C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə58/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   53   54   55   56   57   58   59   60   61

210
Halbuki  insan  zehninin  heç  bir  istehsalı  kainatın  başlanğı-
cında var olan potensialı aşa bilməz. Sezen Aksu mahnısını 
bəstələməmişdən əvvəl yazdığı mahnı notların varlığı və bu 
notların müəyyən şəkildə ardıcıl gələ biləcək olması kainat-
da potensial olaraq mövcud idi. Sənətçi və elm adamı kainat-
da potensial olaraq mövcud olanı kəşf edirlər. Bir mənada, 
sənətçilər və elm adamları Tanrının potensial olaraq yaratdı-
ğı və insanlığa gizli qalmış olan sənətləri və elm qanunlarını 
kəşf  edən  şəxslərdir.  Bir  mahnı  müğənninin,  kompüter  də 
elm adamının kəşfi olmaqla yanaşı, bütün kainat və bu ka-
inatın potensialında mövcud olan mahnılar və kompüterlər 
Tanrının  lap  əvvəldən  potensialın  içində  yaratdığı  dizayn-
lardır. Buna görə də bəşəriyyətin bütün dizaynları da Tan-
rının  dizaynının  sübutlarıdır.  Tanrı  bütün  bu  dizaynların 
əzəli sahibidir, Tanrı yaradıcı dizaynerdir; elm adamları və 
sənətçilər isə kəşf edici dizaynerlərdır. Deməli, musiqiçinin 
bəstəsi quşun oxuması qədər Tanrıdan gəlir, ayaqqabı insan 
ayağı qədər Tanrıdan gəlir, cib telefonu insan qulağı qədər 
Tanrıdan gəlir. Bunlar Big Bang başlanğıcında potensial ola-
raq  yaradılmasaydılar,  biz  bu  gün  bunları  müşahidə  edə 
bilməz, dadlarını ala bilməz və istifadə edə bilməzdik. 
Elmi Qanunların dizaynı
Leybnits “Niyə heç bir şey yerinə nə isə var?” deyə so-
ruşmuşdu. Bu, kainatın öz-özünün şərhini içində saxlaması-
nın mümkün olmadığının və öz xaricində bir şərhə ehtiyac 
duyduğunun ifadəsi idi. Bu suala bir sual daha əlavə olu-
na bilər: “Niyə xaos yerinə elmi qanunlar var?” Elmi cəhd 
ilə elmi qanunları tapmaq və buna əsasən kainatı tanımaq, 
gələcəyi  planlamaq  insanın  rahatlığını  və  etibarını  təmin 
etmək üçün hədəflənir. Lakin bu səy niyə elmi qanunların 


211
var olduğunun şərhi deyil? Məsələn, cazibə qüvvəsinin elmi 
şərhini  götürək.  İstər  nyutonçu  şəkildə,  istər  eynşteynçi 
şəkildə cazibə qüvvəsini analiz etdikdə bu şərh bizə Yerin 
Günəş  ətrafında,  Yupiterin  orbitlərinin  Yupiter  ətrafında 
necə  döndüyünü  açıqlayar.  Elmi  şərh  Günəş  tutulmasının 
zamanını,  bir  peykin  necə  Yerin  orbitinə  oturdulacağını 
deyə bilər. Lakin bu şərhlərin heç biri “Niyə xaos yerinə elmi 
qanunlar  var?”  sualının  cavabı  deyildir.  Elmi  şərhlərdən 
Yerin  və  digər  planetlərin  niyə  cazibə  qüvvəsi  qanunları 
çərçivəsində  hərəkət  etdiklərinin,  bu  qanunların  niyə  var 
olduqlarının  cavabını  ala  bilmərik.  Elmi  qanunların  varlı-
ğı və kainatın hər yerində və müxtəlif zamanlarda həmişə 
eyni  şəkildə  işləmələri  bir  şərh  tələb  etməkdədir.  Elm  isə 
bunu  şərhi  etməyi  bacarmır.  Elm  qanunları  tapmaqla  ma-
raqlanır, qanunların niyə var olması ilə yox. Elmi mümkün 
edən bu qanunların varlığıdır. Kainatda xaos olsaydı, cazibə 
qüvvəsindən, termodinamik qanunlardan, hərəkət qanunla-
rından  bəhs  edə  bilməyəcəkdik.  Qısacası,  elm  mövcud  ol-
mayacaqdı. Elm elmi qanunların varlığı olmadan mümkün 
deyildir.  Bu  qanunlar  var  olmasaydı,  kainat  mövcud  ola 
bilməzdi, amma belə bir kainatın mövcud olduğunu qəbul 
etsək  belə,  bu  kainatdaki  hər  şey  yuxulardan  belə  daha 
qatma-qarışıq  olardı.  Bizim  kainatı  anlamamız  bu  səbəblə 
(elm  qanunları)  əlaqəlidir,  səbəbiyyət  ağlın  zəmanətidir. 
Səbəb-nəticə əlaqələrini qura bilməyən insan yeni doğulmuş 
körpədən belə daha çaşqın olar. Evimizin və əşyalarımızın 
bir anda yox olmaması, oturduğumuz zaman bədənimizin 
atomları ilə kürsünün atomlarının qarışmaması, irəli addım 
atdıqda hər vaxt irəli gedə bilməyimiz, bədənimizin qida-
lanması  və  varlığı  həmişə  elmi  qanunların  nizamlı  olaraq 
işləməsi sayəsindədir. Zehinimizin bu qaydaları anlayacaq 
qabiliyyətdə dizayn edilməsi isə bizim anlaya bilən bir can-
lı olmağımıza kömək etmişdir. Svinbörnün dediyi kimi, bir 


212
arxeoloji sahədə olan bütün tarixi pullar eyni işarəyə sahib 
olsalar və ya bir otaqdakı bütün sənədlər eyni əl yazısı ilə ya-
zılsa, ortaq bir qaynaq ehtiva edən şərh axtararıq. Kainatın 
hər yerində eyni şəkildə hərəkət edən qanunların da bir şərhi 
olmalıdır.  Tanrının  varlığı  bu  elmi  qanunların  varlığını  da 
açıqlayır. Big Bang ilə kainatın yox ikən yaradılmasının bizi 
Tanrının mövcud olduğu nəticəsinə apardığını gördük. Son-
ra Kainatın mərhələlərində nəzərə alınan kritik dəyərlərdən 
və Dünyanın bir dizayn sərgisi edilməsindən Tanrının var-
lığının əsaslandırıla biləcəyini gördük. İndi isə kainatda var 
olan elmi qanunların varlığının da bir dizaynı tələb etdiyini 
və Tanrının varlığı qəbul edilmədən “Niyə xaos yerinə elmi 
qanunlar  var?”  sualının  cavablana  bilməyəcəyini  gördük. 
Yəni  əvvəlcə  yoxdan  yaradılışdan,  sonra  elmi  qanunların 
işlədilməsindən, indi isə elmi qanunların varlığından Tan-
rının varlığının əsaslandırılacağını görürük. Elmi qanunla-
rın  varlığı  və  dizaynı  haqda  daha  uzun  yazmaq  mümkün 
olmasına baxmayaraq, bu kitabın nəzərdə tutulan həcmini 
keçməməsi  üçün  bu  qədərlə  kifayətlənirəm.  Kainatın  yox-
dan yaradılışı, elmi qanunların yaradılışı və bu qanunların 
işlədilməsi  iç-içə  olan  bir  proses  olduğu  üçün  bunları  bir 
yerdə  birləşdirmək  lazımdır,  lakin  bunların  hər  birindən 
ayrı-ayrı Tanrının varlığını nəticəsinə gəlmək də mümkün 
olduğu üçün bunları ayırıb araşdırmaq da mümkündür. 
Təsadüflərin ələnilməsinin 
bizi aparacağı nəticə
“Dizayn  sübutu”  Big  Bang  ilə  başlayan  müddətin  lap 
əvvəlindəki mühitdən hər mərhələdəki meydana gəlmələrə 
qədər həmişə kritik dəyərlərin seçildiyini göstərməkdədir. Big 
Bang-in başlanğıcındakı bütün şərtlər də, bu şərtlər sayəsində 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə