C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə15/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   11   12   13   14   15   16   17   18   ...   61

56
şəkildə  elementləri  meydana  gətirməsinin  və  kainatdakı 
73 faiz nisbətindəki hidrogenin şərhidir. Ulduzların içində 
mövcud olan müddətlərdə hidrogen meydana gələ bilməz, 
halbuki Big Bang həm hidrogen atomunun necə meydana 
gəldiyini, həm də miqdarını açıqlamışdır. 
Heliumun miqdarındakı sübut
  Big  Bang  ilə  kainatın  meydana  gəlməsinin  ilk  anla-
rında  heliumun  da  yarandığı  ortaya  çıxmışdır.  Kainatın 
başlanğıcı  protonlardan,  neytronlardan  və  elektronlardan 
ibarət olan isti bir qarışıqdır. Bu qarışıq soyuduqca nüvə re-
aksiyaları reallaşa bilmişdir. Xüsusilə, neytronların və pro-
tonların cütlər halında birləşdiyi; bu cütlərin də birləşərək 
helium  elementinin  nüvəsini  meydana  gətirdiyi  hesablan-
mışdır.  Nəzəri  hesablamalarda  kainatda  25  faiz  nisbətində 
helium  olduğu  aşkarlanmışdır.  Ulduzların  içindəki  reak-
siyalarda  də  helium  meydana  gələ  bilməkdədir.  Lakin  ul-
duzların içindəki bu meydana gəlmələr 25 faiz nisbətindəki 
heliumu  izah  edə  bilməz. Aparılan  bütün  müşahidələr  bu 
məlumatları təsdiqləmişdir. Məsələn, 1999-cu ildə amerikalı 
ve ukraynalı astronomlar “Multiple Mirror” ve “Keck” te-
leskopları ilə apardıqları müşahidələrdə ulduzalrın yaratdı-
ğı helium nisbətini tapdıqdan sonra 24.52 faiz helium nisbəti 
əldə  etdilər.  Bu  nisbəti  uzaqlıqdakı  ən  yaşlı  qalaktikaları 
müşahidələri edərək əldə edən astronomlar Big Bang-in ver-
diyi proqnozları bir daha təsdiqlədilər. Daha sonra 2000-ci 
ildə “Astrophysical Journal”-da öz təcrübələrinin nəticələrini 
nəşr etdirən kanadalı astronomlar da çox yaxın nəticələr əldə 
etdilər. Bu təcrübələr də ən qədim cisimlərin mövcud oldu-
ğu  zamandan  bəri,  yəni  kainatın  lap  əvvəlki  dövrlərindən 
etibarən heliumun da mövcud olduğunu ortaya qoymuşdur.


57
Kainatın hər yerindən gələn sübut
Big Bang-in kainatın tək bir nöqtəsindən başladığını, çox 
sıx və çox isti mühitin genişlənərək daha az sıx və da ha az isti 
mühitə çevrildiyini bir daha xatırlayaq. Bu izahatda hidro-
gen və helium da bu genişlənmədəki müd dətlər çərçivəsində 
açıqlanır. Kosmik fond radiasiyasının əhəmiyyətli xüsusiy-
yətlərindən birinin də kainatın hər yanına yayılması oldu-
ğunu gördük. Genişlənən kainatda mövcud olan dörddə üç 
nisbətindəki  hidrogen  və  dörddə  bir  nisbətindəki  helium 
üçün də eyni nəticə gözlənilməkdədir. Kainatın genişləməsi 
ilə  kainatın  hər  yanında  eyni  nisbət  müşahidə  edilməlidir, 
çünki  kainatın  genişləməsi  nəticəsində  bu  maddə  nisbəti 
kainatın hər tərəfinə yayılmışdır. Big Bang-ə görə müşahidə 
edilməsi vacib olan nəticə ilə edilən müşahidələr tamamilə 
uyğundur.  Kainatın  harasına  baxsaq,  hidrogen  və  helium 
hakim  elementlərdir  və  kainatın  dörddə  üçü  hidrogendən 
və dörddə biri heliumdan meydana gəlməkdədir. 
Deyterium və Litiumun  miqdarındakı sübut
Kainatda mövcud olan bütün deyterium və litium Big 
Bang-in baş verdiyi ilk dəqiqələrdə meydana gəlmişdir. Ul-
duzların  içindəki  müddətlər  bu  atomları  meydana  gətirə 
bilməz,  əksinə,  bu  atomları  parçalayar.  Halbuki  Big  Bang 
deyteriumun və litiumun mövcudluğunu izah etməkdədir. 
Kek teleskopu və Habl teleskopu ilə aparılan müşahidələr 
Big  Bang-in  deyteriumun  və  litiumun  miqdarları  ilə 
əlaqədar  verdiyi  proqnozları  ilə  tamamilə  uzlaşmaqdadır. 
Məsələn, Vanioni Flam, Coc və Cassenin 2000-ci ildə apar-
dıqları tədqiqatlar və daha əvvəlki bir çox araşdırma bunu 
təsdiqləməkdədir.  1994-cü  ilə  qədər  kainatdakı  deyterium 


58
və litium miqdarına dair təsbitlər nisbətən yaxın ulduzlar-
da edilmişdi. Halbuki 1994-cü ildən etibarən 12 milyard işıq 
ili qədər məsafədəki (yəni milyardlarla il keçmişdəki) qaz 
kütlələri  araşdırılmağa  başlandı.  Bunlarda  da  deyteriuma 
və litiuma rast gəlindi. Eynilə Big Bang-də nəzərdə tutul-
duğu kimi, kainatın ilk zamanlarından bəri bu elementlərin 
mövcud olduğu bir daha isbat edildi. 
Bu sübutda əldə etdiyimiz nəticələri qısaca bu cür ye-
kunlaşdıra bilərik: 
1 - Kainatın dörddə üç hissəsi Big Bang-in nəzərdə tut-
duğu kimi, hidrogen atomundan ibarətdir. 
2 - Kainatın dörddə bir hissəsi Big Bang-in nəzərdə tut-
duğu kimi, helium atomundan ibarətdir.
3 - Big Bang-in nəzərdə tutduğu kimi, bu nisbətlər kai-
natın hər istiqamətində təsbit edilməkdədir. 
4 - Hidrogen atomunun meydana gəlməsi üçün lazım 
olan çox yüksək temperaturlu mühiti ancaq Big Bang təmin 
edə bilər. 
5 - Helium ulduzlarda meydana gələ bilər, amma ka-
inatdakı  25  faizlik  helium  nisbəti  ancaq  Big  Bang  ilə  izah 
oluna bilər. 
6 - Ulduzlar deyterium, litium kimi elementləri parça-
laya bilər, bu elementlərin meydana gəlməsi isə ancaq Big 
Bang-də mümkündür.
7 - Son illərdə ən uzaq (ən köhnə) qalaktikaların və qaz 
buludlarının  müşahidə  edilməsilə  bunlarda  təsbit  edilən 
hidrogen, helium, deyterium, litium hissəciklərinin miqdarı 
da kainatın ən köhnə zamanlarından bəri bu elementlərin 
mövcud  olduğunu  isbat  etməkdədir.  Eynilə  Big  Bang-də 
nəzərdə tutulduğu kimi... 


59
6 - ATOMALTI DÜNYADAN 
ULDUZLARIN MƏRHƏLƏLI INKIŞAFINA 
DAIR SÜBUTLAR
Bir neçə milyard dollarlıq 
sürətləndiricilər
Atomaltı dünyanın daha yaxşı məlum olması üçün ato-
maltı  hissəcikləri  sürətləndirməyə  lazım  olan,  çox  yüksək 
istilik mühitlərini imitasiya edən sürətləndirici tunellər ti-
kilmişdir. Dünyanın ən görkəmli fiziklərinin işlədikləri bu 
təcrübə mühitləri milyardlarla dollarlıq büdcə ilə emal edil-
miş texnologiyanın möcüzələridir. Bu sürətləndiricilərin ən 
güclüləri  İsveçrənin  Cenevrə  şəhərindəki  CERN,  Ameri-
kada Çikaqo şəhərindəki Fermilab və yenə də ABŞ-ın San 
Fransisko  şəhərindəki  SLAC-dir.  Bu  tunellərdə  aparılan 
təcrübələr  Big  Bang-in  bütün  sübutları  ilə  uyğundur  və 
yaşadığımız  kainatı  meydana  gətirən  Big  Bang-in  riyazi 
modelini  təsdiqləməkdədir.  Big  Bang  başlanğıcdakı  tem-
peraturla  yalnız  enerjinin  mövcud  ola  biləcəyini,  enerji-
nin  soyuma  mərhələləri  ilə  əlaqəli  şəkildə  bütün  atomaltı 
hissəciklərinin meydana gəldiyini, sonra mərhələli inkişaf-
da olan bir müddətdə qaz buludlarının və sonra ulduzla-
rın meydana gəldiyini söyləməkdədir. Atomaltı dünyanın 
meydana gəlməsinin bütün mərhələləri istiliyin bu azalma-
sı, genişlənmə və sıxlaşmanın azalması ilə əlaqədar olaraq 
açıqlanır.  Maddənin  və  anti-maddənin  meydana  gəlməsi 
elektronların  və  pozitronun  (elektronun  anti-maddəsi), 
protonun  və  anti-protonun,  kuvarkların  və  anti-kuvarkla-
rın meydana gəlməsi və bir-birlərini məhv etmələri həmişə 
Big  Bang  modelinə  uyğun  olaraq  açıqlanır.  Qısacası,  ato-
maltı  dünyadakı  bütün  mərhələlər  və  kainatımızın  bu-
günkü atomaltı dünyası Big Bang-in kainat modelinə görə 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə