Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə27/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   23   24   25   26   27   28   29   30   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

55 


şəhər sanki ölmüşdü, bir kimsə gözə dəymirdi, elə bil şəhərdə quzğunlardan savayı bir canlı 

qalmamışdı… lakin quzğunlar da, həmişə mürgülədikləri yoxsullar xəstəxanasının 

məhəccərlərini tərk etməkdəydilər; deyəsən, şəhərdə qalan yeganə adam, de Armas meydanında 

dayanan həmin o kor kişiydi… o, pəncərədən ona zillənən qocanın təşvişini sanki uzaqdan-uzağa 

duyaraq, çəliyini yuxarı qaldıraraq, ona həyəcanla tələsik işarələr verir, nə isə qışqırır, ancaq nə 

dediyini anlamaq olmurdu; o, bunu da, baş vermək üzrə olan hansısa növbəti bədliyin sirli 

əlaməti kimi yozdu, lakin yenə öz-özünə: «Bu, bürküdəndi…» - deyib uzandı və pəncərələri 

astaca döyəcləyə-döyəcləyə, adama yuxu gətirən yağışın zümzüməsi altında yuxuya getdi… 

lakin ayıq yatdı… yuxunun dumanlı süzgəci arasından nə isə şüuruna nüfuz eləməkdəydi… o, 

qorxu içində oynayıb: «Kim var burda?» - deyə bağırdı. Bu, onun öz ürəyinin döyüntüsüydü, 

canına vicvicə salan isə, günün bu çağında xoruzların nədənsə susması, banlamamasıydı… o 

susub sakitləşdi və hiss elədi necə əmin-amanlıq gəmisi aramla onu tərk edərək, məchul bir 

körfəzdə yoxa çıxır; dumana bürünmüş dəniz qəzəblə dalğalanır, kükrəyirdi… qurunun və 

dənizin bütün məxluqatı - ölümü duymaq qabiliyyətinə malik olan, kataklizmlərin 

yaxınlaşdığını, ən dərin insan elmindən daha tez görməyi bacaran bütün canlılar dəhşət içində 

donub qalmışdı… nəfəs almağa hava çatışmırdı, vaxt-zaman dayanmışdı və iş bu yerə çatanda o, 

ayağa qalxdı, ayağa qalxanda hiss etdi ki, ürəyi şişib və hər addımı atdıqca, bir az da şişir, qulaq 

pərdələri partlayıb cırılır, burnundan odlu mayeyə bənzər nə isə süzülür və o, qana bulaşmış 

kitelinə baxıb: «Bu, ölümdü…» - düşündü. lakin ona etiraz elədilər: «Heç cür yox, mənim 

generalım, bu siklondur, qasırğadır.» Bu, bir vaxtlar vahid Qəraib səltənətini ayrı-ayrı adalara 

parçalamış qasırğaların ən dağıdıcısı, ən dəhşətlisiydi… belə bir fəlakətin yaxınlaşdığını isə, 

bütün insanların içindən yalnız o, öz ibtidai instinktiylə - itlərin və toyuqların təşvişə 

düşməsindən xeyli qabaq hiss eləmişdi; qasırğa elə qəfil başlamışdı ki, qarma-qarışıqlığın içində 

ona ad tapmağa da macalları olmamışdı. 

Başlarını itirmiş zabitlər qorxu içində: «Bu, hər şeyin sonudur, mənim generalım! Ölkə yerlə-

yeksan olur!» - deyirdilər. Belə olanda, o, əmr verdi ki, bütün qapı və pəncərələri bərk-bərk 

bağlasınlar, keşikçilərə buyurdu ki, özlərini dəhlizlərdə oturduqları yerdə qayışla sarısınlar, 

göstəriş verdi ki, bütün inək və toyuqları birinci mərtəbədəki otaqlara salıb orda saxlasınlar, 

bütün əşyaları, olduğu yerlərinə mismarlasınlar və de Armas meydanından başlamış, ən ucqar 

guşəsinədək qorxu içində susmuş bu ələm səltənəti qasırğanın vahiməli çöhrəsi önündə lövbər 

salmış gəmiyə çevrildi; əmr verilmişdi ki, çaxnaşma əlaməti görünən kimi, atəş açılsın, əvvəlcə 

xəbərdarlıq üçün iki dəfə havaya, bu da kömək etməsə, çaxnaşma salanın özünə atəş açılsın; 

lakin siklonun qarşısında hər şey aciz idi; qasırğanın, quduzlaşmış həmlələrlə hərlənən pərləri 

bircə dəhşətli zərbəylə, baş darvazanın zireh poladını yardı, baş giriş yolunu dağıdıb inəkləri 

havaya sovurdu; o, bu zərbədən elə sarsılmışdı ki, nə baş verdiyini dərk eləmirdi… şırnaqları 

göydən yox, yerlə üfqi vəziyyətdə fışqıra-fışqıra gələn selin su şırımları nəriltiylə üstünə töküldü; 

balkonları, vulkan bombaları kimi partladaraq, uçurdu… fırtınanın, dənizin sualtı 

cəngəlliklərindən qaldırdığı əcaib canlılar havada qövs cızaraq şappıltıyla yerə dəydilər… lakin 

o, bu fəlakətin miqyası və nəticələri barədə düşünmürdü; qasırğanın xaosunda o, qəlbinin, kin və 

bədxahlıq ədvası dadan tamından həzz almağındaydı:«Haradasan, lənətə gəlmiş Manuela Sançes, 

şeytan qızı, harada gizlənmisən? Qisasımın qasırğasından harada nicat tapırsan?!» Qasırğa 

yatandan, sakit və mülayim havayla əvəz olunandan sonra isə, dövlət şurasının iclas salonundan, 

prezidentin, öz yaxın köməkçiləriylə oturduğu avarlı gəmicik çıxdı və şəhəri xarabalığa çevirən 

bulanıq, lehmə suyun üzüylə üzdü; karetlərin saxlandığı tikilinin yanından ötdü, palmaların 

ucları və de Armas meydanındakı fənər dirəklərinin işıqları arasından burula-burula getdi… 

burda, bu lal sularda, kilsə günbəzlərinin ətrfında bitmiş bu kiçicik göldə bizim generalın ağlına 

ildırım çaxıntısıyla ani bir fikir gəldi… qəfildən anladı ki, bu hakimiyyəti ilə o, heç vaxt ali 

qüdrətə sahib olmayacaq… çünki dünyada elə şeylər var ki, ona tabe deyil, onun gücündən 

xaricdədir, bu fikir ona möhkəm yer elədi və o, uzun müddət bu düşüncənin əsarətindən azad ola 

bilmədi… gəmicik isə öz işindəydi, kilsələrin künc-bucaqlarına dəyə-dəyə irəliləyirdi, gah zil 

qaranlıqda gözdən itir, gah əksi, pəncərə şüşələrinin şəbəkələrində gəzişir, gah da adda-budda 

görüntülərlə kilsənin zümrüd daşlarının, qızılı naxışlarının işartısında sezilirdi; diri-diri 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

56 


basdırılmış vitse-kralların, dərddən ölmüş arxiyepiskopların qəbir daşları sönük bir ilğımlarla 

işarır, Böyük Admiralın boş sərdabəsi - üzərində üç karavella həkk edilmiş sarkofaqının qraniti 

parıldayırdı… o, bu məqbərəni bu məqsədlə tikdirmişdi ki, arzu etdiyi təqdirdə Böyük Admiralın 

sür-sümüyü bizim ölkədə uyusun; mehrabın arxasında əmələ gəlmiş kanalla üzüb kilsənin iç 

həyətinə çıxdılar; bura, işıqlı akvarimua oxşayırdı, hörgülü dibində balıq sürüləri o baş-bu başa 

şütüyür, suyun içinə düşmüş günəbaxan zoğlarını yeyirdilər; avarlı gəmicik daha sonra 

zahidlərin ürəksıxan məskəninə - biskay rahiblərinin monastırına sarı yönəldi və gəmidə 

oturanlar, suyun altında qalmış boş hücrələri, hovuza çevrilmiş musiqi salonunun ortasında 

klavikordların səssizcə yırğalandığını, lal su qatının altında qalmış monastr yeməkxanasında isə 

onlar qızları - monastrın bütün rahiblərini gördülər… onların hər biri öz yerində, uzun masanın 

arxasında oturduqları yerdə boğulub ölmüşdü; gəmi, eyvanın girəcəyindən keçib monastrı tərk 

eləyəndə isə hamı heyrətlə baxıb gördü ki, şəhərin yerində, mavi səmanın altında nəhəng bir göl 

ləpələnir. «Olsun ki, qasırğa məni, «Manuela Sançes» adlı əzablardan qurtarmaq üçün 

qopmuşdu, lənət şeytana, bu Allah-təalanın necə də vəhşi üsulları varmış… Onunla müqayisədə 

biz quzuymuşuq!..» 

O, şəhəri iəində dəfn eləmiş bulanıq gölə – üstü, ölü toyuqlarla örtülmüş ucsuz-bucaqsız sulara, 

üzərində yalnız kilsə künbəzinin, bir də mayak fənərinin göründüyü bulanıq sulara, bölgə vitse-

krallarının daş saraylarının günəşli eyvanlarına məmnuniyyətlə tamaşa edirdi; bir vaxtlar qul 

alveri gedən liman ərazisində, qasırğadan xilas ola bilmiş bir ovuc adamın sığındığı adda-budda 

adacıqlar gözə dəyirdi; adamlar, böyürlərindən asta-asta üzüb ötən avarlı gəmiyə, onun, Sarqas 

dənizinin qırmızımtıl sıx yosunlarının arasıyla üzürmüş kimi, gölün üzünü başdan-başa örtmüş 

toyuq ölülərini yara-yara keçib getməsinə inanılmaz bir təəccüblə tamaşa edirdilər; lakin budur, 

adamlar, milli bayraq rəngində olan bu Nuh gəmisində oturmuş şəxsi axır ki, tanıdılar, onun 

kədərli gözlərini, qanı qaçmış dodaqlarını gördülər, göylərin təmizlənməsi, günəşin işıq saçması 

naminə dörd bir tərəfə xaç çəkən tanış əli gördülər. «Və o, suda batıb boğulmuş toyuqlara da 

nəfəs verdi, sulara, aşağı çökməyi buyurdu və sular çökdü!» Və kimsə, kilsə zənglərinin 

şadyanalıq dolu harayına, gurultulu bayram atəşfəşanlığına başlamaq və qasırğa əjdahasını 

qaçırmış insanı öz mahnılarıyla şərəfləndirmək üçün de Armas meydanına toplaşmış izdihamın 

hay-həşirinin sədaları altında, onun qoluna girib eyvana sarı apardı. «Axı bu dəqiqə xalq, hər 

şeydən əvvəl, məhz sizin mübarək sözünüzü, onlara ruh verəcək nitqinizi eşitmək istəyir!» O, 

dartınıb, müsahibinin əlindən qurtulmaq istədisə də, qurtula bilmədi və bircə andan sonra sarayın 

eyvanın dayandığını və minlərlə ağızdan yekdil sədayla göylərə ucalan bağırtıları eşitdi: 

«Yaşasın əsl kişi!» - və bu yekdil səda qasırğa kimi canına işlədi… bütün hakimiyyəti boyu bu 

şəhərin önündə, kütlə qarşısında niyəsə həmişə özünü köməksiz duymuşdu, indi də beynindən 

ildırım kimi bir qəddar fikir keçdiki, heç vaxt onun, adi xalq kütlələrindən ibarət olan bu dibsiz 

uçurumun qarşısında beləcə - bütün vücuduyla, qorxusuz-hürküsüz dayanmağa cəsarəti çatmayıb 

və bundan sonra da çatmayacaq… 

Bizlər – aşağıda, de Armas meydanında dayananlar, həmişəki kimi, yenə nə isə ağlasığmayan, 

irreal bir mənzərənin şahidi olduq; biz, başı üzərində müqəddəslik oreolu hələ də işaran, ağ kətan 

libaslı qocanın sehrli simasını görə bildik; qoca, dayandığı eyvanın yüksəkliyindən bizə səssizcə 

xeyir-dua verib, dərhal da qeyb oldu; lakin bizlər üçün bu ani görüntü də kifayət idi; ən əsas o idi 

ki, o – orda öz yerindədir, gecə-gündüz yorulmadan keşiyimizi, qayğımızı çəkir, o həmişə 

bizimlədir; o isə, anası Bendisyon Alvarado, balqabaqdan düzəldilmiş nimçədə mais dənini 

arıtlayarkən, şəhərkənarı malikanəsinin patiosunda ucalan tarixi tamarinlərin kölgəsi altında, 

hörmə yelləncək-kresloda əyləşərək, əlində, limonad dolu stəkan, gözlərini yumub, nə haqdasa 

düşünə-düşünə, arıtlanıb təmizlənən mais toxumlarının xışıltısını dinləyirdi; qızmar ilğımın 

titrədiyi günortanın saat üç radələrində o, hələ də yelləncək-kreslosunda əyləşmişərək, istinin 

arasından anasını seyr etməyindəydi. 

Bendisyon Alvarado isə yan-yörəsində hərlənən toyuqlardan, sayıqlığını itirənini cəld 

hərəkətlərlə qamarlayıb qoltuğuna sıxa-sıxa, bir qədər nəvazişlə quşun boynunu geriyə qarır, 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə