Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə35/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   31   32   33   34   35   36   37   38   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

71 


göyümtül milçəklərin əlindən göz aça bilmədən, şlyapasını belə başından çıxarmağa macal 

tapmadan, ayaq üstə dayandığı yerdə hamilə olmasından danışdı. Vaxtından xeyli əvvəl, bir 

avqust səhəri, qadın monastrının darvazaları altında anadan olarkın, ətirşaha bənzər küçə 

fənərlərinin solğun işığında, körpənin yumurtalığının birinin əncil böyüklüyündə olduğunu 

gördüyündən danışdı. - «Sən ağlayırdın və işəyirdin, nəfəsin sinəndən, tuluq zurnasının səsinı 

çıxara-çıxara, qırıq-qırıq çıxırdı...» Bazar günləri anası onu meydana gətirir, monastr 

rahibələrinin ona bağışladığı əskiləri körpənin bədənindən açıb çılpaq uşağı camaata göstərirdi 

ki, bəlkə kimsə dəbəlikdən, raxitlikdən və sairədən müalicə üçün ona ucuz və etibarlı dərman adı 

məsləhət görə. Ona deyirdilər ki, hamısından yaxşısı, arı balıdı, deyirdilər, alın yazısını pozmaq 

olmaz, deyirdilər, uşaq böyüyəndə, nəfəsli alətlərdə çalmaqdan savayı əlindən hər iş gələcək; 

günlərin bir günü isə təsadüfən küçədən keçən qara-qışqırıqçı bir falçı uşağa yaxınlaşaraq, vay-

şivən qoparanacan, körpəyə bir o qədər də məhəl qoyan olmadı. Falçı isə uşağa baxıb təəccüblə: 

«Bu uşağın ovcunda tale xətləri yoxdu ki?! Bu o deməkdi ki, körpə - padşah olacaq!» - demişdi. 

«Görürsən, demək o, səhv eləməmişdi, oğul…» - anası deyirdi; o isə anasının danışdığı bütün bu 

tarixi səlnamələri, can verən adamın sayıqlamaları hesab edərək, arvada yalvarırdı ki, keçmişdə 

olub-keçənləri az eşib-töksün, ondansa, bir az yuxulasın. O, anasına yalvara-yalvara, onu çit 

döşəkağıya səriyirdi və bu sayaq yaraları incitməyən çoxlu nazik və yumşaq döşəkağılar 

tikdirməyi əmr etmişdi. Gecələr anasını böyrü üstə uzadıb, ona, körpə uşağı yatıran tək, lay-lay 

deyir, qadınsa gözünə yuxu getmədən, əli sinəsində uzanıb qalırdı. – «Bax belə, anacan. Olub-

keçənləri yada salmaq lazım deyil. Olan oldu, keçən keçdi, mən də, budu ha, gözünün 

qabağındayam.» O çalışırdı ki, anasının bu cür diri-diri çürüməsindən saraydan kənarda xəbər 

tutmasınlar; rəsmi dövlət mənbələri Bendisyon Alvaradonun xəstəliyi barədə saxta bülletenlər 

nəşr edir, bu bülletenləri ictimai yerlərdə carçılar bərkdən-bərkdən oxuyurdular, bu səbəbdən, 

prezidentin anasının əsl xəstəliyi barədə söz-söhbətin qabağını almaq heç cür mümkün olmurdu. 

Carçılar növbəti bülleteni oxuyandan sonra şifahi surətdə təsdiq edirdilər ki, can verənin 

otağından gələn üfunətli çürümə iyi axır vaxtlar o qədər kəskinləşib ki, həyətdəki cüzamlı 

xəstələr belə bu iyidən ordan baş götürüb qaçıblar. Onlar danışırdılar ki, can verən xəstəni, başı, 

yenicə kəsilmiş qoyunların qanında çimdirirlər, deyirdilər, arvadın altından yığılan döşəküzülərin 

irinli ləkələri qaynatmaqla da getmir, prezident özü isə heç fermaya da ayaq basmır, ən çətin 

məqamlarında baş çəkdiyi arvadlarına belə dəymir, deyirdilər prezident, anası üçün dua oxumağa 

gələn arxiyepiskopun özünü belə qapıdan qaytarararq: «Burda ölən-zad yoxdu, müqəddəs ata! 

Camaatın boş şaiyələrinə inanmayın!» - deyib. 

O, üfunətli iyə məhəl qoymadan anasıyla bir nimçədən, bir qaşıqdan yeyir, hər axşam 

yatmamışdan əvvəl onu çimdirir, onu ən nəcib itin piyindən bişirilmiş sabunla sabunlayır, 

anasının vəsiyyətlərini – ölümündən sonra onun heyvanlarıyla necə rəftar edilməli olduğu, onlara 

necə qulluq göstərilməli olduğu barədə dediklərini ürəyinin başı sökülə-sökülədinləyir və bu 

söhbətlərdən kövrəlirdi. «Tovuzquşuların lələklərini qoparıb şlyapalara vurmağı qadağan 

edirəm...» - deyəndə, axırıncı kəlmədə anasınının səsi əsmişdi. O isə arvadın bədənini qətran 

yağı ilə yağlamağına davam edə-edə, onun bütün əmrlərinə: «Yaxşı, anacan.» - deyə cavab 

verirdi. «Quşları bayramlarda oxumağa məcbur eləməyin...» - «Yaxşı, ana.» - deyə o, söz verirdi 

və arvadı təmiz döşəkağıya səriyirdi. «Qasırğadan qabaq quş yuvalarından yumurtaları 

yığışdırın, yoxsa ətcəbalalar quşların altında qalıb boğular...» «Yaxşı, ana.» - o deyirdi və 

arvadın əlini ürəyinin üstünə qoyurdu. – «Sən rahat yat».  

O, anasının alnından öpür, çarpayısının yanında döşəmənin üstünə uzanır, üzünü döşəməyə 

söykəyəyərək, arvadın yuxusunun istiqamətini izləyir, ölüm yaxınlaşdıqca, get-gedə məntiqə 

minən sonsuz sayıqlamalarını xüsusi bir diqqətlə dinləyirdi. Günlərin bir günü, sonsuz gecələrlə 

üst-üstə yığılan qəzəbi, kin-kudurəti, kədərli bir bazar ertəsinin sübhündə, sübhün vahiməli 

səssizliyində əriyib yoxa çıxdı. Həmin səhər o, yuxudan, doğma anası Bendisyon Alvaradonun 

nəfəsinin dayanmasına oyandı. Ayağa qalxıb, arvadın yara-xoralı bədəninə bürüdüyü döşəkağını 

açdı, bir müddət sübhün səsinə – ara-sıra eşidilən xoruz banlarına diqqət kəsildi, sonra qəfildən, 

səhərin bozumtul ala-toranında, döşəkağıda, anasının bədəninin qalan izi - qadın bədəninin 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

72 


heyrətamiz əksini – sağlam, cavan qadın bədəninin izini gördü; bu, həm də onun anası 

Bendisyon Alvaradonun – neçə müddətdən bəri əli sinəsində, böyrü üstə uzanıb qalan anası 

Bendisyonun bədəninin izi idi… anasının, eynilə beləcə, o biri döşəkağıda da sanki yağla 

çəkilmiş hamar və aydın izi qalmışdı və bu gözəl izdən, üfunət yox, otağın eybəcər, ağır 

xəstəxana havasına bənzər havasını təmizləyən diri çiçəklərin incə ətri gəlirdi; sonradan bu 

döşəkağıları sodayla qaynadaraq, ha cürbəcür sabunlarla yuyurdularsa da, arvadın bədəninin izi, 

döşəkağının nə üzündən, nə də astarından getmirdi ki, getmirdi; bu iz, parçanın az qala saplarının 

canına yerimişdi, onun ayrılmaz, silinməz hissəsinə çevrilmişdi. Lakin, binəva oğul bu 

möcüzənin mənasını və əhəmiyyətini ilk anlar ona görə dərk edə bilmədi ki, bütün vücuduyla 

ölümə qarşı nifrət və qəzəbdən sarsılmışdı; o, qəzəbdən boğula-boğula, qapını çırpıb anasının 

otağını tərk etdi və bu zərbə, topdan atılan yaylım atəşi kimi bütün sarayı titrətdi. Elə həmin 

dəqiqə kilsənin matəm zəngləri çalınmağa başladı, bu zənglərin səsinə o biri kilsələr də qoşuldu 

və ölkənin dörd bir yanından göyə matəm zəngləri ucaldı. Bu zənglər yüz gün dalbadal – yüz 

gecə və yüz gündüz, fasiləsiz çalındı. Zəngələrin elə birinci çalınmasından camaat, bədənləri 

üşünə-üşünə anladı ki, o, yenə öz taxtında – iş başındadı, anladılar ki, onun ölüm qarşısında 

müvəqqəti olaraq, acizləşən dəfolunmaz qəlbi yenidən güc toplayıb yer üzündə dərrakə və insan 

ləyaqəti deyilən hər nə varsa, hamısına qarşı bir az da qəddarlaşıb və bu dəfəki qəddarlaşmanın 

səbəbi – iyirmi üç fevral, bazar ertəsinin sübh çağı vəfat edən Bendisyon Alvaradonun faciəli 

ölümüdü. 

Bendisyon Alvaradonun ölümü ilə ölkə tamamilə yeni - qarmaqarışıq, narahat bir əsrə qədəm 

qoydu. Bizlərdən heç birimiz o qədər qoca deyildi ki, onun anasının dəfn tarixini dəqiq yadında 

saxlasın, lakin bu dəfn mərasimi haqda söz-söhbətlər bizim vaxtlara gəlib çatmışdı. Biz bilirdik 

ki, o, bir daha əvvəlki kimi, anasının sağlığında olduğu kimi olmayacaq – öz keçmiş həyat 

tərzinə qayıdacaq. Onün bu yetimçilik əhvalını nəyinki, həmin o yüz gün ərzində, sonralar da 

pozmağa heç kimin cürəti çamadı və o, özü də bu hüznlü sarayın – əbədi kədərə qərq olmuş bu 

qəm səltənətinin, matəm zənglərinin əbədi olaraq donub qaldığı, saatların, yalnız bir vaxtı – 

Bendisyon Alvaradonun ölüm vaxtını göstərdiyi, hamının ağır –ağır köks ötürə-ötürə danışdığı, 

qarovulun ayağıyalın gəzdiyi, rejimin ilk günlərindən toyuqlara azadlıq verildiyi, o matəmli 

gündən sonra görünməz adama çevrilən, qəlbi gücsüzlükdən və ələmdən qan axıdan monarxın 

icazəsi olmadan, heç bir hərəkətə icazə verilmədiyi sarayın sakinlərinin gözünə görünmədi; 

həmin vaxtlar isə, həyatın, ölümün çürüdə biləcəyindən daha pis çürütdüyü bədəniylə buzla 

bərkidilmiş taxta tilişkələri ilə dolu tabutda yatan anası təntənəli matəm izdihamının çiynində 

ölkənin ən ucqar məhəllələrinə aparılırdı ki, hər kəs mərhuməylə son vida görüşünün şərəfinə 

nail ola bilsin. Külək, hər tərəfdən asılmış matəm bayraqlarını yellədir, cənazəni, zəhlətökən, 

darıxdırıcı matəm musiqisi ilə, bir vaxtlar prezident qatarını dinməz üzlərlə qarşılayan həmin 

camaat qarşıladı; cənazə, bir vaxtlar darvazaları önündə hansısa alverçi-qadının, sonradan padşah 

olacaq körpəsini doğduğu monastran girəcəyinə də qoyuldu; bu münasibətlə, monastrın 

həmişəbağlı darvazaları, bəlkə də yüz il ərzində birinci dəfə taybatay açıldı, atlı əsgərlər 

hinduları, mal sürülərini qovan kimi, məbədin qapılarına sarı qovdular, camaatı tüfəng 

qundaqlarıyla döyə-döyə sürükləyib monastrın içinə saldılar, içəridə isə camaat, pəncərələrin 

şəbəkəli şüşələrinin rənglərindən sıxıla-sıxıla, zər-xarlı geyimli doqquz yepiskopun, mərhumənin 

ruhuna oxuduqları dualar altında döyüküb qaldılar. Kilsə xoru «Allah dərgahına doğru»nu 

oxuyur, məbədin çölündə yağış yağır və yağa-yağa, bir vaxtlar padşah olacaq uşağın doğulduğu 

gün təzəcə cücərməyə başlayan ətirşahları sulayır, monastır xadimələri, şərab və donuz 

qabırğaları, təsbeh və içinə müqəddəs su yığılmış şüşələr satır, alver hər pationun, daşdan 

hörülmüş girəcəyində gedir, yeməkxanalarda musiqi çalınır, arakəsmələrdə şıdırğı rəqs gedirdi; 

sonu, qurtaracağı olmayan bir bazar günü idi; uzun illərdən bəri gözlənilən bayram şənliyi gəlib 

yetmişdi; bu şənlik, bir vaxt Bendisyon Alvaradonun gümrah vaxtlarında, oğlunun ardınca 

federasiya uğrunda mübarizəyə getdiyi həmin gizli cığırlarla, dumanlı dərələrlə irəliləməkdəydi. 

Həmin o odlu-alovlu müharibə illəri o, tersiananın* odlu titrəməsindən yerə yıxılanda, anası 

qoymamışdı ki, oğlu ordu atlarının tapdağı altında qalıb əzilsin, naməlum, yad dənizin 

sahillərində yaşayan əhali üçün qorxulu olan təhlükələri əvvəlcədən duyub anlamağı da oğluna 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə