Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə29/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   25   26   27   28   29   30   31   32   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

59 


bağlıda saxlayarıq. Biz hər dəfə cavab veririk ki, bu böhtandır, müxalifətin murdar uydurmasıdır, 

ancaq valideynlər heç cür sakitləşmirlər. Hətta bir dəfə, qiyam qaldırıb kazarmaların birinə 

soxulmaq istədilər, iş o yerə gəlib çatdı ki, onları minomyot atəşiylə geri oturtmalı olduq. Qan su 

yerinə axırdı, mənim generalım, əsl gülləbaran idi, lakin biz belə xırda işlərə görə sizi narahat 

eləmək istəmirdik. Uşaqlar həqiqətən də qala zirzəmisində bağlıda saxlanılır. Əlbəttə ki, onlar 

üçün hər cür şərait yaradılıb, özlərini gümrah hiss edirlər, lakin məsələ burasındadır ki, artıq orda 

iki minə qədər uşaq yığılıb, indi bilmirik, bu məsələni nə cür həll eləyək ki, nə şiş yansın, nə 

kabab, mənim generalım!» 

Uduzma olmayan lotereya oyunu üsulu qeyri-iradi bir fəhmlə - üzərində rəqəmlər qeyd edilmiş 

bilyard şarları şəklində tapılmışdı. İdeya, dahiyanə dərəcədə sadə idi, elə sadə idi ki, onun həyata 

keçirilməsini yubandırmaq olmazdı – odu ki, ümummilli lotereya günü elan edildi. Hələ gün 

günortaya çatmamış, qızmar istiyə baxmayaraq, bəxtini sınamağa can atan, lotereyanın nəcib 

təşkilatçısına alqış söyləyən çoxminlik izdiham, de Armas meydanına toplaşmışdı; musiqiçilər 

və kəndirbazlar axışıb gəlmişdilər, ticarət köşkləri təşkil edilmişdi, fritanqi – istiot və balqabaqla 

birgə qızardılmış pomidor satan alverçilər camaatın arasıyla o baş-bu başa vurnuxur, Nuh 

əyyamından qalma ruletka və bileti, oyunçunun əvəzinə hansısa qoturun biri çıxardığı lotereya 

kimi bəsit oyunları oynayırdılar – bütün bu anoxronik fırıldaqlar, yoxa çıxmış dünyadan qalan 

qəlpələri, nəhəng çərxi-fələyin tör-töküntüsü hesabına ondan növbəti ilğım payı qoparmaq cəhdi 

idi. Budur, günorta saat üçdə lotereyanın oynanıldığı taxta meydançaya, hələ yeddi yaşına 

çatmamış, oyunun ədalətli keçirilməsinə şübhə qalmasın deyə, tamaşaçıların özləri tərəfindən 

seçilmiş üç uşaq qalxdı, hər uşağın əlində, içində bilyard kürəcikləri olan torba və bu müxtəlif 

rəngli torbaların hər birində, xüsusi nəzarətçilərin təsdiq etdiyi, sıfırdan nömrələnmiş on bilyard 

kürəciyi vardı. Diqqət, xanımlar və cənablar! Hər uşaq, gözüyumulu vəziyyətdə torbadan bir 

ədəd kürəcik çıxaracaq. Uşaqlar ilk əvvəl əllərində tutduqları göy torbadan, sonra qırmızı 

torbadan, daha sonra sarı torbadan kürə çıxardılar. Üç uşaq bir-birinin ardınca əlini torbaya salıb, 

kürəcikləri bir-bir əlləşdirir və əlhavasına, nisbətən soyuq olanı çıxarırdılar… bu barədə onlara 

qabaqcadan göstəriş verilmişdi. Hər torbada bir kürəcik, qalanlarına nisbətən ona görə soyuq 

olurdu ki, onu bir neçə gün buzlu suda saxlayırdılar. Beləliklə, uşaqlardan hər biri öz torbasından 

bir kürəcik çıxarıb camaata göstərir, kürəciyin üstündəki rəqəmi elan edir və elan edilmiş üç 

nömrə xoş təsadüf üzündən prezidentin biletində göstərilmiş rəqəmlərə tam uyğun gəlirdi. 

«Bizim də heç ağlımıza gəlmirdi ki, axı, uşaqlar bunu başqalarına danışa bilərlər?!.» Belə bir 

təhlükənin olduğunu anlayandan sonra onları qapalı yerdə saxlamaqdan savayı əlacımız qalmadı. 

Əvvəlcə üçünü, sonra dördünü, sonra beşini; sonra uşaqların sayı artıb iyirmi oldu və beləcə, 

çoxala-çoxala getdi, mənim generalım!» O, kələfin ucundan tutmuşdu, odu ki, yavərini, hər şeyi 

olduğu kimi açıb söyləməyə məcbur elədi və belə məlum oldu ki, lotereya fırıldağında ordu və 

donanma zabitlərinin hamısının əli var, öyrəndi ki, uşaqların ilk beş-on nəfəri ata-analarının 

razılığıyla meydançaya qalxırmışmışlar və uşaqlara, məhz hansı kürəciyin çıxarılması lazım 

olduğunu həmin bu valideynlər, lotereya oyununun gedişatına «züy tuta-tuta» öyrədibmişlər. 

Lakin sonrakı oyunlarda, kyrəcikləri çıxaran uşaqları bu fırıldağa, zor və hədə gücünə məcbur 

edibmişlər. Burada artıq valideynlərin razılığı tələb olunmurdu, çünki belə şaiyə gəzirdi ki

meydançaya bircə dəfə çıxan uşaqlar bir daha öz ailələrinə qayıtmır, izsiz-soraqsız yoxa çıxırlar. 

Növbəti lotereya oyununun keçirilməsi üçün tələb olunan uşaqları tapmaq məqsədilə xüsusi 

hücum dəstələri təşkil edilərək, gecələrlə evlərə soxulmağa, valideynlər isə uşaqlarını, bildikləri, 

bacardıqları kimi gizləməyə çalışırdılar. Xüsusi təyinatlı qoşunlar, de Armas meydanını, ona 

təqdim edildiyi kimi, heç də ictimai emosiyaları tənzimləməkdən ötrü yox, heyvan sürüsü kimi 

qabağa təpilən insan kütlələrinin qabağını saxlamaq üçün mühasirəyə almışdı. Dövlət məmurları, 

yaranmış bu münaqişədə vasitəçilik etmək məqsədilə prezidentin qəbuluna düşmək istəyən 

diplomatları, ən müxtəlif, özü də sarsaq bəhanələrlə tovlayırlar. Onun, qəribədən də qəribə 

xəstəlikləri barədə köhnə nağıllar isə, yenidən işə salınır. Məmurların bir hissəsi deyir ki, bəs 

prezidenti yuxusuzluq əldən salıb, çünki biçarə, yalnız ayaq üstə yata bilir, çünki onun fəqərə 

sütununda, iquana kərtənkələsinin bel sümüyü kimi diş-diş sümük daraq əmələ gəlib, o biri 

hissəsi bundan da sarsaq bəhanə gətirirdi: prezident sizi ona görə qəbul edə bilməz ki, qarnından 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

60 


əziyyət çəkir, çünki zati-ailələrinin içində qurbağalar əmələ gəlib. Onlar, ona, uşaqları azad 

etmək barədə vurulan etiraz teleqramlarının, xahişlərin bircəciyini belə göstərmirdilər, halbuki 

belə teleqram və xahişlər dünyanın hər yerindən axıb gəlirdi. Hətta Roma papasından gələn 

teleqramı da ondan gizlətmişdilər, bu teleqramda Roma papası günahsız körpələrin acı taleyi ilə 

bağlı öz apostol kədərini bildirirdi. Həbsxanalar, qiyama qalxmış valideynlərlə ağzınacan dolu 

idi, növbəti lotereya oyununu keçirmək üçün bircə uşaq da tapmaq mümkün deyildi. – «Lənət 

şeytana, biz çox pis ilişmişik, mənim generalım!» Lakin o, ayaqları altında açılan uçurumun 

bütün dərinliyini, qəsrin içəri həyətindəki sallaqxanada sürü kimi bir yerə toplaşmış zavallı 

uşaqları görəndən sonra hiss elədi, yüzlərlə uşağın, həmin o dəhşətli gecədən sonra zirzəmidən 

çıxıb, neçə ayın qaranlıq zülmətinə öyrəşmiş gözləri günəş işığından tutula-tutula, sərsəm 

çəpişlər tək, hara gəldi, qaçışdığını görəndə anladı. Onlar işıqda azmışdılar, sayca çox olsalar da, 

həm də elə bir vəhdət təşkil edirdilər ki, o, bu uşaqların hər birini ayrı-ayrılıqda yox, iki minə 

qədər müxtəlif uşaq kimi yox, min sifətli, nəhəng heyvan kimi gördü… onlardan, yanıq yun və 

nəcis iyi gəlirdi, onlar, yeraltı sular kimi uğuldayırdı. Bu heyvanı, dərhal məhv edilməkdən, 

məhz onun min sifətli olması qorudu, çünki bu saysız-hesabsız həyatların hamısını, yer üzünü 

lərzəyə salmadan qırmaq mümkün olan məsələ deyildi. - «Heç nə eləmək mümkün deyil, lənət 

şeytana!» Lakin nə isə eləmək lazım idi və o, ali komandalığın üzvlərinin hamısını yanına 

çağırtdırdı, onlar, onun qarşısında dayandılar – zahirən cəsur və zəhmli on dörd nəfər hərbi 

komandan və sərkərdə dəhşətli qorxu içində olsalar da, cəsur və zəhmli görünməkdən savayı 

əllərindən ayrı bir iş gəlmədi. O, hərbiçilərin hər birinin gözünün içinə zilləndi və gördü ki, onlar 

əlbir, o isə təkdir. Bunu görəndən sonra başını dik tutub qətiyyətli səslə onları, hərbi qüvvələrin 

namuslu adı və şərəfi şübhə altına alındığı bir zamanda hədsiz zəruri olan birliyə çağırdı. O, 

qətiyyətlə bildirdi ki, öz sərkərdələrinin təqsirsiz olduğuna zərrə qədər şübhə etmir və 

yumruqlarını sıxaraq, masanın üstünə qoydu, bununla da nagümanlığını, bütün vücudunu sarmış 

titrəməni gizləyə bildi. O, hərbçilərə, öz postlarında qalmalarını, vəzifə borclarını, həmişəki səy 

və qeyrətlə yerinə yetirmələrini, öz nüfuzlarını itirməkdən qorxmamalarını əmr etdi: «hesab edin 

ki, heç nə olmayıb, senyorlar, iclas bağlı elan olunur, hər şeyə görə mən cavabdehəm!» Bundan 

sonra uşaqları qaladan çıxarıb furqonlara yüklədilər və gecənin zülmət qaranlığında, ölkənin 

ucqar, kimsəsiz bir əyalətinə göndərdilər… ertəsi gün isə o, təntənəli sürətdə rəsmi bəyanat 

verərək bildirildi ki, guya ordu tərəfindən bağlıda saxlanılan uşaqlar barədəki bütün söhbətlər 

həyasız bir yalandır, hökumət heç kəsi – nə uşaqları, nə də, hər kim olur-olsun, həbsdə saxlamır, 

ümumiyyətlə, ölkədə bir nəfər belə olsun, məhbus yoxdur, dustaqxanalar bomboşdur, kütləvi 

həbslər barədəki söz-söhbət isə, xalqın vətənpərvərlik ruhunu sasıtmaq istəyən mürtədlərin 

iyrənc uydurmalarıdır - ölkəmizin qapıları həqiqəti öyrənmək istəyənlərin hamısının üzünə 

açıqdır, buyurub gələ bilərlər! Bu çağırışa cavab olaraq, ölkəyə Millətlər Birliyinin komissiyası 

təşrif buyurdu və burnunu soxmadığı deşik qoymadan, hər yeri ələk-vələk elədi, dindirmək 

istədiyini dindirdi, hər şeyi bütün təfsilatı və təfərrüatıyla saf-çürük elədi, axtarışlar apradı, hətta 

Bendisyon Alvaradonu da sorğu-suala çəkdi, arvad sonralar çox təəccüblənirdi: «Caducərlərə 

oxşayan o qanmazlar kim idi?.. Evə soxulub, iki min uşağı çarpayıların altında, sap qutusunda, 

az qala fırça qablarında axtarmağa başladılar!» Axırda komissiya əmin oldu ki, həqiqətən də 

məmləkətdə dustaqxanalar bağlıdır, hər yerdə qayda-qanun hökm sürür, bilərəkdən, ya 

bilməyərəkdən, qəsdli, ya qəsdsiz şəkildə insan hüquqlarının və humanizm prinsiplərinin 

pozulmasına, yaxud nə vaxtsa pozulduğuna dair heç bir dəlil-sübut yoxdur. «Rahat yatın, 

general! Sağlıqla qalın!» O, pəncərənin qabağında dayanmışdı, komissiyanı geriyə aparan 

gəminin, körpüdən aralanmağına tamaşa edirdi, onlara işləməli yaylığını yelləyə-yelləyə 

ürəyində: «Əlvida, əziz kütbeyinlər, sizə sakit dəniz və uğurlu yol, xoş getdiniz!» - deyirdi. 

Sonra köks dolusu nəfəs dərdi: «Vəssalam, bu həngamə də belə bitdi!» Lakin general Rodriqo de 

Aqilar bilirdi ki, həngamə hələ bitməyib: «Uşaqlar ki, qalıb, mənim generalım!» O, əliylə alnını 

şappıldatdı: «Lənət şeytana, uşaqlar tamam yadımdan çıxmışdı. Doğrudan da, indi bu uşaqları 

neyləyək?..» Bu cansıxıcı vəziyyətdən, müvəqqəti də olsa, qurtulmaq üçün göstəriş verdi ki, 

uşaqları, gizlədikləri meşədən çıxarıb, daim yağışlar yağan, küləksiz vilayətlərə göndərsinlər, 

çünki külək əsməsi xatalı məsələdi, uşaq səslərini kimlərinsə qulağına çatdıra bilər, əmr elədi ki, 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə