Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə40/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   36   37   38   39   40   41   42   43   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

81 


kosmetikayla örtülmüşdü, ona görə yox ki, bu cəsəd sadəcə, təbiət muzeylərinə düzülmüş heyvan 

müqəvvaları kimi, adi qaydada, içinə saman təpilmiş müqəvva idi…» - «Aha!» - o dedi və 

tezliklə bütün bu deyilənləri öz gözüylə görmək imkanı qazındı: «Mən, şüşə sərdabənin qapağını 

açanda, qara matəm lentləri mənim nəfəsimdən ovulub töküldü, cansız kəlləyə taxılmış portağal 

güllərindən çələngi çıxaranda isə gördüm ki, at tükü kimi möhkəm saçların, demək olar, hamısı, 

təbərrük kimi satılması üçün kökündən qoparılıb və onda mən, səni qucağıma götürdüm, ana; 

sənin qurumuş sümüklərini fatanın cırıq-sökük tikələri ilə birgə götürdüm; sən günün altında 

qurudulmuş balqabaq kimi yüpyüngül idin; səndən, qədim sandıq dibinin iyi gəlirdi; mən, sənin 

içində nəyinsə qızdırmalı titrəməylə vurnuxduğunu eşidirdim və düşünürdüm ki, bu, sənin 

ruhunun pıçıltılarıdı, lakin bu, öz iti bıçaqlarını içəridə oynada-oynada, səni yalaya-yalaya səni 

içindən yonan güvə idi; odu ki, mən səni uzun müddət qucağımdan yerə qoymadım, çünki sən 

elə mənim əllərimdəcə ovulub dağılırdın, hissə-hissə sökülürdün; axı, sənin bütün içalatın ovulub 

çıxarılmışdı; daha, əli sinəsinin üstə yatan xöşbəxt ananın bədənindən əlamət qalmamışdı; 

bədənindən qalan kövrək toz dumanı əllərimin içindəcə, sümüklərin, arada bir fosforlu 

qığılcımları ata-ata külə çevrildilər; qoyma şüşə gözlərinsə, qürub çağı kilsənin, al qırmızı işığa 

bürünən mərmər döşəməsi boyu birə kimi atıla-atıla gəzdilər; sən, heç nəyə çevrilmişdin, ana, 

ovulmuş ana tozuna dönmüşdün və əsgərlər, bu tozu bellərlə yığıb tabutun içinə tökürdülər.» 

Bütün bunlardan sonra da bu fasıq, donuq zalımın üzünün əzələsi belə, tərpənmədi, onun, iquana 

gözünə bənzər hərəkətsiz gözlərində nə onda, bu hadisələr baş verən zaman, nə də bu dünya 

üzündə onu həqiqət aynasıyla üzbəüz qoyan yeganə adamla təkbətək qalanda heç bir ifadə 

yaranmadı. Onlar, adi karetlərdən heç nəyi ilə fərqlənməyən sadə, gerbsiz karetə oturub, 

pərdələrin arasından, bir vaxt dəhşətli ölümlər və nakam sevgilər barədə, zəhərli güllər, istək 

öldürən sirli bitkilər barədə kitablar satılan, indi isə Bendisyon Alvaradonun bədəninin müxtəlif 

hissələri, əyninin geyimindən tikə-parçalar – yalançı təbərrüklər düzülən giriş darvazalarının 

kölgəsində istirahət edən dilənçilər sürüsünə baxırdılar. Monsenyor Demetrio Aldous, gözünü 

alver meydanından çəkib, istintaqın müsbət nəticələri barədə danışmağa başlayanda, o, öz 

həmsöhbətinin fikrini o dəqiqə tutdu. – «Mən əmin oldum ki, bu kasıb adamlar sizi, öz həyatları 

qədər sevirlər». Həqiqətən də axı, xəyanət deyilən nə vardısa, Demetrio Aldous prezident 

sarayında görmüşdü, yüksək dövlət vəzifələrində işləyənlərin, özünü gözə soxanların 

tamahkarlığının, ucsuz yarınmağının, xəbis yaltaqlığının şahidi olmuşdu, kasıb kütlələr arasında, 

dilənçilər içində, heç nəyi olmayan, öz hökmdarlarından da heç nə ummayan adamlarınsa, sadiq 

məhəbbətini görmüşdü; bu adamlar ümumiyyətlə, heç kimdən heç nə istəmirdilər; onlar, başları 

üstə duran hökmdarı, torpaq kimi görünən və ələgələn olduğundan, ona toxuna biləcəklərinə 

görə ilahi bir sevgiylə sevirdilər. - «Allahın özünün paxıllığı tutası bir işdi, əla həzrətləri!» Lakin 

əla həzrətlərinin, bu etirafı eşidəndən sonra da qaşının ucu belə tərpənmədi, halbuki ayrı vaxt 

olsaydı, onun ürəyi gizli bir sevinclə şirin-şirin gizildəyərdi, içini çəkib həyəcanını içində boğa-

boğa özü-özünə fikirləşərdi: «Sizsə istəyirdiniz ki, məni heç kim sevməsin, müqəddəs ata, 

ələlxüsus da indi, bu məmləkətdən gedib öz uydurma dünyanızın qızıl qüllələri altında mənim bu 

biabırçı vəziyyətimdən və ələmimdən həzz alacağınız bir vaxt, mənsə burda - üstümə yıxdığınız 

həqiqət yükü altında, bu dərdi mənimlə bölə biləcək qayğıkeş anasız, öz istəyimlə seçmədiyim 

anadan olmağımla qazandığım həmin bu məmləkətdə – əsrlərdən bəri olduğu kimi qalan vecsiz 

mənzərəli, nəcis iyli, razılığım olmadan, adıma yazılanlara dünyasında inanılmayan bu tarixsiz 

məmləkətdə, pərdəli karetin içində belə qırx dərəcə istisi, doxsan səkkiz faiz nəmişliyi olan, 

tozundan nəfəs tutulan, arada bir qəhvədan kimi yüngül fit verən şişimin ağrısından qovrulduğun 

bir yerdə, qəbullarda bircə partiya domino oynamağa adam tapılmayan və bütün bu həqiqətlərə 

inana bilən bircə adamın olmadığı bir ölkədə tək tənha qalım, müqəddəs ata?.. Özünüzü mənim 

yerimə qoyun, müqəddəs ata!» O, güclə seziləcək tərzdə içini çəkib, iquana kipriklərini yüngülcə 

qırparaq, monsenyor Demetrio Aldousdan xahiş etdi ki, bu söhbət aralarında qalsın - «Siz mənə 

heç nə deməmisiniz, ata. Mən həqiqəti bilmirəm, oldu?» Monseyor Demetrio Aldous da söz 

verdi: «Əlbəttə, əla həzrətləri, siz, həqiqəti bilmirsiz. Bu söhbət, öz aramızda qalacaq, sizə kişi 

sözü verirəm.» Bendisyon Alvaradonun müqəddəslik titulu alması haqqında iş, onun 

müqəddəsliyini sübut edə biləcək faktların azlığı səbəbindən, yarımçıq dayandırıldı, Romanın 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

82 


qərarıyla, hökumətin rəsmi razılığı əsasında, onun amvonluqdan* çıxarıldığı elan edildi, bu 

qərarla həmçinin, ictimai asayişin qorunmasına, hər hansı üsyan xarakterli çıxışlara nəzarət 

gücləndirilsə də, üçyançılar dəstəsi, de Armas meydanında kafedral kilsənin darvazalarının 

şalbanlarından ocaqlar qalayanda, Apostolik nunsiatura sarayının, mələklər və cəngavərlər təsvir 

olunmuş rəngli şüşələrini daşla sındırıb tökəndə, yerli mühafizə qüvvələri heç bir müqavimət 

göstərmədi. - «Onlar hər yeri dağıdıb sökürlər, mənim generalım!» O, öz yelləncəyində sakit-

sakit yırğalanır, qaşının ucu belə tərpənmirdi. «Onlar, monastrları mühasirəyə alıblar, rahibləri 

acından öldürmək istəyirlər. Onlar, kilsələri, missionerlərin evlərini yarır, dinə aid nə varsa, 

məhv edirlər, mənim generalım!» Yüksək rütbəli zabitlərin hamısı bir adam kimi, əmrin yerinə 

yetirilməsində aciz olduğunu, bu kütləvi həyəcanın, qan qırığının qarşısını ala bilmədiyini 

boyunlarına almayınca, o, heç bir tədbir görmədən, laqeyd üzüylə öz yelləncəyində yellənə-

yellənə, diri güllərdən hörülmüş talvarın kölgəsində oturub qaldı. Yalnız bu kütləvi etirafdan 

sonra o, yelləncəkdən qalxıb, uzun ayların düşüncələrinə qərq olduğundan, daxil ola bilmədiyi 

kabinetinə sarı addımladı, orda, xalqın yekdil rəyini ifadə eləmək məsuliyyətini öz üzərinə 

götürdüyü barədə qərar qəbul etdi və bu qərarı, silahlı qüvvələri xəbərdar etmədən, nazirlərlə 

məsləhətləşmədən, öz fəhmiylə yaratdığı dekretdə əks etdirdi. Dekretin birinci maddəsi – azad 

və suveren xalqın ali istəyi ilə Bendisyon Alvaradonun vətəndaş müqəddəsliyni elan edir, 

Bendisyon Alvaradoya Millətin Himayədarı, Əzabkeşlərin Şəfaverəni, Quşların Mürəbbiyəsi 

titullarını verirdi, Bendisyon Alvaradonun andan olan günü isə, həmin maddədə mili bayram 

elan edilirdi. İkinci maddə – bu dekretin rəsmləşdiyi gündən, Vatikan dövlətinə və onun 

əhalisinə, bütün qayda-qanunuyla, hüquq normalarına və beynəlxalq konvensiyalara 

uyğunlaşdırılmış əsaslarla müharibə elan edirdi. Üçüncü maddədə – cənab yepiskopun təcili 

surətdə ölkədən çıxarılması, o biri yepiskopların, apostolik prefektlərin, gəlmə kahinlərin və 

rahibələrin, ümumiyyətlə, din xadimlərinin, yaxud kilsə işləriylə hər hansı bir əlaqəsi olan yerli

yaxud, gəlmə adamların qovulması qərara alınırdı. Bu adamların hamısına ölkənin ərazisində, 

yaxud hər hansı bir bəhanəylə ərazi sularının əlli dəniz milinədək yaxında olmaq qəti qadağan 

edilirdi. Və nəhayət, dördüncü maddə – bütün kilsə əmlakının müsadirə edilməsini elan edirdi. 

Məbədlər və monastrlar – məktəbləri, şumluq sahələri, əmək alətləri və mal-qarasıyla bir yerdə, 

kilsələrə məxsus şəkər zavodları, fabriklər, emalatxanalar, bir sözlə, hər şey – din xadimlərinin 

ayağında olan, əslində isə kilsə mülkiyyəti sayılan hər bir şey müsadirə edildi. Bütün bunlar, 

dekret ictimaiyyətə çatdırılandan, ucadan oxunandan və ali hökmdarın möhürüylə təsdiq 

ediləndən sonra, Bendisyon Alvaradonun və onun quşlarının ölümündən sonrakı əmlakı elan 

edildi. «Tabe olun və əməl edin!» O, dekretdə yer almış bütün bu maddələrin yerinə 

yetirilməsinə, atəşfəşanlığın rəngli fişənglərinə, kilsə zənglərinin, Bendisyon Alvaradonun 

övliyalar sırasına keçməsi şərəfinə çaldığı qələbə marşlarına məhəl qoymadan, şəxsən özü 

nəzarət edirdi ki, anasının müqəddəs ruhu bir daha növbəti yalanın qurbanına çevrilməsin. O, 

hakimiyyət cilovlarını yenidən öz əlinə aldı, öz atlas əlcəkli incə əlləriylə kobud cilovlardan 

möhkəm yapışdı; bir vaxtlar elədiyi kimi, kasıb komalara girib toyuqların qırt oturuşuna, yaxud 

kəlçənin axtalanmağına baxarkən, camaat onu pilləkənlərdə saxlayıb, nə vaxtsa şəhərin 

küçələrində keçirilən atçapma mərasimlərini, çuvaliçi qaçış yarışlarını bərpa etməyini xahiş edir, 

o da onların xahişini yerinə yetirirdi. O, yenə əvvəlki kimi, hər işə özü qarışır, kilsə əmlakının 

inventarlaşma aktıyla şəxsən tanış olmaqdan boyun qaçırmır, müsadirənin gedişinə özü rəhbərlik 

edir, göz qoyurdu ki, onun göstərişləriylə həyata keçirilənlər arasında – dövlət sənədlərinin 

həqiqəti ilə real həyatın dəyişkən həqiqətləri arasında, xırdaca belə boşluq olmasın. O, kralın 

saysız-hesabsız sərvətlərini gizlicə, ikidibli çamadanlarda, xüsusi məharətlə tikilmiş korsajların 

altında ölkədən çıxarmaq istəyən möhtəşəm kilsə icmalarının sürgünlərinə də şəxsən özü nəzarət 

edirdi. Kasıblar qəbiristanlığında basdırılan həmin bu sərvətlər, uzun illərin axtarışlarına 

baxmayaraq, Federasiya uğrunda döyüşənlər tərəfindən də tapılmamışdı. Odu ki, belə bir əmr 

verildi: bircə kilsə xadimi, bir dəst alt paltarı dəyişəyindən savayı özüylə yük apara bilməz; 

bundan savayı, onlara, gəmiyə yalnız çılpaq, lüt anadangəlmə vəziyyətdə minməyə icazə 

verilirdi. Hamı əmrə tabe oldu: heç nə qanmayan, yaxalarından əl çəksinlər deyə, ömürlərinin 

axırınacan lümlüt gəzməyə hazır olan kobud kənd kahinləri, din dairələrinin, titrəmədən heydən 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə