zid-
dir. “Sonsuz” anlayışını nəzəri olaraq istifadə edən lər bunu 
gözdən qaçırdıblar. Bunu qısaca belə göstərə bilərəm: 
1 - Sonsuz davamlı olaraq irəliləyən və irəliləməklə ta-
mamlanmayan deməkdir. 
2 - Kainatdakı keçmiş zamanın sonsuz olduğu deyilmək-
dədir. 
3 - Onda bizim bu nöqtədə mövcud ola bilməmiz üçün 
sonsuzun keçilmiş olması labüddür. (2-ci maddəyə əsasən.) 
4 - Sonsuz keçilə bilməyəcəyi (1-ci maddəyə əsasən) və 
bizim mövcud olmağımız inkar edilə bilməyəcəyinə üçün 
kainatdakı keçmiş zaman da sonsuz ola bilməz. 
5 - Elə isə kainatdakı zamanın başlanğıcı vardır. 
Sonsuz  anlayışının  səhv  istifadə  edilməsi  düzəldilsə, 
görüldüyü kimi, kainatın zamanının bir başlanğıcı olduğu 
da  aydın  olacaq.  Bir  daha  ifadə  etməliyəm  ki,  riyaziyyata 


81
kainatda var olmayan nəzəri ünsürlərin qatılması deyil, bu 
“fantastika” ilə kainatdakı “gerçəyin” qarışdırılması səhvdir. 
Riyaziyyatın  paradokslarının  bu  səhvləri  düzəltməkdə 
əhəmiyyətli  bir  köməkçimiz  olacağı  qənaətindəyəm.  Bu 
cümlə  şüarımız  ola  bilər:  “Riyaziyyat  baş  verənlərin  (ka-
inatdakı  gerçəyin)  riyaziyyatı  olduğu  müddətcə  heç  bir 
paradoks  ola  bilməz.”  Əgər  riyaziyyatın  ontoloji  statu-
sunda  (riyazi  anlayışların  nəzərimi,  gerçəkmi  olduğunda) 
səhv  edilməzsə,  paradokslar  meydana  gəlməyəcək.  Necə 
ki  elmlərin  irəliləməsində  riyaziyyatın  doğru  tətbiqlərinin 
mübahisə edilməz bir yeri vardır. Nəzəri olaraq hazırlanıb 
kainatdakı  həqiqətə  uyğun  gəlməyən  riyaziyyatın  isə  bu 
irəliləmədə heç bir qatqısı olmamışdır. Bu riyaziyyat ancaq 
bir  əylənmə,  bir  fikir  gimnastikası  və  bir  paradoks  çıxar-
ma qaynağı olmuşdur. Riyaziyyatla məşğul olanlar nəzəri 
tənzimləmələrdən çəkinməməlidirlər, lakin nəzəri olanı ka-
inatın gerçəyi ilə qarışdırmaqdan çəkinməlidirlər. Məsələn, 
Pamela  Hyubi  (Pamela  Huby),  Kantorun  sonsuz  ədədi 
silsilələrini nəzərdən keçirərkən bunların “gerçək sonsuz” 
haqqında heç bir şey söyləmədiklərinin təsbit etmişdir və 
ya  Robinson  bu  ədədi  silsilələrin  həqiqətən  qopuqluğunu 
təsbit edə bilmişdir. Lakin hər kəsin “fantastika” ilə “kaina-
tın gerçəyi”ni ayırd etməkdə bu qədər müvəffəqiyyətli ol-
madığı da aydın olmaqdadır. Vliyam Leyn Kreyq (William 
Lane  Craig)  bu  mövzunu  öz  təcrübələrində  detallı  olaraq 
araşdırmış və kainatın sonsuz zamandan bəri var olamaya-
cağını bu arqumentlə yekunlaşdırmışdır: 
1 - “Gerçək sonsuz” mövcud ola bilməz. 
2 - Zamanda sonsuza qədər geri getmək “gerçək 
sonsuz”u meydana gətirir. 
3 - Elə isə zamanda sonsuza qədər geri getmək müm-
kün deyil.


82
Hilbertin oteli
Sonsuzla əlaqədar olaraq kantorçu tənzimləmələri ger-
çək dünyaya uyğunlaşdıranda ziddiyyətləri görəcəyik. Kan-
toru təqdir etməliyik, lakin bu kainatda “gerçək sonsuz”un ol-
madığını da bilməliyik. Bunu anlamaq üçün bu mövzuda bir 
klassikaya çevrilən Hilbertin otel nümunəsini incəyə bilərik: 
Bir oteldə “gerçək sonsuz” (sonsuza gedən deyil) otaq oldu-
ğu iddiasına nəzər yetirək. Təsəvvür edək ki, bu otelin son-
suz otaqları doludur və sonsuz müştəri də gəlib bizdən otaq 
istəyir. Biz də “Oldu” deyib nömrə 1-dəki müştərini nömrə 
2-yə, nömrə 2-ni nömrə 4-ə, nömrə 3-ü nömrə 6-ya, nömrə 
4-ü nömrə 8-ə sürüşdürməklə bütün tək nömrəli otaqları bo-
şaldırıq. (Tək ədədlər çoxluğunun sonsuz olduğunu xatırla-
yın: 1,3,5,7,9...). Beləliklə, sonsuz yeni müştəri sonsuz otağa 
asanca daxil olur. Lakin otelin otaqları heç artmır, otelin do-
luluq nisbəti əvvəlcədən də sonsuzdur, indi də sonsuzdur! 
Digər tərəfdən hər otaq sahibi bir təbii ədədə müvafiq ola-
raq gəldiyi üçün otağa yeni daxil olacaq adama heç bir otaq 
verə  bilməyəcəyimizi  də  deyə  bilərik.  Bu,  sonsuza  bir  şey 
əlavə oluna bilinməməsi ilə əlaqədardır. Üstəlik, otelin ya-
nında bir otel tikib bir neçə otaq tiksək və bura bir neçə nəfəri 
yerləşdirsək, oteldəki insanların sayının yenə də artdığını id-
dia edə bilmərik (Çünki Sonsuz + Hər hansı bir ədəd = Sonsuz) 
 Sonsuz anlayışının araşdırılmasından aydın olmaqdadır ki, 
ard-arda əlavə etməli bir silsilə ilə “gerçək sonsuz” bir ədədə 
çatıla bilməz. Zamanın içində hər bir an digərini izləməkdə 
və zaman, beləcə, tək istiqamətli olaraq irəliləməkdədir. Hər 
an bir əvvəlki ana əlavə olunduğu üçün zaman da “gerçək 
sonsuz”  bir  anlayış  ola  bilməz.  Bunu  Vilyam  Leyn  Kreyq 
belə yekunlaşdırmaqdadır: 
1 - Zamana aid hadisələr silsiləsi ardıcıl əlavə olunmaq-
la davam edir. 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə