Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə28/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   24   25   26   27   28   29   30   31   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

57 


eyni zamanda oğlunu dilə tuturdu ki, bu gün saraya getməyə tələsməsin. «Bütün günü fikir 

eləyirsən, dilinə heç nə dəymir, axırda vərəm tutacaqsan!» Anası, qoltuğunda çabalayan toyuqla 

onu tamaha sala-sala yalvardı ki, axşama qədər qalsın, yaxşıca şam eləsin; o da axırda buna razı 

oldu: «Di bəsdi, ay arvad, yaxşı, qalıram.» -o, dedi və yelləncək-kreslosunda aramla yellənə-

yellənə, qazanda qaynayan toyuğun incə ətrini ciyərlərinə çəkə-çəkə, talelərimizi düzüb qoşmağa 

başladı. Biz bilirdik ki, bu dünyada mövcudluğumuzun yeganə təminatçısı odur, o var, o, öz 

otağındadır, vəba da, qasırğa da, hətta zamanın özü də onun önündə acizdir, onun varlığı 

duyulmayan həyatı təsəvvürə gətirmək belə mümkün olan iş deyildi… o, bizim rifahımız, bizim 

saədətimiz naminə dərin qayğılara qərq olmuş Məsihdi; bilirdik ki, o, heç vaxt bizim ziyanımıza 

iş görməz, axı bizə nə lazım olduğunu da, dəqiqdən dəqiq o bilirdi və bildiyi üçün də, məhz elə 

buna görə, indiyəcən çərxi-fələyin gərdişlərinə davam gətirə bilmişdi; onun ölçü meyarı biz idik, 

bəli, bizə nəyin gərək olub-olmadığı məhz o bilirdi; nəyin sərfəli, nəyin sərəfsiz olduğunu bizim 

hamımızdan yaxşı bilirdi; ölkənin uzaq şərq sərhədinə – üzərində vətənin ərazi bütövlüyü 

uğrunda həlak olmuş sonuncu əsgərin adı, doğum və ölüm tarixi həkk edilmiş tarixi daşın olduğu 

yerə səfərdən sonra onun bu biliyi bir az da möhkəmlənmişdi… - «Ana, mən axır ki, gedib 

oralara çıxa bildim!» O, həmin yerə çatanda, dincini almaq üçün həmin o tarixi daşın üstündə 

oturdu və sərhədin o biri tayında, qonşu məmləkətin ərazisində yerləşən, başı üzərindən soyuq 

yağış əskik olmayan, hisli-paslı dumana bürünmüş ürəksıxan şəhəri seyr eləməyə başladı; o, 

soyuq şəhərə baxır və küçələrdə şütüyən tramvayları, tramvayların salonlarında zövqlə geyinmiş 

adamları, kiminsə təmtəraqlı dəfn mərasimini görürdü: katafalkın arxasınca, başı lələkli 

perşeronlar* qoşulmuş karet düzümü hərəkət edirdi, o baxır və kilsənin sütunlu eyvanında 

qəzetlərə bürünərək yatmış uşaqları görür və təəccüblənirdi: «Lənət şeytana, burda nə qəribə 

adamlar yaşayır?! Olmaya bunların hamısı şairdi?..» Lakin kimsə böyürdən: «Heç də yox, 

mənim generalım, bunlar şair-zad deyil, kübarlardır, bu ölkəni onlar idarə edir». – dedi. Həmin 

səfərdən o, əla əhval-ruhiyyədə qayıtmışdı, çünki özü üçün kəşf eləmişdi ki, dünyada heç bir yer, 

ona hədsiz həzz verən xarlamış quayyavo** meyvəsinin ətriylə, doğma şəhər-kəndlərin hay-

küylü basabası ilə müqayisə edilə bilməz, bu dünyada heç nə, günəşin qürub çağında qəlblərə 

çökən sirli qüssə və xiffət duyğusunu əvəz edə bilməz və o, bir də bu yoxsul ölkənin 

hüdudlarından kənara qədəm basmayacaq, ona görə ki… düşmənlərinin dediyi kimi kreslosunu 

itirməkdən qorxur, - «Ona görə ki, ana, insan - öz meşəsində bitən ağacdı, ona görə ki, insan elə 

bir heyvandı ki, öz yuvasını yalnız bir halda – özünə yem tapmaq üçün tərk edir». 

O, bu sözləri əslində, öz-özünə ölümqabağı - tövbə səmimiyyətiylə deyirdi, siyestanın mürgülü 

saatlarında isə bu barədə sadəcə düşünür, uzaq-uzaq illərin arxasında qalmış əski avqust gecəsini 

– hakimiyyətpərəstliyin də bir həddi olduğunu, öz ölkəsini idarə etməkdən o yana olan hansısa 

ayrı bir iddiası olmadığını etiraf eləməyə məcbur olduğu gecəni xatırlayırdı; bu, həmin o axşam - 

kabinetinin bürkülü alaqaranlığında qəbul etdiyi gənc əcnəbi ilə – coşqun azadlıq mübariziylə 

söhbəti zamanı ona məlum olmuşdu; bu, şöhrətpərəst niyyətlərlə yaşasa da, əbədi tənhalığa 

məhkum edilmiş utancaq bir oğlan idi… onun bu məhkumluğunu dərhal sezmək olurdu, çünki 

elə insanlar var ki, artıq doğulduğu günündən yalqızlıq damğasını daşıyır; gənc fədai qapının 

ağzında tərpənməz dayanmışdı, irəli keçməyə ürək eləmirdi, çünki gözləri hələ, günün bu qızmar 

çağında qlisiniyaların*** məxsusi, kəskin ətir saçdığı alaqaranlığa alışmamışdı, bir neçə 

dəqiqədən sonra o, nəhayət ki, kresloda əyləşmiş qocanı gördü – qocanın sol yumruğu masanın 

üstündəydi, prezident, bu sadə və solğun görkəmiylə, rəsmi təsvirlərindən yer-göy qədər 

fərqlənirdi; kabinetdə keşikçilər yox idi, qoca, silahsız idi, köynəyi tərdən islanmışdı, başının 

ağrısını ovutmaqdan ötrü gicgahlarına şalfet yarpağı yapışdırılmış adi bir bəndə idi… 

«Gəncliyimin qibləgahı, ən işıqlı ideallarımın canlı mücəssəməsi olan bir adamın, içinəcən pas 

atmış bu qoca olduğunu dərk etməkdə çətinlik çəkirdim!» Nəhayət, gənc mübariz masaya 

yaxınlaşdı, işgüzar adamın cingiltili və aydın səsiylə özünü təqdim etdi, qoca da öz növbəsində 

süst yepiskop əlini uzadıb onunla xoşyana görüşdü və həyəcanlı nitqlə, onun gözləri qarşısında 

bəşəriyyətin xöşbəxtliyinin sehrli mənzərələrini yaradaraq, bu amansız müharibədə, Alyaskadan 

tutmuş Pataqoniyaya qədər, bütün mühafizəkar rejimləri birdəfəlik devirmək üçün ondan siyasi 

kömək və silah istəyən gənc əcnəbini, getdikcə artan bir heyrətlə dinlədi: «Lənət şeytana, axı, 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

58 


sən nə üçün başını bu cəncəlli işə soxursan? Axı, nəyin naminə özünü qurban vermək 

istəyirsən?!» Bu suala gənc əcnəbi duruxmadan qətiyyətlə belə cavab verdi: «Vətənimin şərəfi 

naminə, zati-aliləri! Vətən naminə! Onun uğrunda ölmək - böyük səadətdi!» Onda o, gəncə, 

rəhm edərək, öz kədərli təbəssümüylə belə söylədi: «Sarsaqlama, bala, yer üzündə bir vətən var – 

həyat!» Və sol yumruğunu açıb ovcundakı şüşə kürəciyi ona göstərdi: «Bax, bunu görürsən? O 

ya var, ya yoxdu və bunun sahibi yalnız o şəxs ola bilər ki, bu əşya onda olsun, oğlan! Həyat və 

vətən məsələsi də belə bir şeydi!» 

O bunu, qonağı kabinetdən çıxara-çıxara, əliylə onun kürəyinə astaca vura-vura söylədi və onu 

beləcə, heç bir şey - çürük qoz belə vəd eləmədən, kabinetindən yola saldı və gənc əcnəbinin 

arxasınca qapını örtən yavərinə:«Bu uşağa dəyməyin, aydındır? Onu heç izləməyin də… boş 

yerə vaxt itirmiş olarsınız. O, təhlükəli deyil, əlindən də heç nə gəlmir, boş-boşuna xoruzlanır, 

beçə kimi, lələklərinin dibi gicişir». Bir çox illərdən sonra, qasırğanın ötüşməsi münasibəti ilə 

siyasi dustaqlara amnistiya, sürgün olunanlara (beyni olanlardan savayı) - vətənə qayıtmaq 

icazəsi verilən zaman da o, bunabənzər fikir söyləmişdi: «Bu adamlara, heç vaxt vətənə 

qayıtmağa icazə vermərəm, cins xoruz tüklənəndə lələklərinin dibi gicişdiyi kimi bunlarda belə 

gicişirlər. Özləri də heç nəyə yaramırlar, nəyə yarasalar da, inandırıram sizi ki, siyasətçilərdən, 

keşişlərdən də iyrəncdilər. Qalanları isə qoy qayıtsın… hamı - dərisinin rəngindən asılı 

olmayaraq, ölkə quruculuğu, onları bir cərgədə birləşdirə bilər!» Hakimiyyət, əvvəlki kimi, 

tamam-kamal onun əlində idi - hərbi qüvvələr onu sözsüz dəstəkləyirdilər, ələlxüsus, o, ərzaq və 

dərman partiyalarını, həmçinin, sosial təminat fondundan daxil olan vəsaitləri – bir sözlə, təbii 

fəlakətdən zərərçəkənlərə yardım məqsədilə xaricdən göndərilən nə varsa, hamısını ali 

komandanlığın arasında bölüşdürdükdən sonra onun hər bir əmrinə müntəzir idi; nazirləri, onun 

bir sözünü iki eləmirdi, çünki ailələri ilə birlikdə, istirahət günlərini Qızıl Xaç cəmiyyətinin 

hərbi-səhra qospitallarının çimərliklərində keçirirdilər; deyək ki, xarici ticarət nazirliyi, xaricdən 

müftə alınmış qan plazması və tonlarla quru südü səhiyyə nazirliyinə satır, bu nazirlik də 

aldığını, yoxsullar üçün xəstəxanalarda xırıd eləyirdi; baş qərargahın zabitləri isə öz 

ehtiyaclarını, səfir Uorrenin, bizim ərazi sularımızda qeyri-məhdud balıqçılıq etmək hüququ 

əvəzinə, öz ixtiyarımıza verdiyi əlahiddə istiqraz vəsaitlərinin hesabına həyata keçirilən bərpa 

işləri üzrə proqram çərçivəsindəki ictimai tikintinin podratları hesabına təmin edirdilər. «Əşi, 

cəhənnəmə ki, qoy köpənəcən basıb yesinlər!» - deyə o, həmin gün yola saldığı və o gündən 

sonra heç kimin görmədiyi gənc xəyalpərvərlə söhbətini, ona, ovcundakı rəngli şüşə kürəciyi - 

kanikanı göstərməyini, ona, «bu kimdə varsa, o, onda var…» - deməsini xatırlayırdı. O, ölkədə 

gedən bərpa işlərindən ruhlanmışdı, bu məsələ ilə şəxsən özü məşğul olur, ən kiçik detalların 

belə mahiyyətinə varır, hakimiyyətinin ilk illərində olduğu kimi, hər şeyi təkbaşına özü həll 

edirdi: seldən sonra lehmə palçıqla örtülmüş şəhər küçələrində qəfildən bataqlıq çəkmələrində və 

şlyapada peyda olur, şəhərin, onun niyyətlərinə uyğun şəkildə bərpa edilməsini göz qoyurdu; 

istədiyi o idi ki, şəhər – suyun altında qalıb boğumuş bir yalqızın yuxuda görə biləcəyi şəkildə 

dirçəldilsin, o, zavallı yalqızın yuxusun gördüyü həmin şəhəri – millət atasının şöhrətini göylərə 

ucaldacaq əzəmətli, qənirsiz şəhəri, ovcunun içi kimi, apaydın təsəvvür edir, inşaatçılara öz 

göstərişlərini verirdi: «Bu qülləni iki metr də ucaldın ki, oradan okean gəmilərini görmək 

mümkün olsun…» - və dərhal qülləni iki metr ucaldırdılar; əmr edirdi: «Bu çayın axarını əks 

səmtə çevirin…» - bu buyruq da dərhal yerinə yetirildi; o artıq melanxoliya ilə qəm-qüssənin nə 

olduğunu unutmuşdu, başı tikintiyə elə qarışmışdı ki, bir an belə dincəlmək bilmirdi; dövlət 

işlərindən o qədər uzaqlaşmışdı ki, uşaqlarla bağlı problem barədə eşidəndə, elə bil başına 

qaynar su əndərdilər. «Bəs bu uşaqları neynəyək?» - huşsuzluğu üzündən ondan soruşan yavəri 

bu sualı verməyəydi kaş. Lakin sual verilmişdi və bu sualı eşidən generalın elə bil başına qaynar 

su əndərmişdilər, o, sanki indicə göydən düşübmüş kimi: «Lənət şeytana, nə uşaq, hansı uşaq?!» 

¬- deyə soruşmuşdu Bu yerdə o, uzun müddət ondan gizlədilən bir şeyi eşidib öyrəndi. Demə, 

növbəti lotereya tirajı keçirilərkən, torbadan lotereya biletləri çıxaran uşaqlar ordu 

kazarmalarında həbsdə saxlanılırlar, çünki ehtimal olunur ki, uşaqlar dillərini dinc qoymaya və 

lotereya oyunlarının daimi qalibi olan prezidentin qələbəsinini sirrini açıb söyləyə bilərrlər. - 

«Valideynlər, uşaqlarının harda olmasını öyrənməyə çalışır, bizi günahlandırırlar ki, balalarını 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə