Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə41/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   37   38   39   40   41   42   43   44   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

83 


düşmüş prefektləri, mötəbər, keçəl yepiskoplar, onların ardınca qadınlar – minilməmiş madyan 

təbiətli, utancaq rahibələr, səhralıqda tərəvəz əkməyə öyrəşən sadə missioner qadınlar, incə 

biləkli bakirə-selesiankalar*… - hamı da lüt anadangəlmə, dünyaya gəldikləri dərilərində; onlara 

baxdıqca, bu adamların sinfi mənşəyi, sosial vəziyyəti və məşğuliyyəti haqqında fikirləşməyə 

məcbur olurdun; onlar, möhtəşəm axınla gömrüyün nəhəng binaları arasından, kakao tayları və 

qarmağa keçirilmiş çay balığı qaxaclarıyla dolu çuvalların böyründən ötüb keçdikcə, hürkmüş 

qoyun sürüsünü xatırladırdılar; ventilyatorların pərləri yolçuların saçlarını dalğalandırır, qadınlar 

döşlərini əlləriylə örtə-örtə, bir-birinin arxasında gizlənə-gizlənə, iquana gözlərinin ifadəsiz 

baxışını, nizamsız axınla yeriyən çılpaq qadın bədənlərinə zilləyən, daş heykəl kimi donuq 

qocanın qarşısından ötüb keçirdilər. Sonuncu qadın ölkənin ərazisini tərk edənəcən o, gedənləri 

laqeyd üzüylə, tam ehtirassız baxışlarla müşahidə edirdi. – «Hamısı, bir nəfər kimi, rədd olub 

getdi, mənim generalım!» O isə hiss elədi ki, qadınlardan hansı birisisə – o birilərindən heç nəyi 

ilə fərqlənməyən, hürkmüş qadınların arasından, ani baxışıyla seçdiyi bir qadın onun yaddaşına 

ilişib qalıb; bu, dolu və sağlam bədənli, ətli yançaqları, iri döşləri olan adi, enlikürək bir qadın 

idi, kələ-kötür əlləri vardı, saçları bağban qayçısıyla kəsilmiş, dişləri, balta kimi iti və seyrək idi, 

burnu dik, ayaqlarının altı yastı idi; bir sözlə, o birilər kimi adi, sıravi rahibə idi; o, o dəqiqə 

anladı ki, bütün bu qadın sürüsünün içindən, ürəyi tək bir onu istəyir, bircə o, başını qaldırıb 

üzünə belə baxmadısa da, yanından ötüb keçəndə, özündən sonra ürəktitrədən, tünd meşə 

heyvanı iyi qoyub getdi; onda onun az qaldı nəfəsi kəsilə, gözlərini azca çəpləşdirdi ki, o qadını 

bir də görsün və elə bu vaxt gəmiyə minənlərin siyahısını oxuyan zabit ucadan; «Nasareno 

Letisiya!» - deyə qışqırdı və qadın kobud kişi səsiylə: «Burda!» - deyə cavab verdi. Bu ad, içinə 

beləcə daxil oldu və həmin o «burda» - yla qəbir evinəcən, onun ömrünün bir hissəsinə çevrildi; 

bu qadın da beləcə həyatına daxil oldu və son, ümidsiz xəyalları yaddaş uçurumlarında əriyib 

itən dövrlərəcən xatirində yaşadı; yaddaşı onun surətini yerli-dibli yoxa çıxdıqca, onu dönə-dönə 

xatirində canlandırır və ençiz kağız zolağında: «Mənim ruhumun Letisiya Nasarenosu, bir bax 

gör, mən sənsiz nə hala düşdüm…» - yazırdı. O, bu kağızı, beçə balını gizlədiyi gizli divar 

mücrüsündə gizlədir, arada bir, dəqiq əmin olanda ki, onu heç kim görmür, çıxarıb bir də oxuyur, 

yenə bürməliyib gizlədir və yenə həmin o unudulmaz, şəffaf yağışlı günü, bu barədə heç bir əmr 

verməsinə baxmayaraq, Letisiya Nasarenonun vətənə qaytarıldığını bilən gün, keçirdiyi gözəl 

anları yaşayırdı. Bomboz yük gəmisi üfüqdə itdikcə o, əvvəl özü-özünə elə-belə: «Letisiya 

Nasareno…» - deyə pıçıldadı, sonra bərkdən-bərkdən: «Letisiya Nasareno!!..» - deyə qışqırdı ki, 

bu adı unutmasın və elə bircə bu, prezidentin təhlükəsizlik xidmətinin, Letisiyanı Yamayka 

monastrından oğurlayıb vətənə qaytarması üçün kifayət oldu. Ağzını dəsmalla bağlayıb, əyninə 

qolsuz köynək geyindirib, küncləri qətranla möhürlənmiş, şam ağacından yığılmış və üstündə 

qara hərflərlə: «Şüşə! Yuxarı! Qaytanlanmasın!» - yazılmış konteynerə – taxta yeşiyə soxdular. 

Bu konteynerin, prezident zirzəmisinin şampanlarından içmək üçün istifadə olunacaq iki min 

səkkiz yüz ədəd büllur badəni ölkəyə rüsumsuz keçirilməsi barədə icazəsi vardı; konteyneri gəmi 

gömrükxanasının zirzəmisində aparırdılar. Güclü yuxu dərmanlarıyla yatırılımış Letisiya ordan 

birbaş saraya gətirilmiş və çılpaq vəziyyətdə cansıxıcı qonaq otağının çarpayısına uzadılmışdı; o, 

onu sonralar da elə o vəziyyətdə – günorta saat üçün ağappaq işığında, miçətkənin altında çılpaq 

bədəniylə uzandığı yerdə xatırlayırdı. O, burda, müxtəlif dövrlər yatan yüzlərlə qadın kimi – bu 

yatağa heç bir istəyi olamdan ötürülən, lüminal içirildiyindən, letargiya vəziyyətində olan və 

həmin yuxulu vəziyyətdə yaşadığı qadınlar kimi yatmışdı. Onda o, Letisiya Nasarenoya 

dəymədi, qadını uzun müddət uşaq heyrətiylə gözdən keçirərək, bədəninin bu qədər dəyişdiyinə, 

bu bədənin, gömrüyün barakında gördüyü qadın bədəninə qətiyyən bənzəmədiyinə təəccüb elədi. 

Qadının saçları burulmuş, bədəninin bəzi hissələri qırxılmış, əllərinin, ayaqlarının dırnaqları 

qırmızı lakla laklanmış, dodaqları, yanaqları boyanmış, kipriklərinə sürmə çəkilmiş, dərisinə 

cürbəcür ətriyyat vurulmuşdu deyə, ondan sirli, cazibədar heyvan iyinin əvəzinə, şit kosmetika 

iyləri gəlirdi. Bütün bu kosmetika örtüyü elə bil onun çılpaqlığını itirmişdi… - «Heyvərələr hər 

şeyi korlayıblar, dərdə bir bax!» O elə hey Letisiyaya, onun narkotik yuxudan keyiyən üzünə, 

tədricən yuxu bataqlığından çabalayıb çıxmasına, oyanmasına baxır, onu, ətrafını tədricən 

görməyini müşahidə edirdi. – «Bu, məni dəli edib ağlımı başımdan çıxaran Letisiya Nasareno 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

84 


idi, ana!» Letisiya isə miçətkənin yüngül dumanı içindən ona baxan daş kimi donuq qocanı 

görəndə, qorxudan dik atıldı, bu anlaşılmaz, ağır sükutun vahiməsindən dili tutuldu, heç ağlına 

da gəlmədi ki, yaşının sayı, hakimiyyətinin hüdudu bilinməyən qoca, həmin an ondan daha çox 

qorxuya düşüb. Qoca isə həmin an özünü, ilk dəfə qadınla təmasda olduğu əlamətdar gündən 

daha tənha və köməksiz hiss eləməyə başlamışdı, bir vaxtlar çayda - əsgərlərin əyləndiyi bir küçə 

qadınını çimən yerdə görəndə düşdüyü çaşqın vəziyyətdən betər günə düşmüşdü. Onda o, o 

qadını heç əməlli-başlı görməmişdi də, bircə səsini eşitmişdi; qadının, suyun altına girib-

çıxdıqca, inək kimi fınxırıb təngiməyini eşidir, bədəninin hüdudsuz nəhəngliyini təsəvvüründə 

canlandırır, qaranlıqda onun tənha, sirrli gülüşünü eşidir, çimməkdən uçunan bədəninin həzzini 

duyurdusa da, üç müharibədə iştirak edib artilleriya leytenantı rütbəsi almasına baxmayaraq, 

qadın görmədiyindən, iflic vəziyyətdə donub yerindəcə qalmışdı. Lakin çox keçməmişdi ki, 

ömrünün axırınadək elə-belcə, bakirə qalmaq qorxusu o biri qorxulara üstün gəlmişdi və o

əynindəki pal-paltarı, silah-sursatı soyunmadan, qayışlı, corablı, yüklü, silahlı özünü çayın içinə 

atmış, silah-sursatıyla çayın ortasında bir səs-küy qoparmışdı ki, qadın, əvvəl elə zənn eləmişdi 

ki, bu, yolu çaydan keçən hansısa atlıdı, amma görəndə ki, bu, cəmi-cümlətanı çaya düşən, 

qorxaq, yazıq bir kişidi, əlini rəhmlə ona uzadaraq, onu qaranlıq sükutun içiylə öz ardınca apara-

apara geriyə qanrılıb, qaranlığın içindən ana nəvazişi ilə ona: «Çiynimdən bərk yapış, - demişdi - 

yoxsa su aparar səni. Özü də barmaqlarının ucunda dayanma, dizi üstə otur, rahat nəfəs al, yoxsa 

boğularsan». O da onun dediyni eləmişdi; onda o, qadının dediklərini uşaq kimi yerinə yetirə-

yetirə, özlüyündə: «Anam mənim Bendisyon Alvarado, bu qadınlara, özlərini hansı an necə 

aparmağı, kişi kimi olmağı kim öyrədib?» - deyə fikirləşirdi. O, bu fikirlərdə ikən, qadın, onun 

əynindəkiləri – döyüş üçün zəruri olan, bu axınla əzablı mübarizədə isə ona mane olan əşyaları 

soyundururdu; su xirtdəyinə çatsa da, onu qorxudan, qadının, qətranlı sabun iyi verən bədəni 

xilas edirdi. Sonra necə olmuşdusa, qadın, onun qayışının düymələrini açdıqca qəfildən əli, 

suyun içində üfürülmüş qurbağa kimi üzən nə isə yekə bir şeyə dəymiş və qadının, vahimədən az 

qala ürəyi dayanmışdı, əlini qorxu içində geriyə çəkib ondan uzaqlaşmış, ağzının içində: «Get 

ananın yanına, qoy o səni ayrısına dəyişsin, yoxsa bu cür sən heç nəyə yaramırsan!» - deyə-deyə 

ondan uzaqlaşmışdı. 

İndi yenə həmin o qorxu, bəlkə ondan bir az da betəri onu, Letisiya Nasarenonun bədənini 

görəndə bürümüşdü və anlamışdı ki, bu qadının rəhmdil köməyi olamadan, heç cür onun sirli 

sularının qoynuna baş vura bilməyəcək. Odu ki, bu rəhmdil köməyin intizarında, qadının üstünü 

döşəkağıyla örtüb, qramafonda ona, bədbəxt Delqadinanın, günahkar məhəbbət haqda 

mahınısını, val yeyilənədək oxutdururdu; o, Letisiya Nasarenonun yataq otağındakı gül vazlarına 

parçadan düzəldilmiş yalançı güllər qoymağı əmr etmişdi, çünki diri güllər, qadının bircə 

toxunuşundan solurdu; o, Letisiyanın hər şıltaqlığıyla oynamağa razı idi, təki o, həmin o qapısı 

bağlı otaqda çılpaq vəziyyətdə o qədər otursun ki, bu qoca, lakin imkanlı adamın sevgilisi 

olmaqdan savayı ayrı əlacı olmadığını anlasın. Letisiya isə bunu həmin dəqiqə başa düşdü və 

məsələni uzatmadan, əmrlərini verməyə başladı: «General, pəncərəni açın havam çatmır!» Qoca 

bu əmri yerinə yetirən kimi, o dəqiqə ardı gəlirdi: «Bağlayın! Ay düz üzümə düşür!» Qoca itaətlə 

onun bu əmrini də, o biriləri də yerinə yetirirdi və gündən-günə elə bil daha itaətkar olurdu; 

günlərin bir günü isə, şəffaf yağışlar yağan gün, qoca ürəklənib, özünü pallı-paltarlı Letisiyanın 

yatağına saldı, qadına dəyib-toxunmadan, yanında uzanıb susdu. Beləcə, qadınla böyür-böyürə 

uzana-uzana, uzun-uzadı gecələr keçirdi, onun, get-gedə isinən nəfəsini, bədəninin sirli 

qorxusunu - vəhşi heyvan qoxusunu duydu. Arada bir, Letisiya yuxudan ayılıb onu yatağında 

görəndə dik atılır: «Gedin burdan, general!» - deyə üstünə çımxırır, o, mədəni surətdə yataqdan 

düşürdüsə də, qadın yuxuya gedən kimi, yenidən özünü onun yanına salırdı. Düz bir il o, beləcə 

– Letisiyaya dəyib-toxunmadan, yuxudan oyananda, onu öz yanında görməyə öyrəşdirdi; qadın, 

bir müddət, hakimiyyət həzzlərini, min bir həyat sevincini onun bədənini seyr eləməyə dəyişən 

qocanın qəlbinin gizli arzularını anlaya bilmirdi. Günlərin bir günü – növbəti şəffaf yağışlar 

yağan gün, ürkək qoca axır ki, yuxulu Letisiyayla təmasda olmaq qərarına gəldi və bir vaxtlar 

elədiyi kimi, nə vaxtsa bir küçə qadınının çimdiyi çaya palı-paltarlı girdiyi kimi, əynindəkiləri 

soyunmadan, nişansız səhra geyimində, qılıncı qınında, şalvarının cibində bir dəstə açar, sol 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə