C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə55/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   51   52   53   54   55   56   57   58   ...   61

201
daha çoxunu ortaya qoyur. “İnsani qanun”a görə, kainatda 
çoxlu  kritik  dəyərlərin  nəticəsində  insan  övladının  var  ola 
bilməsi mümkün olmuşdur. Daha əvvəldən araşdırdığımız 
nümunələrdə kainatın aşağı entropiyalı başlanğıcının təşkil 
edilmə ehtimalının 10 
10
*
123
-də 1 olduğunu, tək bir zülalın, bir 
tək amino asid turşusu sıralamasının meydana gəlmə ehti-
malının 20
574
-də 1 olduğunu xatırlayın. Bu ədədlər insanların 
mövcud olması üçün lazımlı şərtlərin nə qədər kritik aralıqda 
olduğunun saysız-hesabsız nümunələrindən bir neçəsidir. 
Mükəmməllik və kritik aralıq
 Kainatın canlıların meydana gəlməsinə imkan verəcək 
şəkildə  bu  qədər  kritik  aralıqlarla  təşkil  edilməsi  bizə  bu 
iddianı etməyə imkan verir: “Kainat və Yer həyata uyğun 
olaraq  mükəmməl  bir  şəkildə  təşkil  edilmişdir.”  Bu  yan-
lış  olması  mümkün  olan  bir  iddiadır.  Lakin  aparılan  elmi 
tədqiqatlar  bu  iddianı  səhv  çıxartmaq  bir  tərəfə  dursun, 
onu  daha  çox  dəstəkləməkdədir.  Əgər  biri  bizim  planeti-
miz üçün daha yaxşı bir atmosfer tərif edə bilsə, var olan 
bir  çox  mayedən  birinin  belə  həyat  üçün  sudan  daha  çox 
uyğun  olduğunu  göstərə  bilsə,  kainatın  başlanğıc  entro-
piyasının bundan daha uyğun da təşkil edilə biləcəyini is-
bat etsə, iddiamızı səhv çıxara bilər. Mükəmməllik dar bir 
aralıqda  reallaşdığı  üçün  mükəmməllik  iddialarının  səhv 
çıxardılması  asan,  təsdiqlənməsi  çətindir.  Halbuki  kaina-
tın canlılar üçün mükəmməl bir şəkildə yaradıldığı həmişə 
təsdiqlənmiş,  heç  vaxt  səhv  çıxardılmamışdır.  “İnsani 
qanun”u səhv şərh edənlər üçün Con Leslinin çəkdiyi gözəl 
bir misalı bura köçürdüm: “Düşünün ki, güllələnməyinizə 
qərar verirlər və sizi aparırlar və çox iti 100 nişan alan çox 
yaxın məsafədən bir neçə dəfə sizə atəş açır, lakin ölmür-


202
sünüz.  Bunun  nəticəsində  “Mən  həyatda  olduğuma  görə 
heyrətlənəsi bir şey yoxdur, əgər həyatda olmasaydım, bu 
anda bu vəziyyəti müşahidə etməmiş olardım” deyərsiniz, 
yoxsa “100 iti nişançı bu qədər çox atəş açıb məni bu qədər 
yaxın məsafədən vura bilməyiblərsə, deməli, bu vəziyyətin 
bir şərhi olmalıdır” deyərsiniz? Heç şübhəsiz, bizim varlığı-
mız üçün lazım olan kritik dəyərlərin meydana gəlməsinin 
ehtimal  olaraq  qeyri-mümkünlüyü  100  iti  nişançının  çox 
yaxın məsafədən hədəfdən yayınmaqlarından qat-qat artıq-
dır.  Yaşadığımızı  irəli  sürərək  100  iti  nişançının  hədəfdən 
yayınmasını təsadüfi qeyri-dəqiqliklə əlaqələndirməyin ax-
maq olduğunu anlayırıqsa, “insani qanun”un təqdim etdiyi 
fövqəladə kritik dəyərləri təsadüflə əlaqələndirməyin daha 
axmaq olduğunu rahatca anlaya bilərik. 
Insani Qanun və sonsuz Kainatlar
“İnsani qanun”un nəticələrinin bizi “dizayn sübutu”na 
aparacağını  görən  və  bu  nəticədən  məmnun  olmayan-
lar  “sonsuz  kainatlar”  fərziyyəsini  ortaya  atmışdılar.  Bu-
nunla  da  sonsuz  bir  çoxluq  meydana  gətirmək  və  “insa-
ni  qanun”un  ortaya  qoyduğu  kritik  dəyərləri  sonsuzla 
müqayisə edərək əhəmiyyətsizləşdirmək istəyirdilər. Əgər 
“sonsuz  kainatlar”  fərziyyəsi  doğru  olsaydı  belə,  kainat-
dakı  kritik  dəyərlərin  bizi  kainatın  şüurlu  bir  şəkildə,  üs-
tün  bir  Qüdrət  tərəfindən  yaradıldığına  aparan  nəticəsini 
dəyişməzdi. Riçard Svinbörn (Richard Swinburne) bu iddi-
anı belə şərh etmişdir: “Alternativ şərhdən heç bir şəkildə açıq­
ca daha sadə olmayan bir düsturun seçilən şərhini qurtarmaq və 
hər vəziyyətdə müəyyən bir nisbət içində olmaq məcburiyyətində 
olan sərhəd şərtlərinin çox dar nisbətindən qaçınmaq üçün son­
suz dərəcədə çox kainatların olduğunu fərz etmək dəlilik kimi gö­


203
rünür.” Svinbörnün dəlilik olaraq gördüyü bu cəhdin qay-
nağının  psixoloji  olduğu  aydın  olmaqdadır.  “Biz  nə  edək 
ki,  Tanrının  var  olduğu  nəticəsindən  xilas  olaq?”  deyərək 
doğrunu tapmaq yerinə qaçışı məqsəd hesab edənlər qaçı-
şı bu qədər fantastik iddialarda axtarmışdırlar. Daha əvvəl 
nəzər saldığımız və elmi olaraq mümkün olmadığını gördü-
yümüz Açılıb-bağlanan Kainat iddiası da sonsuz kainatlar 
törətmə istəyininin bir məhsulu idi. Cəfər Sadiq Yaranın de-
diyi kimi, belə kainatlar olsaydı belə dizayn sübutu kölgədə 
qalmazdı:  “Məlumdan  məçhula  doğru  məntiqli  bir  nəticə  irəli 
sürüldükdə  nəticəyə  istiqamət  verməli  olan  şey  məlumun  təməl 
xüsusiyyətləridir. Əlimizdəki nümunədə olduğu kimi, məlum olan 
tək kainat çox nizamlıdırsa və məçhula aid tək ipucumuz budursa, 
normal məntiq yeritmə, əgər həqiqətən vardırsa, naməlum kainat­
ların da ən az məlumlar qədər nizamlı ola biləcəyi nəticəsinə apar­
malıdır, tam əksinə deyil. Nəticə olaraq, məlum olan kainatımızın 
başlanğıc şərtləri və təməl sabitlərindəki fövqəladə kosmik uyğun­
laşmaların son illərdəki kəşfinin Tanrının varlığına inancın klassik 
sübutlardan olan dizayn sübutuna nümunə olmaqla çox kainat­
lar  ssenariləri  və  şərhlərilə  üzərinə  kölgə  salınmayacaq  dərəcədə 
yenidən böyük bir güc və zənginlik qatdığı görülməkdədir.”
Okkam  ülgücünü  hansı  vəziyyətlərdə  necə  istifadə  et-
məli  olduğumuzu  sonsuz  kainat  ssenarilərinin  Okkam  ül
-
gücündən paylarını necə aldıqlarını əvvəlki bölüm lər də gör-
dük. Bu mövzu ilə əlaqədar olaraq o başlığın bir daha oxun-
ması faydalı olacaqdır. “İnsani qanun”un nəti cələrindən qaç-
maq üçün sonsuz kainatlar ssenarisini ortaya atanların etdi-
yinin nəyə bənzədiyini sizə bir misalla açıqlamaq istəyirəm: 
Minlərlə  rulet  masası  olan  bir  qumarxanada  olduğunuzu 
düşünün.  Sizə  bütün  rulet  oyunlarının  hiyləli  olduğunu 
deyirəm  və  sübut  olaraq  minlərlə  masadakı  yüz  minlərlə 
oyunun nəticəsini əvvəldən elan edirəm. Dediyim nəticələr 
doğru  çıxdıqda  rulet  oyunlarının  nəticəsinin  əvvəlcədən 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə