C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə18/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   14   15   16   17   18   19   20   21   ...   61

68
deyə onsuz da Entropiya Qanunu olmasa da, bəşəriyyətin 
məhsullarını  və  kainatın  gözəlliyini  daimi  surətdə  qəbul 
etməkdən məhrum qalacağını bilməkdədir. İnsanların pes-
simizmi məğlub etməsini təmin edəcək ünsür özü öldükdən 
sonra kainatın əbədi var olması deyil, özünün əbədi yaşaya 
bilməsidir.  Bəşər  övladının  bunu  etməyə  gücünün  çatma-
dığı aydındır. Elə isə insanoğluna ümid verəcək motiv bu 
gücü kəşf edə bilməsidir. Entropiya Qanunu kainatın baş-
lanğıcı olduğunu ortaya qoyaraq kainatın özü xaricində bir 
gücə olan ehtiyacını əsaslandırmaqda və təktanrılı dinlərin 
kainatın  başlanğıcı  olduğu  mövzusundakı  iddialarını 
dəstəkləməkdədir. Maddəni əzəli qəbul edən kəslərin əzəli 
və əbədi olaraq qiymətləndirdikləri kainatın ölümə getdiyi-
ni öyrənmələri qarşısında pessimizmə qapılmaları təbiidir. 
Lakin  kainatın  başlanğıcı  və  sonu  olduğundan  Tanrının 
varlığını və təktanrılı dinlərin mesajının doğruluğunu sü-
but edən və ümidi Tanrının varlığında tapa bilənlər üçün 
“Entropiya Qanunu” pessimizmə səbəb olmaz.
 
Entropiya və Big Bang görüşməsi
Kainatın bir başlanğıcı və sonu olduğu fikri elmi sübut-
lar  əsasında  detallı  olaraq  Big  Bang  nəzəriyyəsi  ilə  ortaya 
qoyulmuşdur. Termodinamikanın qanunları (Entropiya Qa-
nunu) lap əvvəldən ortaya qoyulmuşdu, bunların bizi çatdır-
dığı nəticədən də görüldüyü kimi, tamamilə eynidir. Nəticə 
olaraq termodinamik qanunlar astronomik müşahidələr və 
nisbilik nəzəriyyəsinin düsturları kainatın başlanğıcı və sonu 
olduğu təqdirdə bir-birlərini dəstəkləməkdədirlər. Lakin bu 
qanun  digər  tərəfdən  Big  Bang-in  birbaşa  sübutlarından 
biridir.  Kainatdakı  entropiya  miqdarı  çox  yüksəkdir  və  bu 
yüksək entropiyanı ancaq isti mühitdəki bir Big Bang başlan-


69
ğıcı ilə açıqlaya bilərik (Entropiya miqdarı işığın ən kiçik par-
çası fotonların, proton və neytron kimi barionlara nisbəti ilə 
ölçülə bilər). Supernova partlaması ən çox entropiyaya səbəb 
olan hadisələrdən biri olmasına baxmayaraq, səbəb olduğu 
entropiya  kainatdakı  entropiyadan  çox  daha  azdır.  Elmə 
məlum olan heç bir universal meydana gəlmə kainatdakı bu 
yüksək entropiyanı açıqlaya bilmir. Halbuki Big Bang ilə bu 
yüksək entropiya nisbəti tamamilə uyğundur.
2- IŞIĞIN SONA ÇATMASINDAKI SÜBUT
Dəyişməyən Kainat Mifi
Ulduzlarla dolu kainat bir çox insanda sabit və dəyişməz 
bir kainat olduğu zənni yaratmaqdadır. Aristotel kimi bir fi-
losof belə ulduzların əzəli və əbədi olduğu qərarına gəlmiş, 
ulduzların heç tükənməyən bir yanacağa sahib olduqlarını 
irəli sürmüşdür. Gecə səmaya adi gözlə baxan bir çox adam 
kainatın sabit olduğu fikrinə qapılmış, kainatdakı dinamiz-
mi, davamlı meydana gəlmə və yox olma müddətini gözdən 
qaçırmışdır. 
Ulduzların quruluşu kəşf edilməmişdən əvvəl ulduzla-
rın əzəldən bəri mövcud olduğunu, əbədiyyən mövcud ola-
cağını, ulduzların tükənməz bir qaynaq olaraq sonsuza qədər 
işıq verəcəyini demək olar ki, bütün materialistlər müdafiə 
edirdi. Halbuki ulduzların müəyyən bir ömrü olduğunu, ul-
duzların (Günəş də daxil olmaqla, hamısının) hidrogeni he-
liuma çevirərək varlıqlarını davam etdirdiyini, yanacaqları 
bitəndə isə varlıqlarının sona çatdığını öyrəndik. Bu aydın 
olduqdan sonra ölən ulduzların yerinə yeni ulduzların mey-
dana gəldiyini, bunun sonsuza qədər belə gedəcəyini zənn 


70
edənlər var idi. Lakin bunun da səhv olduğu artıq məlumdur. 
Bir gün gələcək, kosmosda heç bir ulduz, heç bir işıq olma-
yacaq. Mövcud olan ulduzların ölümünü yeni yaranan ul-
duzlar  tutmaqdadır.  Bu  yaranma  müddəti  ulduzları  mey-
dana gətirən qaz mövcud olduğu müddətdə davam edəcək. 
Bu qazların qaynağı həm kainatın başlanğıc müddəti, həm 
də supernovalardaki və digər ulduzlardakı partlamalar və 
püskürmələrdir. Bu qazlar ağırlıq qüvvəsinin təsiri ilə sıxışır, 
çökür və ulduzların meydana gəlməsinə səbəb olur. Bu ul-
duzlar müəyyən bir ömür yaşadıqdan sonra qara dəliklərə, 
neytron  ulduzlarına,  ağ  cücələrə,  qırmızı  divlərə  çevrilib 
ölürlər. Yeni ulduzların meydana gəlməsi üçün yetərli olan 
xam maddə (qazlar) getdikcə azalmaqdadır. Bu xam maddə 
tükənəndə artıq heç bir ulduz meydana gəlməyəcək. Yaşa-
yan son ulduzların ölümü ilə isə kainat daimi bir qaranlığa 
qərq olacaq. (Əgər kainatın sonunu gətirən başqa bir hadisə 
daha əvvəl yaşanmasa).
Işığın sona çatacaq olmasından əldə 
etdiyimiz fəlsəfi nəticələr
 
Mövcud  elmi  məlumatlara  əsasən,  bu  müddət  mil-
yardlarla  il  davam  edəcək.  Bu  qədər  uzaqda  görünən  bir 
müddət bir çoxlarını o qədər də maraqlandırmayacaq. Hal-
buki bu müddət fəlsəfi baxımdan əhəmiyyətli məlumatlar 
verməkdədir. Bunları belə yekunlaşdıra bilərik: 
1 - Kainatdakı işıq müəyyən bir zaman sonra yox olacaq. 
2 - İşıq olmadan həyat mümkün olmadığı üçün bu kai-
natdakı həyat əbədi ola bilməz. 
3 - Əgər kainatda var olan işıq müəyyən bir zaman son-
ra  yox  olursa,  demək  ki,  işıq  əzəldən  bəri  var  ola  bilməz, 
işığın bir başlanğıcı vardır.


71
İşığın (və ya ulduzların) müəyyən bir zaman sonra yox 
olacağının  və  başlanğıcı  olduğunun  göstərilməsi  əzəli  və 
əbədi  kainat  fikrinin  səhv  olduğunu  göstərməkdədir.  Bu 
da Entropiya Qanunu və Big Bang-in sübutları ilə tamamilə 
uyğun bir nəticədir. Artıq ulduzların əzəli varlıqlar olduğu 
fikri  etibarsızlaşmış,  əvəzində,  ən  səhvsiz  ölçü  ilə  ulduz-
ların  yaşını  təyin  etməyə  cəhdlər  edilmişdir. Aparılan  he-
sablamalara görə, ən yüksək ədəddə olan 2-ci Populyasiya 
ulduzları  kainatın  başlanğıcından  1,5  -  5  milyard  il  qədər 
sonra meydana gəlmişdirlər. Müşahidə edilə bilən 2-ci Po-
pulyasiya ulduzlarının yaşı bu ədədə əlavə olunsa, kaina-
tın yaşı tapıla bilər. Buna əsaslanaraq yerinə yetirilən ölçmə 
əməliyyatlarında kainatın yaşı təqribən 15 milyard il olaraq 
təxmin edilməkdədir. Bu nəticə “Habl sabitinə” söykənərək 
edilən təxminlərə çox yaxındır. Ulduzlar və saçdıqları işıq 
əzəli kainat modellərini təkzib etməkdə, kainatın bir başlan-
ğıcı və sonu olduğunu isə təsdiqləməkdədir. 
3 - RADIOAKTIV ELEMENTLƏRIN 
YAŞINDAKI SÜBUT
Radioaktiv elementlərin yarı ömrü
Radioaktiv  elementlər  müasir  dövrdə  lisey  şagirdləri 
tə rəfindən  belə  öyrənilməkdədir.  Halbuki  radioaktivliyin 
tapılması  bəşər  tarixinin  son  dövrlərində  baş  vermişdir. 
Ra dio aktivlik fransız alimi Anri Bekerel (Henry Becquerel) 
tərəfindən 1896-cı ildə kəşf edilmişdir. Radioaktivlik, qısa-
ca, bir atom nüvəsinin dənəcik ya da elektromaqnetik şüa 
ya yaraq parçalanmasıdır. Belə bir parçalanmada radioaktiv 
atomların hamısı birdən parçalanmır. Radioaktiv maddənin 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə