15
reaktivliyindən asılı olaraq müxtəlif növ qızdırma əyrisi ilə özünü göstərməsi mümkündür. Bunula
belə hər bir xəstəlik üçün daha xarakterik olaıı qızdırma tipləri vardır:
Daimi qızdırma -
febris coniinua - yüksək olur, səhər-axşam temperaturu
arasındakı fərq l°-ni ötmür. Qarın yatalağı və səpgili yatalağın kəskin dövründə, bəzən
malyariyanın başlanğıcda rast gəlinir.
Zəiflədən qızdırma - febris remittens - uzun müddət davam edir, gün ərzində
temperatur fərqi l°-dən çox olsa da normaya düşmür, səhər temperaturu 37°-dən aşağı olmur.
Brusellozda, paratiflərdə qeyd edilir.
Fasiləli qızdırma - febris intermittens - gündəlik temperatur dəyişmələri l°C-dən
artıq olur. Aşağı həddi azalaraq normaya düşür və yenidən yüksəlir. Malyariyada müşahidə edilir.
Hektik, ya üzücü qızdırma - febris hectica - səhər və axşam temperaturu arasında
fərq 2-4° olur. Gün ərzində 2-3 dəfə təkrarlanan temperatur yüksəlməsi (üşütmə ilə) və aşağı,
normaya düşməsi (kəskin tərləmə ilə) qeyd edilir. Sepsisdə, meninqokokk infeksiyasında daha çox
rast gəlinir
Təhrif olunmuş qızdırma - febris inversus - səhər temperaturu
axşamdan yüksək
olur. Sepsisdə, vərəmdə müşahidə olunur.
Düzgün olmayan qızdırma -
febris irreqularis (atypica) - müəyyən
qanunauyğunluq olmur. Temperatur gün ərzində bir neçə dəfə dəyişir. Qarın yatalağı, bruselloz,
salmonelloz, qızılyeldə ola bilər.
Qayıdan qızdırma - febris recurrens - qızdırmalı və qızdırmasız dövrlər bir-
birini əvəz edir. Qayıdan yatalaq üçün xarakterikdir.
Dalğavari qızdırma -
febris undulans - temperaturun yüksəlməsi və enməsi
vaxtaşırı bir-birini əvəz edir. Brusellozda qeyd edilir.
Bəzən xəstəliyin dövründən asılı olaraq bir neçə tip qızdırma əyrisi meydana
sıxır. Məsələn, qarın yatalağının kəskin dövründə daimi, yaxşılaşma dövründə isə zəiflədən,
fasiləli qızdırma ola bilər.
Bu və ya digər infeksion xəstəlikdə, hətta hər hansı bir infeksion xəstəliyin
inkişafının avrı-avp-saədısləhr.indan. asılı olaraq perferik qanda - hemo-qrammada müəyyən
diaqnostik əhəmiyyət daşıyan kəmiyyət və keyfiyyət dəyi-
17
şiklikləri baş verir. Bu dəyişikliklərin düzgün qiymətləndirilməsi diaqnozun qoyulmasında
istiqamətverici rol oynaya bilər. Məsələn: visseral leyşmaniozda anemiya, hemoqlobinin azalması,
rəng göstəricisinin düşməsi, leykopeniya, neytropeniya, aneozinofiliya fonunda nisbi limfositozun
olması və EÇS-nin kəskin yüksəlməsi; infeksion mononukleozda limfo-monositlərin artması, ati-
pik mononuklearlarm meydana çıxması; qarın yatalağının başlanğıc dövründə leykositoz, sonra
isə leykopeniya; malyariyada qızdırma tutmaları təkrar olunduqca hemoqlobinin, eritrositlərin
miqdarının azalması, EÇS-in artması. Beləliklə klinik məlumatlarla birlikdə hemoqramma
xəstəliyin diaqnozunu, dövrünü. hətta ağırlıq dərəcəsini, ağırlaşmalarını təyin etməyə kömək edir.
Onurğa beyininin punksiyası və likvorun müayinəsində (müxtəlif mənşəli
meningitlərdə), ur o- (leptospirozda, böyrək sindromları ilə gedən hemorragik qızdırmalarda)
downloaded from KitabYurdu.org
16
və koprositoqranvnada (bakterial dizeııteriyada, amöb dizen-teriyasında) əldə edilən məlumatlar
da bir sıra infeksion xəstəliklərin diaqnozunun qoyulmasında istifadə oluna bilər.
İnfeksion xəstəliklərin gedişində çox sayda müxtəlif klinik əlamətlər meydana
çıxır və onlar hamsı eyni diaqnostik əhəmiyyət daşımırlar. Əksər hissəsi qeyh-
spesifık olub, ümumi xarakter daşıyır və bir çox xəstəliklərdə, xüsusən xəstəliyin prodromal
dövründə qeyd edildiyindən diaqnoz üçün əsas ola bilməz. Məsələn: zəiflik, halsızlıq, baş ağrısı,
iştah və yuxunun pozulması, qızdırma, «ürək bulanma» və s. Odur ki, infeksion xəstəliklərdə
təsadüf olunan əlamətlər qeyri-spesifik - ümumi vəpatoqnomonik olmaqla iki yerə bölünür.
Paloqnomonik əlamət - ancaq müəyyən bir xəstəlik üçün xarakterik olub, həmin
xəstəliyin diaqnozunun qoyulmasında həlledici rol oynayır. Məsələn, qızılcada - Filatov-Koplik
ləkələri; güzazda - sardonik gülüş, opistotonus; qu-duzluqda hidrofobiya - sudan qorxma bu
qəbildən olan əlamətlərdəndirlər. Bəzi laborator göstəricilər də - müxtəlif patoloji materiallarda
törədicilərin aşkar edilməsi; qanda spesifik antigen və antitellərin təyini; mantu, antraksin, lulya-
rin kimi dəri-allergik sınaqlar patoqnomik hesab edilə bilər.
Böyük bir qrup əlamətlər var ki, onlar həm infeksion, həm də qeyri-in-feksion
(cərrahi, terapevtik, nevroloji, onkoloji) xəstəliklərdə aşkar edilir. Məsələn, qarında ağrı, qanlı
ishal bakterial və amöb dizenteriyasından başqa düz bağırsağın şişi, qeyri-spesifik xoralı kolit,
bağırsaq infarktında da rast gəlinir. Qaraciyər və dalağın böyüməsi isə infeksion xəstəliklərlə
bərabər, qaraciyərin xərçəngi, sirrozu, qan, ürək-damar xəstəlikləri zamanı da təsadüf edilə
bilər. Bununla yanaşı dalağın böyüməsi, qanlı ishal, tenezmlər qrip zamanı heç vaxt qeyd edilmir.
Bu baxımdan infeksion xəstəliklərin klinikasında eyni patogene-zə malik əlamətlər kompleksinin
- sindromun təyin
edilməsinin xüsusi rolu vardır. Diaqnostik əhəmiyyət daşıyan
sindromlardan: intoksikasiya, hemorragik, meningial, kolitik, enteritik, hepatolienal, sanlıq və
xolestazı göstərmək olar. Elə sindromlar var ki, onların təyin edilməsi diaqnostik əhəmiyyətlə
yanaşı xəstəliyin ağırlıq dərəcəsini, proqnozunu müəyyənləşdirməyə və patogcnetik müalicəsini
düzgün aparmağa imkan verir. Məsələn, bir çox xəstəliklərdə qeyd edilən intoksikasiya
sindromunun diaqnostikada elə bir rolu olmasa da xəstəliyin ağırlığının, proqnozunun
qiymətləndirilməsində, kompleks patogenctik müalicə tədbirlərinin müəyyənləşdirilməsində
xüsusi əhəmiyyəti vardır. Meningial
sindrom isə müxtəlif mənşəli meningitlərin diaqnozunun əsaslandırılmasında mühüm rol oynayır.
İntoksikasiya sindromu - törədicinin toksiki faktorlarının və orqanizmdə əmələ
gələn zərərli maddələrin təsirindən baş verir. Üşütmə, qızdırma, ümumi zəiflik, halsızlıq,
iştahsızlıq, yuxu pozğunluğu, baş ağrısı və s. əlamətlərlə özünü göstərir. Qarın yatalağı və səpgili
yatalaqda «tifoz vəziyyət», VH-də kəskin qaraciyər ensefalopatiyası intoksikasiya sindromunun
ən ağır, şiddətli təzahür formalarındandır.
Hemorragik sindrom - qanın laxtalanma sistemində baş verən pozğunluqlarla
əlaqədar olub, dəri və selikli qişalara, müxtəlif üzv və toxumalara qan sızma; burundan, diş
dibindən, mədə-bağırsaqdan və s. qan axma; hematuriya qeyd edilir. VH-nin ağır formalarında,
hemorragik qızdırmalarda, leptospi-rozda və s. xəstəliklərdə rast gəlinir.
Meningial sindrom - kəllə daxili təzyiqin artması - likvorun hiperpro-duksiyası,
beyinin ödemi - ilə əlaqədar olaraq baş verir. Kliniki praktikada 30-dan artıq meningial simptom
downloaded from KitabYurdu.org