Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə36/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   32   33   34   35   36   37   38   39   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

73 


anası öyrətmişdi; arvad vitse-kralların abidələrindən, ümumiyyətlə, heykəllərdən yaman 

qorxurdu, bir də xərçənglərdən qorxurdu, ona nəyə görəsə elə gəlirdi ki, xərçənglər körpələrin 

göz yaşını içir; həmin o taleyüklü gecə, bomboz yağışlar dumanı içində əriyib itən nəhəng 

Hökumət Evini görəndə isə arvadın, həyəcandan əl-ayağı əsib titrəmişdi və o gecə arvadın heç 

ağlına belə gəlməzdi ki, nə vaxtsa bir gün o, elə həmin bu binada, oğlunun, üzü üstə döşəməyə 

düşərək, qəzəbdən boğula-boğula, dönə-dönə özü-özünə: «Sən hara ilim-ilim itdin lənət şeytana 

ana bu seyrək kol-kosun içində necə azdın indi üzünə yığılan milçəkləri kim qovacaq?» - deyə 

inildəyəcəyi həmin bu möhtəşəm sarayda öləcək. 

O, ağır-ağır köks ötürür, Bendisyon Alvarado isə həmin məqam, öz tabutunda - platan 

yarpaqlarından hörülmüş örtüyün altında üfunətli iylər saçan bataqlığın içi ilə irəliləyən 

izdihamın çiyinləri üstə üzür, üzə-üzə, arada bir gah hansısa kənd məktəbinə, gah səhralıqdakı 

şor yığılan baraka, gah da ucqar bir hindu kəndinə qonaq oldur, kəndlərin ən gözəl evlərinə daxil 

olurdu; tabutun önünə, Bendisyonun gənclik illərinin portreti qoyulurdu: bu portretdə Bendisyon 

ona görə gözəl və ecazkar görünürdü ki, portret çəkilən gün, zorla da olsa, yaxalığına naxışlı 

diadema taxmağa, üzünü pudralamağa, dodaqlarını boyamağa icazə vermişdi, ömründə ilk dəfə 

əlində zanbaq tutmuşdu. - «Əlinizdəki gülü elə yox, bax belə tutun, senyora! Onu, guya 

bilməyərəkdən ətəyinizə salın...» - ona demişdilər və həmin bu pozada şəklini, Avropa 

monarxlarının şəklini çəkən venetsiyalı fotoqraf çəkmişdi; bu portreti də – dövlətin bir nömrəli 

xanımının portretini həmin o venetsiyalı düzəltmişdi; portreti bu səbəbdən tabutla yanaşı 

qoyurdular ki, sübut olsun ki, tabutda yatan, həqiqətən Bendisyon Alvaradonun özüdür və 

camaat, şəkillə tabutdakı üzü tutuşdurub uyğunlaşdıra bilsin. Bir sözlə, hər şey əvvəlcədən 

düşünülmüşdü: meyitin vəziyyəti ciddi nəzarət altındaydı, dərisinə çəkilmiş kosmetika və parafin 

layı vaxtı-vaxtında dəyişilir, yağışlar vaxtı mərhumənin göz dəliklərinə yığılan kif təmizlənirdi; 

ordu dərziləri mərhumənin paltarına elə nəzarət edirdilər ki, baxanda, adama elə gəlirdi, meyiti 

indicə geyindirib bəzəyiblər; meyitin başındakı (qız vaxtı taxmağa müyəssər olmadığı) ağappaq 

bakirəlik fatasının təmizliyinə də onlar nəzarət edirdilər. 

«Qoy bu bütpərəstlərdən bircəsi belə desin ki, sən öz portretinə oxşamırsan, ana!» Əsrlər 

ötdükcə, burda - hakimiyyətin yalnız və yalnız ona məxsus olduğunu unutmağa heç kimin haqqı 

olmadığı bu məmləkətin ən kasıb kəndlərində, ən ucqar, çəngəllik meşələrində belə, 

hakimiyyətin yenə yalınz və yalnız ona məxsus olacağına heç kimin şübhə eləyə bilmədiyi kimi, 

buna da kiminsə şübhə eləməyə cəsarəti çatmazdı. Günlərin bir günü, gecənin bir yarısı, bu 

məmləkətin gözdən-könüldən uzaq, sakit yerlərindən birində, sanki Nuh əyyamından qalmış 

yelkənli gəmi peyda oldu, avarlarını suda şappıldada - şappıldada, göyərtəsində ara-sıra yanan 

işıqlarıyla qaranlıqlarda görünüb yox oldu; sahildəki camaat, keçmiş, gözəl günlərin yenidən 

geriyə döndüyünü zənn edərək, gəmini, bayram təbillərini vura-vura qarşıladı. «Yaşasın əsl 

kişi!» - yer-yerdən qışqırıqlar eşidildi. Haqq naminə geri dönənə eşq olsun!» Sonra camaat suya 

doluşdu, üzə-üzə gəmiyə can atdılar ki, ora cürbəcür, şirəli meyvələr və ayrı yeməklər 

çatdırsınlar. Onlar, gəminin naxışlı haşiyəli məhəccərlərinə dırmaşıb ordan göyərtəyə 

soxulurdular ki, üzüb gətirdikləri nemətləri, vətənin taleyini adətən domino oyunlarında həll 

edən dövlət başçısının ayaqları altına düzsünlər; lakinin bunun əvəzinə, onları tabutun önünə 

çəkib gətirdilər. Camaat heyrət içində, daş duz və buz qırıntılarıyla bəzədilmiş tabutun önündə 

donub qalırdı; tabut isə prezident kayutunun tən ortasında, dörd bir tərəfi güzgülü otaqda 

qoyulmuşdu ki, güzgülü divarlarda birə on çox görünsün. 

Beləcə, bu qədim gəzinti gəmisi bir neçə ay, zamanın yuyub Yer üzündən sildiyi muvəqqəti 

adaların yanından ötüb keçə-keçə, elə bir uzun-uzadı səyahət elədi ki, axırda saysız-hesabsız 

axınların töküldüyü vahiməli, sulu çəngəlliklər içində, həmişəyaşıl çiçəklərin ağlı başdan 

çıxardığı yerdə, zamanın qurtaracaq nöqtəsində azdı və elə orda, dünyanın axırında dayazlıqda 

lövbər saldı, taxta çarxlarının pərləri qızılı qumda xırçıldayıb sındı, gəmi yarıyacan lehməyə 

batdı, döyülmüş buz da, daş duz da əriyib axdı, mərhumənin meyiti şişib taxta tilişkələrin 

arasında yırğalandı. - «Və elə həmin o an möcüzə baş verdi, mənim generalım! Məhz həmin o 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

74 


dəqiqə biz baxıb gördük ki, o, gözlərini açdı… gördük ki, onun gözləri yanvarda açılan akonita 

çiçəyi kimi, ay daşı kimi işım-işım işıldayır. Biz hamımız bir nəfər kimi, onun nəfəsindən, 

tabutun şəffaf şüşəli qapağının tərlədiyini, üzü tər damcılarıyla örtüldüyünü gördük… sonra bir 

də baxıb gördük ki, o, gülümsəyir... Siz təsəvvürünüzə belə gətirə bilməzsiniz, onda orda nələr 

baş verdi, mənim generalım, ağlınıza belə gətirə bilməzsiniz, biz hansı təlatümlərin şahidi olduq

öz gözlərimizlə nələr gördük?!.. Qısır madyanlar elə ordaca balaladılar, qupquru şoranlıqda 

şapan-şapan güllər açdı, lal-karlar öz səslərindən döyüküb qaldılar, «Möcüzə! Möcüzə! 

Möcüzə!» - deyə beşcə dəqiqə qabaq lal-kar olan adamlar çığırışdı, camaat hücum çəkib tabutun 

qapağını xıncım-xıncım sökdü, mərhumənin bədənini az qala tikə-parça elədi, çünki hər adam 

tabutdan yadigar kimi nə isə götürmək istəyirdi: odu ki, bir batalyon əsgər göndərməli olduq ki, 

ağlı başından çıxmış kütləni bir təhər sakitləşdirsinlər. Camaat dörd bir yandan, bütün Qəraib 

adalarından gəmiyə axışmağa başladı – sizin ananız Bendisyon Alvaradonun, ilahidən ona 

verilmiş, təbiət qanunlarına sinə gərə bilən sehrli qüvvə alması xəbərini eşidənlərin ardı-arası 

kəsilmirdi. Bu adamlar, ananızın kəfəninin saplarını belə satdılar, bu sapdan tikilmiş duaları, 

tabutun içinə yığılmış suyu, onun müqəddəs kraliça libasında təsvir olunmuş kağız ikonalarını 

satdılar, camaat isə bir ucdan elə hey axışıb gəlirdi, dəhşətli basabas yaranırdı, itələşə-itələşə 

özlərini gəmiyə təpənlər, sanki adam yox, qabağına çıxan hər bir şeyi təpikləyib dağıdan, ayaq 

səsləri zəlzələ səsini xatırladan şüursuz, vəhşi öküz sürüsü idi. Siz o səsləri elə indi də eşidə 

bilərsiz, mənim generalım, diqqətlə qulaq assanız, elə burdan eşidə bilərsiz. Qulaq asın!» Onda 

o, ovuclarını bardaq kimi büküb, uğultusu bir qədər azalan qulağına tutdu, diqqətlə sakitliyə 

qulaq asdı və göy gurultusunun uğultusnu andıran - «İlahi, anam mənim, Bendisyon Alvarado!» 

- deyən səsləri eşitdi, sonra pəncərədən, nəhəng adam kütləsini, üfüqəcən yeri-göyü tutan, işıq 

seli kimi saraya yaxınlaşmaqda olan yanar şam axınını – gurultulu izdihamı gördü…. Bu, onun 

anası idi, onun canı-ciyəri Bendisyon Alvarado… doğulub boya-başa çatdığı, ömrü boyu qorxub 

çəkindiyi ətürpədən xatirələrindən bədəni lərzəyə gəldiyi aran yerlərinə qayıdırdı; şəhərə ilk dəfə 

gəldiyi kimi, yenə çiyinlərdə daxil olurdu; o vaxt bu təşrif, dörd bir yanın qanlı ət iyi verən 

qızğın müharibə günlərinə təsadüf eləmişdi, amma indi Bendisyon Alvaradonu şəhərə dinc əhali 

gətirib gəlirdi; bu şəhərdə daha nədənsə qorxmalı bir şey yox idi, çünki oğlu əmr vermişdi ki, 

bütün tədris kitablarından vitse-krallar haqqında yazılmış səhifələr qoparılsın, abidələr məhv 

edilsin, - «Və ümumiyyətlə, sənin yuxuna haram qatan bütün abidələr məhv ediləcək!» Onu, 

tabutda yox, elə-beləcə açıq göyün altında, yalın çiyinlərində aparan dinc kütlənin arasında daha 

qorxudacaq bir şey yox idi; cənazə, üstünə dağ hündürlüyündə yığılan qızıl hədiyyələrin altında 

itib bata-bata, uzun-uzadı vaxtlardan bəri kədər içində uyuyan meşələrdən, düzlərdən, dağlardan 

keçib gedirdi; iflic xəstələrin qızıldan düzəldilmiş qoltuq ağacları, gəmi qəzalarından 

qurtulanların qızıl ulduzları, uzun müddətdən bəri sonsuzluq dərdindən üzüldükləri halda, 

birdən-birə yaxınlıqdakı kolluqda təcili surətdə uşaq doğan qadınların Bendisyon Alvaradoya 

hədiyyə etdiyi qızıl gəlinciklər meyitin üstünə qalanmışdı. O yenə həmin o müharibə illərindəki 

kimi, adam axınının mərkəzində, dünyanı alt-üst edə biləcək möhtəşəm izdihamın tən ortasında 

idi, Bibliya köçərilərinə bənzər insan dənizinin – mal-qara sürülərini başlı-başına buraxıb, 

qoltuqlarında mətbəx ləvazimatları, həyatlarının qalan hissəsini harda, necə keçirəcəkləri 

özlərinə də məlum olmayan çaşqın adamların arasındaydı; bu adamların bircə ümidi – bir vaxt 

hadisələrin ən qızğın çağında bu yerlərə federalizm ideyalarından çox, dənizin nə olduğunu 

görmək arzusuyla gələn və başına qırmızı lent bağlayaraq: «Yaşasın liberal partiyası! Yaşasın 

felderalistlər, lənət şeytana!» - deyib çığıran oğlunu güllədən qoruyan Bendisyon Alvaradonun 

möcüzəli dualarına idi. Bendisyon Alvaradonun meyitini şəhərə gətirən dilənçilər ordusu, ölkəni 

mütəmadi olaraq, çapıb talayan o biri quldur dəstələrinin hamısından məsuliyyətsiz və şüursuz 

idilər; «Bu, sizin hakimiyyətiniz dövründə öz gözlərimizlə gördüklərimizin ən dəhşətlisi idi, 

mənim generalım! Dünya üzü hələ belə şey görməmişdi. - Siz bir baxın, mənim generalım, 

görün, bu, nə möcüzədi!» Və o, nəhayət başa düşdü ki, yer üzündə həqiqətən möcüzə var, odu ki, 

qolunda qara matəm lenti, sapsarı hiddətli hüzn içində, anası Bendisyon Alvaradonun bütün 

xeyirxahlıqlarının müqəddəs möcüzələr olduğunu və bu möcüzəni var gücü və bütün dövlət 

imkanlarıyla sübuta yetirməyin vacib olduğunu anladı. Bu məqsədlə o, ən savadlı nazirləri 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə