C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə20/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   16   17   18   19   20   21   22   23   ...   207

41 

 

inkişaf mexanizmində qanın laxtalanmasının zəifləməsi və tromb əmələ gəlməsinin ləngiməsi də 



əhəmiyyət kəsb edir. Qan axma kapillyar və diffuz xarakter daşıya bilər. Bağırsaq möhtəviyyalının 

evakuasiyasından  və  qanaxmanın  miqdarından  asılı olaraq  ifrazat qətranabənzər - melena,  qan 



laxtaları ilə və ya təmiz qandan ibarət ola bilər. Qətranabənzər ifrazat qanaxmanın başlamasından 

8-12 saat sonra qeyd edilir və mülayim qanaxma zamanı olur. Külli qanaxmada isə 1,5-2 saatdan 

sonra demək olar ki, təmiz qan ifraz olunur. Gizli qanaxmaxəstənin vəziyyətinə bir elə də təsir 

göstərmir. Onu nəcisə adi baxış zamanı görə bilmirik, yalnız Qreqersen reaksiyasının köməyi ilə 

aşkar  etmək  oiur. Massiv  qanaxmada isə  intoksikasiyanın  yüksək  fonunda  hərarət  kritik  olaraq 

düşür, şüurun aydınlaşması, baş ağrılarının azalması, ümumi vəziyyətin yaxşılaşması qeyd edilir. 

Sonra xəslo avazıyır, üz cizgiləri gərginləşir, alnını soyuq tər basır, nəbzi tezləşir, arterial təzyiq 

düşür, kollaps baş verir. Qanda eritrositlərin,  hemoqlo-bulinin  miqdarı, hematokrit göstəriciləri 

düşür,  retikulositlərin  sayı  artır. Mülayim  qanaxma  vaxtında  aparılan  müalicə  tədbirləri 

nəticəsində aradan tezliklə qaldırıla bilər. Külli qanaxmanın isə proqnozu çox ciddi olub, hemor-

ragik şokun inkişafına gətirib çıxarır. Qanaxma bir və ya bir neçə dəfə (6 və daha artıq sayda) qeyd 

edilə bilər. 



İTŞ -  nisbətən  az  təsadüf  edilən  çox  ciddi  ağırlaşmadır.  Xəstəliyin  inkişafının 

qızğın  dövründə  xəstələrin  0,5-0,7%-də  qeyd  edilir.  İTŞ-un  inkişafında  əsas  şərt  qana  külli 

miqdarda bakteriyaların daxil olması və onların parçalanması nəticəsində xaric olan endotoksinin 

təsiridir.  İTŞ-un  meydana  çıxmasında müvafiq  olaraq  dezintoksikasiya  tədbirləri  aparılmadan 

yüksək dozada antibiotiklərin verilməsi də rol oynaya bilər. Belə ki, bu zaman çoxlu bakteriya-

ların  məhvi  nəticəsində  xaric  olan endoloksin şokun  inkişafına  səbəb  olur.  Şokun  inkişafının 

əsasında  toksiki  effektlə  yanaşı,  bakterial  antigenlərin  daxil olması  nəticəsində  güclü immun 

konfliktin büruzə verməsi, immun komplekslərin yaranması, komplementin fiksasiyası, plazmatik 

hüceyrələrin reaksiyası, mononuklear faqositlərin kəskin  zəifləməsi, heparin- və histaminemiya 

durur. Venoz  damarların  kəskin  dilatasiyası  baş  verir,  kəskin  hemodinamik  və  meta-bolik 

pozğunluqlar inkişaf edir. 

Klinik olaraq xəstənin vəziyyəti sürətlə pisləşir. Qarın yatalağı üçün xarakterik 

olan tormozlanma daha da dərinləşir. Bədən temperaturu normal və ya subnormal rəqəmlərədək 

düşür. Dəri daha da avazıyır, boz rəngə çalır. Akro-sianoz, gözlərin çüxura düşməsi qeyd edilir. 

Nəbz sapvari, taxikardiya baş verir. Arterial təzyiq enir, tənəffüs tezləşir. Əvvəl oliqouriya, sonra 

anııriya olur. Hipotoniyanın qarın yatalağı üçün xarakterik olması İTŞ-un diaqnozunun qoyulması 

və  onun  ağırlığının  müəyyənləşdirilməsində  arterial təzyiqdən  və ürək  vurğularının sayından 

istifadə edilməsində çətinlik yaradır. Ona görə də xəstəliyin gedişinin ağır olması zamanı şok üçün 

xarakterik olan əlamətlərin və laborator məlumatların dinamik müşahidəsi aparılmalıdır. 



Xroniki  bakteriyagəzdirənlik. Xəstələrin  3-5%-də  xəstəliyin  ağııiıq 

dərəcəsindən  asılı  olmayaraq  illərlə,  hətta  ömrü  boyu  davam  edən  bakteriyagəzdirənlik  qalır. 

Xronik  bakteriyagəzdirənliyin  formalaşmasını  orqanizmdə  qarın  yatalağı  bakteriyalarımn  ayrı-

ayrı  antigenlərinə, xüsusən O antigeninə qarşı immuntolerantlığın  inkişaf  etməsi  ilə izah edilir. 

Tolerantlığın baş verməsi isə immunkomponent hüceyrələrin - T, B limfositlərin, makrofaqların 

normal əlaqəsinin  pozulması  ilə  əlaqələndirilir.  Bu  zaman  törədicilərin  makrofaqlarda hüceyrə 

daxili parazitlik edərək L-formalara keçə bilmələrinin də əhəmiyyətli rolu olduğu göstərilməlidir. 

downloaded from KitabYurdu.org




42 

 

Xroniki bakteriyagəzdirənliyin baş verməsinə şərait yaradan pielit, piolonefrit, xolcsistoxolangit, 



qurd invaziyası kimi ağırlaşmalar və yanaşı gedən xəstəliklərin də rolu qeyu edilməlidir. 

P r o q n o z. Qarın yatalağında letallıq 0,1-0,3 %-ə çatır. Bununla bərabər ağır 

gedişlərdə və ağırlaşmalar baş verərsə proqnoz ciddi hesab edilir. 

PARATİFLƏRİN KLİNİK XÜSUSİYYƏTLƏRİ 

Paratif A və B bakteriyaları qarın yatalağı bakteriyalarına oxşar xüsusiyyətlərə 

malikdirlər. O- və H-antigenləri var, Vi-antigeni isə yoxdur. Xəstəlik mənbəyi xəstə insanlar və 

bakteriyagəzdirənlərdir. Yalnız paratif B-də heyvanlar - iribuynuzlu mal-qara, donuzlar, ev quşları 

da  infeksiya  mənbəyi  ola  bilərlər.  Digər  epidemoloji,  patogenetik  və  patoloji-anatomik 

xüsusiyyətləri  qarın yatalağında  olduğu  kimidir.  Paratif  A  və  B,  qarın  yatalağı  öz  klinik 

xüsusiyyətlərinə görə bir-birinə çox oxşardırlar. Lakin bəzi klinik özünəməxsusluqları ayrıd etmək 

olur. 


Paratif A 

Qarın  yatalağı və paratif B-yə nisbətən az rast  gəlinir. İnkubasion dövrü 8-10 

gün  olur.  Çox  vaxt  orta  ağır  formada  gedir,  tək-tək  ağır  gedişlər  qeyd  edilir.  Adətən  kəskin 

başlayır, bəzən zökəm və öskürəklə müşayiət olunur. Müayinə zamanı üzün hiperemiyası, sklera 

damarlarının  inyeksiyalaşması,  dodaqlarda  herpetik  səpgilər  qeyd  edilir.  Temreratur  düzgün 

olmayan xarakter daşıyır, dalğavari və remitəedici tipdə də ola bilər. Qızdırma, bəzən üşütmə və 

güclü tərləmə ilə müşayiət olunur. Səpgilər xəstəliyin 4-7-ci günü meydana çıxır, po-limorfızmi 

ilə  fərqlənir.  Rozeoloz,  makulyoz,  makulo-papulyoz  və  hətta  peti-xal  ola  bilər.  Tez-tez  təkrari 

səpmələr  qeyd  edilir.  İntoksikasiya  zəif  olur,  tifoz vəziyyət  müşahidə  edilmir.  Hemoqrammada 

adətən  normositoz,  bəzən  liıııfo-monositozlu  leykositoz  olur.  Residivlər  nisbətən  tez-tez  rast 

gəlinir. Ağırlaşmalar nisbətən az olur. Diaqnoz əsasən bakteriolji müayinəyə görə qoyulur. 

Paratif B 

Kliniki  olaraq  qarm  yatalağına  nisbətən  yüngül  keçsə  də,  irinli-septik 

ağırlaşmalar verən ağır formaları da təsadüf edilir. İnkubasion dövr 5-10 günə bərabərdir, bəzən 

uzanır.  Adətən  kəskin  başlayır,  üşütmə,  əzələ  ağrıları  və  tərləmə  baş  verir.  Çox  vaxt  xəstəlik 

intoksikasiya  fonunda kəskin  qastroenterit əlamətləri ilə  başlayır  və  sonra  qarın  yatalağına  xas 

olan  əlamətlər  meydana çıxır.  Temperatur  əyrisi  əsasən  dalğavari  və  qısa  müddətli  olur.  Tifoz 

vəziyyət olmur. İntoksikasiya əlamətləri 3-5 gün davam etsə də, tezliklə çəkilir. Səpgilər 4-6-cı 

gün meydana çıxır, rozeoloz xarakter daşıyır və qarm yatalağına nisbətən çox sayda olub, polimorf 

xarakter  də  daşıya  bilər.  Bir  sıra  hallarda  ilkin meningit,  meninqoensefalit,  septikopiemiya 

şəklində ağır septik əlamətlər olur. Hemoqrammada neytrofilli leykositoz aşkar edilir. Diaqnoz 

bakteriolji  təsdiq edilməlidir.  Bunula  bərabər  dinamikada  seroloji  reaksiyaların  təyin  edilməsi 

də diaqnozu qoymağa əsas verir. 

Tif-paratif  xəstəliklərinin  klinikası  epidemoloji  alovlanmanın  xarakterindən, 

xəstənin  yaşından,  yanaşı  gedən  xəstəliklərin  olmasından  və  aparılmış  peyvənddən  asılı  olaraq 

dəyişə bilər. Xəstəlik adətən 3-4 həftə davam edir, 5-7 günədək qısala uilər. Təkrari residivlər və 

ağırlaşmalar xəstəliyin gedişini bir-neçə ayadək uzadır. 

Tif-paratifiərin  erkən  diaqnozu  (5-7  gün  müddətində)  epidemoloji  cəhətdən 

mühüm əhəmiyyət kəsb edir. Bu potogenetik - klinik xüsusiyyətlər nöqteyi nəzərindən də vacibdir. 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə