C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə17/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   13   14   15   16   17   18   19   20   ...   61

64
a) Ən böyük ulduz qrupu bunlardır. 
b) Müəyyən bölgələrdə daha sıxdırlar (gənc ulduzların 
meydana gəlmə bölgələri kimi). 
c) Hər kütlədə böyük və kiçik ulduzları bərabər saxla-
yırlar.
Bu üç ilkin düşüncə də astonomların son illərdə apar-
dıqları müşahidələrlə uyğundur. 3-cü Populyasiya ulduzlar 
isə  (Günəş  də  daxil  olmaqla),  2-ci  Populyasiya  ulduzların 
dağılmış  tozlarından  meydana  gəlmişdir.  Bədənimizdəki 
karbon,  kalsium  kimi  elementlərdən  qızıl  və  dəmir  kimi 
elementlərə qədər bir çox element 2-ci Populyasiya ulduz-
larla  çıxarılmışdır.  Bu  məlumat  canlıların  kainatın  yaradı-
lışından 15 milyard il sonra yaradılmasının bir səbəbini də 
göstərməkdədir.  Çünki  canlılar  üçün  mütləq  lazımlı  olan 
karbon  atomu  kimi  atomlar  2-ci  Populyasiya  ulduzlarla 
çıxarılmışdır. Bizim daxil olduğumuz bölgə bu ulduzların 
dağılmış  tozlarındakı  atomlar  sayəsində  canlılıq  üçün  la-
zımlı xam maddələrə qovuşmuşdur. Ulduzların mərhələli-
inkişaflı  müddəti  müşahidələrlə  təsdiqlənmiş,  bu  da  Big 
Bang-i dəstəkləyən əlavə bir sübut olmuşdur. Big Bang ato-
maltı dünyadan ayrı ulduz populyasiyalarına qədər bütün 
kainati  mərhələli-inkişaflı  bir  müddətlə  açıqlamaqdadır. 
Bu, kainatı min illərdir statik modellərlə açıqlayan görüşlərə 
tamamilə zidd, dinamik bir izahatdır. Müşahidə və təcrübə 
bu  izahatlarda  riyazi  hesablarla  birləşmiş  və  kainatın  elm 
tarixində heç olmadığı qədər aydın olmasını mümkün et-
mişdir.


65
IV HISSƏ
BIG BANG-I DƏSTƏKLƏYƏN 
KƏNAR SÜBUTLAR
Big  Bang-in  kənar  sübutları  birbaşa  Big  Bang-i  isbat 
etmədən  kainatın  bir  başlanğıcı  olduğunu,  yəni  əzəli  ol-
madığını  ortaya  qoyaraq  nəzəriyyəni  dolayı  yolla  dəstək-
ləməkdədir.  Big  Bang  nəzəriyyəsinin  ən  fundamental,  ən 
əhəmiyyətli fəlsəfi nəticəsi kainatın bir başlanğıcı olduğunu 
ortaya qoymasıdır. Buna görə də kainatın başlanğıcı oldu-
ğunu ortaya qoyan hər sübut Big Bang nəzəriyyəsini dolayı 
yolla dəstəkləməkdədir. Bu hissənin əvvəlində bu sübutla-
rın fizika elminə aid olan hissələrinə toxunacam. Hissənin 
sonunda isə kainatın bir başlanğıcı olduğu görüşünün lap 
əvvəldən  fəlsəfi  olaraq  necə  təməlinin  qoyulduğunu  qı-
saca  göstərəcəm.  Beləcə  Big  Bang-lə  əlaqədar  sübutların 
digər fiziki və fəlsəfi sübutlarla kainatın başlanğıcı olduğu 
nöqtəsində necə birləşdiyinə şahidlik edəcəyik.
1 - Entropiya
Entropiya qanunu nə deyir
  Entropiya  anlayışının  əsasını  ilk  olaraq  1854-cü  ildə 
Benjamin Tompson qoyub. Lakin Entropiya Qanununu ilk 
olaraq 1856-cı ildə Hermann Von Helmhotz kəşf etmişdir. 
Entropiya Qanunu “Termodinamikanın ikinci qanunu” da 
adlandırılır.  Bu  qanun  bizə  kainatın  sonunun  hər  an  ya-


66
xınlaşdığını  və  fizika  qanunları  baxımından  bu  nəticənin 
qaçılmaz olduğunu deyir. Buna səbəb isə istiliyin tək yön-
lü,  geri  çevrilməsi  mümkün  olmayan  axışıdır.  Məsələn, 
bir  otağın  içinə  isti  su  ilə  dolu  bir  vedrə  qoyduğumuzu 
düşünək.  İsti  su  kütləsindəki  istilik  enerjisi  otağa  yayılar, 
lakin heç bir zaman bu istilik axışının əksinə qayıtmaz; bir 
dəfə istilik enerjisi otağa yayıldıqdan sonra bu istilik ener-
jisi dönüb vedrədəki suyu köhnə istiliyinə qaytarmaz. Bağ-
lı  bir  sistemdəki  enerji  axışı  tək  istiqamətlidir  və  bu  axış 
tam  bir  tarazlıq  nöqtəsinə  çatana  qədər  davam  edir.  Bu 
tarazlıq  nöqtəsinə  “termodinamik  tarazlıq”  deyilir  və  bu 
vəziyyətdə entropiya ən yüksək dəyərinə qovuşur. Tərsinə 
çevrilməsi mümkün olmayan bu fiziki müddətin varlığı ka-
inatın da, eynilə insanlarda olduğu kimi, əsla geri dönüşü 
olmayan bir yaşlanma müddətinə sahib olduğunu göstərir.  
  İstər  bizim  Günəşimizdə,  istərsə  də  kainatdakı  digər  ul-
duzlarda istiliyin bu tək istiqamətli hərəkətə söykənən ter-
modinamik qanunu hökm sürməkdədir. Günəş soyuq kos-
mosa istilik yayaraq entropiyanı daimi surətdə artırır. Lakin 
kosmosdakı bu istilik toplanaraq Günəşə geri dönmür. Ter-
modinamik qanun entropiyanın daim artdığını və prosesin 
qətiyyətlə tək tərəfli olduğunu söyləyir.
Entropiya Qanununun 
fəlsəfi nəticələri
Entropiya ilə əlaqəli məlumatları bir çox adam tam fiziki 
bir mövzu hesab etməkdə və o cür nəzərdən keçirməkdədir. 
Halbuki  Entropiya  Qanunu  bizi  çox  əhəmiyyətli  fəlsəfi 
nəticələrə də aparmaqdadır. Bu, maddələr halında aşağıda-
kı kimi göstərilə bilər: 


67
1 - Kainatdakı istilik axışı tək istiqamətlidir və bu axış 
geri çevrilə bilməz (Termodinamikanın ikinci qanunu). 
2 - Buna görə də kainatda bir gün termodinamik taraz-
lıq meydana gələcək və “istilik ölümü” yaşanacaq. Qısacası 
kainat əbədi deyil, kainatın bir sonu vardır. 
3  -  Əgər  kainat  sonsuzdan  bəri  var  olsaydı,  aradan 
keçən müddət ərzində kainat çoxdan termodinamik taraz-
lığa gəlib “istilik ölümü”nü yaşamış olacaqdı. Ölümlü bir 
kainat əzəldən bəri var ola bilməz. 
4  -  Kainat  əzəldən  bəri  var  ola  bilmirsə,  deməli,  ka-
inatın  bir  başlanğıcı  vardır.  Bu  başlanğıc  vəziyyətindəki 
(t=0) kainat aşağı entropiyalı bir haldan yüksək entropiyalı 
vəziyyətə doğru getməkdədir. Entropiyanın davamlı olaraq 
artıb heç azalmaması, kainatın başlanğıcının çox aşağı ent-
ropiyalı olduğunu göstərir.
Entropiya, pessimizm və ümid
Əvvəllər  filosofların  bir  qismi  Entropiya  Qanununun 
kainatın  əbədi  olmadığına  bağlı  nəticəsi  üzərində  dayan-
mış  və  kainatın  başlanğıcı  olduğuna  dair  nəticəyə  diqqət 
yetirməmişdir.  Məsələn  Bertran  Rassel  (Bertrand  Russell) 
bəşəriyyətin bütün məhsullarının və kainatın məhv olması-
nın onda oyandırdığı pessimizmi yazılarında açıqlamışdır. 
Alimlərin  və  filosofların  entropiyanın  kainatı  yox  olmağa 
apardığına fokuslanıb kainatın başlanğıcı olduğu nəticəsinə 
diqqət  yetirməmələrinə  Pol  Deyvis  təəccüblənməkdədir: 
“19-cu əsr alimlərinin bu dərin mənalı nəticəni (kainatın baş-
lanğıcı olduğunu) qavraya bilməmiş olmaları çox qəribədir.” 
Entropiya  Qanununun  bəşəriyyəti  ümidsizlik  yerinə 
ümidə  sövq  edəcək  nəticələri  vardır.  Bəşər  övladı  fanidir 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə