Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə43/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   39   40   41   42   43   44   45   46   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

87 


nəzər salır, «Bax belə!» - deyərək, şəhadət barmağını ağzına soxub damağına dirəyə-dirəyə fikrə 

gedirdi. Sonra danışırdı ki, bir dəfə - bir qaynar cümə gününün axşamı o, əvvəl küləyin 

uğultusunu eşidərək, sonradan onun qəribə qoxusunu – köz iyini hiss edibmiş və baxıb görübmüş 

ki, sən demə bu, külək yox, günün günorta çağı göyün üzünü tutub, qabağına çıxanları dağıdıb 

sökən, özündən sonra çımçılpaq mənzərələr, aara-sıra göy işığı qoya-qoya, yaxınlaşan çəyirtkə 

bulududu; çəyirtkələrdən sonra Yer üzü, yarandığı günün mənzərəsini xatırladırdı; o, bu fəlakəti 

yaxşı xatırlayırdı, xoruzların kəsik boğazlarından damcı-damcı yerə süzülən qanı xatırlayırdı; o 

gün həmin o böyük, qədim kənddə bir qadın vəfat eləmişdi; o, dəfn mərasimində iştirakını da 

yaxşı xatırlayırdı – anasının əlindən tutaraq, cırcındırla bəzədilmiş meyit uzadılan xərəyin 

ardınca ayağıyalın yeriyirdi, çəyirtkələr isə, elə hey külək kimi uğuldaya-uğuldaya bir ucdan 

uçub gəlir, meyitin üstünə, saysız-hesabsız güllər kimi səpilirdilər; - Bizim ölkə o vaxt bu 

vəziyyətdə idi! Adamlar, ölülərini tabutsuz basdırırdılar, çünki heç nələri yox idi. O, bir dəfə 

kiminsə artıq istifadə edib özünü asdığı iplə, başqa birisinin özünün asdığının da şahidi olmuşdu. 

Bu ip, kənd meydanının tən ortasında bitən ağacın budağından asılı vəziyyətdə qalmışdı, ancaq o 

biri adam özünü asandan sonra qırılıb ona görə yerə düşmüşdü ki, ip artıq çürümüşdü, özünü 

asan bədbəxt isə yerə yıxılıb kilsəyə yollanan qadınların gözü qarşısında çənə ata-ata çırpınmağa, 

qadınları qorxutmağa başlamışdı. O, ölməmişdi. Onu, özünü nə üçün asması ilə maraqlanmadan, 

döyənəklə döyə-döyə ayağa qalxmağa məcbur eləmişdilər. Bu, kim idisə, qərib bir adam idi; 

qərib də o adam sayılırdı ki, onu yerli kilsəyə gələnlər tanımasınlar. Hə, demək, onu döyənəklə 

döyə-döyə ayağa qaldırmışdılar, ayaqlarına çin qandalları vurub, qızmar günəşin altına - yeddi 

küləyin qovşağına, özü kimi bədbəxtlərin arasına atmışdılar. – «Həmin o illər vəziyyət belə idi, 

Allahın qüdrəti dövlətdən üstün olan o dövrlər hal-qəzyə bu cür idi!» Hakimiyyətə gələn kimi, o, 

bütün kənd meydanlarındakı ağacları kökündən kəsmək əmrini verdi ki, dar ağacları bazar 

günləri camaatı qorxutmasın, çin qandallarıyla aparılan ictimai işgəncələri ləğv elədi, tabutsuz 

dəfnləri qadağan elədi, onun bərqərar olacağından xəbər verən o dövrləri xatırladan hər bir şeyi 

qadağan elədi. Dağlara dəmir yolu çəkdirdi ki, heyvərə qatırların ucbatından baş verən qəzaların 

qabağı birdəfəlik alınsın, qəhvə plantasiyalarında bal-maskaradlar keçirmək üçün sahələrə, otuz 

qatırın belində otuz royal göndəriləndə baş verən bədbəxt hadisə bir də təkrarlanmasın. Bu qəza 

haqqında hətta xaricdə də çox yazırdılar və danışırdılar, amma hadisənin əsl mahiyyətini ondan 

savayı heç kim bilmirdi; o da ona görə ki, hadisə baş verən zaman bircə o, təsadüfən pəncərədən 

boylanmış və qarlı zirvənin kənarında büdrəyib bir-birinin ardınca uçurumun dibinə yuvarlanan 

qatır karvanını görmüşdü. Bunu bircə o görmüşdü, uçurumun dibinə uçan qatırların dəhşətli 

kişnərtisini, royalın, karvanın süqutunu müşaiyət edən, göy gurultusuna bənzər akkordlarını bircə 

o eşitmişdi; ölkənin yerdə qalan hay-küy həvəskarları isə gecə-gündüz, hələ də daş-kəsəyin üstə 

ağ toz dumanı dayanan uçurumun ətrafında vurnuxur, Avstriyadan gətirilən bu royalların, hansı 

möcüzəylə tikə-parça olub uçurumun dibinə dağılmasının səbəblərini araşdırırdılar. Bu qəzanın 

acı mənzərəsi, dillə deyə bilmədiyi ayrı vaqiyələr də dönə-dönə onun gözələri qarşısında 

canlanırdı - kövrək xatirələri, bəzi həyat lövhələri, yaxud qızdırmalı vaxtlarında eşitdiyi 

hadisələr…. Bəlkə də, ola bilsin, bütün bunları o nə vaxtsa, siyasi və ictimai durğunluq 

dövrlərində həzz ala-ala, səyahət haqqında oxuduğu kitabların səhifələrində oxumuş, bu 

kitablarda təsvir olunan qravürləri saatlarla beyninə həkk eləmişdi?! «Bir də ki, indi daha bunun 

nə əhəmiyyəti vardı ki? Bütün bunlar həqiqət idi, ya uydurma idi – fərqi nə idi ki? Onsuz da 

zaman keçdikcə, hər şey həqiqətə çevriləcək, hər əhəmiyyətsiz şey çönüb ciddi həqiqət olacaq!» 

- deyirdi və həqiqətən də, elə bilirdi ki, onun əsl uşaqlığı, uşaqlıq çağları heç də göründüyü qədər 

uzaqda - kövrək xatirələr bataqlığında, inək təzəklərinin tüstüsündən yaranan və həmin dəqiqə də 

orda yoxa çıxan hansısa adda-budda, qırıq-qırıq assosiasiyalarda yox, elə burdaca - onu hər gün 

saat ikidən dördəcən gül-çiçəkli talvarın altındakı məktəbli partasının arxasında oturdub oxumağı 

öyrədən yeganə qanuni arvadı Letisiya Nasarenonun yanında keçirmişdi. Bu, qadının böyük 

şücaəti idi; o, bu dərslərə bütün rahibəlik qabiliyyətini, son gücünü sərf edirdi, qoca da onun bu 

səylərinə, öz nəhəng iradəsinin gücüylə, bütün qəldini və qabiliyyətini tədrisə həsr etməklə, 

tükənməz qocalıq hövsələsiylə cavab verirdi.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

88 


Dünyada hər şeyi unudub: «Pəncərənin önündəki şam ağacı yu-xu-lu şehin için-də-dir» - deyə, 

höccələyə-höccələyə özü öz səsini eşitmədən, oxuyurdu; anasının narahat quşlarının səs-

küyündən, onu ümumiyyətlə, heç kim eşitmirdi, o da elə hey ucadan oxuyurdu: «Hin-du ma-zı 

ban-ka-ya qoyur… A-ta qəl-ya-nı tən-bə-ki i-lə dol-du-rur… Se-si-li-ya pen-dir, ka-hı, çu-ğun-

dur, xa-ma, do-nuz pi-yi, si-yənək, şə-kər sa-tır… Sesiliya hər şey satır.» - deyirdi və gülürdü, 

rahibənin ona, ibrətamiz səslə, uşaqlara dərs verən müəllimə ədasıyla söylədiyi mətnin sözlərini, 

mığmığaların vızıltısına uyğun ritmlə oxuyur, sonra bütün dünya, bütün Yer üzü bu səsə 

bürünürdü və bu hüdudsuz, kədərli ölkədə məlum həqiqətlərdən savayı, heç bir şey qalmırdı; 

gözə dəyən, ələ gələn cəmi bir neçə şey – göydəki ay, qoyun və banan, don Viktorun öküzü, bir 

də Otiliyanın gözəl paltarı qalırdı… Onun bu qiraət dərsləri, səhər-axşam hər yerdə, hər adamın 

qulağının dibində səslənməyə başlayırdı, portretləri kimi, hamını qarabaqara izləyirdi. 

Hollandiyanın maliyyə naziri, prezidentin rəsmi qəbulunda baş tutan söhbətin işgüzar 

havasından, özü də bilmədən, ona görə azıb çıxdı ki, qaraqabaq qoca, ipək əlcəkli əlinin 

hərəkətiylə nazirin sözünü kəsərək, onu da özüylə bərabər: «Mən ana-mı se-virəm… İs-ma-yıl a-

da-nı ax-ta-rır-dı… Xanım po-mi-dor ye-yir-di…» - deyə oxumağa məcbur elədi. Beləcə oxuya-

oxuya, o, barmağını metronom kimi tərpədə-tərpədə, pauzaların müddətini ölçür, bu çərşənbə 

axşamına verilən ev tapşırıqlarını səylə təkrarlaya-təkrarlaya, istəyinə nail olur - Hollandiyanın 

təqdim elədiyi sənədlərin ödəniş vaxtı uzadılırdı. - «Bu barədə bir gün vaxt tapıb söhbət edərik, 

cənab nazir!» Sübh tezdən qızılgül kollarının altında oyanan korlar, cüzamlı, iflic xəstələr, ibadət 

mərasimlərindəki kimi oxuya-oxuya, onları xaçın altından keçirən acıqlı qocanı görəndə, mat-

məəttəl qalırdılar: - «Göylər sultanıyam mən – qanunu sevirəm mən, bəsirətli adamlar tənha 

səhrada ulayar! Mayak – hündür qaladır, işığıyla gəmiləri gecəyə yollayan qaladır!» O, Letisiya 

Nasarenonun ona bəxş etdiyi bu gecikmiş xoşbəxtlikdən nəşələnə-nəşələnə, cümlələrin hər birini 

üç dəfə oxudu. Zamanın özü Letisiya Nasareno idi, - «Mənim həyatım Letisiya Nasareno!» 

Siestanın bürkülü xərçəng iyi hopmuş ağır havasında Letisiya Nasareno ilə böyür-böyürə, tərdən 

nəmlənmiş döşəkağının üstündə, elektrik ventilyatorlarının, yarasa qanadına oxşar pərləri altında 

uzanmaqdan savayı ayrı ləzzətli bir şey yox idi; «Sənin yançaqlarının işığından savayı ayrı işıq 

yox idi, Letisiya, sənin, totemik idolların döşünə bənzər döşlərinndən, yastıdaban ayaqlarından, 

şəfqətli sədəfotu budağı qoxuyan iyindən, bir də, bir vaxtlar, tənha bir sübh çağı dünyaya gəlib, 

bataqlıq çürüntüsünün iyini ciyərlərinə çəkdiyin uzaq Antiqua adasının canüzən yanvar 

istisindən savayı heç nə yox idi!» Onlar, xüsusi fəxri qonaqlar üçün ayrılmış yataq otağına 

çəkilir, belə vaxtlar heç kim onlara mane olmağa, otağın qapısına beşcə metr yaxına getməyə 

belə ürək eləmirdi. – «Çünki mən çox məşğulam – mən oxumağı və yazmağı öyrənirəm!» Onu 

hətta, kənd camaatının, Sarı titrətmədən qırılıb tökülməsi xəbəriylə də, narahat eləməyə ürək 

eləmirdilər; – o öyrənirdi, ürəyinin döyüntüləri Letisiyanın vəhşi heyvan iyindən həssaslaşıb 

metronomun zərbələrinin ritmini ötüb keçirdi, o öyrənir və təkrar edirdi: «Cırtdan bir aya-ğı üstə 

rəqs e-dir! Eş-şək də-yir-ma-na ge-dir! O-ti-li-ya yay-lı-ğı-nı ya-xa-la-yır! Yay-lıq «a» hərfi ilə 

yazılır!»  

Letisiya isə bir qulağı onda, sevgi məşğələləri zamanı bulanmış döşəkağıları yığışdırır, onu ilıq 

vannaya salır, ətirli sabunla sabunlayıb lifləyir, sonra şəfqətli otlardan dəmlənmiş suya çəkir və 

onunla bir təkrarlayırdı: «x» hərfi «xor», «xaç», «xırman» və sair bu kimi sözlərdə əvvəldə 

yazılır!» Sonra o, onun ayaqlarının quruyub qaxaclaşmış qatlarını, qaşınmadan qızaran dərisini 

kakao dənələrinin yağıyla yağlayır, balaca körpələri pudralayan kimi, sısqa yançaqlarını ağ tozla 

pudralaya-pudralaya, nəvazişlə şillələyir və: «Bax, bu, Hollandiya maliyyə nazirinə görə! Al! 

Al!» - deyirdi. Sonra Letisiya onu, günahlarını yudurtmaq üçün, bir vaxt ölkədən qovdurduğu 

kilsə əyanlarını geri qaytarmağa məcbur elədi; – axı xəstəxanalarla, yetimxanalarla, digər Allaha 

yaxın yerlərlə kimsə məşğul olmalıydı?!.. İş bu yerə çatanda, bir müddət heç bir şey alınmadı, 

qoca ona kinli üzünü göstərib: «Heç vaxt!» -dedi. İctimaiyyətin gözü qarşısında bir dəfə qəbul 

olunmuş qərarı dəyişməyə heç kimin gücü çatmaz; lakin Letisiya, inadından dönmədi, onu sevgi 

anlarının ən təngnəfəs döngələrində yaxaladı, dilə tutub: «Bircə bunu xahiş eləyirəm sənnən, 

həyatım mənim, bircə bunu! Qoy bu zavallı dindarlar öz yerlərinə qayıtsınlar, axı, onlar heç vaxt 

sənin bir işinə qarışmayıblar, heç vaxt heç bir işinə burun soxmayıblar!» - dedi. O isə həmişəki 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə