C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə12/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

45
irəli  sürülmüşdü.  Bu  mövzuda  xüsusilə  Fred  Hoylun  və 
onun iş yoldaşlarının əməyi böyük idi. Big Bang ulduzların 
içində mövcud olan, çıxarıla bilməyən və ulduzların mey-
dana  gəlməsini  təmin  edən  hidrogenin  haradan  gəldiyini 
açıqlayırdı. Bu cəhətdən Big Bang lap əvvəldən ona qarşı 
çıxan Hoylun yarımçıq kəşflərini tamamlayır, elementlərin 
meydana gəlməsinin açıqlanmasını mükəmməl bir şəkildə 
tənzimləyirdi. Atomaltı qaydaya görə, hidrogeni meydana 
gətirmək  üçün  həddindən  artıq  yüksək  dərəcədə  istiliyi 
olan bir mühit lazım idi. Big Bang kainatın başlanğıcında 
çox yüksək istilikdəki və çox sıx olan bu mühitin varlığını 
lazımlı hesab edirdi. Hoyl bu problemin mütləq Big Bang-
dən kənar bir şərhini tapmaq lazım olduğunu düşünürdü. 
Big  Bang-ə  qarşı  müqavimət  göstərməyə  davam  edərkən 
isə  belə  deyirdi:  “Əgər  kainat  isti  bir  Big  Bang  ilə  başla-
yıbsa, o zaman bu partlamanın bir qalığı olmalıdır. Mənə 
bu  Big  Bang-in  bir  qalığını  tapın.”  Hoylun  lağa  qoyması 
nəticəsində “Big Bang” adının istifadə olunmasından əlavə, 
“qalıq”  anlayışı  da  meydana  gəlmişdir.  Sonrakı  illərdə 
“Kosmik fond radiasiyası” tapıldıqda bir çoxları bu radiasi-
yanı “qalıq radiasiya” olaraq da adlandıracaqdı. Hoylun Big 
Bang-in  “qalığının”  tapılması  üçün  meydan  oxuması  Big 
Bang-i dəstəkləyən çox əhəmiyyətli sübutların tapılmasına 
səbəb olmuşdur. Hoylun etirazları sanki bumeranq olmuş, 
Big Bang-i öldürmək əvəzinə, yayılmasına səbəb olmuş və 
“Sabit Vəziyyət”modelini süquta uğratmışdır.
 
Bu partlayışın qalıqları hardadir?
Kosmik fond radiasiyası da əvvəlcə riyazi hesablamala-
ra əsaslanaraq, nəzəri əsasda ortaya qoyulmuşdur. Qamov 
və Alfer 1 Aprel 1948-ci ildə alfa-beta-qama adlı tezislərini 


46
ortaya qoydular. Bu tezis Big Bang-in başlanğıcında olma-
lı  olan  böyük  miqdardakı  enerjinin  kainatın  genişlənməsi 
ilə birlikdə yavaş-yavaş azalacağını və bu enerjinin bərabər 
dəyəri olan bir istilik dəyərinin bu gün də müəyyən olunma-
sının mümkün olacağını irəli sürürdü. Corc Qamov (George 
Gamow) və yoldaşlarının məqaləsi kainatın başlanğıcında 
atomların  bir-birləriylə  necə  bir  reaksiyaya  girdiklərini, 
nüvə  fizikasındakı  son  kəşflərin  köməyi  ilə  izah  edir  və 
bu  reaksiyalar  əsnasında  ortaya  çıxan  istiliyin  milyardlar-
la dərəcə yüksəklikdəki istiliyə çatdığını nümayiş etdirirdi. 
Bu qədər yüksək istiliyin aid olduğu yüksək enerjili bir ra-
diasiyanın ilk dövrlərdəki kainatı tamamilə doldurduğu və 
bu gün də bu enerjidən artan bir istilik dəyərinin kosmosda 
tapılması bu tədqiqat sayəsində üzə çıxdı. Qısacası, Qamov 
Hoylun lağ etmək üçün irəli sürdüyü “qalığın” olmasının 
həqiqətən vacib olduğunu ortaya qoymuşdur. Üstəlik, apa-
rılan hesablamalarla kosmosun hər tərəfinə yayılan bu radi-
asiyanın temperaturunun mənfi 268 dərəcəyə qədər (5 Kel-
vin mütləq istilik dəyəri) düşmüş olduğu təxmin edilmişdir.  
 Big Bang-dən sonra ortaya çıxan bütün radiasiyaların kai-
natın içində müəyyən başlanğıc nöqtələri olacaq və yalnız o 
nöqtələrdən kənara yayılacaqlar. Halbuki Big Bang-in səbəb 
olduğu  radiasiyanın  ən  əhəmiyyətli  xüsusiyyəti  kainatın 
hər  yanına  yayılmış  olmasıdır.  Qısacası,  1-  Kainatın  hər 
tərəfinə yayılmış, 2- Temperaturu xeyli düşmüş bir radiasi-
yanın mövcudluğu Big Bang vasitəsilə riyazi hesablamalar-
la ortaya qoyulmuşdur. Görəsən “qalıq” deyərək lağ edilən 
bu radiasiya tapıla bilmişdimi?
 
Qalıq radiasiya tapılır
1960-cı illərin əvvəllərində Prinston Universitetində Ro-
bert Dik (Robert Dicke) və iş yoldaşları Qamov və yoldaşları 


47
ilə eyni nəticəyə gəldilər. Kainatın başlanğıcı çox isti idi, bu 
vəziyyətdə kainat isti elektron və protonlarla, yüksək enerji-
li fotonlarla dolu idi. Kainat genişlədikcə bu şüa (radiasiya) 
soyuyacaq  və  indiki  vaxtda  da  elektromaqnetik  xəyali  ox 
mikrodalğa bölgəsində müşahidə edilə biləcəkdi. Prinston 
astronomlarının daha əvvəl Qamov və yoldaşlarının bənzər 
bir  uzaqgörənliyə  sahib  olduqlarından  xəbərləri  olmadığı 
deyilir. Ən azından, bu qətidir ki, Qamov və yoldaşları bu 
radiasiyanın varlığını nəzərdə tuturdular, lakin təcrübi ola-
raq bunun araşdırılmasını təklif etmirdilər.
Kosmik fondda radiasiyanı xüsusi alətlər istifadə edərək 
tapmağa ilk təşəbbüs göstərən Robert Dik və qrupu olmuş-
dur. Dik və yoldaşları Roll və Uilkinson, 1965-ci ildə Dikin 
dizayn etdiyi mikrodalğalı radiasiya təyin edicini tikirdilər. 
Amma özlərinə Nobel mükafatı qazandıracağına inandıqları 
bu kəşfi edənlər başqaları oldu. Bu kəslər Amerikada Bell Te-
lefon Şirkətində işləyən iki mühəndis idi və adları Arno Pen-
zias və Robert Vilson idi. Bu mühəndislər kosmik fond radi-
asiyasını təsadüfi olaraq kəşf etmişdilər. Radio ölçmələrini 
yerinə yetirərkən müəyyən dalğa boylarında ölçdükləri şü-
ada çoxluq olduğunu gördülər. Bunun gətirib çıxardığı pa-
razit qrupun işlərinə mane olurdu. Nə qədər çalışsalar da, 
bu parazitin qarşısını ala bilmədilər. Bundan sonra kosmos-
dakı  radiasiya  haqqında  ən  məlumatlı  insanların  Prinston 
Universitetindəki Dik və yoldaşları olduğunu öyrəndikləri 
üçün  onları  axtardılar.  Dik  və  qrupu  Penzias  və  Vilsonun 
kəşfləri  haqda  öyrəndikdən  sonra,  onların  özlərinin  axtar-
dıqları  radiasiyanı  kəşf  etdiklərini  başa  düşdülər.  Beləcə 
Hoylun lağ etdiyi “qalıq” tapıldı və Nobel mükafatını Dik və 
qrupu götürə bilmədi, amma Penzias və Vilson bu kəşfləri 
sayəsində Nobel mükafatına layiq görüldülər. Bu radiasiya-
nın tapılmasına bir çox adam “qəti sübut” deyirdi. Hoylun 
Big Banga qarşı rəqib olaraq müdafiə etdiyi Sabit Vəziyyət 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə