Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə32/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   28   29   30   31   32   33   34   35   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

65 


partlayışdan sonra uzun illər həmin yerdə bircə çiçək belə bitmədi! Barıt, Konde 

kazarmalarından əlavə, yaxınlıqda yerləşən daha dörd binanı da uçurmuş və şəhərin 

ucqarlarınadək bütün evlərdəki qab-qacağı sındırmışdı; partlayışın dalğasından yüngülcə 

diksinən prezident: «Vəssalam!» - deyib köks dolusu nəfəs almışdı; sursata qənaət məqsədilə iki 

cərgəyə düzdürülüb güllələnmiş on səkkiz zabitin meyitini zibil furqonlarında liman qalasından 

çıxaranda isə prezident: «Vəssalam… - deyib köks dolusu nəfəs almışdı, general Rodriqo de 

Aqilar isə onun qarşısında mil dayanaraq: «Bütün siyasi canilər yaxalanıb, dustaqxanalarda yer 

çatışmır, mənim generalım!» - deyə hesabat verəndə, prezident köks dolusu nəfəs alıb yenə: 

«Vəssəlam!» - demişdi. Bu qələbənin şəninə çalınan kilsə zənglərinin nikbin harayını, bayram 

atəşfəşanlığının səs-küyünü, onu vəsf edən, sülh və əmin-amanlığın növbəti yüz ilinin gəlişindən 

xəbər verən himnlərin təntənəli melodiyalarını eşidəndə də: «Vəssalam!» - deyib köks dolusu 

nəfəs almışdı. «Vəssalam, lənət şeytana… - demişdi – bununla da bütün həngamə sona yetdi!» 

Bu hadisədən sonra onun. öz gücünə inamı o qədər artmışdı ki, öz şəxsi təhlükəsizliyinə də 

səhlənkarlıqla yanaşmağa başlamış, bu sahədə bütün hissiyatı elə korşalmışdı ki, günlərin bir 

günü sübh tezdən inək sağımından sonra saraya qayıdarkən, qızılgül kolunun arxasından çıxıb 

ona sarı cuman cüzamlı xəstəni belə dərhal sezə bilməmişdi. Cüzamlı, yalnız onun yolunu 

kəsəndən sonra, titrək barmağı, qara poladı payız çiskinində parıldayan tapançanın tətiyini 

basmağa cəhd edəndə, yalnız o an ayılmışdı… sinəsini irəli vermb, əllərini geniş açaraq: «Ürəkli 

ol, qurumsaq, ürəkli ol!» ¬ - deyə bağırmışdı. Həm də bir vaxtlar görücü-falçının yozduğu kimi, 

saf bulaq suyunda əks olunduğu kimi yox, tamam başqa cür öldüyünə heyrətlənərək: «Kişisənsə, 

vur!» - deyərək, çığırmışdı. Cüzamlı da özünü itirib duruxmuşdu, tərəddüd içində qalmışdı, 

gözləri sönmüş, alt dodağı iradəsiz zəifliklə sallanmışdı… bir qədər sonra isə gürz ağırlığında 

yumruğun zərbəsindən döşəməyə sərilmişdi və orda ağnaya-ağnaya çənəsindən dəhşətli təpik 

zərbələri almışdı, sui-qəsdə məruz qalan isə, başı üzərində sönük-sönük işaran yalqız ulduz 

görmüşdü və qışqırtımına qaçıb gələn mühafizəçilərin ayaq səslərini yuxudaymış kimi, hardansa 

uzaqdan eşitmişdi. «Nolub, mənim generalım?!» Bu vaxt beş güllə açıldı, beş göyümtül parıltı 

bağı işıqlandırdı – cüzamlı xəstə, prezident qvardiyasının - onun cəlladlarının əlinə diri 

keçməmək üçün daraqdakı patronların beşini də qarnına boşaltmışdı. O, qan içində qıvrılan 

cüzamlı xəstənin meyiti üzərindən adlayıb, əl-ayağa düşmüş saray sakinlərinin hay-həşirini gur 

səsiylə batıraraq, əmr elədi ki, cüzamlı xəstənin meyitini şaqqalasınlar, ətini qaxac eləsinlər, 

başını duzlayıb hamıya ibrət olsun deyə, de Armas meydanında tamşaya qoysunlar, əmr etdi ki, 

sağ ayağını Santa-Mariya-del-Altar sərhədinə, sol ayağını qərb sərhədinə – şor çıxarılan səhraya 

göndərsinlər, əmr etdi ki, bir qolunu aran sakinlərinə, o biri qolunu, meşə sakinlərinə nümayiş 

etdirsinlər, quyruq yağında qızardılmış tikələrini yeddi iqlimdə, bu iyrənc əyyaşxananın bütün 

vilayətlərində xalqa nümayiş etdirsinlər, qoy hamı bilsin ki, öz atasına əl qaldıran şəxsi hansı 

aqibət gözləyir. Bu əmri verib, hələ də qəzəbdən göyərmiş vücuduyla qızılgül kolluğuna girdi ki, 

keşikçilərin, cüzamlı xəstələri, böcək, kəpənək kimi, süngülərinə keçirib kolluqdan 

çıxardıqlarına tamaşa eləsin. - «Açın üzünüzü, quldurlar!» Sarayın pillələriylə qalxa-qalxa, iflic 

olmuş xəstələri təpikləyib oyadır, onlarıdan, onları bu dünyaya kimin gətirdiyini, analarını kimin 

mayalandırdığını soruşurdu. «Bic köpəkuşağı, barı bilirsiniz bunu kim eləyib?!» O, dəhlizlərlə 

gedə-gedə: «Çəkilin yoldan, lənət şeytana, hakimiyyət gəlir!» - deyə qışqırırdı. Qorxuya düşmüş 

məmurların, onu «Ölməz» adlandıran soyuqqanlı yaltaqların əhatəsində, özündən sonra 

arxasınca odlu vulkan axınını bənzər qızmar fısıltısını qoya-qoya getdi və dövlət şurasının iclas 

salonunda ani şimşək sayrışmasıyla görünüb, öz yataq otağında gözdən itdi, otağın qapısını üç 

qıfıl, üç cəftə, üç zəncirlə bağlayıb, bulaşmış şalvarını barmaqlarının ucuyla, iyrənə-iyrənə 

soyunub atdı. Və elə həmin andan başlayaraq, yenə rahatlığını itirdi… bir dəqiqə belə olsun, 

sakitləşə bilmədi, məiyyətindən kimlərin, yaxud kimin, cüzamlı xəstənin əlinə tapança verdiyini 

havanın iyindən bilməyə çalışaraq, hey öz-özündən: onun məxfi düşməni kim ola? – deyə 

soruşdu. Hiss edirdi ki, bu düşmən hardasa, lap yaxınlıqda, onun lap yanındadı… kimdisə, o 

qədər yaxın adamdı ki, onun, öz balqabaqlarını harda gizlətdiyini də bilir, kimdisə, gözləri bütün 

qapıların deşiyindən onu izləyir, kimdisə, qulaqları bütün divarları dinşəyir və bu adamı, günün 

istənilən vaxtı sarayda, sarayın istənilən otağında görmək mümkündür. «Mənim öz portretlərim 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

66 


kimi, lənət şeytana!» Düşmən hər yerdəydi, onun varlığı, yanvar küləklərinin əsimində də, 

bürkülü gecələrin jasmin ətrində də duyulurdu, bu adam onun yuxusuzluğunun özəyində, həmin 

o vahimənin canındaydı, zülmət qaranlığın içiylə gözəgörünməz, qorxunc kabus ayaqlarıyla 

sarayın ən gizli künc-bucaqlarını gəzib dolaşır, beləcə, dolaşa-dolaşa, günlərin bir günü, axşam, 

domino oyunu zamanı ətə-qana doldu: havada bir anlıq asıla qalan qoşa beş daşıyla oyunu başa 

çatdıran əl, onun əliydi və daxili bir səs ona dedi ki, bu əl, həmin o düşmənin, xainin əlidir. - «Bu 

odu, lənət şeytana, odu!» 

O, bir anlıq duruxdusa da, özünü ələ ala bildi, başını qaldırdı və masanın üzərindən asılmış 

lampanın gur işığında öz əziz dostunun - sadiq generalı Rodriqo de Aqiların gözəl və ifadəli 

gözlərinə baxdı və: «Bu, mümkün olan iş deyil. - fikirləşdi - Axı, Rodriqo de Aqilar mənim sağ 

əlimdi, biz müqəddəs dostluq telləriylə bağlıyıq, o, hər bir işdə mənə dayaq olub». Lakin 

həqiqətdən qaçmaq olmazdı və o, hər şeyi birdən-birə ayrı rəngdə gördü, illər uzunu ustalıqla 

qurulmuş, onu tora salıb dolaşdırdıqları oyunu, bütün bu hiylə və kələkləri öz fəhmiylə, bircə 

anın içində görə bildi! Bu illər ərzində onun heç ağlına da gəlməzdi ki, əziz dostu, əslində, ona 

doğma olan bir insan siyasi fahişələrə, bəxti yeyin siyasətbazlara nökərçilik eləyir! Bunun bir 

günahı da onun özündəydi, öz mənafeyi xatirinə bu hoqqabazları ən ucqar dəlmə - deşiklərdən 

gün işığına o özü çıxarmışdı, federasiya uğrundakı müharibədən sonra onlara misli görünməmiş 

imtiyazlar vermişdi. Özü hər cür imkan yaratmışdı ki, onlar elə onun özünə dayaqlanaraq, 

yüksək mənsəbə yetsinlər, sərvət yığsınlar, elə bir mənsəb və sərvət ki, bir vaxtlar, liberal 

hərəkatının tufanıyla yer üzündən süpürülmüş aristokratların heç yuxusuna da girməzdi. – 

«Onların iştahası, düşündüyümdən də böyük imiş, lənət şeytana, qudurmağa bir bax… Gör bir, 

sən demə, bunlar Allahın sevimlisinin yerinə - mənim yerimə göz dikiblərmiş, yarımçıq 

doğulmuşlar! Bunun üçün də mənim tam etibarımı qazanmış, mənə ən yaxın olan, dövlət 

sənədlərini mənə imzalatmağa gətirən şəxsdən istifadə etmək qərarına gəliblər!» Həqiqətən də 

dövlət sənədlərini onun yanına imzalatmağa gətirməyə yalnız bir şəxsin – general Rodriqo de 

Aqiların səlahiyyəti çatırdı, çünki onun bütün fərmanlarını, çıxardığı bütün qanunları məhz 

Rodriqo de Aqilar rəsmi dilə salıb mətnləşdirirdi, əvvəlcə şifahi, prezidentin mübarək 

düzəlişlərindən sonra isə yazılı şəkildə ona imzalatmağa gətirirdi, o da hər bir sənədin aşağısına 

öz baş barmağını basırdı – bu, onun imzasıydı; sonra bu qeyri-adi imzanı dövlət möhürüylə 

təsdiqləyirdi; onun möhür-üzük şifrəsi, yalnız özü bildiyi xüsusi seyfdə saxlanılırdı. O, 

imzaladığı kağızları Rodriqo de Aqilara qaytaranda, zarafata salıb: «Mənim gözəldən də gözəl, 

əziz dostum, - deyirdi - daha ayaqyoluna getməyə kağızın var.» Və beləcə, onun sonsuz 

etimadından istifadə edən general Rodriqo de Aqilar, öz idarəçilik mexanizmini, dövlət daxilində 

yaratdığı dövlətini bu minvalla idarə edirdi; görünür, bu, ona, istədiyi qədər gəlir gətirə 

bilməmişdi. «Onun gözü bununla doymurdu, altdan-altdan Konde kazarmalarının qiyamını 

hazırlayır, bu işdə ona, yaxın dostu, onun qılıncoynatma müəllimi - birgə holland fahişələrinin 

qonağı olduqları səfir Norton kömək eləyirdi, məhz həmin bu Norton, diplomatları gömrükxana 

yoxla-masından və rüsum verməkdən azad edən qanundan istifadə edərək, ölkəyə sursat 

gətirmişdi, domino oyunu zamanı isə məni tərifləyib göylərə qaldıra-qaldıra deyirdi ki, yer 

üzündə mənim hökumətimdən loyal, insapərvər və ədalətli hökumət tanımır! 

Saxta cüzamlının əlinə tapançanı da onlar vermişdi. Əlli min pesoya danışmışdılar, qəsdin 

muzdunu qatilə verəndə, hər pul bağalamasından pulun yarısını kəsib götürmüşdülər, həmin bu 

yarımçıq pul bağlamaları, sui-qəsdçinin evində axtarış zamanı tapılmışdı və məlum olmuşdu ki, 

bağlamaları oğurlanmış hissəsini qatilə, mənim ölümümdən sonra, əziz dostum general Rodriqo 

de Aqilar şəxsən özü təqdim etməliydi. Onlar sui-qəsd pozulandan sonra da sakitləşmədilər və 

başladılar plan cızmağa ki, qan tökmədən, dinc yolla məni aradan necə götürsünlər, gör iş nə 

yerə çatdı ki, general Rodriqo de Aqilar mənim barəmdə şahid ifadələri toplamağa başladı. 

İttihamları da bundan ibarət idi ki, guya mən gecələr yatmıram, güldanlarla danışıram, 

qaranlıqda qəhrəmanların və arxiyepiskopların portretləriylə söhbət eləyirəm, termometrlə 

inəklərin hərarətini ölçürəm, onlara cürbəcür dava-dərman, qızdırmanı salan həb verirəm, sonra, 

guya böyük admirala sərdabə tikdirmişəm və guya həmin o admiral, yalnız mənim xəstə 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə