Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə30/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   26   27   28   29   30   31   32   33   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

61 


uşaqları elə bir yerə göndərsinlər ki, orada heyvanlar, əbədi nəmişlikdən diri-diri çürüyür, hətta 

sözlər də, nəmişlikdən kif atır… ağacların arasıyla isə, sürüşkən dərili, selikli osminoqlar 

sürünür; əmr elədi ki, uşaqları, And dağlarının o biri tayına – içində daim dumanlar sürünən 

oyuq mağaralara aparsınlar, elə bir yerə ki, heç kəs onları tapa bilməsin, o yerdə olduqları bir 

kimsənin ağlına belə gəlməsin, əmr elədi ki, uşaqların yerini tez-tez dəyişdirsinlər – aranın çürük 

noyabrından, dağətəyinin qızmar fevralına daşısınlar və əksinə; uşaqların, qızdırmadan 

titrətdiklərini eşidəndə isə, onlara kinə dərmanı və isti odeyal göndərdi… uşaqlar qızdırma 

xəstəliyinə, Qızıl Xaç Cəmiyyətinin müşahidəçi təyyarələrindən gizlənib, bir neçə gün çəltik 

tarlasında, boğazlarınacan suyun içində dayanan vaxt tutulmuşdular; uşaqlar, skarlatina 

xəstəliyindən əziyyət çəkəndə əmr elədi ki, günəşin gözqamaşdıran şüaları uşaqların gözlərini 

ağrıtmasın deyə, şüaların və ulduzların parıltısını saxta qırmızı işıqla kölgələndirsinlər; çinarlığın 

gənələri onları yeməsin deyə, əmr elədi ki, havanı həşarat dərmanıyla tozlandırsınlar; uşaqların 

başına vertalyotdan konfet yağışı, yağlı dondurma uçqunu yağır, yeni il hədiyyələri göydən 

paraşütlə atılırdı… o, bütün bunları onun üçün eləyirdi ki, uşaqların taleyinə dair qəti qərarı 

qəbul eləyənəcən, onlar yaxşı yaşasınlar, keflərini pozmasınlar. Bu sayaq xeyirxah işləriylə o, 

tədricən özü özünü sakitləşdirirdi və qərəzli: «Bəs bu uşaqları neynəyək?» - sualı da daha onu 

incitmirdi; bir qədərdən sonra o, ümumiyyətlə uşaqlrı unutdu, hüznlü yuxusuz gecələr, bir-birinə 

bənzər yeknəsəq gündüzlər bataqlığına gömüldü – daha heç bir şey onu narahat eləmirdi… və 

onun bu halı, axşamların birinə qədər davam etdi. Çərşənbə gününün axşamı idi. Saat doqquzu 

vurdu və o, zamanın metal cingiltisini eşidib ayağa qalxdı, saray pəncərələrinin məhəccərlərində 

mürgüləyən toyuqları qovdu, qabağına qatıb hinə saldı, toyuqlar yerlərini tutandan sonra, adəti 

üzrə onları saymağa başladı; bu vaxt içəri, növbətçi quşabaxan - mulat qadın girib, gün ərzində 

yumurtlanan yumurtaları yığmağa başladı; bu dəmdə o, xərclənməmiş illərinin qaynar istisini 

hiss etdi, qadının döşlüyünün xışıltısı onu cuşa gətirdi və o, qadına yaxınlaşdı. Qadın bütün 

bədəniylə titrəyərək: «Ehtiyatlı olun, general, yumurtaları sındırarsınız…» - dedi. O isə: 

«Cəhənəmə ki… - deyib kəl kimi fısıldadı - qoy sınsın…» və ruhunu saran anlaşılmaz duyğudan 

qurtulmaq naminə – yatmış toyuqların yaşıl zilinə bulaşmış bu mübarək çərşənbə günündə 

nəyinsə baş verəcyi fikrindən xilas olmaq ümidiylə, pəncəsinin bir zərbəsiylə qadını yıxıb yerə 

sərdi, ayağı sürüşdü, başı gicəlləndi və o, təsəvvürlər uçurumunun dibinə – ani xilasın ilğımvari 

dərinliyinə, adamboğan tər dalğalarının, güclü qadın nəfəsinin təlatümlü dənizinə, ona hər şeyi 

unutdurmağı vəd edən boşluğa uçdu… - o, arxada, axar ulduzun qövsvari izini andıran bir iz 

sala-sala, cingiltili, qızıl mahmızının işıqlı izini qarlığa yaya-yaya, qaranlığı üfunətli fısıltılarıyla 

doldura-doldura, it kimi zingildəyə-zingildəyə uçur, həyat adlanan dəhşətin həzzini duya-duya, 

gözqamaşdıran ölüm od-alovunun, lal şimşəklərin içindən ötüşə-ötüşə uçurdu… lakin uçurumun 

dibində, dəryanın qurtaracağında onu yenə həmin bu toyuq hin, yaşıl toyuq zili, toyuqların 

yuxusuz mürgüsü, donu, sınmış yumurtaların sarısına bulaşmış, titrək bədənli mulat qadın 

gözləyirdi… - «Görürsüz, dedim axı sizə, general! Bütün yumurtaları sındırdınız!» O isə, 

doymuş məmnun heysizliklə, növbəti sevgisiz eyş-işrətdən püskürən acı qəzəbini içində zorla 

boğa-boğa ona:«Say və qeyd elə neçəsi sınıb, pulunu maaşından çıxacağam…» - dedi və getdi. 

Saat onu göstərirdi. O, fermaya daxil olub, bütün inəklərin damaqlarını bir-bir yoxladı. Girov 

qadınlar yaşayan tikilinin yanından ötəndə, pəncərədən içəri boylandı və döşəməyə uzanmış zahı 

qadını gördü – mamaça, bir az əvvəl doğulmuş çağanı qucağında tutmuşdu, ona: «Oğlan oldu, 

mənim generalım! Adını nə qoyaq?!» - deyirdi. «Nə istəyirsiz qoyun.» - o cavab verdi. Saat on 

biri göstərirdi. O, adəti üzrə, qarovulu saydı, qıfılları yoxladı, quş qəfəslərinin üstünə örtük 

çəkdi, bütün otaqların işıqlarını söndürdü. Gecə, yarıya yaxınlaşırdı… ölkədə sakitlik idi, dünya 

yatırdı… o, öz yataq otağına gecənin bu zülmət qaranlığında yollandı, dəhlizi, mayakın ani 

parıltıyla hərlənib yoxa çıxan işığı altında ötdü, yataq otağına çatıb lampanı qapının yanındakı 

asılqandan asdı… qəfildən qaçıb aradan çıxmaq lazım gəlsəydi, bu lampa ona gərək olacaqdı… - 

qapını arxasınca bağlayıb, üç qıfılı, üç cəftəni vurub, üç zənciri çəkdi və yığcam unitazında 

oturub, zalım körpəsini - heybətli şişini nazlamağa, giziltisini ovutmağa başladı, şıltaq körpəsi 

ovucunun içində kiriyib yatanacan, ağrısı səngiyənəcən oturduğu vəziyyətdə qaldı. Lakin ağrının 

səngiməyi ilə yenidən baş qaldırmabı bir oldu. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

62 


Qəfil qorxu onu ildırım kimi vurdu – açıq pəncərədən içəri külək doldu, uzaq şor səhrasından 

əsən külək, yataq otağını, qum dənəciklərinə bənzər, saysız-hesabsız uşaq səsləriylə doldurdu. 

Ölüm çöhrəli səhrada dolaşan kimsəsiz uşaqların qəlbindən qopan mahnı müharibəyə getmiş 

cəngavər barədə idi… «Hardadı cəngavər? Hardadı igid? Bu nə dərddər, bu nə kədər… Qülləyə 

qalx, onun gəlişinə tamaşa elə, onda görəcəksən ki, məxmər üzlü tabutda qayıdıb o! Ah bu nə 

bədbəxtlik!» Uzaqdan eşidilən bu səslər xorunu, ulduz sayrışması da zənn etmək və özünü, bu 

səslərin, ulduz şərqisi olduğuna inandırıb rahatca yuxuya getmək olardı, lakin o, qəzəb içində 

ayağa sıçrayıb, var gücüylə: «Yetər daha, lənət şeytana! Ya onlar, ya mən!» - deyə bağırdı. 

Sözsüz ki, o özünü seçdi. Hələ səhərin gözü açılmamış əmr verdi ki, uşaqları, sement yüklənmiş 

barjaya doldurub, mahnı oxuda-oxuda, ərazi sularımızdan kənarlara aparsınlar; orda barja 

dinamitlə partladıldı və uşaqlar, nə baş verdiyini anlamağa macal tapmamış, daş kimi suyun 

dibinə getdilər. Üç zabit onun hüzuruna gəlib, əmrinin yerinə yetirildiyini bildirəndə, o ilk 

növbədə zabitlərin hər birinin rütbəsini iki dərəcə qaldıtdırdı və vətənə sədaqətli xidmətlərinə 

görə medalla təltif etdi, sonra da əmr verdi ki, onları cinayətkar kimi güllələsinlər… - «Çünki elə 

əmrlər var ki, verilə bilər, ancaq yerinə yetirilə bilməz, çünki bu əmrlərin yerinə yetirilməsi 

cinayətdir, lənət şeytana, zavallı cocuqlar!» Bu sayaq ağır sınaqlar onu bir daha əmin edirdi ki, 

ən təhlükəli düşmən - rejimin öz daxilindədir, yəni etimad qazanaraq, dövlət başçısının ürəyinə 

soxulmuş şəxsdir; bir daha əmin olurdu ki, ilk baxışda ona ən sadiq görünən, vaxtı ilə vəzifə 

pillələri ilə yüksəltidiyi və bu səbəbdən, dayağı bildiyi adamlar, gec-tez onları yedizdirən əli 

kəsib atmağa çalışırlar – o, belələrini pəncəsinin bircə zərbəsiylə yıxır, onların yerinə, 

yoxluqdan, ayrılarını tapıb çıxarır, onları yüksək vəzifələrə təyin edir, fəhmi və barmağının bircə 

işarəsi ilə onlara müxtəlif rütbələr verirdi: «Sən – kapitansan, sən – polkovnik, sən – general, 

qalanları isə leytenant! Daha nə istəyirsiz?!» Sonra vaxt ötdükcə, bu adamların tədricən qarın 

bağlamağına, enlənib-şişib az qala tikişləri cırılan mundirlərinə sığmamağına tamaşa eləyə-eləyə, 

ona sədaqətlə xidmət etdiklərini dəyərləndirərək, onları gözdən itirirdi və yalnız iki min uşaqla 

bağlı bu gözlənilməz hadisədən sonra o anladı ki, onu, bir nəfər yox, hərbi qüvvələrin bütün 

komandanlığı aldadıb. - «Bircə onu bilirlər ki, süd xərclərinin artırılmasını tələb eləsinlər, iş 

çətinə düşəndə isə, indicə xörək yedikləri nimçəyə batırmağa hazırdılar, halbuki, onların 

hamısını mən, Adəm Həvvanı yaratdığı kimi, öz qabırğamdan yaratmışam!» Bu, həqiqətən də 

belə idi, ancaq nolsun, o, bir an belə dinclik bilmir, onların naz-qozuyla oynamalı, iddia və 

təkəbbürləriylə hesablaşmalı olurdu. Ən təhlükəlilərini isə yanında saxlayırdı ki, onlara göz 

qoymaq asan olsun, digərlərini sərhəd qarnizonlarında xidmətə göndərirdi, lakin bu tədbirlər də 

onu, şübhələrdən xilas edə bilmirdi. Vaxtı ilə o, qrinqoların dəniz piyadasının ölkəyə desant 

çıxarmasına, səfir Tomposunun rəsmi məlumatında deyildiyi kimi, heç də sarı qızdırmaya qarşı 

birgə mübarizə aparmaq üçün yox, yaxud siyasi mühacirlərin iddia etdiyi kimi, xalqın 

qəzəbindən qorxduğuna görə yox, məhz onların, öz zabitlərinin xatirinə icazə vermişdi. - «Mən 

istəyirdim ki, onlar bizim zabitləri adam eləsinlər, onlara namuslu olmağı öyrətsinlər, ana! Onlar 

da öyrədirdilər, bizim zabitlərə, ayaqqabını necə geyməyi, prezervativ və tualet kağızından 

istifadə etməyin qaydalarını öyrədirdilər, bütün öyrətdikləri də bundan ibarət idi. Hərbçilərin 

müxtəlif yönlü dəstələri arasında ixtilaf, ya münaqişə düşsə, başları bir-birinə qarışar, məndən 

uzaq olarlar, mənim üçün milli təhlükəsizlik idarəsi, baş istintaq agentliyi, ictimai asayiş üzrə 

milli departament və sair bu sayaq, bir-birindən mənasız və lazımsız o qədər təşkilat və idarə 

uydurub yaratdılar ki, indi çoxunun adı yadımda deyil!» Əslində, bunlar, milli təhlükəsizlik 

xidmətinin müxtəlif adları idi, lakin ona, mənzərəni bu cür təsvir etmək sərfəliydi, guya bunlar, 

müxtəlif təşkilatlar, müxtəlif xidmətlər idi. Bu ona, çətin vaxtlarda manevrlər etmək imkanı 

yaradırdı. 

Məsələn, o, milli təhlükəsizlik orqanının əməkdaşlarına təlqin edirdi ki, onlar, baş istintaq 

agentliyi tərəfindən izlənilir, əslində isə, bu təşkilatların hər ikisi ictimai asayiş agentliyinin 

müşahidə obyektləriydi. O, zabitləri bir-biriylə toqquşdurur, etibarsız sayılan hərbi hissələrin 

barıtına dəniz qumu qatılması əmrini verir, birinə bir şey, o birinə tamam başqa bir şey deyir, 

hamını elə dolaşdırırdı ki, artıq heç kəs onun əsl niyyətindən baş aça bilmiridi. Bununla belə, 

onlar qiyama qalxdılar: «N» kazarması qiyam edib, mənim generalım!» Onda o, kazarmaya 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə