Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə42/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   38   39   40   41   42   43   44   45   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

85 


tayında qızılı mahmız parıldayan əsgər uzunboğazlarında özünü Letisiyanın yatağına salıb, qəti 

hücuma keçdi; Letisiya, vahimə içində yuxudan dik atılıb qocanın qucağından çıxmağa çalışdısa 

da, onun qəti inadını hiss edib bicliklə yaxa qurtarmağı qərara aldı. «Yəhər-qayışınızı çıxarın, 

general, yoxsa toqqalarınızla döşümü kəsərsiz». Qoca ləvazimatlarını çıxaranda, Letisiya ardını 

tələb elədi: «Mahmızınızı açın, general, yoxsa ulduzları qoltuqlarımı cızar! Cibinizdəki açarları 

da çıxarın, onlar böyrümə dirənib». O da, qılınclı qınını soyunmaq qərarına gəlməyə üç ay vaxt 

getməsinə baxmayaraq, onun bütün tələblərini yerinə yetirdi. «Bunlar məni boğur, general!» - bir 

ay da frençi soyunmağına getdi. – «Bu düymələr adamın lap qəlbini cızır, general!» 

Bu, Letisiya tərəfindən qəsdlə uzadılan, qocanı qəzəbləndirmədən, qarşılıqlı güzəştlər üzərində 

qurulan uzunmüddətli, çətin, soyuq müharibə idi və müharibənin sonunda – Letisiyanın 

oğurlanmasının üçüncü ildönümündə axır ki, onların arasında nə isə baş verdi, lakin nə o, nə də o 

biri başa düşə bilmədilər ki, baş verən nə idi. Adi gecələrin birində onun, tale xətləri olmayan 

yumşaq ovucları, rahibənin hansısa gizli qadın simlərinə toxundu və Letisiya yuxudan

ehtirasdan titrədə-titrədə ayıldı, bədəninə zəli kimi sarılan vəhşi heyvanı özündən uzaqlaşdırmağı 

ağlına belə gətirmədi, bircə yazıq səslə: «Uzunboğazlarını soyun, yoxsa mənim holland 

döşəkağılarımı bulayarsan!» - dedi. Sonra qoca onları çıxardıqca, ardını gətirdi: «Şalvarını 

soyun, qurşağını çıxar, hər şeyini soyun, yoxsa səni hiss eləmirəm, həyatım mənim!» Və o, 

birdən-birə özünü, bir vaxt anasının onu o, anadan olan gün monastrın darvazası ağzında, ətirşah 

güllərinin sayrışan yarpaqları önündə doğduğu kimi - tam azad hiss elədi; sonra özündə döyüş 

öküzünün gücünü hiss edərək, bircə həmləyə hər şeyi alt-üst edib, Letisiya Nasarenonun 

dişlərinin, gəmi dorunun cırıltısına bənzər cırıltısı eşidilən sükut uçurumunun dibinə üzü üstə 

yıxılıb qaldı. – «Nasareno Letisiya!..» - «Burda!» - «Və o, mənim saçlarımdan ikiəlli yapışdı ki, 

həmin o dibsiz burulğanda mənim kimi, tək-tənha ölüb itməsin…» Lakin qoca, Letisiyanı həmin 

o burulğanda təmtək qoydu və unutdu, özü də tək-tənha, fırtlığının uzun-uzadı, sulu sapları 

arasında dolaşa-dolaşa, sarsıntıdan üzülə-üzülə, özü-özünü göz yaşlarının şor sularında axtardı: 

«Anam mənim Bendisyon Alvarado, bu şirin əziyyəti dadmadan, bu qədər uzun ömrü necə 

yaşamaq olardı?» Az qala bağırsaqlarınacan işləyən anlaşılmaz, əzablı–şirinli ağrılardan başını 

itirə-itirə, bütün bədənini titrədən bu qızdırmanın nə olduğunu, niyə özünü bu cür – başı kəsilmiş 

heyvan kimi hiss elədiyini, bu şəffaf örtüklü yorğan-döşəyin holland döşəkağılarını bulayan 

şəffaf cövhərin nə olduğunu, nəhayət, həmin bu şəffaf yağışlı gün nə baş verdiyini, büllur 

havanın niyə birdən-birə üfunətli iylə iyləndiyini anlamadan, ağlayırdı, siz anlamırdınız ki, 

sadəcə olaraq, qurtarmışdınız, mənim generalım!..  

 

 

Axşama yaxın biz saraydan, iylənmiş inək cəmdəklərini yığışdırdıq, bu fantastik xarabalıqda 



cüzi də olsa, nə isə sahmana oxşar bir şey yarada bildik, amma yenə tapdığımız meyiti müvafiq 

görünüşünə – əfsanəvi hökmdar görünüşünə salmağa qabiliyyətimiz çatmadı; biz meyitin 

dərisini balıqtəmizləyən bıçaqla qaşıdıq, dənizin dibinə batıb qalan gəmilərin üstünü örtən mamır 

qatına bənzər sürüşkən örtüyünü birtəhər soya bildik, sonra onu qətran yağıyla yağlayıb duzlu 

məhlulda yuduq ki, çürümə ləkələri yoxa çıxsın, quzğunların, meyitin üzündə oyub açdığı 

dəlmə-deşiklərə doldurulmuş mumun üstünü quru nişastayla pudraladıq, yanaqlarına çəhrayı 

boya, dodaqlarına pomada çəkib, üzünə həyat rəngi verdik, içiboş göz oyuqlarına şüşə gözlər 

taxdıqsa da, cəsəddə, ümumxalq nümayişinə çıxarılmaq üçün zəruri olan hökmdar siması yarada 

bilmədik. Bir yandan məhkəmələr gedir, işlər oxunur, dövlət şurasının iclas zalında, əsrlik 

despotizmin qalıqlarına qarşı mübarizəyə, ümumxalq birliyinə, mərhumun qırmağından salamat 

çıxan mülkiyyətin – dünənəcən qorxunc qocanın toxunulmaz əmlakı sayılan nə varsa, hamısının 

azad surətdə bölünməsinə səsləyən şüarlar eşidilirdi. Onun ölüm xəbəri, inadlı şəkildə 

gizlədilməsinə baxmayaraq, sehrli bir sürətlə göz qırpımında ölkənin dörd bir yanına yayıldı, bir 

vaxt vətəndən didərgin güşənlər geriyə döndülər; uzunmüddətli sürgün illərində qarşılıqlı 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

86 


iddialarını unudan liberallar və konservatorlar, hakimiyyət iyi hələ də burunlarından getməmiş 

ali rütbəli generallar, axırıncı üç mülki nazir, baş arxiyepiskop, bir sözlə, qoca despotun, qoz 

ağacından uzun stolunun arxasında görmək istəmədiyi camaat geriyə qayıtdı, sonra həmin bu 

adamlar min cür tədbir tökməyə başladılar ki, prezidentin ölümünü xalqa necə çatdırsınlar ki, 

hay-küy qalxmasın, xalq kütlələri kor-təbii surətdə küçələrə tökülüşməsin. Nəhayət, bu qərara 

gəldilər ki, xəbər, iki bülleten şəklində xalqa çatdırılsın: bir nömrəli bülletendə prezidentin 

səhhətinin yüngülcə pozulması və onun, məhz bu səbəbdən, bir sıra rəsmi ictimai tədbirlərdə və 

audiensiyalarda şəxsən iştirak edə bilməməsi açıqlanırdı; iki nömrəli bülletendə deyilirdi ki, əla 

həzrətləri, öz yataq otağından, təbii bir səbəb üzündən – qocalıq zəifliyindən çıxa bilmir. Həmin 

bu bülletenlərin ardınca, bürkülü bir avqust günü, çərşənbə gününün sübh şəfəqi çəhrayı rəngə 

bürünən vaxt, kilsə zənglərinin səsi hökmdarın ölüm xəbərini elan etdisə də, yenə heç kim onun 

ölümünə, ölənin məhz o olduğuna inana bilmədi. Nə idisə, onun ölüm xəbəri bizi möhkəm 

çaşdırmışdı, üfunətli meyiti əl-qolumuzu keyitmişdi, bəlkə də biz ona görə bu günə düşmüşdük 

ki, onda bu əllamə qocanı əvəz edə biləcək adamın kim ola biləcəyini təsəvvürümüzə belə gətirə 

bilmirdik, axı o, xudbinliyindən, sağlığında özünə davamçı seçmək haqqında nəyinki heç 

fikirləşməmişdi, bu barədə ümumiyyətlə, eşitmək belə istəmirdi; qocalıq hikkəsiylə, ölümündən 

sonra olacaqları müzakirə etməkdən boyun qaçırır, ələlxüsus da, dövlət aparatı yeni, şüşəli beton 

binaya köçəndən və o, öz iqamətgahında tək-tənha qalandan bəri bu barədə söz düşəndə, yüz 

bəhanəylə söhbətin mövzusunu dəyişirdi. O, orda, yuxunun içi ilə gəzirmiş kimi, təzəklərin 

arasıyla dolaşır, qızılgül kollarının altında, xəstəlikdən çox, qocalıqdan ölən korlardan

cüzamlılardan və ifliclərdən savayı kimsəyə əmr verməyə ürək eləmirdi. Amma elə ki, söz yenə 

davamçıdan, vətənin gələcək taleyindən düşürdü, o dəqiqə tərsliyi tutur, bütün müəyyənliklər 

qeyri-müəyyənliyə çevrilir, bütün cümlələr müdrik bir uzaqgörənliklə müşayiət olunurdu. - 

«Məndən sonra dünyada nə baş verəcəyi haqqında fikirləşmək, ölümün özü qədər qaranlıq 

məsələdi! Sizin nəyinizə lazımdı axı? Nədən belə narahat olursunuz? Mən, başımı yerə qoyan 

kimi siyasətçilər yığışıb bu andır ölkəni, bir vaxt böldükləri kimi böləcəklər! Bax görərsiz, bu 

bölüşmə mərasiminə keşişilər də tökülüşüb gələcək, dövlətlilər də özlərini yetirəcək və hər şeyi 

çapıb talayacaqlar, kasıblarasa yenə də heç nə catmayacaq, onların güzəranı əvvəlkindən də pis 

olacaq. O bədbəxtlərin taleyi belədi, nəcisə beşcə qəpik verən tapılsa, bu adamlar dalsız 

doğulmağa başlayacaqlar! Elə də olacaq, görərsiz!» Sonra o, kiminsə, bir vaxt onun şan-şöhrətli 

dövrlərində dediyi kəlamı misal gətirib, özü-özünü rişxəndlə ələ salıb gülə-gülə deyirdi ki, onu, 

ölümündən sonra Yerusəlimdə, peyğəmbərin məqbərəsiylə yanaşı yerləşdirməyə zəhmət 

çəkməsinlər, çünki o, cəmi üçcə gün ölü qalacaq. - «Bir də, bütün bu söhbətlər boş 

cəfəngiyyatdır. Sizə bu gün ağlasığmaz görünən məsələlər, gün gələcək, həyata keçəcək. Mən 

əbədiyəm!» Həqiqətən də o vaxtlar onun taleyi və şəxsiyyəti ilə bağlı məsələlərə heç kim 

şübhəylə yanaşmırdı. Heç nəyi sübut eləmək olmadığı kimi, heç nəyi rədd eləmək də mümkün 

olmurdu. Biz hətta, dəqiq bilə bilmirdik ki, bu, onun bədənidi, yoxsa yox. Biz, vətənimiz 

haqqında, onun tarixini əhatə eləyən tarixdən savayı ayrı bir tarix bilmirdik, onun, öz istəyinə 

uyğun yaratdığı Kainat ölçülərinin dəyişib, zamanın özünü belə, öz istədiyi şəkildə axmağa 

məcbur etdiyi vətəndən savayı, ayrı bir vətən tanımırdıq. Tarixin bu səhifələri, ölkənin 

mənzərəsiylə bir, onun xatirələr bulağının lap çeşməsində, yaddaşının dumanlı, ucqar bir 

döngəsində parlayıb yox olurdu; o, bu xatirələrlə sarayın içiylə məqsədsiz-filansız, daim 

alçaqlığın yuva saldığı, bircə dəfə belə olsun, xoşbəxtlik qığılcımı çırtlamadığı dəhlizlərlə gəzib 

dolaşır, yelləncəyin ətrafına qarğıdalı dəni tökə-tökə toyuqlarını yedirdir, qulluqçusunu lazımsız 

əmrlərlə çərlədir, gah limonad dolu stəkan gözünün qabağında ola-ola, buzlu limonad tələb edir, 

sonra ona barmağının ucuyla belə toxunmur, gah hansısa stulu bir yerdən götürüb başqa bir yerə 

qoydurur, sonra əksinə, əvvəlki yerinə gətirtdirirdi; - bütün bu xırda şıltaqlıqlar, onun tamahkar 

hakimiyyət hərisliyi ocağına atdığı son, miskin kömürlər idi; o, ölkəni, heç nə eləmədən, mürgü 

içində, uzaq uşaqlıq xatirələrində gicəllənə-gicəllənə idarə edir, hərdən bir mürgülərinin içində 

nə isə aydınlaşır, köhnə konstruktorun, hakimiyyətə gəldiyiniə qədərki dövrün hansısa detalı onu 

mürgüdən ayıldır, bu nəhəg ölkəyə – bu sonsuz tropik bitkilər, keçilməz bataqlıqlar, qədim, 

dibsiz uçurumlar şahlığına, bir vaxt cəsur ovçuların, canavarları yalın əllərlə tutduqları yerlərə 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə