79
temperaturu normal olur. Su-duz mübadiləsinin pozulması, toxuma hipoksiyası, asidozun inkişafı
ilə süd turşusunun toplanması nəticəsində baldır,
çeynəmə əzələlərində, ayaq
və barmaqlarda tək-
tək, qısa müddətli qıcolmalar meydana çıxır. Qanın elektrolit tərkibindəki dəyişdiklər daimi olmur,
keçici xarakter daşıyır. Tez-tez hipokaliemiya, hipoxloremiya müşahidə edilir. Kompensə
olunmuş metabolilc asidoz qeyd olunur. Xəstəlik 4-5 gün davam edir. Bir sıra hallarda
xəstələr müalicəsiz belə sağalır.
Ağır forma - III dərəcəli dehidratasiya, susuzlaşma bədən çəkisinin 6-9%-ni
təşkil edir. Xəstələrin vaxtında müalicəsi aparılmadıqda bir neçə saat müddətində inkişaf edir. 8-
10% hallarda qeyd edilir. İlk saatlardan çox kütləli, tək-rari ishal (1 dəfəyə 1,5 litr maye itirilir) və
qusmalar nəticəsində kəskin susuzlaşma əlamətləri meydana çıxır. Dəri, selikli qişalarda quruluq
şiddətlənir, dözülməz yanğı olur. Dərinin turqoru aşağı düşür. Dəridə yaradılan büküşlər uzun
müddət düzəlmir, vəba üçün xarakterik olan şəkil alır, sifətin cizgiləri dərinləşir, gözlər çuxura
düşür, dodaqlarda, burunda, qulaq seyvanında, barmaqlarında sianoz qeyd edilir. Barmaqlarında
dərinin qırışması - paltar yuyan əli, bədəndə əzələ relyefinin aydın nəzərə çarpması olur. Ətrafların
və qarının əzələlərində ağrılı qıcolmalar meydana çıxır, xəstəlik inkişaf etdikcə tək-tək müşahidə
edilən bu klonik qıcolmalar tezləşir və hətta toniki qıcolmalara keçir. Qarının palpasiyasında güclü
qurultular, bağırsaqlarda maye köçürülməsi - şırıltılar eşidilir, palpasiya ağrısız olur. Qaraciyər,
dalaq böyümür. Nəbz tezləşir, dolğunluğu zəif olur - sapvari, 110-120 vurğuya çatır, ürək
tonları karlaşır, A/T proqressiv olaraq düşür. 90 mm.c.s-dan aşağı enir, əvvəl maksimal, sonra isə
minimal nəbz təzyiqi düşür. Səs xırıltılı olur, hətta afoniya qeyd edilir. Toxumalarda oksigen
çatmamazlığı, asidoz, hipokalemiya dərinləşir, hipovolemiya, hipoksiya və elekrolitlərin itirilməsi
nəticəsində böyrək yumaqcıqlarında süzülmə zəifləyir, oliqouriya və ya anuriya baş verir.
Qanın nisbi sıxlığı 1030-1035, hemotokrit indeksi 0,55-0,65-ə çatır. Metabolilc
asidoz, hipokaliemiya, hipoxloremiya dərinləşir, kompensator hipernatriemiya və hətta azotemiya
belə meydana çıxa bilər. Hipovolemiyanın bu cür kəskin yayılır. Umumi tonik qıcolmalar
nəticəsində xəstə müxtəlif vəziyyətlər - «dö-yüşçü», «boksçu» vəziyyətləri alır. Qarın içəri batnuş,
gərgin olur. Palpasiyada qarının düz əzələlərinin qıcolma yığılmaları müəyyən olunur. Yüngül
palpa-siya belə ağrılı qıcolmaların güclənməsinə, xəstənin narahatlığına səbəb olur. Diafraqmanın
qıcolması nəticəsində xəstədə aramsız, əzabverici hıçqırma olur. Adətən sidik ifrazı tam
dayanır, anuriya baş verir. Xəstə can verir. Yuxululuq sopora keçir, sonra isə koma baş verir.
Huşun pozulması tənəffüs pozğunluğu ilə eyni vaxta düşür, tənəffüs tezləşmiş, səthi olur, sonra
pataloji - Çeyn-Stoks, Biot tipli tənəffüs qeyd edilir. Bu formanın davam etmə müddəti bir
neçə saatdan bir neçə günədək ola bilər. Vaxtında intensiv müalicə aparılmadıqda xəstə tələf olur,
letallıq 60%-ə çatır.
olmasına baxmayaraq vaxtında aparılan məqsədyönlü müalicə nəticəsində 1-3 gün ərzində
orqanizmdə baş vermiş bütün pozğunluqlar bərpa olunur.
Çox ağır forma -
vəba algidi - susuzlaşma bədən çəkisinin 10%-dən çoxunu
təşkil edir, 12%-ə çatır, dehidralasion şok baş verir. Belə hal xəstələrin 8-10%-də müşahidə
olunur. Ağır hallarda dehidratasion şok xəstəliyin ilk 12 saat ərzində inkişaf edir. Sürətli inkişafı,
fasiləsiz ishal və qusma olması ilə fərqlənir. Xəstənin vəziyyəti dayanmadan pisləşir.
downloaded from KitabYurdu.org
80
Algid vəziyyətdə mədə və bağırsaq əzələlərinin parezi ilə əlaqədar ishal və qusma
dayanır. Qarının ön divarından basdıqda möhtəviyyat bağırsaqdan sərbəst olaraq axır. Qusma
hıçqırma ilə əvəz olunur. Qeyd etmək lazımdır ki, ishal və qusma aparılan rehidratasiya fonunda
və ya ondan sonra yenidən başlaya bilər. Dəri torpaq, kül rəngi alır, total sianoz olur. Çox vaxt
burnun ucu, qulaq seyvanı, dodaqlar, göz qapaqlarının kənarları bənövşəyi-qara rəng alır. Üz
cizgiləri daha da dərinləşir, gözlərin ətrafında tünd göy həlqə - eynək simptomu meydana çıxır.
Gözlər çuxura düşmüş, baxışlar bir nöqtəyə dikilmiş olur. Sklera bulanıq olur. Bəbəklər yuxarı
dönür, yuxarı göz qapaqları arxasına keçir, gizlənir - batan günəş simptomu meydana çıxır. Səsi
çıxmır - batır. Üzündə əzab, yalvarıcı bir ifadə olur - J'acies cholerica (Hipokrat sifəti). Huş uzun
müddət saxlanılır. Dərisi soyuq, toxunduqda yapışqanlı olur. Dərini qırışdırdıqda qırışlar düzəlmir,
«paltar yuyan» əlləri olur. Bədən temperaturu 34-35°C-ə düşür. Elə bununla əlaqədar da bu
forma vəba algidi adlandırılır
(«algid» - latınca soyuq deməkdir). Tonik xarakterli qıcolmalar bütün əzələlərə
Hipovolemik şok zamanı qanın qatılaşması nəticəsində eritrositoz - 6-8 x 10
12
/1,
neytrofil leykositoz (2O10
3
/l) qeyd edilir. Qanın formalı elementlərinin aqreqasiyası baş verir.
Qanın nisbi sıxlığı 1035-1050-dək artır, hemotokrit indeksi 0,65-0,7-ə çatır, azotemiya artır,
kalium ionlarının, xlor, hidrokarbo-natların (hipokaliemiya 2,5 mmol/l-dək olur) kəskin
çatmamazlığı olur. De-kompensə olunmuş metabolik asidoz və respirator alkaloz inkişaf edir.
Xəstələrin isti iqlim zonalarında olması onların tərlə əlavə olaraq maye və
elektrolitlər itirməsinə gətirib çıxarır. Bu və ya digər səbəbdən su istifadə etməyin mümkünsüzlüyü
(su az olan yerlər, suyun kəsilməsi, zəhərlənməsi və s.) şəraiti də vəbanın gedişini ağırlaşdırır. Bu
zaman vəba üçün xarakter olan hüceyrədən kənar (izotonik) susuzlaşma ilə hüceyrə daxili
(hipertonik) dehid-ratasiya qarışır. Belə hallarda ishal və qusmamn miqdarı xəstəliyin
ağırlığına uyğun gəlməyə də bilər. Defekasiyanm sayının çox olmadığı hallarda belə
qısa müddətdə həyat üçün təhlükəli olan susuzlaşma baş verə bilər.
Vəba bir yaşadək uşaqlarda xüsusən ağır keçir. Uşaqda fizioloji uyğunlaşma
mexanizminin inkişaf etməməsi tezliklə dekompensə olunmuş susuzlaş-maya gətirib çıxarır.
Bununla bərabər uşaqlarda orqanizmin toxumalarının hidrofılliyi eksikoz əlamətlərinin bir qədər
nəzərə çarpmamasına səbəb olur. Diqqətdən kənarda qalır. Bununla bərabər hemodinamik
pozğunluqlar, tənəffüs çatmamazlığı, anuriya və çox vaxt ensefalopatiya əlamətləri inkişaf
edərək koma baş verir. Tezliklə hipokaliemiya inkişaf edərək qıcolmalara səbəb olur.
Silinmiş forma - bu zaman vəbaya xas olan əlamətlər demək olar ki, qeyd edilmir.
Xəstələrin ümumi vəziyyəti yaxşı olur, 1-2 dəfə duru nəcis ifrazı olur.
İldirımsürətli forma - qəflətən başlayır, əlamətlər çox şiddətli olub, sürətlə
inkişaf edərək dehidratasion şokla nəticələnir. Xəstəliyin I giinündo ölüm baş verir.
Quru vəba - qəflətən və çox şiddətli başlayır. Xəstədə mədə-bağırsaq sistemi
pozğunluqları əlamətlərinin inkişafına vaxt çatmır. İshal və qusma olmadan eksikoz və toksikoz
əlamətləri inkişaf edərək xəstənin bir neçə saata tələf olmasına səbəb olur.
Bir sıra faktorlar (içməli suların kütləvi çirklənməsi, isti, günvurma, stress, aclıq
və orqanizmin rezistentliyini zəiflədən digər faktorlar) qarışıq in-feksiyaların inkişafına şərait
yaradır. Bu baxımdan vəba şigelloz, amöbiaz, virus hepatitləri, tif-paratif xəstəlikləri və s. ilə bir
downloaded from KitabYurdu.org