Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə44/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   40   41   42   43   44   45   46   47   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

89 


hövsələsiz ehtirasında boğula-boğula: «Heç vaxt, əzizim, - deyirdi - eşşək əvəzinə hinduları 

minib gəzən, ucuzlu şüşə muncuqları qızıl nariqerilərə* və arrekadalara** dəyişən bu 

arvadağızların geri qayıtmasına icazə verməkdənsə, ölərəm!» Buna cavab olaraq, Letisiya onun 

şəhvətli istəklərini rədd edir, bədəninə toxunmağa icazə vermir, inadla, dövlətin musadirə etdiyi 

kilsə məktəblərinin ruhani idarələrinə qaytarılmasını, kilsə mülkiyyətindən sekvestrin 

götürülməsini, şəkər zavodlarının, kazarmaya çevrilmiş məbədlərin monastrlara qaytarılmasını 

xahiş eləməyinə davam edirdi. Onda o, qətiyyətlə üzünü divara çeviririb: «Bu Allah quldurlarına, 

neçə yüzilliklər boyu ölkənin ciyərlərini yeyib sökən bu quzğunlara imkan verməkdənsə, sənin 

bu sonsuz məhəbbətinin ləzzətli əzablarından imtina eləsəm yaxşıdı. Heç vaxt! Onların ayağı 

buralara dəyməyəcək!»  

«Lakin onlar geri qayıtdılar, mənim generalım!»  

Onlar ölkəyə sizin gizli əmrinizə əsasən, ən darısqal, gözəgörünməz cığırlarla, gözdən-könüldən 

uzaq limanlarda sakitcə, gizlicə dayana-dayana qayıdırdılar. Letisiyanın xahiş elədiyi adamların, 

demək olar, hamısı geri qayıdırdı, onlara dəyən zərər artıqlamasıyla ödənilirdi, müsadirə 

olunmuş əmlakı – bütün mülkiyyəti kilsəyə qaytaranda, vətəndaş kəbinləri və boşanmaları 

haqqında qanunlar ləğv edildi, məktəbin kilsədən ayrılması haqqında qanun ləğv edildi. – 

Bendisyon Alvaradonun müqəddəslər sırasına daxil edilməsinə etiraza qarşı cavab olaraq, qəbul 

edilmiş bütün qərarlar ləğv edildi, Allah ona rəhmət eləsin! «Sənə daha nə lazımdı?» Letisiya 

Nasarenoya isə hələ çox şey lazım idi, odu ki, günlərin bir günü qocaya: «Qulağını qarnıma qoy, 

– dedi – onda görərsən ki, qarnımda böyüyən uşaq, səsinə necə səs verir.» Letisiya özü də 

içindən, bətnindən, dölətrafı bol suların qoynunda yırğalanan canın səsindən qorxub diksindi. 

«Sənin qanındı…» - Letisiya dedi; onda qoca, eşidən qulağını onun qarnına dirəyib dinlədi və 

körpənin ürək döyüntülərini eşitdi. «Bizim günahın övladıdı, - Letisiya dedi - günah dolu 

sevgimizin övladı, bizim oğlumuz – Emmanuel adlanacaq oğlumuz… bu, müqəddəs addı, onun 

alnında, mənsub olduğu əsil-nəcabətin işarəsi parlayacaq, anasından o, fədakarlığı, atasından – 

böyüklüyü mənimsəyəcək, o da atası kimi, taleyin hökmüylə, bütün canlı aləmin rəhbəri, aparıcı 

qüvvəsi olacaq, lakin əgər atası müqəddəs altarın önündə, bu vaxtacan qadağalı eyş-işrət, kafirlik 

sayılan bu əlaqəni qanuniləşdirməsə, o, göylər tərəfindən lənətlənib, bic doğulan uşaqlar 

sırasında, öz vətəni tərəfindən gözdən salınacaq!» Onda o, yatağın üstündəki naxışlı örtüyü 

kənara atıb ayağa qalxdı, nəfəsi, gəmi sobasının gurultusu kimi uğuldaya-uğuldaya, qəzəblə: 

«Heç vaxt! – deyə çığırdı – Ölərəm, evlənmərəm!» - deyib nəhəng ayaqlarını döşəmə boyu 

sürütləyib xışıldada-xışıldada, gün-gündən yadlaşan sarayın, Bendisyon Alvaradonun rəsmi dəfn 

matəminin son gecəsindən sonra xüsusi ecazkarlıqla şövqlənən zallarından keçərək, gözdən itdi. 

Pəncərədən matəm pərdələri açılmışdı deyə, otaqları günəşin gur işığı bürümüşdü, dənizin nəfəsi 

içəri dolmuş, eyvanlarda güllər açmışdı, çöldən, hərbi marşların səsi eşidilirdi; bütün bunlar, 

onun vermədiyi əmrin şərəfinə idi, bu əmri o verməmişdisə də, şübhəsiz ki, bu, onun üslubunda 

olan əmr idi; əmrdə, onun təmkinli qətiyyəti, üslubu hiss olunurdu. Odu ki, o, əmri qəbul elədi. - 

«Razıyam!» Sonra yenə onun vermədiyi, lakin mətniylə razılaşdığı ayrı bir əmrlə bağlı 

məbədlərin qapıları açıldı, monastrlar və qəbristanlıqlar müqəddəs ataların ixtiyarına verildi, 

kilsə bayramları və müqəddəs orucluq bərpa edildi; açıq pəncərələrdən, ona dua edib diz çökən 

camaatın xoş səsi eşidilirdi, onlar Allahın yerdəki nümayəndəsinin ölkəyə qədəm qoyması 

münasibətiylə şadyanalıq edirdilər. Bu nümayəndə, Letisiyanın göstərişiylə, gəmilərdən birində 

gətirilirdi; bu, Letisiyanın yataq otağında birdən-birə ağlına gəlib, özbaşına qəbul elədiyi və 

camaatın gözü qarşısında hörmətini itirməmək üçün, rəsmi surətdə təsdiq etməyə məcbur olduğu 

qərarlardan biri idi.  

Letisiya, onun, pəncərədən gizli təəcüblə müşahidə etdiyi ucsuz-bucaqsız dindarlar izdihamının 

təkanverici qüvvəsi idi; bu izdiham, say etibarıyla Bendisyon Alvaradonun külünə sitayiş etmək 

üçün, bir vaxt küçələrə çıxan fanatiklər ordusundan qat-qat çox idi. Bendisyon Alvarado xatirəsi 

hər cür üsullarla məhv edilirdi; həmin bu möminlər kütləsi Bendisyon Alvaradonun külünü, 

quruyub çürümüş gəlinlik fatasının ovuntularını küləyə verirdilər, adı yazılmış qəbirüstü lövhə 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

90 


tərs üzünə çevrilib sərdabənin üz tərəfinə – divara həkk edildi ki, bu yerlərdə ömrü boyu boz 

quşları qu quşuna çevirməkdən ötrü fırçası əlindən düşməyən mərhum quş alverçisini yada sala 

bilən bir iz qalmasın. - «Və bütün bunlar sənin əmrinlə, sənin istəyinlə baş verdi ki, ayrı bir 

qadının xatirəsi, sənin mənə olan sevginə kölgə sala bilməsin, mənim dərdim, Letisiya Nasareno, 

it qızı!» Letisiya onu elə bir yaş həddində dəyişdirmişidi ki, bu yaşda insanı dəyişmək mümkün 

deyildi, belə yaşda insanı yalnız ölüm dəyişdirə bilərdi; evlənməkdən yüz bəhanə ilə boyun 

qaçırıb, uşaq şıltaqlığıyla dediyi: «Ölərəm - evlənmərəm» söhbətini isə Letisiya yataqdaca, şirin 

sevgi dəqiqələri ərzində usta fəndlərlə kökündən kəsmişdi, üstəlik, onu, təzə qurşaq taxmağa 

məcbur eləmişdi, «yoxsa, qoca, qara quzunun dərisində azmış zınqırovu kimi yellənə-yellənə 

qalmışdı…»; O, onu, bir vaxt gözəllik kraliçalarıyla vals oynadığı laklı uzunboğazları geyməyə, 

ölənəcən ali hakimiyyət simvolu kimi taxmağa məhkum olduğu qızıl mahmızı, uzunboğazın sol 

tayına keçirməyə, Böyük Admiralın ona şəxsən bağışladığı, qızılı saplarla, baftayla işlənmiş 

epoletli ağır kitelini - gün üzünə çıxmadığı uzun illərdən bəri, prezident karetinin pəncərəsində 

dərin fikirlərə qərq olmuş profilinin, qəmli baxışının, ipək əlcəkli əlinin hüznlü hərəkəti göz 

qırpımında görünən vaxtlardan bəri geymədiyi kitelini geyməyə, kişi ətri vurmağa, döyüş 

qılıncını, bütün orden-medallarını, Roma Papasının, müsadirə edilmiş kilsə əmlakının geri 

qaytarılmasına görə onu təltif etdiyi Tanrı Dərgahı ordenini, kavaler lentini taxmağa məcbur 

elədi. - «Sən məni lap bayram yemişi kimi bəzədin!» Sübh tezdən həmin bu görkəmdə Letisiya 

onu, təmtəkcə, müşayiətsiz-şahidsiz, tül fatasının dumanı içində, yeddi aylıq biabırçı qarnını 

ikimərtəbəli kətan tumanının – gips təkər kimi kobud, qalın alt və sürüşkən üst tumanın altında 

gizlədə-gizlədə, mum şamların və pəncərələr boyu solan portağal budaqlarının qarışığından, 

qəlyanaltı iyi verən ala-qaranlıq iclas zalına apardı. Onlar, bədheybət zalın dörd bir tərəfindən, 

usanmadan çalxalanıb uğuldayan ucsuz-bucaqsız adam dənizinin sahilində don vurmuş kimi key 

vəziyyətdə, tər içində yanaşı dayanmışdılar. Zalın bütün giriş-çıxışları bağlı idi, pəncərələr, 

dövlət gerbli qalın pərdələrlə tutulmuşdu; - zal, ölüm qoxusu saçan, anlaşılmaz, ölü bir mərasimə 

– onların kəbin mərasiminə hazırlaşırdı; bu mərasim, dövlət sirri kimi gizlin saxlanılmalı, 

dünyada bircə adam belə bu haqda bir şey bilməməliydi. Letisiya, havasızlıqdan boğulur, 

bətninin qaranlıq sularında üzən körpəsinin səbrsiz təpiklərindən əziyyət çəkirdi. - bu, onun 

körpəsi idi, onun oğlu idi. - «Axı sən özün istəyirdin ki, oğlun olsun! Bu da oğlan!»  

Təntənəli geyimli arxiyepiskopun, harasından çıxdığı məlum olmayan asta səsiylə Allahın 

şərəfinə oxuduğu duaları dəhlizlər boyu mürgüləyən qarovulçulara belə gedib çatmırdı., Zəhmli 

qocaya: - «Sən, Letisiya Mersedes Mariya Nasareno ilə evlənməyə razısanmı?» - sualını 

verərkən, az qala ürəyi dayanan arxiyepiskopun qorxusu, ana bətninin dərin sularında azmış 

dalğıcın qorxusu qədər anlaşılmaz və qaranlıq idi. Bu vaxta qədər heç kimin ona bu sualı 

verməyə cəsarəti çatmazdı. Necə yəni, o, kimisə özünə arvad eləməyə razıdırmı?! Heç vaxt heç 

kim ona belə bir sual verə bilməzdi! Cavabında o, gözünü yüngülcə qırpıb: «Razıyam!» - dedi və 

ürəyinin döyüntüsündən sinəsində tərpənən orden-medalların cingiltisi eşidildi. «Razıyam!» sözü 

yenilməz qürurla səsləndi və elə həmin an Letisiya Nasarenonun bətnindəki körpə dölətrafı 

sularda öz istiqamətini müəyyənləşdirib işığa sarı yön aldı. Letisiya, ağrıdan üçqat olub təngiyə-

təngiyə: «İlahi, pərvərdigara, sənin müqəddəs qanunlarını, öz şəhvətini doyurmaqla yerinə 

yetirən sadiq rahhibəni əhv et! Sənin cəzanı qəbul edirəm, ilahi!» - deyə, çanaq sümüklərinin 

cırıltısını gizləmək üçün, naxışlı paltarını cırıb sökdü və ikilaylı tumanının dolaşığından, öz 

yarımçıq bicini çəkib çıxartdı. Körpə, təzə doğulmuş buzov ölçüsündə, elə buzov kimi də 

köməksiz idi. Letisiya körpəni əlinə alıb yuxarı qaldırdı, onu rəngbərəng altarın zəif işığında 

gözdən keçirib oğlan uşağı olduğunu dəqiqləşdirdi. – «Siz necə istəmişdiniz, mənim generalım – 

oğlan!» Bu müqəddəs, Emmanuel adı daşımalı olacaq, lakin heç bir əməli ilə Allahın adına şərəf 

gətirə bilməyəcək bu körpə, çəlimsiz bir oğlan uşağı idi; atası onu, qurbanlıq daşının üstünə 

qoyub göbəyini öz qılıncıyla kəsərək, yeganə qanuni oğlu elan etdi və həmin gündən bəri uşaq, 

bütün hüquqları onun ixtiyarına verilmiş diviziya generalı təyin edildi. - «Onu xaç suyuna salın, 

müqəddəs ata!»  




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə