C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə53/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   49   50   51   52   53   54   55   56   ...   61

193
32)  Dünyamızdakı  ozon  miqdarı  da  çox  kritik  bir 
dəyərdə yaradılmışdır. Əgər bu dəyər daha yüksək olsay-
dı, səth istiliyi çox aşağı düşərdi. Əgər bu dəyər daha aşa-
ğı olsaydı həm səth istiliyi çox yüksələr, həm də həyatı yox 
edəcək şəkildə ultrabənövşəyi şüalar artardı.
33) Həyat üçün atmosfer təzyiqi də müəyyən bir dəyər-
də  olmalıdır.  Əgər  atmosfer  təzyiqi  daha  aşağı  olsaydı, 
buxarlaşan  su  miqdarı  artacaq  və  bu,  istixana  təsiri  mey-
dana gətirəcək, atmosferdəki su buxarı azalacaq və dünya 
səhralaşacaqdı. 
34) Atmosferdeki  havanın  tənəffüs  edilə  bilməsi  üçün 
hava müəyyən bir təzyiqdə, axıcılıqda və sıxlıqda olmalıdır. 
Atmosferin  sıxlığında  və  axıcılığındakı  kiçik  bir  dəyişiklik 
nəfəs almağımızın qeyri-mümkün olmasına səbəb ola bilərdi.
35) Həyat üçün çox vacib şərt olan karbon atomunun ul-
duzların daxilində meydana gəlməsi çox kritik dəyərlər al-
tında yaranmaqdadır. Bunun üçün iki helium atomu birləşib 
0.000000000000001  saniyə  kimi  qısa  bir  müddət  berilium 
atomuna çevrilməli və üçüncü bir heliumun əlavə olunması 
nəticəsində karbon atomu meydana gəlməlidir. Bəhs edilən 
atomların enerji səviyyələrindəki kiçik bir fərqlilik karbon 
atomunun və canlılığın meydana gəlməsini qeyri-mümkün 
edərdi.
36) Bütün canlılar karbon atomunun digər elementlərlə 
reaksiyaya  girməsi  sayəsində  mövcud  olmuşdurlar.  Kar-
bon həyat üçün lazımlı olan birləşmələri ancaq dar bir isti-
lik müddətində reallaşdıra bilər. Bu istilik müddəti isə Ye-
rin istiliyi ilə tam uyğundur. Halbuki kainatda ulduzların 
içindəki milyardlarla dərəcə istidən mütləq sıfır olan -273 
dərəcəyə qədər geniş bir aralıq mövcuddur.
37)  Karbon  atomunun  meydana  gətirdiyi  kovalent 
əlaqələr  kimi  zəif  əlaqələr  də  ancaq  müəyyən  bir  istilik 


194
müddətində  reallaşa  bilərlər.  Bu  istilik  müddəti  isə  Yerdə 
mövcud olan istilik müddəti ilə tam uyğundur. Zəif əlaqələr 
reallaşmasa, heç bir canlı mövcud olmazdı.
38)  Həyat  üçün  bütün  şərtləri  yerinə  yetirən  Yer 
kürəsinin  yaradılma  zamanı  da  həyata  tam  uyğun  olaraq 
seçilmişdir. Yer əgər daha əvvəl yaradılsaydı, həyat üçün la-
büd olan ağır atomlar (karbon, oksigen kimi) kifayət qədər 
olmayacaqdı. Əgər Yerin yaradılışı daha sonraya qalsaydı, 
Günəş sistemimizi meydana gətirəcək sıxlıqda xam maddə 
qalmamış olacaqdı.
39)  Həyatın  mümkün  ola  bilməsinin  şərtlərindən  biri 
də  suyun  müəyyən  bir  səth  gərginliyinə  sahib  olmasıdır. 
Bitkilərin suyu torpaqdan və ən üst nöqtələrinə qədər çatdı-
ra bilmələri bu gərginliyin hazırlanmış olması sayəsindədir. 
Bu gərginlik daha fərqli olsaydı, nə bitkilərdən, nə də digər 
canlıların varlığından danışa bilməzdik.
40)  Suyun  reaksiya  qabiliyyəti  də  həyatın  digər  şərt-
l ə rindən  biridir.  Su  nə  bəzi  turşular  kimi  parçalayıcı 
xüsusiyyətlər göstərir, nə də arqon kimi heç bir reaksiyaya 
girmədən dayanır. Suyun axıcılıq dəyəri, suyun qatı halının 
maye halından daha yüngül olması da Yer üzündəki həyata 
böyük tövhə verir.
Ehtimal məntiqi
Nəzər  saldığımız  40  nümunə  kainatın  və  Yerin  daxi-
lindəki meydana gəlmələrin həyatı mümkün edəcək şəkildə 
təşkil edildiyini göstərməkdədir. Bütün bu tənzimləmələrin 
təsadüfən, şüursuzca meydana gəldiyini söyləmək məntiqli 
deyil.  Kainatın  şüurlu  bir  şəkildə  təşkil  edildiyini  inkar 


195
etməyin mənşəyi məntiqi deyil, daha çox psixolojidir. Ast-
ronomiya,  fizika,  kimya  kimi  elmlərin  məlumatları  kaina-
tın çox kritik dəyərlər nəzərə alınaraq, həyata tam uyğun 
olaraq hazırlandığını ortaya qoymaqdadır. Əgər biologiya 
sahəsinə keçilsə, bu sübutlar daha çox artmaqda, hər can-
lıdan  kainatın  şüurlu  olaraq  təşkil  edildiyinə  dair  sübut-
lar  əldə  edilməkdədir.  Kainatın  yaradılışında  çox  kritik 
dəyərlərin güdüldüyünü ehtimal məntiqi ilə göstərə bilərik. 
Bu  epistemologiyada  (bilgi  nəzəriyyəsində)  ehtimalın 
mərkəzə qoyulduğu riyazi bir yanaşmadır. Kainatın həyata 
uyğun bir şəkildə təşkil edildiyinə dair bir çox sübutdan 40 
dənəsini seçdim, bu sübutlardan maraqlı hesab etdiyim iki 
dənəsini gözdən keçirərək ehtimal məntiqinin necə istifadə 
edildiyini göstərməyə çalışacağam.
Başlanğıc entropiyası və ehtimal
Nümunə verəcəyim ilk sübutu ilk dəfə məşhur riyaziyyat-
çı Rojer Penros açıqlamışdır. Əvvəlki bölümlərdə termodina-
mikanın ikinci qanununa görə kainatdakı entropiyanın daim 
artdığını və bunun geriyə çevrilə bilməyəcəyini gördük. Ent-
ropiya nizamsızlığın daim artmasının riyazi, obyektiv bir öl-
çüsüdür. Penrosun dediyi kimi, yüksək entropiya vəziyyətləri 
təbii vəziyyətlərdir, lakin aşağı entropiya vəziyyətləri nizamı 
ifadə edirlər və şərh tələb edirlər. Kainatın qalaktikaları ilə, 
planetləri  ilə  və  canlıları  ilə  mövcud  olması  kainatın  aşağı 
entropiyalı bir vəziyyətdə başlamış olması sayəsindədir. Bax 
elə kainatın bu başlanğıcı bir şərh tələb etməkdədir. Kainatın 
başlanğıcının çox kiçik bir nöqtədə olması da aşağı entropi-
yanın şərhi ola bilməz. Qara dəliklər haqqındakı riyazi qay-
dalar mövzusunda ən yaxşı mütəxəssis olaraq qəbul edilən 
Penros nə qara dəliklər kimi kiçik nöqtələrin, nə də kainat 


196
əgər  bir  gün  Böyük  Çöküşü  (Big  Crunch)  yaşasa  kainatın 
sonundakı  bu  vəziyətin  yüksək  entropiya  vəziyyətindən 
xilas  ola  bilməyəcəklərini  göstərmişdir.  Aydın  olmaqdadır 
ki,  kainatın  başlanğıcındakı  aşağı  entropiya  vəziyyətinin 
kainatın başlanğıcının çox kiçik bir nöqtə olması ilə əlaqəsi 
yoxdur.  Deməli,  kainatın  başlanğıcındakı  aşağı  entropiya 
kainatın həcminin çox kiçik olmasından fərqli bir şərhi tələb 
edir. Kainatın həcmi kiçilsə də, böyüsə də, termodinamik ox 
tək istiqamətli olaraq irəliləyir. Mən bunu insanların yaşla-
nanda boylarının qısalmağa başlamasına bənzədirəm, lakin 
bu  vəziyyət  insanların  cavanlaşması  demək  deyil.  Eynilə 
kainatın  da  həcmi  kiçilsə  belə  entropiyası  düşmür.  Entro-
piya  zaman  kimidir:  Tək  istiqamətli,  mərhəmətsiz  və  qəti.  
Penros kainatdakı barion (proton, neytron) sayı olan 1080-i, 
buna müvafiq olan foton sayı və qara dəlikləri də nəzərə ala-
raq kainatın başlanğıc entropiyasının şüurlu bir şəkildə təşkil 
edildiyini ortaya qoymaqdadır. Penrosun tapdığı ədəd inanıl-
mazdır. Penros bu ədədi belə açıqlayır: “Yaradanın nə qədər 
dəqiqliklə hədəfini təyin etdiyi aydın olur, yəni düzgünlük 
nisbəti belədir: 10
124
-də 1.” (Bu əməliyyatı etmək üçün əvvəl 
10
123
-ü hesablamaq, sonra 123 sıfırlı bu ədədi 10-un üzərinə 
yazmaq lazımdır. Daha sonra 10-u bu ədəd qədər özü ilə vur-
maq lazımdır. Bu ədədin yazılması belə mümkün deyil.) 
Bu ədəd həqiqətən də inanılmazdır. Əgər bu ədədi 10
124
 
olaraq yox, klassik şəkildə yazsaydıq, (üstsüz bir ədəd ola-
raq) yalnız bu ədədi yazmağa belə bütün insanların ömrü 
bəs etməzdi. Əgər kainatdakı bütün proton, neytron, hətta 
fotonları belə istifadə etsəydik və hər bir proton, neytron və 
fotonun üzərinə bir trilyon ədəd yazsaydıq, bu ədədi yenə 
yaza bilməyəcəkdik. Bundan həqiqətən də Yaradıcının hər 
şeyi necə şüurlu bir şəkildə yaratdığı çox açıq görülməkdədir. 
Kainatda var olan nizam adi yox, fövqəladə bir nizamdır. 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə