Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə22/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   18   19   20   21   22   23   24   25   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

45 


 

Bizim əziz general 

Vətəni murdarladı.  

Çox əlləşdi-vuruşdu, 

Öz ağlı-kamalıyla, 

Yeni qanunlar qoşdu 

Başıyla yox, dalıyla... 

 

Yeni bəndlər gün-gündən artıb, çoxalırdı. Tutuquşular da bəndlər qoşmağa başlamışdılar, bu 



mahını kökündən kəsib yaddaşlardan çıxarmağa çalışan milli təhlükəsizlik nazirliyinin 

əsgərlərini də çaşdıran elə bu tutuquşular idi. Hərbi patrullar yeməkxanalara, döyüşə tam hazır 

vəziyyətdə, ağır silahlarla doluşur, boğazlarını cıra-cıra mahnı oxuyan tutuquşuları güllələyir, 

qəfəslərdən çıxarıb diri-diri itlərə atırdılar. Ən çətini isə, mahının bəzi açıq-saçıq bəndlərini 

camaatın dilindən çıxarmaq idi. Bu, camaata, gördüyünü unutdurmaq kimi bir şey idi. Ələlxüsus 

da, gecələrlə arxa girişdən oğrun-oğrun saraya girib, mətbəxdən ötüşərək, quru təzəklərin 

tüstüsündə itə-itə, ağcaqanadları qova-qova: - «Sabahacan, kraliçam! Sabahacan!» - dediyi 

bəndi. Sabahı gün isə o, yenə həmin saatda, yenə qucağı saysız-hesabsız əndirəbadi hədiyyələrlə 

dolu Manuela Sançesin yanına gəlirdi. Bu hədiyyələr gün-gündən elə sürətlə çoxalırdı ki, onları 

yerləşdirmək məsələsi çətinləşirdi. Odu ki, qonşu evləri də Manuelanın evinə birləşdirib nəhəng 

bir zal düzəltməli oldular ki, Manuela öz qonağını burda qarşılaya bilsin. Zalın o biri hissəsi isə 

ürəksıxan anbara çevrilmişdi: burda nə desən tapmaq olardı – bütün dövrəlrin saatları, müxtəlif 

markalı qramafonlar – ən sadəsindən tutmuş, silindirlisinəcən, son dəbli, nikelli səs pərdəsi, əllə, 

ayaqla işlədilən saysız-hesabısız paltartikən maşınlar, qalvanometr, musiqili mücrülər, optik 

fokslu aparatlar, quru kəpənək kolleksiyaları, Asiya bitkiləri, fizioterapevtik laborotoriyalar, 

idman kabinələri üçün ləvazimatlar, ayaq üstə qurumuş diri adamlara oxşayan müxtəlif 

mexanizmli kuklalar və s. Bu anbarın böyük hissəsinə heç kim girib-çıxmırdı, şeylər necə 

qoyulmuşdusa, eləcə də tozun altında bozara-bozara qalmışdı, oraları heç süpürmürdülər də, 

kimin nəyinə lazım idi axı!? Manuela Sançesin isə, həmin o qara şənbə günü, karnaval gecəsi 

tacqoyma mərasimindən sonra, ümumiyyətlə, dünya vecinə deyildi... 

– Mən həmin o gün – gözəllik kraliçası elan edilən gün bədbəxt oldum! O gecə, həyatımın 

sonuna nöqtə qoyuldu. Pərəstişkarlarım bir-bir, qəfil ölümlərlə ölməyə başladılar; birinin ürəyi 

partladı, o birilər əcaib xəstəliklərdən öldülər, rəfiqələrimsə yoxa çıxdılar.» Öz evində oturanda 

da Manuela Sançes özünü tamam ayrı, yad bir yerdə hiss eləyirdi, çünki ətrafda nə vardısa, hər 

şey sökülüb yenidən tikilmişdi, dəyişib ayrı cildə düşmüşdü. O özü də bilmədən, taleyin onun 

üçün qurduğu məkrli tora keçmişdi, təsəvvürəgəlməz hakimiyyət qüdrətinə malik qoca bir 

şorgözə əsir düşmüşdü. Ona «yox» - deməyə cürəti çatmırdı, «hə» deməyə isə taqəti yox idi. 

Qoca isə öz miskin məhəbbətiylə onu qarabaqara izləyir, ona, qan-tər içində, üzünü ağ 

şlyapasıyla yelləyə-yelləyə, sərxoş baxışlarla baxırdı. Son günlər isə qoca özünü elə itirmişdi ki, 

Manuela arada bir özü-özünə: «Yəni doğrudan bu, odu?.. - deyə soruşmaya bilmirdi. – «Bəlkə 

gözümə görünür?!» Lakin heç nə Manuelanın gözünə görünmürdü. Qocanın yerişini, meyvə 

suyunu içməyini, həsir kresloda oturub mürgü vura-vura burnuyla əlindəki stəkanın içinə 

girməyini Manuela öz gözləriylə görürdü, qocanın mürgüsü dərinləşəndə və o xoruldamağa 

başlayanda, Manuela oturduğu yerdə dik atılır, qocanın əlindən az qala sürüşüb düşən suyla dolu 

stəkanı havadaca tutur: «Ehtiyatlı olun, əla həzrətləri!» - deyirdi. Onda qoca, həmin dəqiqə 

yuxudan ayılır, Manuelanın, yerə düşən stəkanı havada tutmağına məhəl qoymadan, üzü 

qorxudan əyilə-əyilə:«Mən yatmamışdım, kraliça! Qətiyyən yatmamışdım! Elə belə gözümü 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

46 


yummuşdum!» - deyirdi. O, ümumiyyətlə, Manuelanın incə bicliklərini başa düşmür, onun 

nazıyla oynaya-oynaya, yanında ola-ola, həm də ondan üsulluca uzaqlaşdığını hiss eləmirdi. Hər 

şey elə beləcə də davam edirdi ki, bir gün qoca, ağlasığmaz dərəcədə ehtiraslı bir vəziyyətdə 

Manuelanın yanına gəlib: «Bu gecə, kraliça, mən sənə, ağlına gəlməyən hədiyyə edəcəyəm, 

kosmik hədiyyə! Bu gecə, on ikiyə altı dəqiqə işləmiş sənin üçün göydə ulduz axacaq, kraliça, 

tək sənin üçün!» - dedi. 

Bu, o demək idi ki, kometa nəhayət yaxınlaşırdı; bizim üçün bu kometanın gəlişi, dövrün ən 

kədərli, ən faciəli hadisəsi oldu. Çünki uzun illər camaat arasında belə şaiyə gəzirdi ki, bizim 

generalın ömrü, adi Yer vaxtına tabe deyil, kometanın gəlişi ilə bağlıdı. Deyirdilər ki, kometa 

gəlməyənəcən və o, kometanı görməyənəcən, generala ölüm yoxdu. Bu, onun alın yazısı idi. 

Yaltaqlar nə deyirlər desinlər, ona ikinci kometanı görmək müyəssər olmayacaqdı. Odu ki, 

həmin o noyabr gecəsi biz, kometanın gəlişini, dirçəliş gününü gözləyən kimi, əsrdə bir dəfə baş 

verəcək ən gözəl dünya hadisəsi kimi gözləyirdik və zəngləri, son yüz illikdə ilk dəfə olaraq, 

onun şərəfinə yox, ölümünə çalmağa hazırlaşırdıq; axşam saat on birdə, düz on bir qulaqbatıran 

zəng çalınmalıydı... General özü isə kometanın gəlişini, Manuela Sançesin evinin yastı damında, 

Manuelayla anasının arasında otura-otura, ürəyinin həyəcanlı döyüntüsü eşidilməsin deyə, 

dərindən nəfəs dərib, bərkdən-bərkdən ah çəkə-çəkə, donuq göyə qorxu içində baxa-baxa 

Manuela Sançesin, onun bütün bədənini riqqətə gətirən şirin nəfəsini uda-uda gözləyirdi. Çox 

keçmədi ki, o, uzaqlardan, kometanın gəlişini həsrətlə gözləyənlərin, pıçıltıyla oxuduqları 

duaları, dünyanın axırından xəbər gətirən bu əlamətin - sirli möcüzənin qarşısında diz çökən 

camaatın, yeraltı vulkan təkanlarını xatırladan uğultusunu, təbillərin gurultusunu eşitdi və 

ömründə birinci dəfə zamanın hüdudsuzluğunu hiss etdi… ilk dəfə, həqiqətən, nə vaxtsa bir vaxt 

öləcəyini bütün vücuduyla hiss elədi və həmin an gözü Manuelaya sataşdı: - «Bax, kraliça, bu 

odur!» 


Kometa, ulduz kəhkəşanının uzaq ənginliklərindən, kainatın ucsuz-bucaqsız sonsuzluğundan 

gəlirdi... O, bizim dünyamızdan çox-çox qədim idi, göyün tən yarısına sığmayan qəmli, alovlu 

meduzaya bənzəyirdi, saniyədə milyon kilometrlərlə uça-uça, onu doğma yerinə çəkib gətirən 

havayla bizə sarı axırdı... Tezliklə hamı onun hərəkətinin səsini – küləyin dalğalandırdığı dəmir 

saçağın səsini eşitdi, hamı onun hüznlü simasını, yaşla dolu gözlərini, kainat fırtınasından dağılıb 

açılan ilanabənzər hörüklərini gördü... O, arxasınca işıqlı ulduz tozu yaya-yaya, qəlpələrini 

havada vıyıldada-vıyıldada, möhtəşəm zərbələrindən, Yer üzündə, zaman məhfumundan çox-çox 

əvvəl, nəhəng kömür yarğanları, dərin okean uçurumları açan yanar parçalarını ata-ata gəlirdi. 

«Bax, kraliça, yaxşı-yaxşı bax... O, bir də yüz ildən sonra gələcək!» - deyə qoca pıçıldadı. 

Kometanın fosforlu işığı altında, ulduz tozunun dumanında əvvəlkindən daha gözəl görünən 

Manuela qorxu içində xaç çəkib onun əlindən yapışdı. «Anam mənim, Bendisyon Alvarado, 

nəhayət bu baş verdi… o, mənim əlimdən tutdu!..» Manuela isə qocanın əlindən nə vaxt 

tutduğunu hiss eləməmişdi… qarşısında gözlənilmədən açılan əbədiyyət uçurumundan dəhşətə 

gəldiyindən, özündən asılı olmayaraq, kömək üçün qocanın əlindən – adsız barmağında 

prezident möhürü qaralan qəddar qocanın incə, şümal əlindən - hakimiyyət ocağında aramla 

bişib közərən əlindən tutmuşdu... 

Biz, bu ilahi möcüzədən – göyün üzünü örtüb, ölkənin üstünə ulduz yağışı tökən bu odlu 

meduzanın gəlişindən bir o qədər də həyəcanlanmamışdıq, çünki fikrimiz ondaydı ki, görək 

bütün bunlar nə ilə nəticələnəcək. Aramızda ən ümidsizlər belə, inanırdılar ki, nə isə olacaq, nə 

isə, görünməmiş bir hadisə baş verəcək - dünya dağılacaq, xristianlığın əsasları alt-üst olacaq, 

üçüncü inam erası başlayacaq… Beləcə, böyük dəyişiklikləri gözləyə-gözləyə, biz, səhərəcən 

küçələrdə qaldıq, sonra yuxusuzluqdan əyilən üz-gözümlə evlərimizə dağılışdıq. O gecə biz 

evlərimizə, ulduz tozu və odlu qəlpələr tökülmüş küçələrlə veyillənə-veyillənə getdik, 

süpürgəçilər artıq kometanın səpələdiyi səma tör-töküntüsünü süpürürdülər, biz isə, yenə də heç 

nəyin baş vermədiyinə, böyük tarixi yalanın qurbanları oluğumuza inanmaq istəmirdik... 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə