Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə46/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   42   43   44   45   46   47   48   49   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

93 


Fərq bircə burasındaydı ki, əgər bir vaxtlar o, vitse-kralın, jasmin qoxuyan kvartalının 

girişlərində dilənərək, xırda-xuruş yığırdısa, indi nəhəng hərbi furqonları, xoşuna gələn qiymətli 

əşyalarla doldurub, haqq-hesabın hökümətə göndərilməsi bəhanəsiylə aradan çıxırdı. Bu, «pul 

hesabının», Allahın özünə təqdim olunmasına oxşar bir şey idi, çünki artıq çoxdannan bəri idi, 

ölkədə bir kimsə dəqiq bilə bilmirdi ki, bu tərəflərdə ümumiyyətlə, dövlət adında bir şey var, 

yoxsa görünənlər, onun kölgəsidi. Biz, de Armas meydanının qarşısındakı təpəlikdən qala 

divarlarını görürdük; bir vaxt tarixi nitqlərin səsləndiyi, naxışlı pərdəli pəncərələri və gül 

vazlarıyla məhşur eyvanları olan hakimiyyət evini görürdük. Gecələr bu bina, göy üzündə üzən 

gəmiyə bənzəyirdi və nəinki, şəhərin istənilən küncündən – dənizin yeddi minlik məsafəsindən 

görünürdü; bu bina, əsasən, məşhur şair Ruben Darionun ölkəyə gəlişi münasibəti ilə ağ rənglə 

rənglənib, dörd bir yanından şar kimi dəyirmi fonarlarla işıqlandırılandan bəri gözə çarpmağa 

başlamışdı. Lakin, bütün bunlar da cəm halda yenə bizi, prezidentin, həmin bu ağ divarların 

arasında, həmin bu hökümət evində yaşadığına inandıra bilmirdi. Əksinə, bizim əlimizdə dəqiq 

əsasımız vardı, belə güman edək ki, bütün bunlar, vur-tut gözdən pərdə asmaqdı; hərb maşınının, 

prezidentin qocalıqdan mistisizm aləminə qərq olması, ictimai tədbirlərdən, əyləncələrdən 

uzaqlaşması, özünün öz üzərinə epitimya* qoyması, ömrünün son günlərində bütün 

qabiliyyətlərini itirdiyini gizlətməsi, ruhunu dərviş əbasıyla sakitləşdirərək, canını yüz cür dəmir 

avadanlıqlarla rahatlaması barədə söz-söbətlərə son qoyması üçün normal həyat barədə tamaşa 

düzəltməsi idi; həm də danışırdılar ki, o, tək bir qara çörək və quyu suyuyla dolanır, yataq 

həzzlərini isə, biskay monastrlarının, dərviş əbası geymiş çılpaq xidmətçiləri ödəyir; deyirdilər, 

o, beləcə, zorla cinsi əlaqəyə girdiyi bir qadına görə, bircə Allahın köməkliyi ilə hələ bütün ali 

ordenləri ala bilməyən bu rahibənin ondan uşaq doğmağının günahını yuyanacan, bu vəziyyətdə 

də qalacaq. Lakin bütün bu söz-söhbətlər, söhbət olaraq da qalır, hər şey, öz əvvəlki qaydasında - 

onun hüdudsuz kədər səltənətində olduğu kimi, yenə öz yoluyla davam etməkdəydi, çünki 

hakimiyyətin açarları hələ də Letisiya Nasarenonun əlindəydi və o, pul hesablarının dövlət 

tərəfindən ödəniləcəyini bildirəndə, onu da bildirməyi unutmurdu ki, bu, şəxsən prezidentin öz 

arzusudu. «Hesabı hökumət ödəyəcək!» - ilk günlər bu ifadə azca da olsa, ümid işığı yaradırdısa, 

günlər ötdükcə, öz dəyərini, ciddiliyini itirirdi: «Hesabı hökumət ödəyəcək!» Hadisələr bu 

minvalla davam etməyindəydi ki, uzun-uzadı illərdən sonra günlərin bir günü, cəsarətli 

kreditorlar, əllərində çamandanları, özlərini prezident sarayının qəbul bölməsinə yetirdilər. Ən 

qəribəsi o idi ki, bizə nə «hə», nə də «yox» deyən olmadı. Növbətçi bizi, çox qanacaqlı və cavan 

bir zabit oturmuş yığcam qəbul otağına ötürdü, orda zabit öz növbəsində, bizə gülər üzlə qəhvə 

təklif etdi: «Prezidentin öz məhsulundadı, cənablar!» Bundan sonra o, bizə, pəncərələri dəmir 

çərçivəli, tavanları ventilyatorlu, gur işıqlı, ağ kabinetləri göstərdi; bu kabinetlər elə təmiz, elə 

işıqlı idi, hər şey o qədər saf və insanpərvər idi ki, bizlərdən hər birimiz özümüzü itirə-itirə biri-

birimizdən: «Bəs deyilən o çürük hakimiyyət havası hanı? Öz işləri ilə tələsmədən, sakitcə 

məşğul olan bu ipək köynəkli məmurlar, bu mülayim adamlar necə qəddar və simic ola bilərlər 

axı?» - deyə soruşduq.  

Cavan zabit isə bizi hey saray otaqlarıyla gəzdirirdi; o bizi, Letisiya Nasarenonun, sübh şehi və 

səhərin təmiz havası, kor və iflic xəstələrin üfunətindən korlanmasın deyə, dibindən kəsilən 

qızılgül kollarıyla bəzənmiş içəri həyətə apardı və bizə, bir vaxt kənizlərin yaşadıqları 

hinəbənzər barakları göstərdi… pas atmış tikiş maşınlarını, hərəmxana sakinlərinin iki-iki, bəzən 

üç-üç yatdığı kazarma çarpayılarını göstərdi və izah elədi ki, bu qəfəsəbənzər biabırçı barakı 

söküb, yerində kiçik kilsə tikəcəklər; o, bizə prezident sarayının ən müqəddəs yerini – günorta 

günəşinin işığından qızılı rəngə çalan diri güllərdən hörülmüş talvarın altında dayanan, yaşıl 

taxtalardan yığılmış stolu, prezidentin, Letisiya Nasareno və oğluyla - bu stolun arxasında 

oturmağa ixtiyarları çatan yeganə adamlarla təzəcə nahar elədiyi yeri göstərdi; əfsanəvi seybanı 

– prezidentin, siestanın ən bürkülü saatlarını, ikirəngli parçadan tikilmiş milli bayrağın 

kölgəsində keçirdiyi yelləncəyi, süd fermasını, pendir düzəldilən dəzgahları göstərdi; biz, 

prezidentin, hər səhər süd sağımına nəzarət etmək üçün gəldiyi yolla geriyə qayıdanda isə cavan 

zabit ayaq saxlayaraq, palçığın içində qalan uzunboğaz çəkmənin izini göstərib: «Baxın, bu, 

onun izidir!» - dedi. Və biz, nəhəng çəkmənin izinə baxa-baxa, yerimizdəcə donub qaldıq. Bu 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

94 


izdən möhtəşəmlik və əzəmət duyulurdu; bu, tənhalığa öyrəşən bəbirin, hökümranlığı izi idi; bu 

izə baxdıqca, bizim hər birimiz özümüzü, prezidentin özündən çox, ecazkar hakimiyyət 

havasının bizə məlum olmayan gizli sirlərinin yaxınlığında hiss etdik və hər şey onunla bitdi ki, 

yüksək rütbəli hərbçilər, ali komandanlığın, dövlətin, nəhayət, prezidentin özünün hüquqlarından 

daha böyük imtiyazlara malik olan özündənrazı, yekəxana qadına qarşı üsyana qalxdı. Şöhrətdən 

başı gicəllənən, özündən süni surətdə kraliça düzəldən Letisiya Nasareno həddini o qədər aşdı ki, 

axırda baş qərargah daha dözə bilməyib, bizlərdən birini əla həzrətlərin yaxınlığına buraxmağa 

məcbur oldu: «Yalnız bir adam, - bizə dedilər, - qoy, o, generalın kürəyi arxasında baş verənlər 

barədə, heç olmasa, ucundan-qulağından da olsa, bir arayış versin.»  

- «Məsələ də bax, belə alındı ki, mən onu gördüm. O, öz qar kimi ağappaq otağında tək idi. 

Divarlardan cins ingilis atlarının qravürləri asılmışdı. O, yumşaq kresloda söykənəcəyə ehmalca 

söykənmiş vəziyyətdə oturmuşdu, başının üstə ventilyator pərləri hərlənirdi. O, orden-medalsız, 

bürünc düyməli, ağ, əzik, kətan formadaydı, ipək əlcəkli əli, üstündə üç cüt eyni qızılı çərçivəli 

eynəkdən savayı heç nə olmayan yazı stolunun üzərində idi. Kürəyinin arxasında, içi insan 

dərisinə bənzər cilidli, tozlu mühasibat kitablarıyla dolu rəflər vardı; sağ tərəfində, dəmir tor 

vurulmuş açıq pəncərədən bütün şəhər, dənizə qədər bircə quş görünməyən buludsuz, açıq səma 

görünürdü. Mən özümü çox yüngül hiss edirdim, çünki onun, əshabələrinə nisbətdə, çox sadə 

görkəmi vardı; portretlərindəkindən fərqli olaraq, ev görkəmində idi, bəlkə də buna görə ona 

ürəyim ağrıdı; ona aid olan hər bir şey nimdaş və qoca idi; o özü isə çarəsiz xəstəlikdən üzülmüş 

xəstələr kimi o qədər zəif idi ki, «əyləşin» deməyə belə, gücü çatmadı və o, ipək əlcəkli əlinin 

hərəkəti ilə mənə oturmağı təklif etdi və harasa kənara baxa-baxa, nəfəsindən gələn amonyak iyi 

kabinetin içini doldura-doldura, ağır xışıltı ilə nəfəs ala-ala, məni dinləməyə başladı; sonra uzun 

müddət pul sənədlərini gözdən keçirdi. Abstrakt təfəkkür ona yad olduğu üçün mən, məktəb 

dərsliklərində keçdiklərimdən istifadə edərək, bu kağızlarda nədən yazıldığını sadə sözlərlə ona 

izah etdim. Mən ondan başladım ki, Letisiya Nasarenonun borca götürdüyü taftanın uzunluğu, 

burdan Santa Mariya-del-Altaracan gedib-qayıtmaq qədərdir, yəni yüz doxsan dəniz milindən 

çox; onda o: «Aha» - dedi; edə dedi, elə bil bu sözü özü-özünə dedi. Sözümü onunla bitirdim ki, 

Letisiyanın borcları, sizin, əla həzrətlərinin güzəştini nəzərə alsaq, son on ildə lotereya oyununun 

altı ən böyük uduşuna bərabərdir. Onda o, yenə: «Aha» - dedi və ancaq onda gözü gözümə 

sataşdı. Onun gözündə eynək yox idi və mən gördüm ki, onun gözləri ürkək və qəmlidi, 

danışanda isə səsi elə qəribə çıxırdı, elə bil sinəsində fisqarmon çalınırdı. «Sizin gətirdiyiniz 

dəlillər inandırıcı və ədalətlidir!» - o dedi.  

Bəli, o dövrlər o, məhz belə idi; Letisiya Nasareno onu istədiyi kimi dəyişib, Daş dövründən 

qalan vəhşi Bendisyon Alvaradonun mağara tərbiyəsini canından çıxartdığı dövrlər, onu yalnız 

bu səviyyədə görmək olardı. Letisiya ona, süfrə arxasında yox, ayaq üstə yeriyə-yeriyə, bir 

əlində kasa, o biri əlində qaşıq, dala-qabağa var-gəl eləyə-eləyə, nahar etmək adətini tərgitmişdi, 

indi onlar üçlükdə, çiçəkli sarmaşıqlardan hörülmüş talvarın altındakı bağ stolunun arxasında 

nahar edirdilər; nahar vaxtı o, uşaqla üzbəüz otururdu, Letisiya özü isə böyürdə oturub hər 

ikisinə seçmə ədalar, yeməyin bədənə daha çox fayda verməsi üçün xüsusi qəbul qaydalarını 

öyrədirdi; Letisiya onlara, stol arxasında düzgün vəziyyətdə - kürəyi stulun söykənəcəyinə 

söykəyib oturmağı, çəngəli sol, bıçağı sağ əldə tutmağı, tikəni düzgün çeynəmək qaydasını – 

başını dik tutaraq, ağzını açmadan on beş dəfə bir ovurdunda, on beş dəfə o biri ovurdunda 

çeynəməyəi öyrədirdi və ərinin, arada bir bütün bunların kazarma intizamına oxşadığını 

deməsinə qətiyyən məhəl qoymurdu. Nahardan sonra Letisiya onu, rəsmi dövlət xəbərlərini – 

xüsusi təsisçisi və fəxri redaktoru şəxsən özü olduğu qəzeti oxumağa məcbur edirdi. Letisiya bu 

qəzeti ona nahardan sonra, pationun nəhəng artırmasında, kölgədəki yelləncəkdə uzanıb 

mürgüləmək istəyən vaxt oxutdururdu. - «Dövlət başçısı, dünyada baş verən bütün hadisələrdən 

xəbərdar olmalıdı.» Letisiya qızıl çərçivəli eynəyini onun burnuna taxır və o, öz xəbərələr 

müjdəçisinin, şişirdilmiş sulu cümlələrlə dolu səhifələrinə yola düzəlirdi; Letisiya, oğlunun 

idman məşğələləri ilə məşğul olur, monastrda öyrəndiyi top-top oyununu uşağa öyrədir, əla 

həzrətləri isə belə məqamlar qəzetlərdə nəşr olunmuş qədim foto-şəkillərini nəzərdən keçirirdi; 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə