C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə57/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   53   54   55   56   57   58   59   60   61

207
bir  qaçış  yeri  buraxmayacaq  şəkildə  “insancıl  qanun”u 
dəstəkləyir və kömək edir. Həmçinin, “Dünya qanunu”nun 
digər  əhəmiyyətli  bir  tərəfi  də  ehtimal  hesablamalarının 
yalnız  Dünya  sahəsi  içində  edilməsini  tələb  etməsidir;  in-
sanın varlığını mümkün edən “həyati əhəmiyyətli” şərtlər 
“insani qanun”un səhv şərhilə aradan qaldırılsa belə, insa-
nın yanında faydalana biləcəyi və ehtimal hesablamalarına 
görə təsadüfən meydana gəlmələri qeyri-mümkün olan yüz 
minlərlə  canlının  şüurlu  bir  dizaynı  isbat  etməsidir.  Daha 
əvvəl kainatdakı baryon, foton və elektron ədədlərinin cəmi 
olan 10
90
 sayı ilə kainatın saniyə sayı olan 10
18
-i vurduq və 
10
108
-i  tapdıq.  Sonra  bu  ədəd  ilə  insanın  mövcud  olması 
üçün  “həyati  əhəmiyyətli”  şərt  olan  hemoqlobin  zülalının 
sırf amino asid turşularının düzülüş ehtimalı olan 20
574
-də 
1-i müqayisə etdik. “Dünya qanunu”na görə bu hesabı arı-
nın bədənindəki bir zülal üçün etsək, artıq insanın var olma-
sı üçün “həyati əhəmiyyətli” şərtlərə baxmayacağıq, bunun 
əvəzinə insanın yanında Dünya içində yaradılan arının tək 
bir zülalını araşdıracağıq. (Arı əvəzinə istədiyiniz bir heyvan 
və  ya  bitkinin  quruluşundakı  zülalı  götürə  bilərik.  Nəticə 
dəyişməyəcək.) Əvvəldən hemoqlobin üçün etdiyimiz hesa-
bı “Dünya qanunu”na görə arının bir zülalı üçün reallaşdır-
dığımızı düşünək. Riyazi çoxluğumuz Dünyanın içi olacağı 
üçün əvvəldən gördüyümüz 10
90
-lıq sayımız Dünya içindəki 
protonların, neytronların, elektronların və fotonların ümumi 
sayından az olacaqdır. Kainatın yaşı ilə əlaqədar saylar isə 
Dünyanın yaşından az olacaqdır. Bu dəfə isə gördüyümüz 
bu  olacaq:  “Dünyadakı  bütün  protonlar,  neytronlar,  elekt-
ronlar və fotonlar amino asid turşularına çevrilsə və Dün-
yadakı hər saniyədə bir zülal meydana gətirməyə çalışsalar, 
bunu  bacara  bilərlərmi?”.  Kainatın  bütün  zamanında  belə 
təsadüfən meydana gəlməsi mümkün olmayan tək bir zü-
lalın meydana gəlməsi beləcə daha da qeyri-mümkünləşir. 


208
Bütün kainatın hissəciklərini belə bir zülalın amino asid tur-
şusu düzülməsini təsadüfi meydana gətirmək üçün səfərbər 
etdikdə bunun qeyri-mümkün olduğunu gördük. Məqsədim 
“Dünya  qanunu”nun  baxışlarımızı  Dünya  içinə  çevirdiyi-
ni, kainatdakı şüurlu dizaynı riyazi olaraq əsaslandırdığını 
göstərməkdir.  Bəzilərinin  sonsuz  kainatlar  ssenarisini 
yeritməyə cəhd etdiyi bir vaxtda “Dünya qanunu” sonsuz 
kainatlar var olsa belə sonsuz kainatlarla və hətta bu kaina-
tın geri qalanı ilə maraqlanmadan sırf bu Dünyanın içindən 
“dizayn sübutu”nu əsaslandıra biləcəyimizi, sırf Dünyanın 
içində  qalaraq  ehtimal  hesablamaları  apara  biləcəyimizi 
göstərməkdədir.  İnsanın  yanında  gücünü  insanın  yanında 
olmasının  ehtimalından  alan  və  yüz  minlərlə  növə  sahib 
olan  canlılar  dünyası  “dizayn  sübutu”nun  zənginliyini  və 
insan baxımından əlçatan olduğunu göstərməkdədir. Bu sü-
butların riyazi dəqiqlikdən güc aldığını, ehtimal kimi riyazi 
məlumatlara söykəndiyini bir daha xatırlamaq faydalı ola-
caqdır.  (Bundan  sonrakı  kitabımda  Təkamül  nəzəriyyəsini 
və Dünya qanununu tədqiq edəcəyəm. Bu mövzu ilə əlaqəli 
fikirlərini  ifadə  etmək  istəyənlər,  bu  mövzudakı  fikirləri 
paylaşmaq  üçün  qurduğum  www.theworldprinciple.com 
ünvanındakı sayta fikirlərini bildirə bilərlər.) 
Big Bang potensialında bax 
kompüter
Big  Bang  müddətinin  başlanğıcındakı  partlayışın  şid-
dəti  maddənin  sıxlığı,  entropiyanın  təşkil  edilməsi,  istili-
yin  nizamlanması  kimi  başlanğıc  dizaynlarından  kainatın 
genişləməsilə yaranan müddətlərdəki bütün kritik nizam-
lamalara  qədər  hər  məlumat,  kainatın  şüurlu,  qüdrətli 
və  üstün  olan  bir  Tanrı  tərəfindən  yaradıldığını  əsas lan-


209
dırmaqdadır. Kainatın başındakı şərtlərin və fizika qanun-
larının  yaradılması  sayəsində  kainatda  mövcud  olan  hər 
şeyin  varlıq  sahəsinə  qatılması  mümkün  olmuşdur.  Baxın 
bir  bəstəsindən  Sezen  Aksunun  bir  mahnısına,  notların 
özlərindən musiqi alətlərinə, kompüterlərdən cib telefonla-
rına, türk lahmacunundan italyan pizzasına, zanbaqlardan 
qarışqalara qədər hər şey Big Bang-in başlanğıc tənliyində 
potensial olaraq mövcud idi. Big Bang-in başlanğıc poten-
sialı Kainatda mövcud olan hər şeyi əhatə etməkdədir. Ka-
inatın üstün bir sənətlə və qüdrətlə dizayn edildiyini anla-
mağın  bir  yolu  da  kainatın  bir  başlanğıc  anına,  bir  də  bu 
anda gördüyümüz vəziyyətinə baxmaqdır. Bu dünyagörü-
şü sağlam fikirli bir yanaşmanı və bir sənətsevərin hissini 
ehtiva edir. Bu yanaşma üçün ehtimal hesablarına və kritik 
dəyər  müşahidələrinə  də  ehtiyac  yoxdur.  Məsələn,  kaina-
tın  başlanğıc  təkliyini  kainatın  başlanğıcındakı  qaynayan 
şorbanı xəyalən düşünən və bunu edərkən Baxı dinləyərək 
gözəl  bir  mənzərəyə  baxan  və  çayını  qurtumlayan  adam 
dinlədiyi kompozisiyanın, seyr etdiyi mənzərənin və içdiyi 
çayın kainatın başlanğıc potensialında mövcud və hazırlan-
mış olduğunu düşünəndə kainatda var olan bu potensialın 
təsadüfən yaranmadığnı sezəcəkdir. Big Bang-in dizayn sü-
butuna ən əhəmiyyətli töhfələrdən biri də budur. Big Bang 
kainatın başlanğıc vəziyyəti ilə indiki vəziyyətinin nə qədər 
fərqli olduğunu göstərməkdə, eyni zamanda, təbiətin bütün 
möcüzələrindən bəşəriyyətin bütün istehsallarına qədər hər 
şeyin  başlanğıc  anında  potensial  olaraq  mövcud  olduğu-
nu  deməkdədir.  Kainatın  bir  başlanğıcını,  bir  də  bu  ankı 
vəziyyətini düşünən adam kainatdakı dizayna dair hissi bir 
sübut də əldə etməkdədir.
Bəzi şəxslər insan zehninin işin içinə qarışması ucbatın-
dan insani kəşflərdəki ilahi istiqaməti görə bilmə məkdədirlər. 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə