Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə30/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   26   27   28   29   30   31   32   33   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
93 
tüstüsünə baxa-baxa xəyala dalır.) Ah, Amerika... ağıla gəlməz sərvətlər diyarı. 
Rokfeller... Vinderbilt... Pyerpon-Morqan... Küçədə qəzet satmaqdan baĢlayırsan (bu 
onların ali məktəbidir)... sonra qəfil sıçrayıĢ. Ġyirmi beĢ yaĢında mənə yer verirlər. Mən 
mama ilə evlənmək əvəzinə Amerikaya gedirəm. 
Toto. Sən bizi ora aparardın? 
Adolf. Əlbəttə. Struggle for life. Orda enerjili adam özünə gün ağlaya bilər. 
Toto. Biz hinduları görə bilərdik? 
Adolf. Bəlkə də. 
Toto. Sən onlardan skalp çıxarda bilərdin? 
Adolf. Yox. Biz Nyu-Yorkda, iĢgüzar mərkəzdə yaĢayırıq. Göylərə qovuĢan sprut-
Ģəhərdə. Biz bildinqin iyirmi beĢinci mərtəbəsindəyik. Üç telefonumuz var. Elektrik 
iĢığına ayda bir ətək pul veririk. Mənim səhhətim təhlükə altındadır. Mən hamıdan 
güclüyəm. Hamıya hökm edirəm. 
Toto. Elə bilirsən sən hindulardan güclüsən? 
Adolf. (Xəyallarını davam etdirir.) Amma qoca, xeyirxah Avropa özünün ağılagəlməz 
ekspansiv gücü və hələ tam iĢlənməmiĢ sərvəti ilə Afrikaya söykənib sabahkı günün 
Amerikasına çevrilə bilər. Böyük konsernlər öz qanunlarını diqtə edir. Mən o 
konsernlərdən birinə rəhbərlik edirəm. Qəddaram! ĠĢ olan yerdə mərhəmətə yer 
olmamalıdır! Rəqabətə davam gətirmək üçün bütün vasitələr yaxĢıdır. Mən böyük reklam 
Ģəbəkəsi yaradıram. Ağıla gəlməyən məhsullar istehsal edirəm, istehlakçılar ĢaĢırırlar... 
Məni dahi filantrop hesab edirlər. Mən incəsənət əsərlərini muzeylərə hədiyyə edirəm. 
Mənim sərvətim haqqında əfsanələr söylənir. Hamı kölgəmdə itib-batır. Mən tənhayam, 
qocalıram, hamı məndən tük salır. Prinsipcə mənim hər Ģeyim var, xoĢbəxtlikdən baĢqa. 
Toto. Preridə yanğın qorxuludur? 
Adolf. Su olmasa, əlbəttə, qorxuludur. (Hayqırır.) Mən ora su çəkdirirəm! Min kilometr 
uzunu olan su kəməri! Yanğın ram edilir. Çətinliklərə baxmayaraq, sivilizasiya tərəqqi 
tapır. Mən təbii ki, bütün qurduğum iĢlərdən faiz qırxıram. 
Bu vaxt hər tərəfdən hindular döyüĢ hayqırtıları ilə səhnəyə gəlir və tez də yox olurlar.  
Toto. Kim haqlıdır, hindular yoxsa amerkanlar? 
Adolf. Baxır nədə! (Qalxır, qəzeti əzir və qeyzlə). Mərhəmətsiz, qəddar! Yeni beynəlxalq 
siyasətdəki dostluq əlaqələri hesabına mən satıĢ üzrə liderəm. Mən birjada panika 
yaradıram. Hamı dəli olur, hər Ģeyi satırlar, mən alıram. Rəqiblərimin bəziləri özünü 
öldürür. Struggle for life. 
Adel gəlir. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
94 
Adel. (Elan edir) Mösyö, cənab Fessar-Lebonz! 
Adolf. (Qəddini düzəldir.) Aha, bu lap yerinə düĢdü. 
Fessar-Lebonz gəlir. Bu yoğun, altmıĢ yaĢında sanballı kiĢidir. Sinəsi mükafatlarla 
doludur. Boynunda salfetka var. Ġlk baxıĢda özünə inamlıdır, elə ki, Adolfu görür, yığıĢır, 
utancaqlıqla salfeti yaxasından çıxardır. Adolf sükutla onu süzür və nəhayət, danıĢır. 
Adolf. Deməli, bu vaxt gəlirsiniz? 
Fessar-Lebonz. ġərəf duyuram, cənab Prezident baĢ direktor. Üzr istəyirəm, Prezident 
baĢ direktor. 
Adolf. (Sözünü kəsir) Yalan danıĢırsınız! ĠĢə gəldikdə isə, mən bilən bu sizə məlumdur, 
bizim hər dəqiqəmiz hesabdadır. Ələ düĢən ən kiçik fürsəti isə göydə tutmaq lazımdır. 
Vacib raportun vaxtında verilməməsi, gecikdirilməsi fürsətlərin birdəfəlik itirilməsi 
deməkdir... Çox uzatmayaq, hər bir gecikmə, ləngimə milyonların itirilməsi deməkdir. 
Mən birdəfəlik və qəti bilməliyəm, müsyö Fessar-Lebonz, mən sizə güvənə bilərəm, ya 
yox? Mən bunu bilməliyəm. Hə ya yox? 
Fessar-Lebonz. (Ġnamsız.) Mən axı bacardığımı elədim, cənab Prezident baĢ direktor! 
Adolf. Sizə bildirim ki, mösyö Fessar-Lebonz, baĢ assambleyanın axırıncı iclasında 
direktorlar Ģurası bundan sonra mənim vəzifəmin adının Prezident baĢ direktor-yepiskop 
olması haqqında yekdilliklə qərar qəbul edib. Deməli, bundan sonra mənə məhz bu cür 
müraciət etməlisiniz. 
Fessar-Lebonz. Pardon, cənab Prezident baĢ direktor-yepiskop! 
Adolf. (Alicənablıqla) Gündəlik münasibətlərdə çox uzatmayıb mənə “zati-aliləri” və ya 
“monsenyor” deyə müraciət edə bilərsiniz. 
Fessar-Lebonz. BaĢ üstə, zati-aliləri. 
Adolf. (Uzun çəkən pauza müddətində onu soyuq baxıĢlarla süzür). Bilirsizmi, dostum, 
əgər siz öz oyunlarınızı davam etdirsəniz məhv olacaqsınız. Mən sizin karyeranızı 
darmadağın edərəm! Mən sizi sındıraram! (Stolun üstündən kibrit çöpünü götürüb 
ortasından sındırır.) Bax belə! Sizi bura iĢə götürəndə gərək sizi xəbərdar edəydilər ki
mən öz iĢçilərimdən maksimum itaət tələb edirəm. Mənim qarĢımda, mösyö Fessar-
Lebonz, farağat vəziyyətində dik dayanırlar, uzanırlar! Perinde ac cadaver. Yəni meyit 
kimi! Deyəsən siz latınca o qədər də baĢa düĢmürsünüz? 
Fessar-Lebonz. (Xəcalətindən tərləyir.) Mən çox sadə ailədən çıxmıĢam, zati-aliləri, mən 
özümü öz əllərimlə yaratmıĢam. 
Adolf. (Ağayana istehza ilə.) Əl qabiliyyətiniz o qədər də yaxĢı deyil. Heç nə klassik 
təhsili əvəz edə bilməz, dostum, nə qədər kədərli olsa da bunu sizə deməyə məcburam. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
95 
(Latın dilində uydurma bir sitat gətirir, onu düzəltməyə çalıĢsa da, bir Ģey alınmır və 
sözünü yarıda kəsir.) Mənə bir siqar verin görüm! 
Fessar-Lebonz. (CanfəĢanlıqla cibindən gümüĢ portsiqar çıxardır.) Böyük 
məmnuniyyətlə, zati-aliləri! 
Adolf. (Siqar götürüb portsiqarı öz cibinə qoyur.) Sizə təklif eləmirəm. Vaxt vardı siz 
mənim yanımda siqar çəkirdiniz, mənə təklif eləmədən. 
Fessar-Lebonz. (Pərtdir.) Mən bir də elə iĢ tutmaram, cənab Prezident baĢ direktor-
yepiskop. 
Adolf. (Divana yayxanıb sarsaq görkəmlə siqar çəkməkdə davam edir. Bütün bu vaxt 
ərzində Fessar-Lebonz farağat vəziyyətində dayanıb) Ġnanmaq istərdim! Bilirsənmi, 
dostum, çarx hərlənir... Amma mən vulqar qisas hissinin fövqündə duran 
insanlardanam... Əgər siz latın dilini öyrənmiĢ olsaydınız, bəlkə də sizi yaxına buraxa 
bilərdim. Təəssüf ki, siz latını öyrənə bilməmisiniz. 
Fessar-Lebonz. (Ġtaətlə) Mən öyrənə bilərəm, zati-aliləri... 
Adolf. (Rəsmi) Latını öyrənmək vaxt istəyir, sizin vaxtınız isə sizi iĢə qəbul edən, maaĢ 
verən təĢkilata məxsusdur, cənab. 
Fessar-Lebonz. (Daha böyük itaətlə) Mən gecələr məĢğul olardım... 
Adolf. Sizin xidmət etdiyiniz təĢkilat hesab edir ki, mösyö Fessar-Lebonz, gecələr siz 
yatmalı, səhər tam döyüĢ hazırlığında olmalısınız. (Onu düĢməncəsinə süzür.) Qulağıma 
dəyib ki, sizin məĢuqəniz var? 
Fessar-Lebonz. (Diksinir, hətta bir balaca dikəlir.) Zati-aliləri, Ģəxsi həyat... 
Adolf. (Qətiyyətlə) Sizin Ģəxsi həyatınız yoxdur, ola bilməz! 
Fessar-Lebonz. Mən subayam, zati-aliləri, dulam. 
Adolf. (Sınayıcı baxıĢlarla onu süzür) Jozyan... sizin Ģəxsi katibəniz... düzmü eĢitmiĢəm? 
Siz elə güman edirsiniz ki, vəzifənizdən sui-istifadə edib tabeliyinizdə olan qızı güzəĢtə 
getməyə məcbur edəcəksiniz, biz də susacağıq?  
Fessar-Lebonz. (Utana-utana sözləri gəvəzələyir) O çox yaxın köməkçimdir, zati-aliləri, 
çox sədaqətlidir. ĠĢ yerində... sizi inandırım ki, iĢ yerində... 
Adolf. (Sözünü kəsir) Kifayətdir! O qız... bir qədər solğun bənizli sarıĢın qız bu gündən 
mənim Ģəxsi katibəm olur. Sabahdan bütün məktubları məhz ona diqtə edəcəm. Siz isə 
mademuazel Trompla iĢləyin! 
Fessar-Lebonz. (Əyilir) Ġxtiyarınız yoxdur! O çox çirkindir! 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə