Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə34/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   30   31   32   33   34   35   36   37   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

69 


quşlara qoşulub köhnə, unudulmuş mahnılardan oxuyurdu: «Ah, yanvar Ayı!..» və yenə də heç 

cür başa düşə bilmirdi ki, quşların səsi heç də tutulmayıb, sadəcə, onun qulaqları pis eşidir. 

 

понедельник, 8 июня 2009 г. 



Bir dəfə isə, gecə yarısı qulağındakı vıjıltı səsi yerli-dibli yoxa çıxdı, elə bil çilik-çilik olub 

söndü, qeybə çəkildi, bunun əvəzinə isə qulağına, arada bir uzaqdan-uzağa, hakimiyyət 

dumanının ilğımında üzən gəmilərin zəif fitləri güclə eşidilən yumşaq hava doldu… sonra o, 

hansısa qondarma küləklərin səsini eşitməyə başladı, külək səsinin içinə quş civiltiləri də doldu, 

quşlar elə bil onun ürəyinin içində cükküldədilər və bu cükkültü onu, quşlarının uzun-uzadı 

faciəvi lallığı dərdini çəkməkdən xilas elədi; o vaxt dövlət iqamətgahına buraxılan bir neçə 

adamın, onu saat ikidən bu yana, günün ən isti saatlarını keçirdiyi talvar kölgəsində, hörmə 

yelləncək kresloda oturan yerdə tapmağa ixtiyarı çatırdı; o, öz yelləncək kreslosunda otura-otura, 

yuxularının arasından – yaxınlıqdakı məktəbdə oxuyan qızların, sarayın bir o qədər də möhkəm 

mühafizə olunmayan arxa darvazalarına dırmaşıb onu – yuxusuz mürgülər içində gicgahında 

saralmış məlhəm otları tərpənmədən oturub qaldığı vəziyyətini müşahidə etməyini, sapsarı gün 

şüalarının, talvarın yarpaqları arasından üstünə süzüldüyündən, ala-pələng bəbirə oxşamağına, 

manterrayanın – «dəniz iblisinin» ağzı kimi açıq qalan ağzına baxdıqlarını görürdü. «Qoca 

kaftar!» - deyə qızlar onu cinlədir, o isə onların nə dediyini eşitmir, onlara, havanın titrək 

bürküsündən baxa-baxa, mehriban-mehriban əl eləyirdi; o, mığmığaların qulaqbatıran vızıltısını 

da eşitmirdi, o ümumiyyətlə heç nə eşitmirdi, bircə bataqlıqlar və dəniz xərçənglərinin iyini 

eşidirdi, bir də, toyuqların arada bir asta-asta dimdiklədiyi ayaqlarının barmaqlarını tərpərdirdi. 

Onun real dünyayla bircə əlaqəsi, cəmi-cümlətanı bir neçə qiymətli xatirələri idi, dövlət 

işlərindən uzaqlaşdığı gündən bəri o, bircə bu xatirələrlə yaşayır, heç nə fikirləşmədən, dumanlı 

hakimiyyət havasında gicəllənməklə məşğul olurdu: adamsız, tənha sarayın dəhlizləriylə 

sürünərək, boş kabinetlərdə gizləndiyi gecələr, orda məruzə vərəqlərinin kənarlarını qopararaq, 

boş haşiyələrində zərif xəttiylə sönük xatirələrini - onu ölümdən xilas edən xatirələrini yazdığı 

gecələr, qocalığın ölüm qorxusu yellərinə sinə gərib davam gətirməyə, ona yenə yalnız və yalnız 

bu xatirələr kömək olurdu. 

Belə gecələrin birində o, öz zərif xəttiylə: «Mənim adım Sakariasdır!» - sözlərini yazdı, sonra bu 

sözü mayakın işığında ötəri oxudu, sonra bir də və bir də oxudu; o qədər oxudu ki, öz adı ona 

yad göründü. Sonra: «Axı bu, sənin nəyinə lazımdı?...» - deyə özü-özündən soruşdu və kağızı 

tikə-tikə cırıb yerə tökdü. «Mən elə mənəm!» Sonra ayrı kağız götürüb orda yazdı ki, yüz yaşı 

tamam olub; bu, həmin o dövr idi ki, kometanın ikinci gəlişi də baş vermişdi; əslinə qalsa, o özü 

buna dəqiq əmin deyildi, çünki kometaların gəlişlərini hansı dövrlər və neçə dəfə gördüyünü 

dəqiq xatırlamırdı; o biri kağız zolağında isə: «Namuslu döyüşdə yaralananlara eşq olsun, 

qəsbkarların tapdağı altında ölən cəsur döyüşçülərə eşq olsun!» yazdı; bu yazılar elə bir dövrə 

aid idi ki, o dövr haqqında indi nə desən, yazmaq olardı. Sonra o, bir parça karton götürüb: 

«Ayaqyolunda biabırçı əməllərlə məşğul olmaq qadağan edilsin.» – yazdı və kartonu aparıb 

ayaqyolunun qapısına yapışdırdı: həmin ayaqyolunun ki, bu yaxınlarda orda o, tamamilə 

təsadüfən yüksək rütbəli bir zabitin biədəb əl şuluqluğunun şahidi olmuşdu, sonra qayıdıb yenə 

yadına düşənləri bir-bir yazmağa başlamışdı. «Letisiya Nasareno, - o yazmışdı – mənim yeganə 

qanuni arvadımdır». Letisiya Nasareno həmin qadın idi ki, ona lap qoca vaxtlarında yazıb-

oxumağı öyrətmişdi, odu ki, indi yaddaşında onun xatirəsini oyatmaq istəyirdi, cəmiyyət içində 

milli bayrağı xatırladan ikirəngli çətiri ilə, boynundakı qara tülkü dərisi ilə o biri qadınlardan 

fərqlənən birinci xanımın obrazını gözünün qarşısında canlandırmaq istəyirdisə də, arvadı onun 

yadına yalnız bir vəziyyətdə – çılpaq bədəni ilə miçətkənin arasında, günorta bürküsünün 

ağappaq işığı içində uzanan yerdə düşürdü; yadına, onun, elektrik ventilyatorunun sərin vıjıltısı 

altında uyuyan yumşaq, ağ bədəninin yuxulu cizgiləri düşürdü; onun döşünün bərkliyini, it iyinə 

bənzər iyini, iş üzü görməyən sütül qollarının qoltuğundan gələn kəskin tər iyini hiss edirdi; 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

70 


həmin o tər iyi ki, qoxusu südü çürüdürdü, qızılı paslandırırdı, gülləri soldururdu, lakin sevgi 

anlarında bu qollar nə qədər gözəl olurdu?!.. Letisiya Nasarenoya ağlasığmaz bir məsələni həll 

etmək müyəssər olmuşdu – sevgi saatlarında onu soyunmağa məcbur etmək. «Sən Allah, o, 

uzunboğazlarını çıxart – o deyirdi – yoxsa, mənim döşəkağılarımı bulayacaqsan». – O da onları 

soyunurdu. – «Sən Allah, o dəbilqələrini də soyun, yoxsa dəmir düymələrin ürəyimin başını 

deşəcək.» - o da onları soyunurdu, «Sən Allah, o qılıncını da, qayışını da çıxar, hamısını çıxar ki, 

səni hiss eləyə bilim, həyatım mənim.» - və o, nə əvvəllər, nə də Letisiya Nasarenodan sonra 

dünyada heç bir qadınla eləmədiyi kimi, əynində nə vardısa, hamısını çıxarıb bir kənara atırdı. 

«Mənim yeganə və həqiqi məhəbbətim» - deyə ah çəkir və ahlarını həmin o Nuh əyyamının 

uzun-uzun məruzələrinin kənarlarından soyub çıxardığı saralmış kağız zolaqlarına yazır, sonra 

bu zolaqları siqaret kimi bürmələyib sarayın içini dörd dolaşaraq, ən gizli yerlərində, dəlmə-

deşiklərdə gizlədirdi; onları elə yerlərdə gizlədirdi ki, sonradan tapa bilsin. Odu ki, bu yazılar heç 

vaxt heç kim tərəfindən tapılmadı. 

Letisiya Nasarenonun surəti də, bir gün onun yaddaş borularından süzülüb ha tərəfəsə axdı və 

onun yaddaşında tək bir xatirə – anası Bendisyon Alvaradonun xatirəsi qaldı; onun son günlərini, 

qayanın üstündəki malikanəsində, yamyaşıl artırmada, oğlu ölməyini başa düşməsin deyə, 

qucağındakı ləyəndə qarğıdalı dənələrini qarışdırıb toyuqları çağıra-çağıra, öz yelləncək 

kreslosunda oturan yerdə ölməyini, tamarinlərin kölgəsində asılmış tor yelləncəkdə yellənərkən

ağrıdan güclə nəfəs aldığını oğlu sezməsin deyə, öz ayaqlarıyla gedib ona meyvə şirəsi 

gətirməyini xatırladı; ona, heç kimin köməyi və iştirakı olmadan hamilə olan, onu təmtəkcə 

doğan; diri-diri çürüyüb irinlədiyi xəstə vaxtlarında dinib danışmayan, yalnız ağrıları dözüm 

kasasını daşdıranda, oğlundan, təbiətinə uyğun olmayan bir yazıqlıqla: «Bir kürəyimə bax, gör, 

orda nə var, niyə ora elə od tutub yanır, elə yanır ki, daha dözə bilmirəm!» - deyə xahiş edib 

köynəyini soyunaraq kürəyini ona sarı çevirərkən, dəhşətdən nəfəsi tutula-tutula, içində qurdlar 

qaynaşan üfunətli irinli yaralarını gördüyü anasını xatırladı. 

Axı o dövrlər, pis vaxtlar idi, mənim generalım, o vaxtlar elə bir dövlət sirri deyilən elə bir 

məsələ yox idi ki, camaat ondan xəbər tutmasın, elə bir əmr yox idi ki, ona əmmasız əməl 

edilməsin. Ələlxüsus da bu, bayram süfərsinə ən lətif xörək kimi verilən general Rodriqo de 

Aqiların qovurmasından sonra məlum oldu. Lakin onu narahat eləyən, həyəcanlandıran, bu 

deyildi. Dövlət işlərindəki çətinliklər, Bendisyon Alvaradonun, oğlunun otağı ilə bitişik otaqda, 

xəstəliyin aramlı alovunda qovrulduğu vaxtlar bütün əhəmiyyətini itirmişdi; onu bura, 

xəstəliyinin, ağır vəba, qoturluq, yaxud ayrı bir naməlum asiya zəhrimarı olmadığı, bunun 

hansısa hindu cadusu olduğu və bu cadunun yalnız onu törədənlər tərəfindən aradan 

götürülməsinin mümkün olduğu, asiya xəstəliklərindən yaxşı baş çıxaran həkimlər tərəfindən 

müəyyənləşdiriləndən sonra yerləşdirmişdilər. Onda o, bunun ölüm olduğunu anlamışdı və 

səhər-axşam özünü anasına həsr eləməyə ithaf etmişdi, o, otağın qapısını isəri üzdən açarlayıb, 

arvada əsl ana qayğısıyla qulluq eləyirdi; o, böyük məmnuniyyətlə, özü çürüməyə hazır idi, təki 

heç kim anasının, diri-diri soxulcanlara yem olmasını görməsin; bu məqsədlə əmr də vermişdi ki, 

anasının bütün toyuqlarını, tovuzquşlarını, digər quşlarını saraya gətirsinlər, təki anası, öz kənd 

işləri üçün, evi üçün, həyəti üçün darıxmasın; anasının bədənindən gələn üfunətli irin iyini heç 

kim hiss etməsin deyə, bix ağacının ətirli budaqlarını öz əlləriylə yandırıb tüstülədirdi, bu 

yaralara öz əlləri ilə cürbəcür yaxmalar çəkir, anasının, buna qədər çəkdiyi digər yaxmalardan 

qızarıb saralan, göyərən bədənini, cadudan ölüm kimi qorxan səhiyyə nazirinin etirazlarına 

məhəl qoymadan, türk balzamıyla müalicə eləməyə çalışırdı. «Cəhənnəm olsun hamısı, - o, 

deyirdi – ikimiz də bir yerdə ölsəydik, pis olmazdı!» 

Bendisyon Alvarado isə başa düşürdü ki, tək ölür, oğluna öz keçmişindən danışmağa tələsir, olub 

keçənləri, bütün sirli işlərini heç cür özüylə qəbir evinə aparmaq istəmirdi; oğluna, doğuşdan 

sonra içindən çıxarıln ciftin donuzlara atılmasından, küçədən ötüb keçən cavanlardan hansının, 

uşağın atası olduğunu müəyyənləşdirməyə çalışdığından, necə boylu olmağından – 

qəlyanaltıxananın arxa otağında çaxır çəlləklərinin arasında vızıldaşan gümüşü çalarlarlı 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə