Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə33/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   29   30   31   32   33   34   35   36   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
102 
otağından su Ģırıltısı eĢidilir. Elodi tualet masasının qabağında fırlananda qəfil peyda olan 
yaraĢıqlı dəniz zabiti ilə üz-üzə dayanır. Bu elə Adonardı oynayan aktyordur, amma bığı 
yoxdur. Bu görüĢ onların hər ikisini təəccübləndirir. 
Zabit. ġarlotta?! 
Elodi. (ġaĢırmıĢ) Norber de Lya Preband?! 
Norber. Mən belə sürpriz gözləmirdim. Gör haçandır biz görüĢmürük! (Əllərini irəli 
uzadır və riqqətlə baxır ona). Elodi, yadınızdadırmı, sizin romantik görkəminizə görə 
mən sizi Elodi adlandırdım? Siz bu adı unutmamısınız? 
Elodi. Yox, unutmamıĢam. Mənə ərim, dostlarım ġarlotta deyirlər, amma mən hələ də 
təklikdə güzgü qabağında dayananda özümü Elodi adlandırır və hökmən sizi 
xatırlayıram. 
Norber. Nə yaxĢı siz bu adı unutmamısınız. ġatodan Ģəhərciyi... necə uzaqdadır o 
xatirələr! Mən həyatımı dənizdə keçirdiyimə görə köhnə tennis dostlarımla heç görüĢə 
bilmirəm. Adolf necədir? 
Elodi. (Soyuq) YaxĢıdı. Siz evlənməmisiniz? 
Norber. Yox. Dəniz çox tələbkar məĢuqədir. Sizin uĢaqlarınız olmalıdır. 
Elodi. Elədir, iki uĢaqdır. Qızım Kristina, oğlumüz Toto. Elə onu axtarıram. Ayaqqabı 
almağa gəlmiĢik ona, harasa itib, yəqin oyuncaqlara baxır. 
Norber. (Onun əlindən tutur) Gəlin bir yerdə axtaraq. Yəqin mənimlə bir fincan çay 
içməyə razılıq verərsiz, gör haçandır görüĢmürük. (Ona məhəbbətlə baxır və pıçıldayır). 
Elodi... 
Elodi. (Onun kimi) Norber... (Həyəcanını gizlətməyə çalıĢır). Ah, ordadır, gördüm. Aman 
allah, hindu paltarına baxır. (Səhnə arxasına qaçıb qıĢqırır) Toto, o lələkləri qoy yerinə
əzərsən. Özün də gəl mösyö de Lya Prebandla görüĢ, mənim köhnə dostumdur, təsadüfən 
rast gəlmiĢəm. (Qayıdır, dalınca da Totonu çəkib gətirir) Vualya! Bu böyüyümüzdür. 
SalamlaĢanda bereti çıxardarlar, Toto. 
Toto narazılıqla dodağının altında nəsə deyir. 
 
Norber. (Heyrətlə) Qəribədir, necə atasına oxĢayır. 
Elodi. (Soyuq) Doğrudanmı? Onda bir zəriflik də var, məndən keçib. Əlləri də 
mənimkidir. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
103 
Norber. Göstər... (Totonun əlini əlinə alır və gözlənilmədən həyəcanlanır) Necə oxĢayır! 
Sizin tennis raketkasının dəstəyindən yapıĢan zərif əliniz. Mən ġatodanda sənın ananla 
dostluq eləyəndə, Toto, səndən azcana böyükdüm. 
Toto. (Maraqla) Siz onun hörüklərini dartırdınız? Boynuna cücü qoyurdunuz? 
Norber. (Gülümsəyir) Yox. Biz o yaĢda deyildik ki, bir-birimizi cırmaqlayaq. Doğrudan 
da onun əlləri sizin əlləriniz kimi zərif və çevikdir. Sən düyün vurmağı bacarırsan, Toto? 
Bilirsən, donanmada otuz yeddi cür düyün var? 
Toto. Otuz yeddi... nəyi bağlayırlar?  
Norber. Fal, Ģkot, Ģvart düyünü... Əgər bir də görüĢmək nəsib olsa sənə öyrədərəm. 
Gedək çayxanaya? Əgər tələsmirsinizsə, mənə çox xoĢ olardı sizinlə söhbətləĢmək, 
keçmiĢləri yada salmaq... (Əlini Totonun çiyninə qoyur) Gedək, cavan oğlan. 
Toto. Siz gəmini təkcə idarə edirsiniz? 
Norber. Hə, təkəm. Mənim gəmim elə də böyük deyil, cəmi iki topu var. 
Toto. Sizdə heç gəmi qəzası olub? 
Norber. Bir dəfə, Hind-Çində. 
Toto. Çinlilər hindulardan məkrlidirlər? 
Norber. Bəlkə də. Əsası odur ki, onlar sayca çoxdurlar. Amma Hind-Çində çinlilər deyil, 
hindçinlər yaĢayır. 
Toto. Siz heç ordakı qiyamçıları güllələmisiniz? 
Norber. Bunlar ürəkaçan əhvalatlar deyil. YaxĢısı budur, mən sənə sakit dənizdə akula 
ovundan danıĢım. Bilirsən akulanın yelpincləri necə dadlıdır? 
Onlar yataq otağındakı təkayaqlı masaya yaxınlaĢıb birtəhər yerləĢirlər. Qulluqçu “Bon-
MarĢe” mağazasının ofitsiantı kimi onlara yaxınlaĢır. Orkestrin səsi eĢidilir. 
Qulluqçu. Bəs bu cavan oğlana nə gətirək? 
Elodi. Nar Ģirəsi. 
Toto. Mən nar Ģirəsini xoĢlamıram, Ģampan istəyirəm. 
Elodi. Toto! 
Toto. Papa köhnə dostu ilə görüĢəndə Ģampan Ģərabı sifariĢ eləmiĢdi. 
Elodi. (Utanır). Atasının ad günündə Ģampan dəyib dilinə. Ġndi hara getdi Ģampan istəyir. 
Nar Ģirəsi! 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
104 
Toto. (Ġnadla) Mən nar Ģirəsini sevmirəm! 
Qfisiant qadın sifariĢi qəbul edib gedir. Onlar üçü də stol arxasında otururlar. Elodi və 
Norber təsirləniblər, onlar sükut içində bir-birlərinə baxırlar. Orkestr nəsə sentimental bir 
Ģey çalır. 
Elodi. “Bon-MarĢe”nin çayxanasında əməlli-baĢlı orkestr varmıĢ. 
Adolf. (Vanna otağından gecə köynəyində çıxır və qəribə məzəli görkəmdə zümzümə 
edə-edə çarpayıya yaxınlaĢır). Pum! Pum! Pum! Mən bir az qəzet oxuyub iĢığı 
söndürəcəm, bərk yorulmuĢam. Sən hələ yatmırsan? Vanna adama ləzzət eləyir. Hayıf ki 
ayaq dırnaqlarımı kəsə bilmədim. Qayçı hardadır? 
Elodi. (Çox arxayın və təbii danıĢır). Vanna otağındadır, dolabın ikinci gözündə, 
həmiĢəki yerində. 
Adolf. Axtardım, tapa bilmədim. 
Elodi. Ordadı, yaxĢı bax. 
Adolf. Deyirəm yoxdu. 
Elodi. Ordadı! (Hövsələsizliklə qalxıb vanna otağına gedir və qayıdıb qayçını Adolfun 
üstünə atır. Sonra təkayaqlı masanın yanına qayıdıb heç nə olmamıĢ kimi yerində oturur.) 
Bəs sizin böyük bacınız hardadı, heç onun haqqında danıĢmırsınız. 
Norber. (Əda ilə) Çoxdan görmürəm. O kübar cəmiyyətin gur iĢıqlarına qərq olub. 
Hersoq Noayskilərin nəslindən birinə ərə gedib. Sən ki bilirsən, mən bayquĢ kimi təkliyi 
sevirəm. Mənim qəlyanım, kitablarım, dəniz... 
Elodi. (Gülümsəyir) Ġnanmıram ki, siz subay qocalasınız. Yeri gəlmiĢkən, sizin çoxlu 
məhəbbət macəralarınız olmalıdır. Hər sahilə çıxanda... Yəqin sizin hər millətdən, hər 
zümrədən məĢuqələriniz olub... Toto, yeri pirojna seç özünə, xaladan nimçə istə. 
Toto. Ġki dənə götürə bilərəm? 
Elodi. Toto, görməmiĢlik eləmə. 
Norber. Qulaq asma mamaya, piĢtaxtaya yaxınlaĢ, ürəyin istəyən qədər ye. 
Elodi. (Toto gedəndən sonra hiyləgərliklə) Siz mənim sualıma cavab vermədiniz, Norber, 
məĢuqəniz çox olub? 
Norber. Elodi, siz məni utandırırsınız. 
Elodi. Hansı qadınları daha çox sevirsiniz, qaraları ya sarıdərililəri? Təsəvvür eləyirəm, 
Parisə qayıdandan sonra onları ağ qadınlarla necə müqayisə edirsiniz. Yəqin sizin çox 
rahat bir subay otağınız da var. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə