Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə31/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   27   28   29   30   31   32   33   34   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

63 


cumub, ağzı köpüklənə-köpüklənə:«Çəkilin yoldan, qurumsaqlar, burda hökmdar - mənəm, 

hakimiyyət də mənimdir!» - deyə bağırırdı. O, ayaq saxlamadan, özlərini itirmiş, beşcə dəqiqə 

əvvəl onun portretlərini hədəf seçərək, güllə ata-ata məşq edən zabitlərin yanından saymazyana 

ötüb keçir və gedə-gedə: «Tərk-silah olsunlar!» - deyə əmr verirdi. Onun hökm dolu səsində isə, 

öz gücünə o qədər böyük inam vardı ki, zabitlərin özləri silahlarını yerə atırdılar. O: «Mundirləri 

çıxarın! - deyə əmr edirdi. – «Bu paltarı yalnız kişilər geyə bilər!» Və zabitlər dərhal 

mundirlərini soyunurdular. - «San-Xeronimo bazası qiyama qalxıb, mənim generalım!» Və o, 

bazanın ərazisinə baş darvazadan daxil oldu, iri, xəstə ayaqlarını ardınca qocafəndi sürüyə-

sürüyə, qiyama qalxmış, lakin onu görcək, quzu kimi sıraya düzülmüş qvardiyaçıların cərgələri 

arasından keçərək, qiyam qərargahının ortasında tək və silahsız halda peyda oldu amiranə səslə: 

«Üzü üstə döşəməyə, düdəmələr! Döşəməyə!.. Dədələrindən bixəbər köpəy uşaqları!» Və Baş 

Qərargahın on doqquz zabiti, müti halda ağzı üstə yerə döşəndi… bir müddətdən sonra onları 

dənizkənarı kəndlər boyu gəzdirir və torpaq yeməyə məcbur edirdilər ki, qoy hamı görsün ki, 

mundiri çıxarılmış zabit, qoyun qədərində də deyil. «İt uşaqları! – əsgərlərin arı pətəyi kimi 

qaynaşdığı kazarmalarda qışqırışırdılar, hamı, prezidentin tələb elədiyi kimi, qiyamın 

təşəbbüskarlarının güllələnməsini, bundan sonra meyitləri od ələyən günün altında ayaqlarından 

asılmalarını tələb edirdilər ki, qoy hamı görsün, Allaha tüpürənlərin aqibətini öz gözləriylə 

görsün. «Bax belə, quldurlar!» Tələb yerinə yetirildi, lakin bütün bu qanlı cəza tədbirləri ona 

dinclik gətirmədi. Guya kökündən kəsdiyi yoluxucu xəstəliklər yenidən yayılmağa başlayır, 

qorxunc sui-qəsdlər yırtıcısı caynaqlarını yenidən buraxır, hakimiyyət dəhlizlərinin damı altında 

özünə yuva qura-qura, ən qətiyyətli zabitlərin imtiyazlı kölgəsi altında güc yığırdı. O, əqidəsinə 

zidd gedərək, səlahiyyətlərinin artıq-urtuğunu onlarla bölüşməyə, bu adamlara etibar eləməyə 

məcbur idi. Çünki onlarsız keçinə bilməzdi, lakin məsələ burasındaydı ki, onlarla birgə yaşamaq, 

onlarla bir havayla nəfəs almaq da mümkün deyildi, lakin əbədi yaşamağa məhkum edildiyindən, 

buna məcbur idi. «Lənət şeytana, bu ki, ədalətsizlikdi?!..» Əziz dostu, general Rodriqo de 

Aqiların niyyətləri ilə əlaqədar qorxunc şübhələr içində yaşamaq qeyri-mümkün idi, bu adamın 

namusuna və sədaqətinə şübhə eləmək, sözün əsl mənasında, işgəncəydi, lakin… «O mənim 

kabinetimə girəndə, sifəti meyit rəngindəydi… soruşdu ki, həmin o iki min uşağın aqibəti necə 

oldu. Doğurdanmı, bütün dünyanın bildirdiyi kimi, biz uşaqları dənizdə boğmuşuq?» O, səsi belə 

titrəmədən, general Rodriqo de Aqilara bilirdi ki, bu, yalnız şaiyədir, xainlərin uydurmasıdır. 

«Mən hər gecə onların hardasa mahnı oxuduğunu eşidirəm!» - o, deyib, əliylə hansısa qeyri-

müəyyən istiqaməti göstərdi. 

Ertəsi gün, səfir Evansı da, uşaqlar barədə gəzən bütün bu söz-söhbətin, böhtandan savayı ayrı 

bir şey olmadığına inandıra bildi: «Başa düşmürəm, siz hansı uşaqları deyirsiz? Axı, sizin 

ölkənizin Millətlər Birliyindəki nümayəndələri özləri dünya ictimaiyyəti qarşısında rəsmi şəkildə 

bildirdilər ki, uşaqlar sağ-salamatdırlar və məktəbə gedirlər. Sizə bundan artıq daha nə lazımdı?.. 

Vəssalam, həngamə bununla da bitdi!» Ancaq həngamə hələ bitməmişdi. Günlərin bir günü, 

gecənin bir yarısı onu yuxudan oyatdılar: «İki, ən böyük qarnizon qiyama qalxıb, mənim 

generalım! Bundan savayı Konde kazarmaları da üsyan edib, bu kazarmalar isə burdan cəmi bir 

məhəllə aralıdadır! Üsyana general Bonivento Barbosa başçılıq edir. Görürsüz, necə qudurub?! 

Onun ixtiyarında, mükəmməl silahlanmış min beş yüz əsgər var. Bütün silah və sursatı onlar, 

müxalifətın tərəfinə keçən bəzi səfirliklərin köməyi ilə əldə ediblər. Vəziyyət elə də yaxşı deyil 

ki, oturub barmağını sorasan, mənim generalım! Təcili tədbir görülməsə, hər şey məhv olacaq!» 

Əvvəlki illərdə siyasi vulkanın bu sayaq partlayışı, onun mübarizə əzmini, risq etmək ehtirasını 

yalnız coşdura bilərdi, lakin indi… Məgər o öz yaşının bütün ağırlığını bilmirdimi?.. Onun 

idarəsinin, demək olar ki, bütün gücü, orqanizminin daxilində gedən gizli dağıntıların bərpasına 

sərf olunurdu, axı, qış gecələrində ona dözülməz ağrılar verən öz qəddar körpəsini – soyuq 

havadan şişib qarpıza dönən dəbələk şişini ovutmadan yata bilmirdi; «Uyu, körpəciyim, günüm, 

günəşim mənim…» Ən əsası isə bu idi ki, o heç cür müəyyən edə bilmirdi ki, kim kimdir, bu 

miskin sarayda qaçılmaz taleyin sınağ məqamında kimə bel bağlamaq olar. O bu sarayı, bu 

miskin evi, böyük məmnuniyyətlə, buradan mümkün qədər uzaq olan dılğır bir hindu kəndindəki 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

64 


ütük bir komaya dəyişərdi, elə bir yerə ki, orada heç kəs onu tanımasın, sayını hətta özünün də 

itirdiyi uzun illər boyu bu ölkənin dəyişilməz prezidenti olduğunu bilməsin, bu, onun çoxdankı 

arzusu idi. Bununla belə, general Rodriqo de Aqilar, ona, hər iki tərəfi razı sala biləcək 

kompromislər əldə etmək məqsədiylə, qiyamçılara öz vasitəçiliyini təklif etmək niyyətini 

bildirəndə, rəsmi qəbullarda mürgü döyən, olan-qalan ağlını da itirmiş qocanı yox, ötən dövrlərin 

nəhəngini, cəsur bizonu gördü… və bu böyük insan, bircə an belə, tərəddüd etmədən, ona 

dirsəyini göstərib qətiyyətlə: «Gələ!.. – dedi - Elə şey yoxdu, mən hakimiyyətdən getməyəcəm!» 

General Rodriqo de Aqilar deyəndə ki, məsələ gedib-getməməkdə deyil, məsələ ondadır ki, 

«hamı bir nəfər kimi sizin əleyhinizədir, mənim generalım, hətta kilsə də!» O, isə yenə etiraz 

elədi: «Gözümün beşi aydın, kilsə - həmişə hakimiyyətdə olanın tərəfində olub!» General 

Rodriqo de Aqilar deyəndə ki, vasitəçilik zəruridir, çünki generallar artıq qırx səkkiz saatdı ki, 

məşvərət eləyirlərsə də, öz aralarında razılığa gələ bilmirlər, o: «Dəxli yoxdu, qoy nə qədər 

istəyirlər boşboğazlıq eləsinlər, özün görəcəksən, kimin daha çox verdiyini eşidəndə, hansı 

qərara gələcəklər!» - «Amma, vətəndaş müxalifətinin başçıları, üzlərindən maskaları atıblar və 

küçələrdə açıq-açığına mitinq edirlər!» - deyə general Rodriqo de Aqilar, son dəlilə əl atdı. Buna 

da o: «Lap yaxışı, əmr ver, de Armas meydanındakı hər fənərdən bir nəfəri assınlar, qoy hamı 

görsün ki, güc kimin tərəfindədir!» - deyə, belə cavab verdi, «Bu, mümkün olan məsələ deyil 

axı?!.. - general Rodriqo de Aqilar etiraz etdi - onların arxasında xalq dayanıb!» «Yalandır, - 

prezident dedi - xalq mənim tərəfimdədir, odu ki, burdan mənim, yalnız meyidim çıxacaq!» 

Və həmişə qəti qərar qəbul eləyəndəki kimi, yumruğunu stola çırpdı və yatmağa getdi, inəkləri 

sağmaq vaxtı çatanda yuxudan oyandı, ayağa qalxanda gördü ki, dövlət şurası iclaslarının 

keçirildiyi salon, şüşə qırıqları və daş-kəsəklə doludu – məlum oldu ki, Konde kazarmalarının 

əsgərləri mancanağın köməyi ilə otağı daşa basıblar. Sonra da pəncərələrin sınıq şüşələrindən 

içəri yanar kürələr atıblar. «Bütün gecəni yatmamışıq, ora-bura qaçıb, yanğını suyla, ədyallarla 

söndürməkdən, əldən-dildən düşmüşük… yanğın isə ən gözlənilməz yerlərdə baş verirdi, mənim 

generalım!» O. bu xəbəri biganə görkəmlə dinləyib, cansız ayaqlarını arxasınca sürüyə-sürüyə, 

içinə qum dolmuş dəhlizlərlə, yanmış xalçaların, qobelenlərin üstüylə addımladı… «Axı mən 

sizə dedim axı, fikir verməyin!» - «Amma axı onlar kirimirlər?!.. - deyə ona etiraz etdilər - xəbər 

də göndəriblər ki, yanar kürələr hələ yalnız xəbərdarlıqdı, bir azdan sarayı top atəşlərinə 

tutacaqlar!» - «Fikir verməyin, lənət şeytana!» - o bunu deyib bağa çıxdı və heç kimə məhəl 

qoymadan, yenicə açlmış sübhün səssizliyində pardxlanan qızılgüllərin xəfif xışıltısını dinləyə-

dinləyə xiyaban boyu yeridi, yeriyə-yeriyə hiss eləyirdi ki, dəniz tərəfdən əsən külə onda 

xoruzvari bir istək oyadır. 

«Bununla belə, indi biz neyləməliyik, general?» - «Fikir verməyin, lənət şeytana, axı bir sözü nə 

qədər təkrar eləmək olar?»  

Həmişə günün bu vədəsində elədiyi kimi, fermaya - inəklərin sağımına nəzarət eləməyə yollandı 

və hər səhər olduğu kimi, içinə altı süd çəlləyi yığılmış, qatırlı araba Konde kazarmalarına yan 

aldı, südü gətirib gələn arabaçı, prezidentin sözlərini qiyamçılara çatdıraraq, dedi ki, prezident 

adəti üzrə öz fermasından əsgərlər üçün süd göndərib. - «Tapşırıb ki, südü sizə çatdırım, cənab 

general, baxmayaraq ki, siz, sizləri yedizdirən əli dişləyirsiniz!» Arabaçı bunu elə ürək 

açıqlığıyla söylədi ki, general Bonivento Barbosa, südü qəbul etməyi əmr etdi, ancaq şərt qoydu 

ki, süddən, birinci arabaçı dadmalıdı ki, hamı, südə zəhər qatılmadığına əmin olsun. Nəhayət, 

dəmir darvazalar açıldı və min beş yüz qiyamçı, eyvanlardan, arabanın Konde kazarmalarının 

qənbər döşənmiş məşq meydançasına necə daxil olduğuna və meydançanın ortasında 

dayandığına tamaşa eləməyə başladı. Onlar, general Barbosanın denşikinin, südün dadına 

baxmaq üçün əlində bardaq və çömçə necə arabaya dırmaşdığını, necə birinci çəlləyin ağzını 

açdığını və həmin dəqiqə necə gözqamaşdıran, qulaqbatıran partlayışın zərbəsindən havaya 

uçduğunu gördülər və daha heç nə görmədilər… və Axirət gününəcən də görə bilməyəcəklər: 

çünki zavallılar, altı çəllək barıtın müdhiş partlayışıyla havaya sovrulan sarı binanın içindəcə, 

püskürən vulkanın ağzına düşən tək, bircə anın içində yanıb kömürə döndülər… gör nə idi ki, bu 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə