Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə37/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   33   34   35   36   37   38   39   40   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

75 


Romaya göndərərərək, Roma Papasının nunsisini öz hüzuruna - bir fincan şokoladla peçeniye 

içməyə dəvət elədi. O, onu çox sadə şəkildə – diri güllərdən yığılan talvarın altındakı tor 

yelləncəyində köynəksiz-filansız oturan yerdə, üzünü şlyapasıyla yelləyə-yelləyə qəbul elədi; 

nunsi onunla üzbəüz, təklif olunan yelləncək kresloda əyləşdi. – «Bu kresloda əyləşməyi mən 

yalnız sizə təklif edirəm, müqəddəs ata!» - deyə o, isti şokaladla dolu fincanı əlinə götürüb xırda 

qurtumlarla içə-içə söhbətə başladı. Nunsi, təzəcə ütülənmiş sutanada* idi, ondan sütül lavanda 

iyi gəlirdi; bu yerlərə məxsus tropik sıxıntıya, bürküyə, tozanağa və rəhmətlik Bendisyonun 

quşlarının, ara-sıra talvarın işıqlı məsamələrindən aşağı damızdırdıqları nəcisə məhəl qoymadan, 

laqeyd üzüylə ona qulaq asırdı. O, şokoladı qız utancaqlığıyla içir, peçenyeni qəsdən aramla 

çeynəyirdi ki, şokaladın son qurtumunu udub söhbətə başlayacağı anı bir qədər uzatsın. Nunsi, 

uzun illər bundan əvvəl, əməköməcinin çiçəkləməyə başladığı gözəl günlərin birində başqa bir 

nunsinin – sadəlövh qocanın oturduğu həmin kresloda əyləşmişdi və öz həmsöhbətinin diqqətini 

xristian dininə cəlb edərək, Foma Akvinskinin fitri vergilərini təhlil etməklə məşğul idi. - «İndi 

isə mən sizi bir məsələdən agah eləməliyəm, müqəddəs ata. Sən saydağını say, gör fələk nə 

sayır! - deyirlər. İş elə gətirdi ki, daha mən də dindar oldum... Daha mən də dindar olmuşam». – 

O, gözlərini belə qırpmadan, əvvəlki kimi nə Allaha, nə İblisə, ümumiyyətlə, bu işıqlı dünyada 

heç nəyə inanmasa da, tək bircə şeyə inanırdı: - anası Bendisyon Alvaradonun, bütün həyatı 

boyu nümayiş etdirdiyi fanatikliyinə və bu nümunəvi həyat fəaliyyətinə görə müqəddəs simalar 

sırasına daxil edilə biləcəyinə. Anasının müqəddəsliyni sübut etmək üçün o, nə camaatın 

uydurduğu şişirdilmiş əfsanələrə – məsələn, guya mərhumənin meyiti aparılarkən, qütb 

ulduzunun, matəm izdihamının səmtinə yönələrək, onunla bir hərəkət eləməsinə, nə də, guya 

ayrı-ayrı yerlərdə musiqi alətlərinin özü-özlərinə çalmasına əsaslanmadı. Onun arxalandığı əsas 

dəlil - Bendisyon Alvaradonun can üstə olarkən bədəninin izi qaldığı ağ döşəkağı idi, həmin bu 

nazik, çit döşəkağı, qəribəydi ki, qadının yara-xoralı qoca vaxtının yox, gözəl cavanlıq illərinin 

bədən izlərini - qadının, sağlığındakı kimi, əli sinəsində, böyrü üstə uzanmış vəziyyətini olduğu 

şəkildə qoruyub saxlamışdı; oğlu, onun, incə güllərin ətirli qoxusunu andıran canlı tər qoxusunu 

duya-duya, bu möcüzənin sehrindən həyəcanlanıb cuşa gələrək, civildəşən quşların səsini 

dinləyə-dinləyə, döşəkağıda qalan möcüzəli izi barmağıyla sığallayır, «Bir baxın, müqəddəs ata! 

Möcüzədi! Quşlar da onu tanıyır!..» – deyərək, nunsiyə, qadının. döşəkağının həm üzündə, həm 

astarında qalan əksini göstərirdi; lakin nunsi diqqətcil və sayıq idi, odu ki, döşəkağıda ustad 

rəssamların əl işlərini – vulkan külündən düzəldilmiş təsvirləri, şəkillərdə süni çatlar yaratmaq 

ustası olan ara rəssamların sənətkarlığını asanca seçdi və bu tapıntısına ürəyində bircə gilə belə 

olsun tərəddüd eləmirdi; bütün bunlar, rənglərin oynaq çalarlarından bəlli olurdu; nunsi, 

dünyanın harmoniyasını və gözəlliyini, vaxtın getmək əvəzinə, həzin-həzin üzdüyü bir yerdə – 

təbiət muzeyində, Yer kürəsinin dairəvi cizgilərini ləzzətlə müşahidə etdikcə anlamışdı; odu ki, 

nəhayət, gözünü döşəkağıdan çəkməyi qərara alıb mülayim, həm də konkret şəkildə bildirdi ki, 

çitin üzərinə həkk olunmuş qadın bədəni heç də Allahın gizli niyyətinin məhsulu deyil: 

«Qətiyyən elə deyil, əla həzrətləri! Bu, öz peşəsində olduğu kimi, fırıldaqçılıq sənətində də əli 

gətirən hansısa çevik rəssamın əl işidi. Rəssam sizin sadəlövhlüyünüzdən istifadə edərək, yağlı 

boyaların yerinə, divar rənglənən keyfiyyətsiz rənglərlə işləyib, əla həzrətləri! Bu rəngləri adi 

skipidardan düzəldirlər, sonra ona təbii kauçuk, gips əlavə edirlər... bu da onun qurumuş qabığı... 

kətanın həmişənəmiş vəziyyəti isə, sizə deyildiyi kimi, ananızın təri yox, rənglərin tünd düşdüyü 

yerlərin zeytun yağından islanmasıdır. Odur ki, mən ürəkdən təəssüf edirəm, əla həzrətləri!» 

Sidq-ürəkdən kədərlənmiş nunsi, tor yelləncəyində otura-otura gözünü qırpmadan, bircə dəfə 

belə olsun, sözünü kəsmədən, ona qəribə, asiyasayağı tərkidünyalıq vəziyyətində, dinməz-

söyləməz baxan, qulaq asdıqca, donub daşlaşan qocaya bundan artıq daha heç nə deyə bilmədi. 

O, döşəküzünün möcüzəli çevrilmələrini öz gözləriylə, öz iki gözüylə gördüyünə baxmayaraq, 

nunsinin bircə sözünə belə etiraz eləmədi, ağzını açmaq üçün dodaqlarını belə tərpətmədi: - 

«Axı, səni o döşəkağıya mən özüm bükmüşdüm, anam mənim, bax, bu əllərimlə bükümüşdüm, 

həmin o sübh çağı yuxudan oyananda, dünyanı alt-üçt edib sanki dənizin dibinə çökdürən 

ölümünün sakitliyində həmin o möcüzənin şahidi mən olmuşdum axı, lənət şeytana!..» 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

76 


Bütün bunların heç birini o, nunsiyə demədi, iquana kipriklərini çalmadan, gözünü ikicə dəfə 

qırpdı, zəif-zəif gülümsədi, sonra içini çəkib yavaşca: «Yaxşı, atacan, qoy siz deyən kimi olsun. 

Amma, sizi xəbərdar edirəm ki, dediyiniz bu sözlərin məsuliyyətini ömrünüzün son gününəcən 

daşımalı olacaqsız. Sözbəsöz təkrar edirəm: bir daha heç vaxt, heç yerdə, qəbir evinəcən, 

dediklərimi unutmayın: siz, bütün ömrünüz boyu dediyiniz bu sözlərin məsuliyyətini daşımalı 

olacaqsız. Mən, daha sizə cavabdeh deyiləm, müqəddəs ata!» - dedi. Həmin o bəd həftə elə bil 

dünya nəfəsini içinə çəkib dondu, o isə bütün həftəni dilinə çörək vurmadan, tor yelləncəkdə 

uzanıb yellənə-yellənə, çiynində oturmağa adət edən quşları yelpiklə qova-qova, arada bir 

talvarın məsamələrindən düşən gün şüalarını da quş bilib onları da yelpiklə hürküdə-hürküdə 

keçirdi. O həftə ərzində nə bir adam qəbul edildi, nə bir əmr verildi; ictimai asayişi qoruyan 

idarələrin fəaliyyətsizliyi üzündən isə bir dəstə fanatiklər ordusu Apostolik nunsiaturaya basqın 

etdi, nunsiaturanın muzeylərindəki tarixi sərvətlər darmadağın edildi, siestanın bu saatlarında 

adəti üzrə içəri həyətin hovuzunda dincələn nunsiyə hücum edildi, onu yaxalayıb, lümlüt 

soyundurdular, küçəyə çıxarıb orda, camaatın gözü qarşısında başına min bir oyun açdılar. – 

«Təsəvvürünüzə gətirirsiz, mənim generalım?» O, bu xəbərlərə, yenə öz tor yelləncəyində 

oturduğu yerdə, yerindən tərpənmədən, qaşının ucunu belə tərpətmədən, qulaq asdı, nunsinin, 

eşşəyə mindirilib, küçələr boyu gəzdirilə-gəzdirilə pəncərələrdən başına çirkab suları tökülə-

tökülə, camaatın dörd bir yandan ona: «Ey, Vatikan xanımı, bəlkə bir uşaq doğasan, ay 

yekəqarın!» - deyib çığırması xəbərini də beləcə, sakit üzlə qarşıladı və nəhayət, xəbər gələndə 

ki, nunsiyi yarımcan vəziyyətdə sürütləyib bazarın zibil yığnağına atıblar və indi o, orda min bir 

üfunətli zir-zibilin içində ölümcül vəziyyətdə qalıb, o, nəhayət tor yelləncəyindən qalxıb çiyninə 

qonan quşları milçək kimi üstündən qova-qova iclas zalına yollandı. O, ora, qolundakı qara, 

matəm lentini açmadan, üzündəki hüzür örtüyünü sanki əlləriylə soyub daxil oldu. 

Yuxusuzluqdan altı tuluqlanmış gözləriylə dörd bir yanına baxıb, nunsi üçün xüsusi sal 

qayırılmasını və onun, üçgünlük ərzaq ehtiyatıyla həmin sala mindirilərək, Avrop sarıdan gələn 

gəmilərin yolu üstündə açıq dənizin ortasına buraxılmasını əmr etdi ki, vətənin qüdrətinə 

toxunan yadelli gəlmələrin axırının nə ilə qurtardığını hamı öz gözləriylə görsün. «Qoy Papa 

birdəfəlik sırğa eləyib assın qulağından ki, o, öz Romasında, qızıl taxtında Papadı, daha burda 

yox, lənət şeytana!» Bu kəskin tədbirin əməlli-başlı nəticəsi oldu və o biri ilin axırına yaxın 

Bendisyon Alvaradonun müqəddəs simalar sırasına düşməsi – kanonizasiyası məsələsinə 

yenidən baxıldı. Ölməz bədənin ziyarətinə icazə verildi və tabut, kafedral kilsənin baş 

kürsüsündə qoyuldu, xor həmd-səna oxudu, Vatikana elan edilmiş müharibə vəziyyətinə son 

qoyuldu, Armas meydanına toplaşan camaat Allaha şükür edir, əldə edilmiş sülh münasibətiylə 

şüarlar səsləndirirdilər; təcili surətdə ritual konqreqasiya auditoru Müqəddəslər Müqəddəsindən, 

prokurordan və Bendisyon Alvaradonun müqəddəsliyinə şübhə qalmasın deyə, onun həyatını 

bütün incəliyinəcən öyrənmək üçün gələn eritreyalıların* postulatoru, monsenyor Demetrio 

Aldousdan müsahibələr alındı. «Siz burda istədiyniz qədər qala bilərsiz,» - deyə prezident 

eritreyalının əlini əlinin içində saxlaya-saxlaya, qəhvəyi dərili bu afrikalının qəlbinə yol axtara-

axtara danışırdı; işin yaxşı tərəfi o idi ki, həmin bu eritreyalı, həyatı çox sevirdi, iquana 

yumurtası yeyir, xoruz döyüşü üçün, mulat qadınlarının ehtiraslı rəqsləri üçün, bir sözlə, 

hamımızın həzz aldığımız şeylər üçün, mənim generalım, o da sino gedirdi. Odu ki, bu 

ilahiyyatçının üzünə bağlı qalan qapı olmadı, üstəlik, belə bir sərəncam da verildi ki, ona heç 

kim mane olmasın, qoy o, öz gözləriylə görsün ki, bu sonsuz qəm dəryasına qərq olan vilayətdə 

insan gözündən kənarda qala biləcək bir şey yoxdu, Bendisyon Alvaradonun, yuxarı qüvvələr 

tərəfindən bəxş edilmiş müqəddəsliyini şübhə altında saxlaya biləcək bir şey yoxdur. – «Bütün 

ölkə sizin ixtiyarınızdadır, müqəddəs ata – buyurun, baxın!» 

Əsgərlər qarşısında, öz cavan, təmiz dərilərini nümayiş etdirməyə gələn cüzamlılıarla dolu 

Apostolik nunsiaturada səliqə-səhman işləri aparırdılar; müqəddəs Vitta rəqsindən şəfa tapanlar, 

bu möcüzəyə inanmayanlara, iynələri göz qırpımında saplamaqlarını nümayiş etdirirdilər; ruletka 

oyunundan dövlətlənənlər öz uduşlarının səbəbini, yuxularına girib onlara uduş nömrələrini 

qabaqcadan söyləyən Bendisyon Alvaradonun köməyi ilə izah edirdilər; nunsiaturanın həyətinə, 

xəbərsiz itənlərini axtaranlar, suda boğulanların meyitlərini tapanlar, əvvəllər acından günorta 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə