Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə34/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   30   31   32   33   34   35   36   37   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
105 
Norber. Nahaq siz mənə gülürsünüz, ġarlotta! Mən sizin cazibənizdən çıxa bilmirəm. 
Elodi. Bilirəm. Mən də səni istəyirdim. 
Norber. Sizin qəfil toyunuz haqqında eĢidəndə elə bil məni ildırım vurdu. 
Elodi. Bilirsən niyə mən Adolfa ərə getdim? Çünki o dəhĢətli tufan günü yaxt-klubun 
ambarında yelkənlərin üstündə özümü ona təslim etmiĢdim. 
Norber. Elə bilirsiniz o bu hadisəni mənə danıĢmadı? 
Elodi. Mən onunla özümü heç vaxt əsl qadın hiss eləməmiĢəm. Ona xəyanətlərim də 
həmiĢə xəyalımda olub, özü də sənə oxĢayan kiĢilərlə. Mən heç vaxt ona xəyanət 
etməyəcəm, hətta sizinlə də, çünki mən namuslu qadınam. Bu mənim üçün çox 
əhəmiyyətli məsələdir. 
 
Norber. (Pauzadan sonra) Axı niyə onda bu iĢi tutdunuz, o yaxtada? 
Pauza. 
Adolf. (DöĢəkağını rahatlayır, üstünə çəkir) Bax belə! Ayaq dırnaqlarını tutanda adam 
özünü xeyli yaxĢı hiss edir. Orda neynirsən, yatmayacaqsan bu gün? 
Elodi. (Norberə cavab verir). Çünki qızların həmiĢə zirvədə olduğu həmin o gün gəlib 
çatmıĢdı mənim üçün. Elə bir gün ki, daha müqavimət göstərməyin mənası yoxdu. Hiss 
edirsən ki, çox da aydın olmayan bu əzabdan qurtulmaq, azad olmaq vaxtıdır, həmin gün 
məhəbbətin nə adı, nə sifəti vardı. Biz tufandan qorunmaq üçün həmin o otaqda 
gizlənmiĢdik. Adolfun əlləri (gözəl hesab eləsəm də, onun əllərini heç vaxt sevməmiĢəm) 
belimdən sürüĢüb yubkamın altına girdi... Mən çox sakit idim və bu vaxt ərzində bir Ģeyi 
düĢünürdüm: ”Onsuz da Norber de Lya Preband sadə bir qulluq adamının qızı ilə 
evlənməyəcək”. 
Norber. Həyat dəhĢətdir. 
Elodi. Əgər o varsa! 
Toto. (Rəngi qaçmıĢ halda gəlir). Mama, mən çox yedim, bu saat qaytaracam. 
Elodi. (DəhĢətlə yerindən sıçrayır) Qaç tualetə! Tez elə! 
Toto. Bacarmıram! 
O öyüyüb qusur. Norberin Ģalvarını da batırır. Salfetka götürürlər, hər Ģey qarıĢır bir-
birinə. Qulluqçu-ofisiant əlində kağız salfet qaçaraq gəlir. 
Ofisiant. (QıĢqırır) Sizin oğlunuz, madam, on yeddi dənə kremli pirojna yedi, bayaqdan 
piĢtaxtanın yanını kəsdirib təkbaĢına. UĢağa göz olmaq lazımdır.  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
106 
ĠĢıq qəfil sönür. Sonra yenə də yanır.  
Elodi baĢında kənarları enli Ģlyapa tualet masasının qabağında tək oturub güzgüdə özünə 
baxır. 
Adolf. (Deyinir) Ġndi Ģlyapa vaxtıdır? Mən yatıram. Ta gözləyə bilmərəm. (Lampanı 
söndürüb böyrü üstə çönür).  
Elodi. (Yenə də Ģlyapasına baxır, sonra çıxardıb Ģkafa qoyur; çarpayıya yaxınlaĢıb Adolfa 
qisas alırmıĢ kimi baxır). Elə bilirsən unutmuĢam, sən məni Karakasın ticarət palatasının 
prezidentinə təqdim eləmədin, cəsarətin çatmadı. O bizi Yelisey çölündə özü saxladı. Sən 
zarafat eləməyə təĢəbbüs göstərəndə mən səkidə səni gözləyirdim, axmaq kimi. 
Adolf. Buna deyərlər sayıqlama! O bircə saniyəliyə saxladı bizi, o da mərifətini 
göstərmək üçün. Mən də durub səni ona təqdim etməliydim? Heç yeriydi? 
Elodi. Yəqin o da elə bildi ki, mən sənin aĢnanam. Ona görə mənə baxanda gözləri 
sayrıĢdı. (Uzanıb lampanı söndürür və kinli-kinli davam edir.) Sən mənə görə utanırsan. 
Məni arvadın kimi qəbul edə bilmirsən. Nədi mənim taqsırım? Mən daha üstün 
ailədənəm, sən kəççisən, ona görəmi? Kəsəsinə desəm mənim nənəm ana tərəfdən 
Fessyülər nəslindəndir. Ona görə də sənin verdiyin qəpik-quruĢla mən abırlı geyinə 
bilirəm. Bütün kiĢilər mənə tamah salır. O ticarət palatasının prezidenti isə mənim bircə 
sözümə bənd idi. Ġstəsəydim o səni qoyub mənimlə söhbət edərdi. 
Adolf. (Mürgüləyir) Əlbəttə... bütün kiĢilər... 
Elodi. Axı sən mənə nədə tənə eləyə bilərsən? Bəlkə mənim ayaqlarım gödəkdir? Götür 
metri ölç, mən etiraz eləmirəm. Mənim bədənimdə dəqiq proporsiya var. (Gecə 
köynəyini yuxarı çirməyib hirslə yerindən qalxır).  
Adolf. Yalvarıram, uzan yerinə, mən yatmaq istəyirəm.  
Elodi. Bəs mənim döĢlərim? ġatodan Ģəhərinin ən gözəl döĢləri! Ġki uĢağımın olmasına 
baxmayaraq gör necə yaxĢı qalıblar! (Soyunur) Bax də! Bax və de, nədi onların günahı? 
Bunu bilmək onlar üçün çox maraqlı olardı. 
Adolf. (Yorğun). DöĢünü ört, yıxıl yat. Bu nə absurddur! Mən nə vaxt demiĢəm ki, sən 
gözəl deyilsən? 
Elodi. Bəs onda niyə mənə biganəsən? Hər yanımdan ötən mənə qaĢ-göz atır, amma bu 
hər gecə iĢığı söndürüb xoruldayır. 
Adolf. ġiĢirtmə, Elodi, hər gecə yox... Etiraf eləmək lazımdır ki, kəbindən sonra hər Ģey 
əvvəlcədən təsəvvür elədiyin kimi olmur... Ġstək çox vaxt gözlənilməzlikdən doğur... 
Əgər bu məsələdə sən bu qədər sadəlövh olmasaydın, bilərdin ki... Bir-birinə bələdlik, 
gündəlik sıx münasibətlər... (Hiss olunur ki, yuxu ona danıĢmağa imkan vermir). 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
107 
Elodi. (Mütəəsir ahənglə) Deməli, mən ta səni heyrətləndirə bilmirəm? 
Adolf. (Dilini sürüyür) Mmm... Necə deyim? Təəccübləndirirsən, baĢqa cür... Sən həmiĢə 
məni təəccübləndirəcəksən... Bilirsən saat neçədir... yatmaq lazımdır... Hər halda, sənə 
görə mən heç vaxt utanmamıĢam... Sənin haqqında ancaq komplimentlər eĢitmiĢəm... 
RavaĢol bilirsən nə deyir... mənim iĢ yoldaĢım RavaĢol... deyir sizin arvadınız... dostum, 
sizin arvadınız... mənim arvadım... (Davam eləyə bilmir, səsi itir; sakitcə yatır). 
Elodi. (Çarpayıda oturur) Hələ o gün, sənin əvəzinə raportu əvvəldən axıradək mənim 
yazdığımı Fessar-Lebonzdan gizlətdin. 
Adolf. (Qəfil oyanır) Nə dedin? Telefon? Fessar-Lebonz? Sən nəsə dedin? 
Elodi. Deyirəm ki, raportu mənim yazdığımı Fessar-Lebonza demədin, gizlətdin. 
Adolf. (Yataqdan dikəlir və hirslə lampanı yandırır) Lənət Ģeytana! Axı sənin sitrusların 
beynəlxalq ticarətindən anlayıĢın yoxdur! Sən heç bir rəqəm deyə bilməzsən, bir limanın 
adını çəkə bilməzsən, heç bir dəniz marĢrutu sənə məlum deyil...Mən sənə diqtə elədim, 
sən də yazdın. 
Elodi. Mən bütün səhvləri düzəltdim, mən olmasaydım onu heç oxumaq mümkün 
olmazdı. 
Adolf. Bəlkə də sən deyəndi, amma mənim rəisim, mənə maaĢ verən Fessar-Lebonza 
raportun arvadım tərəfindən yazıldığını deməyin mənası nədir? Həm də bu, yalan olardı! 
Elodi. Bizim əməkdaĢlığımız haqqında bir kəlmə ki deyə bilərdin. Onsuz da mən həmiĢə 
olduğu tək, öz yerini bilən arvad kimi kölgəyə çəkiləcəkdim... Amma sən mənim 
üstünlüyümü etiraf eləmək istəmirsən. Mənim ağlımı görməyə gözün yoxdur. Mənim 
ingilis dili diplomuma qısqanırsan, çünki sənin ikicə attestatın var, orta təhsil haqqında. 
Sən ancaq öz iĢçilərini sevirsən, onlara özünü göstərmək üçün. Sən istəyirsən mən suya 
salınmıĢ yaĢ toyuğa bənzəyim, baĢıma çıxasan, üstümdə hakimlik eləyəsən. 
Adolf. (Səbrini itirir, bağırır) Mən sənin üstündə hakimlik eləmək istəmirəm, mən 
yatmaq istəyirəm! ĠĢığı söndürürəm! (ĠĢığı söndürüb uzanır). 
Elodi. Elə fikrin odu məni alçaldasan, təhqir edəsən, evin bir küncünə soxasan, halbuki, 
özgəsi mənim kimi qadını adamlara təqdim etməkdən fəxr duyardı. Ġstərdin ki, mən 
günümü elə mətbəxdə keçirim, biĢirim-düĢürüm, uĢaqlar yaxamdan asılıb qalsınlar, 
corablarının yırtıq-deĢiyini gözəyim, dostun Pianonun arvadı kimi! Onu görməyəcəksən! 
Mən sənin üçün madam Piano deyiləm! Mən əsil qadınam, elə qadın ki, onu qızğın 
məhəbbətlə sevirlər, ona qulluq edirlər, necə lazımdır! 
Adolf. (Mızıldayır) Qızğın sevirlər, qulluq edirlər... sevirlər. Yat, əzizim. Mən həmiĢə 
çalıĢmıĢam sənin qulluqçun olsun, ev iĢlərini görsün. Mən də səninlə yaxĢı davranıram, 
ləyaqətlə, on iki illik ailə həyatından sonra hər bir normal kiĢinin davrandığı kimi. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə