Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə45/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   41   42   43   44   45   46   47   48   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

91 


Bu qəribə hadisə, qədəm qoyan yeni dövrün müqəddiməsinə çevrildi, dəhşətli, ağır dövrlərin 

başlanğıcı oldu. O dövrlər camaatın yadında, küçələrin, hələ səhərin gözü açlmamışdan, xüsusi 

karton lövhələrlə dövrəyə alınmasıyla qalmışdı; ordu, bazar alverçilərini tüfənglərin qundağıyla 

o baş-bu başa qova-qova, hay-küy sala-sala, camaatın gözünün odunu alırdılar ki, hamı pəncərə 

və eyvanlarını kip bağlasınlar; heç kim, küçələrdən güllə kimi ötən, qızıl dəstəkli limuzini 

görməməliydi; damlarda, bacalarda hansısa təsadüf üzündən gizlənib oğrun-oğrun aşağı 

boylanmaq nəsib olanlarsa, küçələrdən yel kimi vıyıldayan hökümət limuzinini, prezidentin şəxsi 

limuzinini – maşının içində, başında, kənarları güllü fetr şlyapa, boğazında bir düjün tülkü dərisi 

oturan balacaboy rahibəni görürdülər; görməmişin oğlu oldu, günorta çıraq yandırdı! Biz, hər 

çərşənbə, səhər tezdən, bazarın girəcəyində maşından düşüb, balaca generalın əlindən tutaraq, bir 

dəstə əsgərin müşayiəti ilə bazara girən Letisiyanı görürdük; o illər uşağın üç yaşı ancaq olardı, 

həm də uşaq o qədər arıq və çəlimsiz idi ki, oğlandan çox, qızılı saplarla işlənmiş hərbi mundir 

geyimli qıza oxşayırdı; mundir uşağın əyninə elə kip otururdu, elə bil o, elə mundirdə 

doğulmuşdu; bu mundiri o, diş yeri təzə-təzə yarılandan – Letisiya onu arabada, atasının təmsil 

etdiyi rəsmi mərasimlərə gətirəndən, anasının qucağında otura-otura, öz ordusuna tamaşa 

eləməyə başlayandan bəri geyirdi; bu forma, həndbol oyunlarının sonunda camaatın, gənc 

generalın şərəfinə səsləndirdiyi alqışlar altında, anasının əlləri üstə göylərə qaldırıldığı 

vaxtlardan onun əynində idi; həmin bu formada o, milli bayram münasibətilə keçirilən paradda, 

üstü açıq avtomobildə otura-otura, anasının döşünü əmirdi; Letisiya, camaatın, süddən 

üfürlənmiş döşünə buzov kimi təpilən körpə generalı çoxmənalı baxışlarla süzə-süzə, bir-birinə 

göz vurmasına qətiyyən məhəl qoymurdu; diplomatik qəbullarda isə uşaq, artıq heç kimin 

köməyinə ehtiyacı olmadığı vaxtlardan iştirak etməyə başlamışdı; bu qəbullara o, təkcə hərbi 

mundir geyməklə kifayətlənmir, atasının mücrüsündən öz zövqünə uyğun seçdiyi döyüş 

medallarını da sinəsinə taxırdı; bu, qəribə təbiətli, ciddi bir oğlan idi, artıq altı yaşında, cəmiyyət 

içində özünü lazımi səviyyədə apara bilirdi, böyük adamlarla, bərabər tərəf müqabili kimi, 

şampan əvəzinə, meyvə şirəsindən qurtum-qurtum içə-içə, söhbət edirdi; qəribədi ki, o, 

adamlarla münasibətdə çox mədəni və qılıqlı idi, bu keyfiyyətləri kimdən qazandığı məlum 

deyildi; düzdü, bəzən elə də olurdu ki, qəbul mərasiminin ab-havası, qara buludlarla dolmuş kimi 

tutulur – zavalı vəliəhd əsnəməyə başlayır və yuxulayırdı. Onda sanki zaman dayanır, söhbətlər, 

cümlənin yarısındın qırılıb havadan asılı qalır, hərəkətlər donur və kiminsə: «Sakit, balaca 

general yuxuya gedib!» - deyən asta pıçıltısı eşidilirdi; sonra adyutant onu, məzəmmət dolu 

təbəssümünü yelpiclərinin arxasında gizlədə-gizlədə: «Biabırçılıq! Əla həzrətlərin gözündən 

iraq!» - deyən rəsmiyyətpərəst xanımlar və sığallı casuslar yığnağını yara-yara otağına aparırdı; 

general isə beyninə yeritmişdi ki, guya bunlardan xəbərsizdi, hətta özü-özünü inandırmışdı ki, 

ona, yüzlərlə bic uşağın arasından seçib yeganə oğlu elan elədiyi bu balaca uşağın hoqqalarına 

fikir vermək düzgün deyil, belə xırda məişət məsələlərinə məhəl qoymaq, Letisiya Nasarenonun 

saysız-hesabsız iddialarına məhəl qoymaq kimi bir şeydi. Hə, demək, çərşənbə günlərinin sübh 

çağı o, öz oyuncaq generalının əlindən tutaraq, bir sürü kazarma aşbazı və əsgər forması geymiş 

başkəsən quldurların müşayiəti ilə şəhər bazarına gəlirdi. Bu adamlar, sübhün kal şəfəqləri 

altında canlı adamlardan çox, ölü ruhlara oxşayır, günəşin, Qəraib dənizinin sonsuz səthi 

üzərində yaratdığı ani, sehrli mənzərə qədər gözlənilməz təsir bağışlayırdılar; onlar, bellərinəcən 

limanın üfunətli sularına girir, ordan birbaş bu ticarət limanına, Martinikidən gül-çiçək, 

Paramaribodan zəncəfil gətirib gələn çəkili yelkənli gəmilərə soxulub, onları tar-mar edirdilər; 

qabaqlarına çıxan hər kəsi talayıb soyur, gözlərinə dəyən hər bir şeyi hücumla ələ keçirirdilər; 

balıqçıların ovunu əllərindən alırdılar; hətta satdıq donuzlara yem əvəzi verilən tullantı balıqları 

belə qamarlayırdılar; donuzları tüfəngin qundağıyla döyür, bir vaxt qulların çəkisi ölçüldüyü 

Nuh əyyamından qalan, lakin hələ də işləyən tərəzilərin içinlə yığılmış tullantı balıqları da 

yığışdırırdılar; həmin bu tərəzidə, onun hakimiyyətinə qədərki qədim dövrlərdə, Seneqaldan 

gətirilən ilahi gözəlliyə malik qul qadınlar və onların ağırlığında qızıl ölçülürdü.  

«Onlar hər şeyi söküb talan elədilər, mənim generalım! Bunlar çəyirtkədən də qorxulu 

həşəratdı!» Qoca, günbəgün yetişib sulana-sulana, növbəsini gözləyən bu söhbəti, həmin o 

çərşənbədən sonra açmadı; bu söhbət, o biri çərşənbədən sonra da açılmadı; Letisiya, şəxsən 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

92 


onun eləməyə cəsarət eləmədiklərini eləyəndən sonra da. Letisiya boynundakı tülkünün 

parıldayan gözlərinə hürən bir sürü küçə itlərinin müşayiəti ilə özünü quş və tərəvəz satılan 

piştaxtaların arasına salır, hürüşməyə məhəl qoymadan, ədalı yerişiylə ticarət zalının nəhəng 

arakəsmələri ilə, bədii təsvirlərlə işlənmiş dəmir sütunların arasıyla, sarı şüşədən düzəldilmiş 

nəhəng yarpaqların və dəmir budaqların, çəhrayı şüşədən tökülmüş nəhəng almaların, mavi 

şüşədən tökülmüş, içi əfsanəvi bitki səltənətiylə dolu bolluq buynuzlarının altıyla gəzməyinə 

davam edirdi. O, ən şirəli, yeməli meyvələri, ən təzə, təravətli tərəvəzləri seçib götürürdüsə də, 

əli dəyən meyvə o dəqiqə öz təzəliyini, təravətini, gözəlliyini itirib solurdu; bu, onun əlinin 

qəribə, naməlum xüsusiyyəti idi – toxunduğu hər bir şeyi məhv edib korlamaq. Onun ani 

toxunmasından, təzə, isti çörək quruyub kiflənirdi, barmağındakı nişan üzüyünün qızılı isə 

qaralırdı. Lakin, o, bu xüsusiyyətini heç cür boynuna almaq istəmir, bazar alverçiləriylə 

mübahisə edib hay-küy salırdı ki, guya onlar təzə mallarını gizlədib, qəsdən pislərini, çürüklərini 

ona sırıyırlar. «Bu eybəcər manqoları ancaq donuzlara yedirtmək olar! Fırıldaqçılar! 

Auyamalarını* mənə elə soxuşdururlar, elə bil mən kar-zadam, bunun, düşük musiqiçi kimi özü-

özünə cingildəməyini eşitmirəm!» Bir qədər sonra bazarın o biri başından onun ayrı çığırtısı 

gəlirdi: «Guya indi, bu mal ətidi? Qancıqlar! Bu, içi qurd basmış təzəkdi, təzək!» «Baxan kimi, 

görünür ki, bu qaban qabırğaları yox, xoleradan gəbərmiş eşşəyin sümükləridi, it qızları!» O, 

beləcə, qoltuğu zənbilli aşbazlarıyla, əli vedrəli əsgərləriylə dörd bir yanı çapıb-taladıqca, dil 

boğaza qoymur, səsi batanacan uluyurdu. Letisiyanın bu quldursayağı çığırtıları, Şahzadə Edvard 

adasının qar basmış tülkü yuvasının iyini hələ də özündə saxlayan boynundakı tülkü dərilərinə 

qısqıran itlərin hürüşündən daha ətürpədən, söyüşləri, danışan tutuquşuların, sahiblərinin böyük 

məmnuniyyətlə Letisiyanın üzünə demək istədikləri, lakin heç cür deyə bilmədikləri söyüşləri 

mənimsəyən qırmızı quakamayaların söyüşlərindən daha qəliz və kobud idi. Onlar ləzzətlə 

Letisiyanın üzünə: «Oğru Letisiya, fahişə-rahibə!» - deyib çığırırdılar. Həmin bu sözləri, bazarın 

qülləsi alıtndakı dəmir sütunlarda, tozlu şüşə yarpaqların üstündə oturan tutuquşular çığırırdı; 

burda onlar, bazarın içinə düşən quldursayağı çaxnaşmadan, hər çərşənbənin sübh çağı təkrar 

olunan bukanyer sambapalosundan** çox-çox yuxarıda - əlçatmaz bir yerdə otururdular; bütün 

bu mənzərə, səsi gün-gündən mülayimləşib mehribanlaşan, hərəkətləri bişdikcə, oyuncaq 

qılıncını zorla da olsa, arxasınca sürüyə-sürüyə, özünü kişiyə oxşatmağa çalışan, əl boyda 

oyuncaq generalın uşaqlıq dövrünün ən yaddaqalan əlaməti idi.  

Uşaq, bütün bu soyğunçuluğun baş verdiyi bazar qalmaqalına tam sakit və laqeyd idi, özünü, 

anasının öyrətdiyi kimi, alicənab kökdən hesab olunması üçün qürur və ləyaqətlə aparırdı; 

Letisiya isə, başlarına al-əlvan parçadan çalma sarımış, dinməz, qarabuğdayı qarıların gözü 

qarşısında həyasız ləçər kimi ən pis küçə söyüşlərini işə salıb, hamını bazarın çirkabına salıb-

çıxarırdı; qarılar, onun yeddimərtəbəli söyüşlərinə dinməzcə qulaq asır, bu biabırçı talanı laqeyd 

üzlərlə, müqəddəs simaların portretlərindəki tək, gözlərini belə qırpmadan, üzlərini yelpicləriylə 

yelləyə-yelləyə müşahidə edirdilər; adama elə gəlirdi, onlar nəfəs belə almırlar; sonu, Letisiya 

Nasarenonun, balaca generalın əlindən tutaraq, əsabələrinin müşayiəti ilə, quduz itləri yara-yara: 

«Hesabı dövlətə göndərərsiz, hamısı ödəniləcək!» - deyə-deyə, çıxışa sarı addımlamasıyla bitən 

bütün bu biabırçılığı, bu abırsız soyğunçuluğu sakitcə qəbul etmək üçün bütün bu baş verənlərə, 

tənbəki yarpağına bükülmüş koka yarpağının məstedici kürələrini ağızlarının içində çeynəyə-

çeynəyə baxır, içlərini gözə dəymədən, yüngülcə çəkib: «İlahi! Əgər bütün bunları general 

bilsəydi!?.. Kaş heç olmasa, ucundan-qulağından ona çatdıraydılar!» - deyirdilər. Zavallı qarılar 

elə bilirdilər ki, general, az qala bütün dünyanın bildiyi bu biabırçılıqdan xəbərsizdi, arvadı 

Letisiya Nasarenonun hindu piştaxtalarından, eybəcər şüşə qu-quşularından tutmuş, 

balıqqulağından yığılmış çərçivəli güzgülərəcən, mərcan külqabılaracan, ərəblərin dükanından, 

matəm lentləri üçün nəzərdə tutulmuş taftanı, ticarət küçəsində, küçə zərgərlərinin 

piştaxtalarından qızıl balıq, yumulu yumruq quruluşlu amuletli, qızıl boyunbağıları 

çırpışdırdığını bilmir; yazıq zərgərlərin əlindən isə, Letisiyanın üzünə: «Sən, boynundakı o 

tülkülərdən də betərsən.» - deməkdən savayı ayrı bir şey gəlmirdi. O, ac gözlərinə dəyən hər şeyi 

qamarlayır, rahibəlik həyatından mənimsədiyi yeganə xasiyyətini - pis, səviyyəsiz zövqünü və 

lazım oldu-olmadı, dilənmək ehtiyacını beləcə təmin edirdi.  




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə