Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə38/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   34   35   36   37   38   39   40   41   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

77 


duran, indi var-dövləti başından aşanlar gəlirdi və bu adam axını ardı-arası kəsilmədən, bir 

vaxtlar kannibalları qoşalülə tüfənglə məhv edən Uolter Reylicin qədim tısbağa çanaqlarıyla 

bəzədilmiş kabinetindən keçib gedir, həmin bu kabinetdə oturan yorulmaz eritreyalı, heç kimdən 

heç nə soruşmadan, heç bir mükaliməyə girişmədən, laqeyd üzüylə hamıya qulaq asır, tər içində 

üzə-üzə, yüzlərlə adam bədəninin iyinə, kabinetin havasızlığına məhəl qoymadan, ucsuz 

siqaretlərdən birini o birinə calaya-calaya, Bendisyon Alvaradonun müqəddəsliyinin şahidlərinin 

dediklərini diqqətlə vərəqə köçürür, sonra onların hər birini ya adını yazmağa, ya hansısa 

işarəylə, yaxud, barmağının iziylə imza atmağa məcbur edirdi. – «Eynilə sizin kimi, mənim 

generalım!» Hərə öz imzasını bacardığı kimi atıb həmin dəqiqə otaqdan çıxır, içəri, bayaqkından 

heç nəyi ilə fərqlənməyən başqa birisi daxil olur və budu ha, başlanırdı: «Məni vərəm tutmuşdu

müqəddəs ata.» – «Məni vərəm tutmuşdu…» – o biri sözünün dalını gətirənəcən eritreyalı 

yazırdı – «İndi isə qulaq asın, görün, mən necə oxuyuram!» Bir başqası daxil olur: «Mən 

kişilikdən düşmüşdüm, müqəddəs ata. – deyirdi. – İndi isə budur, baxın. İndi səhər-axşam elə bu 

kökdə də gəzirəm». – «Mən kişilikdən düşmüşdüm.» – eritreyalı silinməyən mürəkkəblə yazırdı 

ki, bu yazıları insanlıq tarixinin sonunacan heç kim poza bilməsin. «Mənim qarnımda diri 

heyvan böyüyürdü, müqəddəs ata.» – «Mənim qarnımda diri heyvan böyüyürdü.» – o biri tünd 

qəhvədən içib gözünün acısını ovuda-ovuda, növbəti siqarın odlu kötüyünün tüstüsünü 

ciyərlərinə çəkə-çəkə, yenilməz, tərli sinəsini qabağa verib yazırdı. – «Bu kahin əsl kişidi, 

mənim generalım!» – «Bəli, senyor, o, əsl kişi idi. Belə kişilər indi çətin ələ düşər». Auditor, 

bircə dəqiqə başını yuxarı qaldırmadan, axşamacan fasiləsiz-filansız çalışır, gecə düşəndə belə 

istirahət eləmir, çimib, yamağı-yamağa calanan kətan cübbəsində, acından üzülən vücuduyla 

liman hamballarına qoşularaq, uzun taxta stolun arxasında oturub it yalına bənzər şorbadan içir

qızardılmış balığın pulunu əliylə təmizləyir, qaranlığa işıq saçan tıxlarını dişiylə qoparır, şorbanı 

hindular kimi qaşıqsız-filansız, eləcə kasadan başına çəkirdi. «Siz bir onu görəydiniz, mənim 

generalım, o qarmaqarışığın, o boyda millətin içində, marimonda* və yaşıl qvineo yükünü, 

dənizi olmayan Santyaqo-de-los Kabalyerosun, Kurasao və Quantanamonun** güzgülü otelləri 

üçün, dünyanın ən gözəl və ən qəmli adaları üçün sütül fahişələr daşıyan, həmin o kirli yelkənçi-

dənizçilərin arasında…» «Bir yadınıza salın, gəmilər ləngər vurub dənizə çıxanda biz nə günlərə 

düşürdük. Matilda Arenelsin evindəki tutuquşunun tale söyləməyi necə, yadınızdadı?.. Şorba 

dolu kasalarının içindən sürünüb çıxan dəniz xərçənglərini xatırlayın. Siz, müqəddəs ata, özünüz 

də dediniz ki, elə bil biz elə buralarda – İt Döyüşü kvartalının göbəyində anadan olmuşuq!» 

Müqəddəs ata çimərlikdə futbol oynayır, akkardeonda, yerli virtuozlardan heç də pis çalmır, 

həvəskar müğənnilərdən geri qalmır, bizim söyüş söyənlərin qabağına beş qoyaraq, qəliz dənizçi 

söyüşləriylə latınca söyür, əxlaqsız bazar adamlarının komalarında dənizçilərlə içib keflənirdi; 

deyilənə görə, hətta bir dəfə kimisə kafirliyinə görə təpiyinin altına salmışdı. «Onlar bir-birini o 

ki, var yumruqladılar! İndi nə əmr edirsiz, nə edək, mənim generalım?» Əmr gəldi ki, dalaşanları 

ayırmayaq, əksinə, onların döyüş dairəsini bir az da genişləndirək ki, rahatca vuruşsunlar. Və 

bilirsiz nə oldu?! «Kahin qalib gəldi, mənim generalım!» «Kahin? Mən elə də bilirdim. O, əsl 

kişidi!» O, hamının zənn elədiyi kimi elə-belə, adi adam deyildi, Apostolik nunsiaturada 

keçirdiyi bütün keşməkeşli illər öyrənə bilmədiklərini o, həmin o qızğın gecələr öyrənmişdi. 

Həmin gecələrin birində isə yağışlı bir axşam o, prezidentin sayıq təhlükəsizlik xidmətini 

aldatdığını zənn edərək, gizlicə gedib çıxdığı kəndin kənarındakı qəramətli malikanədə 

bildiklərindən daha çox şey başa düşmüşdü. Həmin o gecə o, tavandan şırhaşırla süzülüb tökülən 

yağışın altında islana-islana, qorxudan əsə-əsə bütün malikanəni ələk-vələk eləmiş, künc-

bucaqları gözdən keçirmişdi və bədəni ən çox, Bendisyon Alvaradonun, öz qulluqçuları üçün 

ayırdığı, dörd bir yanı zəhərli çiçəklər basmış yataq otağında əsim-əsim əsmişdi. – «Axı o, çox 

xeyirxah qadın idi, çox təvazökar idi! Qulluqçularının yatağına çit döşəkağılar sərirdi, özü isə 

sınıq-sökük əsgər çarpayısında, qupquru həsirin üstündə yatırdı; o, onlara öz gəzinti paltarlarını – 

ölkənin bir nömrəli xanımının paltarlarını geyməyə icazə verirdi; qulluqçular vannada 

yuyunanda, onun ətirli duzlarından istifadə edir, arvadın başı işə qarışanda - quşlarının lələklərini 

rəngləyəndə, odunlu sobanın üstə öz tərəvəz şorabalarını bişirəndə, qonşularına lazım olacaq 

şəfqətli otlar əkəndə, çılpaq bədənləriylə, bürünc şir ayaqları üstə dayanan nəhəng vannanın 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

78 


rəngli köpüyün içində uzana-uzana əsgərlərlə mazaqlaşırdılar. Qulluqçular daim gecələr onu 

yuxudan oyadırdılar. «Mədəmi sancılar doğrayır, senyora!» O da ayağa qalxıb, xəstəyə, 

çeynəmək üçün kress* toxumları verirdi; «Oğlumun gözləri çəpləşir!» - və o, anaya epasot 

bişməsi verirdi: «Mən ölürəm, senyora!» - deyə onu yuxudan oyadırdılarsa da, ölən olmurdu, 

çünki bütün qonşuların canı onun əlində idi. O, elə sağlığından müqəddəs idi, ata, özünü bütün 

çirkabdan öz bakirəliyi ilə qoruyurdu, bu yad təmtərağın içində, həmin bu günah dolu 

malikanədə öz bakirə dünyasına qapılıb yaşayırdı; onu ordan prezident sarayına – damından, 

vedrədən axırmış kimi yağış tökən, yağış damlaları royalın dillərini, dəbdəbəli qonaq otağının, 

Bendisyon Alvaradonun: «Bu stolun arxasında oturmaq – mehrabı təhqir eləməkdi.» - deyərək, 

heç vaxt arxasında oturmadığı ağappaq stolunu təbil kimi çalan xarabaya zorla gətirib gəldik. Siz 

bir fikir verin, müqəddəsliyin fövqünə bir baxın, ata!» 

Lakin Bendisyon Alvaradonun qonşularının bu cənfəşanlığı, auditorun iblisanə fəhmini çaşdıra 

bilmədi və o qayanın üstündəki malikanənin sahibəsinin bütün bu hərəkətlərinin səbəbinin, onun, 

xeyirxahlığından çox, yad mühitin qorxusu, kasıbçılıq vərdiş olduğunu, sadəcə, bütün o qaralmış 

palıddan yonulmuş neptunların, yerli iblis qalıqlarının, bir vaxt rəqs gecələri təşkil edilən boş 

zallarla süzən hərbi mundirli mələklərin, bir sözlə, hər şeyin Bendisyon Alvarado üçün 

anlaşılmaz və maraqsız olduğunu anladı. Beləliklə, auditor buralarda, Abissiniyanın bürkülü 

səhralarından arxasınca sürünüb gələn həqiqəti – üçüzlü vahid Allahın izini belə tapa bilmədi. - 

«Axı, o, həqiqəti, olmayan yerdə axtarırdı, mənim generalım, odu ki, heç nə tapa bilmədi, belə-

belə işlər!» Lakin monsenyor Demetrio Aldous bir şəhərdə öyrəndikləri ilə kifayətlənmədi, ata 

minib ölkənin buzlu ucqarlarını gəzə-gəzə, Bendisyon Alvaradonun müqəddəsliyinin dəlillərini 

həmin bu dövlət haləsinin əlinin çatmadığı yerlərdə axtarmağa başladı. Auditor, uzunətəkli 

pançosunda, yeddi arşınlıq uzunboğazlarında iblis ruhu kimi birdən-birə dumanın içindən peyda 

olaraq, əvvəl hamını qorxuya salır, sonra özü də, heç vaxt bu cür qara dərili adam görməyən 

camaatın marağına təəccüblənirdi. O, hamıya, ona əlləri ilə toxunmağı təklif edirdi ki, adamlar, 

ondan kömür iyi gəlmədiyini anlasınlar; o, qaranlıqda camaata dişlərinin parıltısını nümayiş 

etdirir, kişilərə qoşulub əyyaşlıq edir, pendiri qara camaat kimi, əliylə qoparıb yeyir, hamının 

içdiyi totuma cecəsindən içirdi. 

Hiyləgər eritreyalı beləcə, ucqar kəndlərin gözdən-könüldən uzaq yeməkxanalarında yeyib içə-

içə, camaata qaynayıb qarışa-qarışa, bir vaxt bu tərəflərdə, dörd bir yanından, boz quş balaları, 

qızılı tükanalarla, quaçarakalarla dolu qəfəslər asıldığından güclə yeriyən quşsatan qadını tanıyan 

adamların inamını qazanmaq istəyirdi; həmin bu quaçarakalar, qu quşu cildinə salınan bu adi boz 

quşlar, matəm havalı ölgün bazarlarda avam kəndlilərə sırınmaq üçün rənglənirdi. «O, adətən 

bax orda otururdu, ata, ocağın lap yanında oturub gözləyirdi ki, bəlkə kimsə onunla 

yeməkxananın arxa otağında, çaxır çəlləklərinin üstündəki həsirdə yatmaq istəyər. O, qarnını 

doyuzdurmaq üçün, kiminlə desən yatmağa hazır idi, ata. Bircə nahara, vəssalam. Ona bircə o 

lazım idi, çünki başını heç cür dolandıra bilmirdi; avam kəndlilərə sırıdığı quşların rəngi də, 

bircə dəfə yağış yağan kimi yuyulub gedirdi, tovuzquşuların quyruqları elə yoldaca qopub 

düşürdü. Əslinə qalsa, bu işlərlə də elə avamlığından məşğul olurdu; bir sözlə, o, quşların 

hesabına yaşayırdı, bu düzəngahın hesabına yaşayırdı, necə istəyirsiz, elə də başa düşün, o ki 

qaldı adına, indi kimin yadındadı o vaxt onun adı nə idi, hər halda Bendisyon Alvarado deyildi, 

bu, bizim adlardan deyil, bu, dənizətrafı yerlərin adıdı, müqəddəs ata!»  

Sən buna bax bir!.. Bu yerinəcən hər şeyi bitdi-bitdi öyrənib bu qara iblis-prokuror, bunu da, o 

biriləri də, elə hey qurdalaya-qurdalaya axtarır, eritreyalının yolunda min bir maneələr yaradan 

prezident təhlükəsizlik xidmətinin gizli agentlərinin bütün səylərinə, onun üçün ustalıqla 

qurduqları saxta torlara baxmayaraq, yeni-yeni həqiqətləri ortaya çıxarırdı. – «Necə bilirsiz, 

mənim generalım, onu, bu uçurumun başında ovlamağın vaxtı çatıbmı? Atının büdrəmək vaxtı 

necə, çatıbmı?» Lakin yenə eritreyalının şəxsi təhlükəsizliyi təmin edilməklə, güdülməsinəi 

davam etdirmək əmri alındı, öz missiyasını yerinə yetirmək üçün ona tam azad şərait yaradılması 

xüsusi bir ciddiliklə tapşırıldı: «Mən bunu inadla tədəb edirəm, bu, mənim ali isəyimdir, yerinə 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə