Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə39/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   35   36   37   38   39   40   41   42   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

79 


yetirin!» Bu cür qərar verməklə o anlayırdı ki, riskə gedir, anası haqqında yaranmış əfsanəvi mifi 

– Bendisyon Alvarado mifini təhlükə altına salır, eritreyalının səyi ilə uzaq keçmişin damğalı 

xatirələrini – bir vaxtlar həyat eşqi ilə, lakin cır-cındır içində, ayaqyalın yaşayan, öz bədənin 

hesabına dolanan, xoruz quyruğunu rəngləyib tutuquşuların dalına calaya-calaya quakamaya* 

quşu əvəzinə satan, tükü tökülmüş xəstə toyuqları, hinduşkanın yelpincvari quyruqlarıyla 

bəzəyib camaata, cənnət quşu adıyla sırıyan, bu yaraşıqlı və avam qadını biabır olmaq 

təhlükəsində qoyur.  

Məlum məsələydi ki, heç kim bu qadına inanmırdı; dumanlı istirahət günləri bazarda tək-tənha 

dolaşan, bir quşa yüzcə peso verənə, qalan quşları az qala, havayı bağışlamağa hazır olan bu 

tənha quş alverçisinin avam bicliyinə kim uyardı axı?!.. Yaylaq yerlərində də bu sərsəm dilənçi 

qadını demək olar ki, hamı yaxşı tanıyırdı, lakin onun şəxsiyyətini heç cür dəqiq 

müəyyənləşdirmək mümkün olmurdu, çünki xaç suyuna salındığı monastrlarda onun doğum 

günü barədə heç bir sənəd tapılmamış, kilsə şəhadətnaməsi belə ortaya çıxmamışdı; bunun 

əvəzinə, oğlunun birdən-birə nə az, nə çox, üç şəhadətnaməsi tapılmışdı: doğum gününü təsdiq 

edən üç fakt birdən; belə çıxırdı ki, onun oğlunun üç müxtəlif adı vardı, əsası üç dəfə müxtəlif 

şəraitlərdə qoyulmuşdu, üç dəfə üç tarixdə vaxtından əvvəl doğulmuşdu. Bütün bunlar, bizim 

ölkənin tarixçilərinin – bizim tarixi yaradanların, onun yaranma tarixinin ört-basdır edilməsi 

üçün həqiqəti yalanla qarışdıranların əməlləri idi; lakin bütün bunlara baxmayaraq, eritreyalı 

demək olar, məsələnin kökünü axtarıb tapmışdı, bütün o yalan dumanlarını yarıb, axır ki, 

aydınlığa çıxmışdı; «Bu sirri aşkar eləmək bir o qədər də çətin olmadı, mənim generalım; boz 

Kordelyer dərələrində, düzlərində əks-səda verən atəş səsi eşidiləndə və buzlaqların önündən, 

əbədi qarlar içində uyuyan yüksəkliklərdən, axar çayların nəhəng sularının kükrədiyi yerlərdən, 

botanik ekspedisiyanın alim-həkimlərinin, hinduların belində otura-otura, öz sirrli otlarını 

topladıqları ucuiti qayaların önündən, vəhşi maqnoliya güllərinin bitdiyi, bol yemək və isti 

geyim verən uzuntüklü cins qoyunların otladığı dağ mənzərələrindən, ucsuz-bucaqsız qəhvə 

sahələrindən, kimsəsiz eyvanları kağız güllərlə bəzədilmiş əyalətlərdən, bürkülü səhrayla dağ 

çaylarının gurultusu arasındakı sərhəddə yaşayan xəstələr yığnağından, dənlərindən şokolad 

düzəldilən, qırmızı giləmeyvəsi və gülləri olan qalın yarpaqlı kakao ağacıyla xaincəsinə 

kürəyindən vurulub öldürülən qocanın ölü bədəninin iyini axşam küləkləri gətirən yerlərdən, 

günəşin tərpənmədiyi, yandırıcı tozun, qarpız-yemişin, iki yüz millik ərazinin yeganə orkestrinin, 

yeganə məktəbin yerləşdiyi Atlantiko departamentinin, arıq, qəmli inək sürüsünün yanından 

uçurumun sonsuzluğuna yuvarlanan atın ətürpədən kişnərtisi eşidiləndə, yazıq heyvan, sulu 

qvanabano kimi dığırlanıb düz uçurumun dibinə – qvineo kollarının arasında yerə dəyib 

şappıldayaraq, qırqovulları hürkütdü, sonra dərindən bir ah çəkdi. - «Onu vurdular, mənim 

generalım, pələng ovu tüfəngindən atdılar, Anima-Sola* dərəsində!» «Mənim mühafizə 

təcrübəmə, qəti məzmunlu teleqramlarıma məhəl qoymadan, köpək uşağı?.. Lənət şeytana, indi 

görərlər mən kiməm!» - deyə o, hirsindən sarala-sarala hədələyirdi; əslinə qalsa, o, hansısa 

agentlərin, onun sözündən çıxmasından çox, nə isə vacib, əhəmiyyətli bir şeyin ondan 

gizlədilməsi ilə əlaqədar əsəbiləşmişdi; Onun şimşək saçan bu qəzəbini tez bir zamanda 

sakitləşdirməyə ürək eləyənlər tapıldı. O, hadisə barədə məlumat verənlərin nəfəsinə belə 

diqqətlə qulaq asır, yaxşı bilirdi ki, yalnız əsl həqiqəti bilənlər yalan danışmağa cəsarət edərlər. 

O, kimin satqın olub-olmadığını dəqiqləşdirmək üçün ilk növbədə zabitlərin qarınlarının 

altındakıları anlamağa çalışırdı. - «Sən o adam deyilsən ki, heç nə olduğun halda, səni həmin o 

heç nədən yapıb düzəltmişəm? Sən o adam deyilsən ki, gecələri qupquru döşəmədə ağnayırdın, 

indi mənim hesabıma qızıl cıqqalı çarpayıda yatırsan? Sizi hansı ana doğub?» O, kiminsə, onun 

şəxsən imzaladığı, üzüyünün möhürüylə qətranladığı teleqramını qulaqardına vurduğunu yaxşı 

başa düşürdü; bu səbəbdən də təhlükəsizlik tədbirləri ilə şəxsən özü məşğul olmaq qərarına gəldi 

və belə bir əmr verdi: «Əmr edirəm: qırx səkkiz saat ərzində Demetrio Aldous tapılıb diri 

vəziyyətdə yanıma gətirilsin, ölüsü tapılsa belə, mənim yanıma diri vəziyyətdə gətirilməlidir və 

işdi, əgər o, ümumiyyətlə, tapılmasa, onun, mənim hüzürüma gətirilməsi mütləqdir». Əmr o 

qədər aydın və qorxulu idi ki, elan olunmuş vaxt başa çatmamış, bir-birinin ardınca xəbərlər 

gəldi: «Onu dərənin dibindən tapdılar, mənim generalım! Onun bütün yaraları, hansı 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

80 


möcüzəyləsə, orda bitən qızılı çiçəklərin məlhəmindən sağalıb. O, bizlərdən diridi, mənim 

generalım, sapsağlam və zədəsizdi və bütün bunlar, xatirəsini murdarlamağa cəhd edən adama 

bir daha öz xeyirxahlığını və insanpərvərliyini sübut edən ananızın, həmin bu güllərə şəfa 

qabiliyyəti verən sehrli qüvvəsinin nəticəsidir». Bu adamı iplə qarğıya sarıyıb qrendyorlar 

dəstəsinin müşayiəti ilə gizli hindu cığırlarıyla dağlardan üzü aşağı endiriblər; qabaqda atlı çapır, 

kilsə zəngləri cingildəyə-cingildəyə dörd bir yana xəbər yayırdı ki, əla həzrətlərin istəyi yerinə 

yetirildi, Demetrio Aldous tutulub diri gətirildi. Onu prezident sarayına gətirib, səhiyyə nazirinin 

şəxsi nəzarəti altında, hörmətli qonaqlar üçün ayrılmış yataq otağında yerləşdirdilər ki, orda öz 

missiyasını başa çatdıra bilsin, hər biri, üç yüz əlli səhifə olacaq yeddi qorxulu cildi hazırlayıb 

qurtara bilsin: «Mən, Demetrio Aldous, Allahın əmri ilə, Müqəddəs ritual konqreqatının 

auditoru, prokuror və postulator, bu ilin aprel ayının on dördüncü günü, yer üzündə ədalətin 

bərpası naminə, Allahın bərqərar olması naminə imza atıram və imzamı öz möhrümlə təsdiq 

edərək, bildirirəm ki, burda yazılanların hamısı həqiqətdir, həqiqət və yalnız həqiqət». – «Budur, 

baxın, əla həzrətləri!» Və həqiqətən, hər biri qətran möhürlə möhürlənmiş həmin bu Bibliyaya 

bənzər yeddi nəhəng cildlərdə yazılanların hamısı həqiqət idi; bu aydın və qəddar həqiqətləri, 

həsir kreslosunda oturub üzünü şlyapası ilə yelləyə-yelləyə gözünü qırpmadan oxunanlara qulaq 

asan və hər öldürücü həqiqətdən sonra güclə seçiləcək səsiylə «aha» deyən daşsifətli, donuq 

qocaya, yalnız əsəbləri tam sakit adam oxuya bilərdi. «Aha» - deyə o, şlyapasıyla naharın 

qalıqlarına yığışan aprel milçəklərini qovaraq, bəzən kösöv kimi yandırcı həqiqəti həqiqət 

dalınca udmalı olurdu. «Bütün bunlar uydurmadı, əla həzrətləri, gülməli bir məzhəkədir…» - o, 

qulaq asır və yenə sakitcə «aha» - deyirdi, çünki əslinə baxsan, bütün bu yazılanlar həqiqətən elə 

məzhəkə idi və bu tamaşanın müəllifi, özü də bilmədən, o, özü olmuşdu; anasının meyitinin 

ümumxalq tamaşasına çıxarılmasından tutmuş, Bendisyon Alvaradonun diri-diri çürüməsi barədə 

yayaılan söz-söhbətlərə birdəfəlik son qoyulmasınacan; yaxud tabutun buz qırıqlarıyla 

doldurulub, oba-oba gəzdirilməsi tamaşa, sirk deyildimi?!.. – Yaxud, anasının ölüiündən sonra, 

yaratdığı möcüzələrindən xəbər tutanda, meyiti təntənəli izdihamın müşayiəti ilə ölkənin, 

dindən-imandan uzaq, ucqar yerlərinə göndərilməsi… Ona bircə şey lazım idi: hamı başa düşsün 

ki, anasına, bütün bu uzun-uzadı təhqiramiz illərdən sonra müqəddəslik verilib və bu 

müqəddəslik ona, əzablı gənclik illərinin – əzab-əziyyətlə, min bir zəhmətlə quş quyruqları 

rənglədiyi illərinin, o fani günlərinin əvəzinə verilib. – «Mənim ağlıma belə gəlməzdi ki, həmin 

bu matəm izdihamından, camaatı aldatmaq üçün istifadə edəcəklər!» Sən demə, elə birinci 

gündən izdihamı yalan müşayiət edirmiş… - hər şey ondan başladı ki, suçiçəyi çıxaranların 

yaraları camaatın gözü qarşısında, birdən-birə yoxa çıxıb təmizləndi; məlum məsələydi ki, pulun 

hesabına; sonra iki yüz pesoya bir adam qəbirdən xortladı – ağzı torpaqla dolu, vahiməli cır-

cındır içində izdihamın qarşısında yerin içindən çıxdı; sonra bütün bu möcüzələrin, dövlət 

dairələrinin fırıldağı olduğunu deyən qaraçı qadına səkkiz yüz peso verdilər ki, o, camaatın gözü 

qarşısında, dediyi o qələtə görə cəza əlaməti kimi ikibaşlı uşaq doğsun.  

Bir nəfər belə olsun, pul almayan möcüzə şahidi tapılmadı; ən başlıcası isə o idi ki, bütün 

bunların, mərhumənin oğluna yaltaqlıqdan savayı ayrı bir şey olmadığını Demetrio Aldous, hələ 

istintaqın əvvəlində yəqin etmişdi. – «Xeyr, əla həzrətləri, bütün bunlar, sizin əyanlarınızın 

murdar fırıldaqlarıdı!» Bu, onun hakimiyyəti dövründə baş verən ən əxlaqsız, ən dinsiz-imansız, 

ən gözəçarpan fırıldaq idi. - «Çünki, bütün bu möcüzələri düzüb-qoşanlar, pullu şahidlər 

yığanlar, sizin rejimin ən sədaqətli ardıcılları idi, əla həzrətləri!» - «Aha!» - «İzdihamı aparanlar 

da onlar idi, ananız Bendisyon Alvaradonun paltarının tikələrini camaata, müqəddəs təbərrik 

kimi satanlar da onlar idi…» «Aha!» - «Ananızın üzü təsvir olunmuş ikonaların, profili həkk 

olunan medalların istehsalını da onlar açmışdı» - «Aha!» - «Onun saçlarını satıb dövlətlənənlər 

də onlar idi…» - «Aha!» - «…tabutunun suyunu satanlar da…» - «Aha!» - «Kələ-kötür rənglərlə 

məhrumənin bədəninin yeri həkk edilən döşəkağıları satanlar da… - bu döşəkağıları bir əldən, 

yüz-yüz hindu bazarlarında altdan satırdılar…» - «Aha!» - «Tabut, kilsənin baş nefesində 

qoyulduğu zaman mərhumənin cənazəsi önündən keçən sonsuz adam axını dəhşətli surətdə 

aldadılmışdı; mərhumənin cəsədi ona görə dəyişilməz qalmamışdı ki, bu bədən, camaata izah 

olunduğu kimi, müqəddəs idi, yaxud ona görə yox ki, oğlunun şəninə, meyitin dərisi mum və 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə