Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə47/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   43   44   45   46   47   48   49   50   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

95 


bu şəkillər o qədər qədim idi ki, çoxunda o, özü-özünə oxşamırdı, elə bil nə vaxtsa, lap 

çoxdannan onun əvəzinə ölmüş əkiz tayı idi; kometanın gəlişindən bu yana, bircə iclasın 

keçirilmədiyi, keçən çərşənbə isə nazirlər şurasının iclasında sədrlik etdiyi zaman çəkilən şəklinə 

baxır, burnunu az qala, sətirlərə dirəyə-dirəyə, yüksək rütbəli nazirlərin, onun adından yazdıqları 

aforizmlərlə, tarixi fikirləriylə tanış olur, sonra tutqun avqust gününün istisindən üzülə-üzülə: 

«Bu nə zay qəzetdi, lənət şeytana! Bu yazıq camaat bunu necə oxuyur?!» - deyə-deyə, siestanın 

boğanaq havasında yuxuya gedir, hər belə duzsuz qiraətdən beynində azca da olsa, nə isə qalırdı 

və həmin o cüzi olan nə isə, onun beynində yeni ideyaların yaranmasına təkan verirdi, onda o, 

qısa, dayaz yuxusundan ayılıb Letisiya Nasareno vasitəsi ilə öz nazirlərinə müxtəlif tapşırıqlar 

göndərirdi; nazirlər də öz növbələrində, onun fikirlərini, bu xanımın dedikləri əsasında 

müəyyənləşdirməyə cəhd edərək, cavablarını elə Letisiya vasitəsi ilə verirdilər. «Çünki mənim 

rəmmalım sən idin, bircə sən mənim fikirlərimi oxuya bilirdin, demək istədiyimi deyə bilirdin, 

mənim ən qəliz fikirlərimi yalnız sən nizamlaya bilirdin, sən, mənim səsim idin, mənim şüurum 

və qüvvəm idin, sən - mənim, dünyanın dörd bir yandan daim üstümə odlu axınla yeriyən sonsuz 

uğultu içində lazım olanları eşidən ən iti qulağım idin.» O, belə deyirdi, əslinə qalanda isə, 

bəhrələnib istiqamətləndiyi ən etibarlı xəbərlər mənbəyi ümumi saray tualetlərinin divarlarında 

yazılan anonim xəbərlər idi; bu informasiyalardan o, heç kimin, «Hətta Letisiya, sənin özünün 

belə», deməyə cürət eləmədiyi həqiqətləri öyrənirdi; o bu informasiyaları sübh tezdən, inəklərin 

səhər sağımından sonra, gündüz növbətçiləri onları divarlardan yuyanacan oxuyur və tualetlərin 

divarlarını hər gün ağartdırmağı əmr edirdi ki, heç kim öz qəlbinin çirkabını, içinin acığını bəyaz 

divarlara tökməyə heyfslənməsin; həmin bu imzasız məktublardan o, öz zabitlərinin dərdlərini 

öyrənir, onun köməyi ilə yüksək rütbəyə çatıb üzü dönənləri, ürəyində ona nifrət edənləri bircə-

bircə tanımağa başlayır və məhz beləcə, insan qəlblərinin gizli guşələrinə baş vurduqca, özünü 

tam qüvvətli hiss edirdi; bu qəlblərə o, çox asanca, ifşa güzgülərinə – tualetlərin divarına – 

boylandıqca, baş vururdu.  

O dövrlər o, uzun-uzadı illər bundan əvvəl tərgitdiyi mahnılarını yenidən oxumağa başladı; yenə 

miçətkənin dumanı içində Letisiya Nasarenonun, ləpənin vurub dayaza atdığı balina cəmdəyinə 

bənzər bədənini nəzərdən keçirə-keçmrə: «Di oyan, Letisiya, mənim qəlbimdə artıq səhərdir! 

Həyat davam edir! Dəniz sahilini sığallayır!» - oxuyurdu. Həyat beləcə davam edir, Letisiya 

Nasarenonun – bircə boş bir şeydən savayı – səhərlər onunla bir yataqda oyanmaqdan savayı, 

istədiyi hər bir şeyi ondan ala bilən yeganə qadının qəribə əhvalatları davam edirdi. Hər axşam o, 

sevgi nəşələrindən doyandan sonra öz otağına gedir, öz subay yataq otağının qapısından, işdi, 

birdən qovhaqov düşərsə, ona mütləq lazım olacaq yanar lampasını asır, kilidi üç dəfə açarlayıb, 

üç zənciri, üç cəftəni bağlayır, Letisiya Nasarenoya qədər olduğu kimi və Letisiyadan sonra, 

ömrünün son gecəsinədək olacağı kimi, geyimli-keçimli, üzü üstə döşəməyə düşüb, suda 

boğulan tənha adamın yuxusunu görürdü. Lakin hər səhər o, inəklərin sağılmasına nəzarət 

eləyəndən sonra Letisiyanın digər, yeni arzularını həyata keçirməkdən ötrü - onun tamahkar 

gözünü, rəhmətlik anası Bendisyon Alvaradonun hüdudsuz vərəsəliyi müqayisəyə belə gəlməyən 

bahalı hədiyyələrlə doldurmaqdan ötrü yenidən Letisiyanın yataq otağına – hələ də vəhşi heyvan 

iyi qoxuyan otağa qayıdırdı. Lakin məsələ, tək Letisiya ilə qurtarmırdı, Letisiyanın hansısa antil 

adalarından tökülüşüb gələn qohumlarının da tamahkar gözünü doyurmaq lazım gəlirdi; bu, bir 

sürü, heç nəyi olmayan, bircə Nasareno nəslinə aidiyyatı olan yoğun səsli, ac-yalavac şogöz 

dəstəsi idi. Letisiyanın qohum-əqrabası, bütün duz, tütün, içməli su satışını ələ keçirdilər, ordu 

rəhbərlərinin arasında bölüşdürülmüş ticarət sahələrinə də soxuldular. Demək, məsələ beləydi ki, 

ac-yalavac Nasareno sülaləsi onun-bunun tikəsini əlindən qamarlaya-qamarlaya camaatın 

hesabına dövlətlənməyə başladılar və guya bütün bunlar prezidentin razılığıyla həyata keçirilirdi; 

əslində isə qərarı Letisiya verir, prezident də bu qərarla razılaşmalı olurdu. Həmin o dövr o, 

Letisiyanın təkidiylə, vəhşi edamları – adamları dörd atın arasında şaqqalamaq cəzasını ləğv etdi 

və bu dəhşətli cəza növünü, yadelli desantın ölkədə olduğu illər, desantın komandanının şəxsən 

ona bağışladığı elektrik stulu ilə əvəz etməyə cəhd etdi; yəni ki, bizdə də ölüm cəzasının ən 

müasir növündən istifadə edirlər.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

96 


Bu məqsədlə o, liman qalasının dustaqxanalarına – ən cansız siyasi dustaqların təcrübə dovşanı 

kimi saxlanıldığı dəhşətli laboratoriyalara baş çəkdi: işə salınanda bütün şəhərin elektrik 

enerjisini udan ölüm taxtının idarə sistemi bu adamların bədənində sınaqdan keçirilməliydi; biz 

bu eksperimentlərin vaxtını dəqiq bilirdik; bunu təyin eləmək bir o qədər də çətin deyildi, işıqlar 

qəfil sönürdü və biz, dəhşətdən itən nəfəsimizlə qaranlıqda donub qala-qala, liman 

qəlyanaltıxanalarında ölənlərin ruhunu, badə qaldıraraq, bir dəqiqəlik sükutla yad edirdik və 

bilirdik ki, bu adamlar, bir dəfə yox, bir neçə dəfə ölürlər; biz bilirdik ki, dustaqların çoxu birinci 

dəfədən ölmürdü, yarımcan vəziyyətdə kabab kimi tüstülənə-tüstülənə qayışdan asılıb qalır, 

cəlladlardan hansısa əməliyyatı iki-üç dəfə təkrar edəndən sonra, bu yazıqları gülləylə vurub 

öldürməyincə, dəhşətli ağrılardan xır-xır xırıldayırdılar. - «Hər şey sənin istəyin naminə idi, 

Letisiya! Türmə kameraları sənin istəyin naminə boşaldılmışdı, sənin naminə mən düşmənlərimi 

əfv edib vətənə qayıtmalarına icazə verdim!»  

Pasxa qabağı o, vicdan azadlığını bərqərar edən, zidd fikirliliyə görə cəzaları qadağan edən 

qərarı rəsmiləşdirdi, çünki ömrünün payızının yetkin çağı o, səmimi qəlbdən anladı ki, ən qatı 

düşmənlərinin belə, əfsanəvi yanvar gecələri Letisiya Nasareno ilə onu göyərtədə, bircə alt 

tumanında oturan vəziyyətdə, ayın işıldatdığı nəhəng qarnını görmək şərəfinə nail olan yeganə 

qadınla keçirdiyi xoşbəxtliyin ən xırdaca payına da olsa hüquqları çatır; onda o, Letisiya ilə 

birlikdə Vavilon hökmdarlarının göndərdiyi, Yağışlar Bağında əkilən gümüşü söyüdləri, leysan 

yağışın, günəşin büllur şüalarıyla kəsilməsini, yaşıl cəngəlliklər içində itib-batan Qütb ulduzunu 

seyr edir, radioların, dünyanın bütün pataxtylarının adı və meqagerts rəqəmləriylə dolu olan 

şkalasını gözdən keçirir, Letisiya ilə birlikdə dünyanın qarmaqarışıq səsləri və öz orbitləri 

ətrafında ətürpədən uğultu yaradan planetlərin səsi içində hər axşam Santyaqo de Kubadan 

verilən, hər fəsli ürək kövrəldən – «Təki sabaha sağ çıxaydıq» sözləri ilə bitən radioromanın 

növbəti fəslinə qulaq asırdı. Gecələr, yatmamışdan əvvəl isə o, uşaqla məşğul olur, ona silahlar 

barədə, hansı silahın harda işlədilməsi barədə danışırdı; axı bu, onun xırdalıqlarına qədər bələd 

olduğu yeganə sahə idi?!.. Siyasi müdriklik dərslərinə gəldikdə isə o, hər dəfə uşağa eyni şeyi 

təkrar deyirdi: «Əgər sözünün yerə düşəcəyindən şübhələnirsənsə, heç vaxt əmr vermə!» hər 

dəfə də uşağı, bu kəlamı onunla birlikdə təkrar eləməyə məcbur edirdi ki, o birdəfəlik başa 

düşsün ki, yüksək vəzifəyə malik olan şəxsin yeganə səhvi – yerinə yetiriləcəyinə dəqiq əmin 

olmadığı vəziyyətdə əmr verməyidi; məlum məsələydi ki, bu, yetkin dövlət xadimindən, həyat 

təcrübəsi görmüş müdrik atadan çox, nəfəsindən artıq süd iyi gələn heysiz qocanın məsləhətiydi 

və işdi, əgər Allah-tala uşağa da bu qədər ömür bəxş etməli olsaydı, o, bu məsləhəti qəbir 

evinəcən yadından çıxarmayacaqdı, çünki bu düsturu ilk dəfə altı yaşında - atasının rəhbərliyi 

altında ağır qurğudan atəş açdığı gün eşitmişdi, odu ki, yaddaşına, həmin bu dəhşətli gurultuyla 

bir həkk olunmuşdu; biz isə o dəqiqə başa düşdük ki, həmin bu ağır qurğudan açılan atəş, yaxın 

tezlikdə baş verəcək təhlükəli təbii fəlakətin xəbərdarlıq əlamətidi, çünki atəşdən sonra dəhşətli 

bir qasırğa – yağışsız, lakin şimşəkli, gurultulu bir qasırğa başladı; bir gurultu qopdu, elə bil 

yeraltı vulkanların hamısı birdən oyandı, Komodoro Rivadavia tərəfindən isə vahiməli qütb 

küləyi əsməyə başladı; külək dənizi alt-üst edib, bütün sularını çalxaladı, köhnə ticarət limanı 

meydanında məskən salan köçəri sirki, saman çöpü kimi hərləyib özüylə apardı və biz, bir qədər 

sonra su boyu trapessiyalarda üzən filləri, suda boğulmuş klounları və zürafələri torla tutmağa 

başladıq; onlar buralara, qasırğanın ilk həmləsindən düşmüşdülər, külək onları ordan, 

trapessiyaqarışıq, dənizə salmışdı; həmin bu dəlisov qasırğa az qala, lövbərində, sonradan Ruben 

Dario adı ilə məşhurlaşan gənc şair Feliks Ruben Qarsia Sarmento gələn banandaşıyan gəmini də 

batıracaqdı; gəmi yalnız qasırğa qutarandan, düz bir saat sonra bizim limana daxil ola bildi.  

Günorta saat dörd olardı, qasırğanın təzələdiyi hava, cücülərin şən vızıltısıyla dolmuşdu, dəniz 

sakitləşmişdi; əla həzrətləri, öz yataq otağının pəncərəsindən boylanaraq, qasırğanın çalxalayıb 

sağ böyrü üstə yıxdığı və indi heysiz-heysiz limanın, qızılı, hamar sularıyla üzən ağ gəmiciyi 

gördü; sükanın arxasında kapitan dayanmışdı və gəminin geriyə yan almasına, şəxsən özü 

rəhbərlik edirdi, kapitanın yanında isə, əynində tünd mahud gödəkcə və ikibortlu jilet olan 

sərnişin dayanmışdı; general bu adam haqqında, növbəti bazar gününədək heç nə eşitməmişdi, 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə