92
Sabit vəziyyət modelini etibarsız edən
sübutların xülasəsi
Sabit Vəziyyət modeli Big Bang nəzəriyyəsinə qarşı
ən uzun müddət müqavimət göstərən nəzəriyyədir. Buna
görə də Big Bang nəzəriyyəsinin tarixi Sabit Vəziyyət mo-
delinin izahatını da ehtiva etməkdədir. Bu modelin kos-
mosun genişlənməsini qəbul etməsinə baxmayaraq, kai-
natdakı dəyişmənin və başlanğıcın olmadığına müqavimət
göstərməsi də diqqətə layiqdir. Bu model materializmin əzəli
kainat fikrini müdafiə etmək üçün ortaya atılmış, məşhur elm
adamların tərəfindən müdafiə olunmuş və materialistlərin
ən iddialı elmi cəhdi olmuşdur. Bu modeli etibarsız edən sü-
butların bir qismini belə yekunlaşdıra bilərik:
1 - Sabit Vəziyyət modeli fiziki bir müddətlə daimi ola-
raq maddənin yoxdan yaradıldığını söyləyir, lakin fiziki ol-
duğu deyilən bu müddət fizika qanunlarına ziddir.
2 - Əgər Sabit Vəziyyət modelinin irəli sürdüyü kimi
maddə daimi olaraq yoxdan yaradılsaydı, bu yoxdan yara-
dılış daimi müəyyən bir nisbəti tutdurmaq məcburiyyətində
idi. Təkcə fizika qanunlarına söykənərək meydana gəldiyi
deyilən bu tarazlıq izah edilə bilməz.
3 - Hər dəfə enerjidən
maddə meydana gələndə maddə
miqdarı ilə tamamilə eyni miqdarda anti-maddə də meyda-
na gəlir. Əgər kainatda davamlı olaraq enerjinin maddəyə
çevrilməsi ilə maddə yaradılsaydı, maddə ilə tamamilə eyni
miqdarda anti-maddə də olacaqdı. Bu müşahidə olunan ka-
inata ziddir (Big Bang-in istiliyi maddənin anti-maddədən
çox çıxmasını açıqlaya bilər).
4 - Kainatın genişlənməsini açıqlayacaq bir mexanizm
(Big Bang kimi) Sabit Vəziyyət modeli ilə ortaya qoyula
bilməz.