Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə48/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   44   45   46   47   48   49   50   51   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

97 


bazar günü isə Letisiya Nasareno, ərindən ağlasığmaz bir şey xahiş elədi: «İstəyirəm, biz bu 

axşam Milli teatra, poeziya gecəsinə gedək!» O, Letisiya ilə bu poeziya gecəsinə getməyə razılıq 

verdi. Həmin axşam biz prezidenti, düz üç saat ayaqüstə dayana-dayana, havasız zalın istisindən 

tər tökə-tökə, gecədən bir neçə dəqiqə əvvəl məcburən əynimizə geydirilən parad 

kostyumlarında boğula-boğula gözlədik. Və nəhayət, budur, milli himn səsləndi və biz əl çala-

çala, tafta paltarın üstündən boynuna qara tülkü dərisi taxmış, buruq lələkli şlyapalı, dolubədənli 

rahibənin göründüyü dövlət lojasına sarı çöndük; qadın, alqışlara məhəl qoymadan, general 

mundiri geymiş oğlan uşağını yanında oturtdu, oğlan isə, zanbaq rənginə çalan əlcəyini çıxarıb 

camaata əl elədi; anasına görə, qədim vaxtların şahzadələri camaatı bu cür salamlayırmış; 

hökumət lojasında daha heç kim gözə dəymirdi, lakin, o, ordadı, biz onun gözəgörünməz 

iştirakını – dinc qəlbimizin sakitliyini poeziyanın üsyankar havasından qoruyan insanın iştirakını 

hiss edirdik… axı bizim sevgi hissimizin ölçüsünü, ümumiyyətlə, hisslərimizin ölçüsünü, az qala 

ölüm vaxtımızı belə o müəyyənləşdirirdi. Bəli, o, ordaydı, lojanın, bizlərə görünməyən, qaranlıq 

küncündə, şairin görə bilmədiyi yerdə oturmuşdu, şair, əzəmətli səsiylə onun gözünə möhtəşəm 

minotavr kimi görünürdü; bu səsin ahəngi, sanki darısqal zaldan yox, açıq dənizdən gəlirdi; bu 

səs, qeyri-ixtiyari əla həzrətlərini, oturduğu lojadan da, bu zaldan da bütün bu yer ölçülərindən 

yuxarıya – qızıl şeypurların çalındığı yerlərə qaldırdı, şeypurların bu gümüşü sədaları altında 

Marsın və Minervanın triumfal girişləri – şöhrət səltənətinin triumfal girişi göründü. - «Sizin 

şöhrətinizin yox, mənim generalım!» O, pəhləvan-cəngavərləri, adamı ölümcül qapan qara itləri, 

dəmir nallı döyüş altarını, kobud lələkli şlyapalı, əlinizəli, cüssəli bayraqdarları, bu cəngavərlərin 

qəribə, yad bayrağı zəbt etdiyini gördü. - «Sizin silahınızın hesabına zəbt etmədilər, mənim 

generalım!» O, vətəndaş müharibəsində ayaqyalın əsgər kimi döyüşdüyü vaxtlar, qızdırmalı 

sayıqlamalarda duyub hiss etdiklərinə - vətənin şərəfi və əbədiliyi naminə qızmar yay günəşinə, 

soyuq qışın qarına və küləyinə, gecəyə, şaxtaya, ölümə meydan oxuyan bütöv bir qəzəbli gənclər 

ordusunu gördü, gurultulu alqış partlayışı içində özünü xırda və miskin hiss etdisə də, öz 

qaranlıq küncündən camaata qoşulub əl çala-çala, öz - özünə: «Anam mənim, Bendisyon 

Alvarado, zəfər, buna deyərlər! Buna baxanda, camaatın mənim üçün elədikləri heç nədi!»  

O, özünü tənha və atılmış, bürkünün və uzunayaqlı ağcaqanadların dumanı altında əzilmiş hiss 

edir, fəxri lojasının qızıl naxışlı sütunlarına, rəngi itmiş məxmərinə görə xəcalət çəkirdi. - «Lənət 

şeytana, axı bu, necə ola bilər ki, bu hindu dalını yuyan əl belə bir gözəl əsər yazsın?» Qoca, ona 

tam aydın olmayan bu poetik dildən, qəlbinin dərinliklərinəcən riqqətə gələrək, özünə yer tapa 

bilmir, yekə ayaqlarını möhtəşəm sətirlərin təntənəli ritminə uyğunlaşdırmağa çalışaraq, qəzəbli 

fil kimi o baş-bu başa var-gəl edir, arada bir Letisiya Nesarenonun, pationun nəhəng ağaclarının 

budaqlarından yığılmış triumfal girişində təşkil etdiyi ehtiraslı, zil səsli xorun ritmi altında 

yuxuya gedirdi; o, qəlbini riqqətə gətirən bu şeirləri tualetlərin divarlarında yazır, poemanın 

yadında qalan parçalarını süd fermasında, isti təzək dağının üstünə çıxıb birnəfəsə əzbərdən 

oxumağa hazırlaşırdı ki, bu məqam, karet sarayında dayanan prezident limuzininin arxasında 

qoyulmuş dinamit, nəzərdə tutulan vaxtdan əvvəl partladı… - «Bu, dəhşət idi, mənim generalım, 

elə möhkəm partlayış olmuşdu ki, biz maşının dəmir-dümürünü hələ bir neçə aydan sonra 

şəhərin müxtəlif kvartallarından tapırdıq. Məhz bu maşında, Letisiya Nasareno hər çərşənbə 

elədiyi kimi, bazarı çapıb-talamağa yollanacaqdı. «Odu ki, sui-qəsd onun üçün hazırlanmışdı, 

mənim generalım, ayrı bir kəs üçün yox!» Burda o, alnına vurub: «Lənət şeytana, necə olub ki, 

mən bunu hiss eləməmişəm?» Həqiqətən də, onun əfsanəvi duyumu hara yoxa çıxmışdı?! Axı, 

son bir neçə ayı tualet divarlarındakı yazılar da, həmişə olduğu kimi ona qarşı, yaxud nazirlərdən 

hansınasa qarşı yox, məhz, dişlərini, generalitetin mənafeyinə, kilsə knyazlarına qıcıyan 

həyasızlaşmış Nasarenolara qarşı yönəlmişdi. Düzdü, o, belə hesab eləyirdi ki, bir vaxtlar bu 

divarlarda anasının müqəddəsliyi əleyhinə yazılan təhqiramiz yazılar kimi, bu yazıların da elə bir 

təhlükəsi yoxdu, bütün bunlar, tədricən adi söyüşə çevrilən tutuquşu kəkələməsindən savayı, bir 

şey deyil, tualetin isti havasından yaranan acığın nəticəsidir; o, bu acığın böyüyüb şişərək, bir 

gün belə bir hay-küyə səbəb olmasına əslində o özü şərait yaradırdı ki, camaat, içindəki acığı 

beləcə çıxarıb soyusun, amma daha belə yox ki. bir dinamitin əvəzinə ikisini bir qoysun?!.. İşə 

bir bax ki, dinamit gör bir gəlib hara çıxmışdı?!.. Hakimiyyətin göbəyinə! Bu, necə ola bilərdi 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

98 


axı, necə ola bilərdi?!.. Poeziyanın qanadlı sətirlərinə bu dərəcədə uyaraq, öz incə pələng 

duyumunu necə itirə bilərdi? Necə olmuşdu ki, o, bu köhnə tanış qoxunu – təhlükə hissinin 

qoxusunu vaxtında duymamışdı? Bu nə biabırçılıq idi?.. O, təcili surətdə bütün generaliteti – 

təşviş içində ağaran on dörd zabiti yanına çağırdı; uzun illərin məcburi xidmətindən sonra onlar 

yenidən iki addım yaxınlıqlarında, adi insan bədəninə malik olması daim heyrət doğuran qocanı 

gördülər. - «O, bizi iclas zalında sıravi əsgər formasında öz taxtında, prezident kreslosunda 

oturduğu yerdə qəbul elədi; ondan skunsdan gələn sidik iyi gəlirdi; gözündə nazik, qızıl çərçivəli 

eynək vardı; son günələrin portretlərində onün üzündə bu eynək təsvir edilməmişdi; o hədsiz 

dərəcədə qoca və bizdən ağlasığmaz dərəcədə uzaqdaydı; ipək əlcəklərini soyunanda, biz gördük 

ki, onun əlləri heç də qoca hərbçi əllərinə oxşamır, bu əllər qadın əlləri kimi incə idi və bu 

adamdan qat-qat cavan, incəqəlbli adamın əllərinə oxşayırdı; qalan hər bir şey isə perqament 

kağızı kimi süni və bədheybət idi; biz diqqətlə baxdıqca gördük ki, həyatının son nəfəsi onun 

etibarsız müvəqqəti bədənində dolaşmaqdadır, bu nəfəs – inadkar hakimiyyətpərəstlik, 

bölünməz, mütləq hökmranlıq həvəsi idi; içində qara tüstü kimi dolaşan bu xəbis iblisi saxlamaq, 

vəhşi atın cilovunu çəkib saxlamaq qədər çətin idi; bizim hər birimiz onunla, baş komandanla 

rəsmi görüş qaydasıyla görüşürdük; o isə bircə kəlmə belə olsun, danışmır, başını belə 

tərpətmirdi; sonra hamılıqla onun əhatəsinə yarımdairəvi şəkildə düzülən kresloda əyləşdikdə isə 

o, eynəyini çıxarıb sınayıcı nəzərlərlə bir-bir bizim hər birimizi gözdən keçirməyə başladı; o, 

bizim gizli fikirlərimizin xəlvət döngələrini, bu gizli fikirlərin aramla öz xəlvət yuvalarına 

sürünmələrini görür, onları dinməz-söyləməz, bir-birinin ardınca qəddarcasına ifşa edirdi; bu 

prosesə onun, bir dumanlı axşam barmağının işarəsiylə bizlərə hərbi rütbələr təyin etdiyi gündən 

bu yana, kimin nə qədər dəyişildiyini müəyyənləşdirməsinə sərf etdiyi vaxt qədər vaxt lazım 

oldu.  

O öz baxışlarıyla nə qədər bu zabitlərin beyinlərini oyurdusa, sui-qəsdin məhz bu on dörd gizli 



düşmənin arasında təşkil olunduğuna bir o qədər əmin olurdu; sonra nə oldusa o, birdən-birə 

özünü bu adamların arasında o qədər tənha və köməksiz hiss elədi ki, kirpiklərini iquana kimi 

qırpıb başını qaldırdı və onları birliyə səslədi. - «Bu gün birlik qədər bizə lazım olan ayrı bir şey 

yoxdu, çünki söhbət, vətənin taleyindən və hərbi qüvvələrin qeyrətindən gedir!» O, onlara 

təmkinli olmağı, üzərlərinə düşən fəxri vəzifələri layiqincə yerinə yetirməyi tövsiyyə etdi; sui-

qəsdin təşkilatçıları təcili surətdə tapılıb, hərbi ədliyyəyə təhvil verilməliydi. «Bu qədər, 

cənablar.» - deyə o, sui-qəsdin təşkilatçılarının bu adamlardan biri, yaxud hamısının birlikdə 

olduğuna qəti əmin olaraq, sözünü yekunlaşdırdı.  

Letisiya Nasarenonun həyatının, Allahın yox, məhz onun əlində olduğunu, onu, əvvəl-axır, lənət 

şeytana, mütləq baş verəcək təhlükədən yalnız müdrikliyi qoruya biləcəyini anladıqca, qəlbinin 

qanla dolub tikə-tikə söküldyünü hiss edirdi. O, Letisiyanı, ictimai tədbirlərdə iştirak etməkdən 

imtina etməyə, ən tamahkar qohumlarını, hərbi generallığın mənafe dairəsindən rədd olmağa 

məcbur edirdi; az-çox qananları konsul təyin edir, ən lütləri isə, bazarın yabanı kolları arasından 

axıb gedən çirkab suların içində görünürdülər; bir gün o, uzun illər iştirak etmədiyi nazirlər 

kabinetinin iclasında yenidən peyda oldu, öz kreslosuna əyləşərək, ruhani idarələrin dövlət 

işlərinə qarışmasını qəti qadağan etdi. - «Səni düşmənlərdən qorumaq üçün, Letisiya!» Sonra öz 

generalitetini bir daha dişinə vurub bu qənaətə gəldi ki, o görüşdən sonra yeddi hərbi rəis ona 

ortabab münasibətdədi; o ki, qaldı müdafiə nazirinə, o, onun köhnə tanışı idi; beləliklə, onun bel 

bağlamadığı altı nəfər hərbi rəis qalırdı, onun gecələrini uzun-uzadı uzadan, Letisiya 

Nasarenonun ölüm məhkumluğuna möhür vuraraq, yuxularına zəhər qatan altı tapmaca qalırdı; 

bəzən ona elə gəlirdi ki, onun tələb etdiyi bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, ələlxüsus 

çörəyin içindən balıq tıxı çıxandan sonra bütün yeməklərin dadına baxdırmağı məcbur etməsinə 

baxmayaraq, Letisiya Nasarenonu onun gözləri qarşısında öldürürlər; Letisiyanın yaşadığı 

otaqların havası hər gün yoxlanırdı, çünki o qorxurdu ki, zəhər, cücüləri qırmaq üçün işlədilən 

aerozol şüşəsinə də doldurula bilər; nahar vaxtı Letisiyanın rənginin saralmasından diksinirdi, 

yataqda sevişdiyikləri yerdə səsinin xırıldamasından titrəyib əsirdi, ona elə gəlirdi ki, Letisiyanın 

içdiyi suya, sarı titrəmə mikrobları, gözünə tökdüyü damcılara isə kuporos qata bilərlər; müxtəlif 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə