C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə54/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   50   51   52   53   54   55   56   57   ...   61

197
Zülallar və ehtimal 
Kitabın  bura  qədərki  qismində  biologiyadan  heç  bir 
nümunə  verməmişəm.  Biologiya  və  təkamül  nəzəriyyəsi 
məzmununda  “dizayn  sübutu”nu  bundan  sonrakı  kita-
bımda yazmağı düşünürəm. Kitabın bu hissəsində qısa bir 
istisna  edərək  biologiya  sahəsindən  də  dizayn  sübutu  və 
ehtimal hesabları ilə əlaqəli bir nümunə vermək istəyirəm. 
Biologiya sahəsi bəlkə də dizayn sübutu ilə əlaqədar ən çox 
sübutun təqdim edilə biləcəyi bir sahədir. Yüz minlərlə bit-
ki növündən saysız böcək növlərinə, balıqlara, quşlara, bir-
birlərindən çox fərqli heyvan növlərinə və insana qədər hər 
növ bir-birindən fərqli çox maraqlı xüsusiyyətlərə sahibdir. 
Makro səviyyədə bu xüsusiyyətlərin bir çoxunu müşahidə 
edə  bilərik.  Mikro  səviyyəyə  enildikdə  komplekslik  daha 
da artmaqdadır. Bunu göstərmək üçün canlı orqanizmlərin 
mikro bir parçası olan zülalları araşdıra bilərik. Hər canlı zü-
lallardan meydana gəlir, zülalsız bir canlı düşünülə bilməz. 
Ən sadə bakteriyalarda belə minlərlə zülal vardır. Biz tək bir 
zülalı  götürüb,  bu  zülalın  təsadüfən  meydana  gəlməsinin 
ehtimalını araşdırsaq, canlılardakı mikro dünyanın sırf bu 
ünsürünün belə şüurlu dizaynı isbat etmək üçün kifayət ol-
duğunu görərik. Nümunə olaraq bədənimizdəki zülalların 
ən çox məlum olanlarından biri olan hemoqlobini götürək. 
Məlum olduğu kimi, hemoqlobin qan hüceyrələrində oksi-
gen daşıma vəzifəsini yerinə yetirir. Bir insanda 60 oktillion 
(60.000.000.000.000.000.000) qədər hemoqlobin zülalı möv-
cud  ola  bilər.  Hemoqlobin  574  dənə  amino  asidin  ardıcıl 
gəlməsi nəticəsində meydana gəlir. İnsan bədənində 20 dənə 
fərqli amino asid turşusu istifadə edilir. Bu amino asid tur-
şularının hər biri tam doğru yerdə olmalıdır. Məsələn, oraq 
hüceyrə  qansızlığı  deyilən  öldürücü  xəstəlik  hemoqlobin 
zülalının yalnız tək bir amino asid turşusunun doğru yerdə 


198
olmamasından  qaynaqlanmaqdadır.  Bir  hemoqlobin  züla-
lının sırf amino asid turşularının müəyyən bir düzülmədə 
olmasının ehtimalını belə göstərə bilərik: 
Bir amino asid turşusunun doğru yerdə olma ehtimalı: 
0.05
İki amino asid turşusunun doğru düzülmə ehtimalı: 
0.05×0.05
Üç amino asid turşusunun doğru düzülmə ehtimalı: 
0.05×0.05×0.05
574 amino asid turşusunun (hemoqlobin) doğru 
düzülmə ehtimalı: 1/20
574
 dür
Bütün Atomlar və bütün Kosmos-zamani 
təsadüfən bir zülal meydana gətirə bilərmi
Bu  ehtimalın  riyaziyyat  baxımından  qeyri-mümkün 
olduğunu  düşünərək  anlaya  bilərik.  Kainatda  10
80
  baryon 
vardır. Kainatdakı baryonları, fotonları, elektronları topla-
saq,  10
90
-dan  aşağı  bir  ədəd  əldə  edərik.  Kainatın  təxmin 
edilən yaşı 15 milyard ildir. Kainat: 15 milyard il x 365 gün 
x 24 saat x 60 dəqiqə x 60 saniyə = 473.040.000.000.000.000 
saniyə yaşındadır. Bu ədədi də 10
108
 olaraq ala bilərik. Bu 
iki ədədi vursaq, 10
90
 ×10
90
 = 10
108
 edər. Bu tapdığımız 10
108
 
ədədi nəyi ifadə etməkdədir? Bu ədəd kainatdakı hər pro-
ton, neytron, elektron və fotonun hər biri bir amino asid tur-
şusu olsaydı və hər biri kainatın hər saniyəsində bir zülal 
yaratmağa  cəhd  etsəydilər,  ümumilikdə  ediləcək  sınağın 


199
sayıdır  (10
120
-nin 10
108
-in  bir  trilyon  qatı  olduğunu  düşü-
nün). Yüz minlərlə canlı növündən biri olan insanın bir çox 
elementindən  tək  biri  olan  zülalın  bir  çox  fərqli  tipindən 
tək biri olan hemoqlobinin təsadüfən meydana gəlməsinin 
qeyri-mümkünlüyü aydın olmaqdadır. Halbuki amino asid 
turşularının meydana gəlmə ehtimalını bir zülaldakı ami-
no asid turşularının sol əlli olmasının ehtimalını, zülalın üç 
ölçülü  qatlanmasının  ehtimalını  gözardı  edib  heç  nəzərə 
belə almadıq. Bir zülalın DNT-də kodlanmasının ehtimalını 
hesablasaydıq,  amino  asid  turşusu  qatlanmasının  ehtima-
lından əldə etdiyimizdən də inanılmaz bir nəticələrlə qarşı-
qarşıya qalardıq. Kainatın bütün hissəciklərinin kainatın bü-
tün zamanında meydana gətirməyə güc çatdıra bilməyəcəyi 
bir  molekulun  (hemoqlobinin)  şüurlu  bir  dizayn  olmasa 
mövcud ola bilməyəcəyi də aydındır. Ateistlər canlıların di-
zayn məhsulu kimi göründüklərini, lakin uzun bir zaman 
müddətində birləşən təsadüflərlə şüurlu bir dizayn olmadan 
da bütün canlıların meydana gələ biləcəklərini demişdirlər. 
Halbuki ehtimal hesabları kainatın bütün ömrünün və bü-
tün  hissəciklərinin  tək  bir  zülalı  belə  ortaya  təsadüfən  çı-
xarmasına imkan olmadığını ortaya qoymuşdur. Dünyanın 
içindəki təsadüfi təkamül, təbii seleksiya kimi müddətlər ilə 
bu  heç  bir  şəkildə  açıqlana  bilməz.  Təbii  seleksiya  və  sırf 
canlıların  artma  hüceyrələrindəki  təsadüfi  mutasiyalarla 
hadisəni açıqlayanlar kainat çoxluğu yerinə canlıların çoxal-
ma hüceyrələrini, kainatın yaşı yerinə isə canlıların yaşını 
qoymuş olurlar. Daha əvvəl ehtimal hesablamaları ilə bütün 
kainatdakı bütün bu müddətdə bir tək zülalın belə meyda-
na gəlməsinin mümkün olmadığını göstərdiyim üçün, can-
lıların çoxalma hüceyrələri ilə məhdud bir çoxluq üçün bu 
ehtimalı təkrar hesablamaya ehtiyac duymuram. Bütün can-
lıların  zülallardan  yaradıldığı,  ən  sadə  bakteriyaların  belə 
minə qədər zülala sahib olduğu üçün bu ehtimal hesabla-


200
ması bütün canlıların şüurlu bir şəkildə və üstün bir güclə 
yaradıldıqlarını göstərməkdədir. Qısacası, kainatda təsadüf 
ola bilməz, ən sadə molekullar belə çox incə bir şəkildə di-
zayn edilmişdirlər. Kainatda təsadüfə rast gəlinmir. 
Insani qanun (Anthropic Principle)
Son əsrdə astronomiyada, fizikada, kimyada, biokimya-
da, molekulyar biologiyada, hüceyrə biologiyasında və digər 
elm sahələrində edilən kəşflər insanların varlığının çox kri-
tik dəyərlərdən asılı olduğunu göstərdi. Bu kritik dəyərlərə 
daha əvvəl 40 nümunə verdik. Kainatda insanların yaradılı-
şını mümkün edəcək bir çox dəyərin varlığı elm adamlarının 
diqqətini çəkdi və bu vəziyyət “insani qanun” adı ilə izah 
edilməyə çalışıldı. “İnsani qanun” anlayışı ilk olaraq Brendon 
Karter tərəfindən 1974-cü ildə istifadə edildi və o gündən bəri 
elm, fəlsəfə və din sahəsində də istifadə edilməkdədir. Lakin 
“insani qanun” fərqli elm adamları tərəfindən fərqli cür izah 
olunurdu.  Bəzi  elm  adamları  “dizayn  sübutu”  ilə  “insani 
qanun” arasındakı əlaqəni görürdülər və “insani qanun”un 
“dizayn sübutu” ilə eyni mənanı daşıdığını bildirirdilər. Bəzi 
elm adamları isə bizim kainatdakı varlığımıza uyğun olaraq 
yaranan şərtlərə aldanmamalı olduğumuzu, çünki bunlar re-
allaşmasaydı, bizim bunları müşahidə edə bilməyəcəyimizi 
irəli  sürürdülər.  Bu  dünya  görüşünə  görə,  bizim  kainatda-
kı müşahidəmiz xüsusi təsir etməkdədir, buna görə də biz 
öz  varlığımıza  imkan  verən  şərtləri  müşahidə  edirik.  Kai-
natda insan övladının yaranmasına imkan verəcək mühitin 
reallaşmasına  heyrətlənməməli  olduğumuz  söyləmək  heç 
tutarlı görünməməkdədir. “İnsani qanun”un bizə təqdim et-
diyi məlumatlar yalnız bəşəriyyətin meydana gəlməsi üçün 
müəyyən şərtlərin var olması ilə məhdud deyil. O, bundan 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə